Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1007/2025 21.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Mirqayıs oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borca görə 24199,99 manat, hesablanmış cəriməyə görə 15414,06 manat olmaqla, ümumilikdə 39614,05 manat pulun, məhkəmə üçün ödənilmiş 208,84 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 33 saylı “xam-pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 50 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 47886,69 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Həmin Müqavilənin 2.1.10-cu bəndinin şərtlərinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı sonuncuya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda Satıcı həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək Cəmiyyətə tam formada xam pambıq təhvil verilməmiş (cavabdeh 28662.13 kq olmaqla, 22929.70 manat dəyərində xam pambıq təhvil vermiş və əlavə olaraq 757 manat ödəyərək, ümumilikdə 23686,70 manat ödəniş etmişdir) bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Belə olan halda, cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə münasibətdə iddiaçıya 24199,99 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 5.2-ci bəndinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 15414.06 manat təşkil edir. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir.
3. İddiaçı nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə “Elektron kabinet” vasitəsilə “Cavabdeh tərəfindən təqdim edilmiş akta münasibət” barədə məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı “Aztəsərrüfat" MMC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair e-2-2(121)-1007/2025 saylı kommersiya işi üzrə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə sübut qismində AKT təqdim edilmişdir. Aktla bağlı aşağıdakıları qeyd etmək istəyir: ilk növbədə məhkəmənin diqqətinə çatdırır ki, Akt 2024-cü ildə deyil, 2025-ci ildə tərtib edilmişdir. Aktın sağ tərəfindəki 2024-cü il yazı öncədən 2025-ci il kimi yazılmışdır. Sonradan müvafiq düzəliş həyata keçirilmişdir. Bundan başqa, 2024 rəqəmindən sonra şəkilçi qismində “ci" deyil “cü" yazılmalı idi. Bu bir daha sübut edir ki, öncədən “2025” rəqəmi yazılmış və Akt 2025-ci ildə tərtib edilmişdir. Bundan başqa Aktın konkret tarixi göstərilməmişdir. Yəni Aktın konkret hansı tarixdə tərtib olunması məlum deyildir. Aktda iddiaçı “AZTƏSƏRRÜFAT" MMC-nin işçiləri kimi qeyd edilmiş şəxslərdən X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X3 xx.xx.2024-cü il tarixində Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr verilmişdir. Yəni, AKT 2025- ci ildə və ya 2024cü ilin Yanvar ayının 11-dən sonra tərtib olunması onu deməyə əsas verir ki, AKT etibarsızdır. Müqavilə münasibətləri Cavabdeh ilə iddiaçı “Aztəsərrüfat" MMC arasında olmuşdur. AKT tərtib olunan zaman hüquqi şəxsin rəhbəri tərəfindən təsdiq olunaraq möhür vurulmalı idi, bu bir daha sübut edir ki, cavabdeh tərəfindən təqdim olunmuş AKT etibarsızdır. Cavabdehin təqdim etdiyi AKT-da guya əl ilə yığım pulu verilmədiyinə görə pambıq yığılmamış vəziyyətdə sahədə qalmışdır. Cavabdehin təqdim etdiyi AKT-a nəzər yetirdikdə isə belə nəticəyə gəlmək olur ki, iddiaçı tərəfindən öncədən görüləcək işlərə pul vəsaiti ödənilmədiyinə görə işlər görülməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əl yığımı ilə işlər yekunlaşdıqdan sonra görülən işlərə görə vəsait ödənilir. Odur ki, yuxanda göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı “Aztəsərrüfat" MMC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair e-2-2(121)-1007/2025 saylı kommersiya işi üzrə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə sübut qismində Akt təqdim edilmişdir. Həmin Akt 2024-cü ildə deyil, 2025-ci ildə tərtib edilmişdir. Aktın sağ tərəfindəki 2024-cü il yazı öncədən 2025-ci