Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1051/2023 07.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 84232 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Ağcabədi rayonu, Taxtakörpü qəsbəsində özünə məxsus baytarlıq apteki vardır. 2007-ci ildən Cavabdeh ilə şifahi əməkdaşlıq müqaviləsi əsasında şərik idarəçilik prinsipinə uyğun olaraq aptekin fəaliyyəti onlar tərəfindən təmin edilmişdir. Təxminən 13-14 il həmin apteki icarədarla işlətmişlər. Cavabdeh ilə aralarında olan razılaşma əsasında aptekdən gələn gəlirin 60 faizi onun, 40 faizi isə cavabdehin olmuşdur. Aptekdəkin məhsulları özünə məxsus olmuşdur. 2021-ci il tarixində aptekdəki malları yoxlayan zaman 23618 manat məbləğində pulun əskik gəldiyini müəyyən etmişdir. Cavabdehə fikirlərini bildirdikdə heç bir borcu olmadığını bildirmişdir. Sonuncu dəfə ondan ödəməli olduğu borcu istəyərkən ona hədə-qorxu gəlməyə başlamış, fiziki xəsarət yetirəcəyini bildirmişdir. xx.xx.2021-ci ildə yoxlama aparılmış və həmin aptekin işçiləri X2 və X4 da yoxlamada iştirak etmişlər. 2021-ci ilin dekabr ayında həmin aptekə Beyləqan rayonundan auditor dəvət etmiş, “X5” MMC Auditor təşkilatının xx.xx.2021-ci il tarixində keçirilən müstəqil auditorun hesablama rəyinə əsasən aptekdə olan malların mədaxil və məxarici hesablandıqdan sonra xx.xx.2017 tarixindən xx.xx.2021ci il tarixinədək mal dövriyyəsində 140387,84 manat məbləğində əskik gəlirin əldə etdiyini bildirmişdir. Cavabdeh aptekin kassasında oturmuşdur və məlum olmuşdur ki, aptekdə olan malları qoyulmuş satış qiymətinə satsa da, sistemdə malların satış qiymətini aşağı göstərərək gələn gəlirləri mənimsəmişdir. xx.xx.2022-ci il tarixində 9\1601-9\1660 saylı ekspertiza nəticəsinə əsasən xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixinədək müddətdə onun tərəfindən alınmış malların alış qiyməti 920.140,55 manat, satıcının təqdim etdiyi ticarət əlavəsi isə 225.551,61 manat olmaqla, cəmi 1.145.692,16 manat təşkil etmişdir. Cavabdeh tərəfindən vurulan maddi ziyan 122.354,47 manat məbləğində təşkil edir. Ağcabədi rayon prokurorluğunun 37 С-22 saylı, xx.xx.2022-ci il tarixli (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında) qərarında Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekində xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə ekspert-əmtəəşünasın müəyyən etdiyi ticarət əlavəsi arasında yaranmış fərq zamanı həmin aptekə dəymiş ziyan 122.354,47 manat məğləğində müəyyən edilmişdir. Aparılan araşdırma zamanı toplanmış sübutların məcmusu ilə müəyyən edilir ki, Cavabdeh əməlləri nəticəsində İddiaçı faktiki olaraq maddi ziyan vurulsa da, bu maddi ziyan əməkın talanması nəticəsində vurulmamış və baytarlıq aptekində satış üçün mövcud olan mallar talamanın predmeti olmamışdır. Göstərilən səbəblərdən hüquqularının məhkəmə qaydasında bərpa etməyi zərurəti yaranmışdır. MŞB\4-01765 saylı, xx.xx.2022-ci il tarixində X1 iştirak edilməsi barədə arayış Bakı 4 saylı Mediasiya Təşkilatının təyin etdiyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixində saat 12:00-da keçirilməsi nəzərdə tutulan X1 iştirak etmədiyini (iştirak etməkdən yazılı şəkildə imtina etdiyini) təsdiq etmək üçün verilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə, iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Taxtakörpü ərazisində, ümumi sahəsi 83,04 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi İddiaçı (0,0080 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadəsindədir) adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı ona verilmiş **********95-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrində çıxarışa əsas\n tam mülkiyyət üzrə 83.04 kv/m, 1 otaq xx.xx.2033-cü il tarixədək Cavabdeh icarəsinə vermişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