il kimi yazılmışdır. Sonradan müvafiq düzəliş həyata keçirilmişdir. Bundan başqa, 2024 rəqəmindən sonra şəkilçi qismində “ci" deyil “cü" yazılmalı idi. Bu bir daha sübut edir ki, öncədən “2025” rəqəmi yazılmış və Akt 2025-ci ildə tərtib edilmişdir. Bundan başqa Aktın konkret tarixi göstərilməmişdir. Göründüyü kimi Aktın konkret hansı tarixdə tərtib olunması məlum deyildir. Aktda iddiaçı “Aztəsərrüfat" MMC-nin işçiləri kimi qeyd edilmiş şəxslərdən X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X3 xx.xx.2024-cü il tarixində Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr verilmişdir. Aktın 2025-ci ildə və ya 2024-cü ilin yanvar ayının 11-dən sonra tərtib olunması onu deməyə əsas verir ki, AKT etibarsızdır. Müqavilə münasibətləri Cavabdeh ilə iddiaçı “Aztəsərrüfat" MMC arasında olmuşdur. AKT tərtib olunan zaman hüquqi şəxsin rəhbəri tərəfindən təsdiq olunaraq möhür vurulmalı idi, bu bir daha sübut edir ki, cavabdeh tərəfindən təqdim olunmuş AKT etibarsızdır. Cavabdehin təqdim etdiyi AKT-da guya əl ilə yığım pulu verilmədiyinə görə pambıq yığılmamış vəziyyətdə sahədə qalmışdır. Cavabdehin təqdim etdiyi Akta və məhkəmədə qeyd etdiklərindən belə nəticəyə gəlmək olur ki, iddiaçı tərəfindən öncədən görüləcək işlərə pul vəsaiti ödənilmədiyinə görə işlər görülməmişdir. Halbuki, əl yığımı ilə işlər yekunlaşdıqdan sonra görülən işlərə görə vəsait ödənilir. Qeyd olunanların nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin olaraq bildirdi ki, iddiaçı tərəfindən pul verilmədiyinə görə pampığın tam olaraq yığılması mümkün olmamış və məhsul məhv olmuşdur. Bu barədə iddiaçı tərəfin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Ona görə də, iddia tələbi əsassızdır. Daha sonra o, məhkəmənin suallarına cavab olaraq bildirdi ki, iddia ərizəsində göstərildiyi kimi ona 47886,69 manat məbləğində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Təhvil verdiyi pampığa görə də, iddiaçı tərəfindən ona müvafiq pul məbləği də verilmişdir. Onun təqdim etdiyi aktın tarixində edilmiş düzəlişdən məlumatı yoxdur. O, əlavə olaraq bildirdi ki, oğlu vətən müharibəsində iştirak edib, Qazidir. Hazırda maddi imkanı da yoxdur. İddianı əsas borca münasibətdə qəbul edir, qeyd etdiklərini nəzərə alaraq, iddiaçı tərəfindən hesablanmış cərimə borcunun azaldılmasını xahiş edir.
İddia ərizəsinə etiraz:
6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
7. “Alıcı” qismində İddiaçı MMC və “Satıcı” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 33 nömrəli “xam-pambığın alqı-satqı müqaviləsinə” əsasən “Satıcı” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 50 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquq müəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkməyi və istehsal olunmuş bütün xam pambığı “Alıcı"ya satmağı. “Alıcı" isə “Satıcı”nın istehsal etdiyi xam pambığı qəbul etməyi və ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə qalan hissəsini “Satıcı”ya ödəməyi öhdəsinə götürür.
8. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, “Satıcı” və “Alıcı" arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam pambığın qəbulu, saxlanılması və emalı “Alıcı" tərəfindən həyata keçirilir. - 2.1.3-cü bəndinə əsasən, pampıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin etmək “Satıcı”nın öhdəliyidir. - 3.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlükdə 30 noyabr 2023-cü il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə “Alıcı"ya təhvil verir. - 4.1-ci bəndinə əsasən, “Alıcı” xam pambığı “Satıcı”dan növünə, nəmlik və zibillik faizlərinə görə qüvvədə olan təlimat və standartlara əsasən aşağıdakı qiymətlərlə qəbul edir. l növ-800 azn/ton, ll növ- 780 azn/ton, lll növ-740 azn/ton, lV növ- 700 azn/ton. - 5.2-ci bəndinə əsasən, “Satıcı” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəməlidir.
9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 33 nömrəli müqaviləyə əlavə olaraq tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır.
10. İş materiallarında olan ödəniş tapşırıqlarından, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş qaimə-fakturalardan və iş aktlarından, həmçinin hesabat cədvəlində olan məlumatlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə, cəmi 47886,99 manat dəyərində iş görülmüş, müxtəlif xidmətlər göstərilmiş, mal-material və “müqavilə üzrə borcun ödənilməsi” vəsaiti verilmişdir.
11. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümumilkdə, cəmi 23686,70 manat dəyərində təhvil verilmişdir.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 33 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 24199,99 manat əsas və 15414,06 manat cərimə borcu olmaqla, cəmi 39614,05 manat borcu vardır.
13. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsasən yaranmış 39614,05 manat məbləğində borcun pretenziyanın alındığı tarixdən 10 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərinin surətlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçınə cəmi 3850 manat məbləğində ödəniş edilmişdir.
15. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Akt”ın mahiyyətindən görünür ki, aktı imza edən şəxslər İddiaçı MMC tərəfindən pampığın əl ilə yığımına pul verilmədiyinə görə Aztəsərrüfat” MMC müqavbilənin şərtlərini pozmuşdur.
16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, iddianı 24199,99 manat hissədə qəbul edir, hesablanmış cərimə hissəsində isə azaldılmasını məhkəmədən xahiş edir.
17. **********16 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi verilərkən 208,84 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş «müqavilə üzrə borcun ödənilməsi» məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə «müqavilə üzrə borcun ödənilməsi»u (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu «müqavilə üzrə borcun ödənilməsi» məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə «müqavilə üzrə borcun ödənilməsi»u hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə «müqavilə üzrə borcun ödənilməsi»unun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə «müqavilə üzrə borcun ödənilməsi»unu azalda bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5 - 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
22. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd «müqavilə üzrə borcun ödənilməsi» vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd «müqavilə üzrə borcun ödənilməsi» vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər.
23. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd «müqavilə üzrə borcun ödənilməsi» vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş «müqavilə üzrə borcun ödənilməsi» məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.
24. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 47886,69 manat məbləğində aqrotexniki xidmətlər, malmaterial, nağd vəsaiti və s. şəklində avans verilmişdir.
25. Məhkəmə qeyd edir ki, tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iclasında cavabdeh iddia ərizəsini əsas borc hissəsində qəbul etdiyini, hesablanmış cərimənin isə azaldılmasını xahiş etmiş və iddia tələbinə qarşı etiraz və ya iddianın əsassızlığına dair mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız tarixnin dəyişdirildiyi aşkar görünən akt təqdim etmişdir ki, məhkəmə həmin aktı aşağıda göstərilən səbəblərdən mötəbər dəlil hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası əsas borca münasibətdə qanuni və əsaslıdır.
26. Cavabeh tərəfindən təqdim edilmiş akta münasibətdə məhkəmə qeyd edir ki, həmin aktdan tarixinin dəyişdirildiyi aşkar görünür, hazırda cavabdeh iddiaçıya olan borcunu etiraf etdiyindən və tərəflər arasında bağlanmış müqavilənin 2.1.3-cü bəndində pampıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin etmək “Satıcı”nın öhdəliyi kimi nəzərə tutulduğundan, məhkəmə prosessual qənaət prinsipi baxımından cavabdeh tərəfindən təqdim edilmiş aktın qanuniliyi üzrə əlavə araşdırma aparmağa lüzum görmür.
27. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
28. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu «müqavilə üzrə borcun ödənilməsi» vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə «müqavilə üzrə borcun ödənilməsi»unun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.
29. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 15414,06 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
Məhkəmə xərcləri:
30. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 208,84 manat dövlət rüsumunun 164,1 manatı cavabdehə, 44,74 manatı isə, iddiaçının özünə aid edilməlidir.
Nəticə:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 24199,99 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla, cəmi 24699,99 (iyirmi dörd min altı yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 164,1 (yüz altmış dörd manat, 10 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 44,74 (qırx dörd manat, yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev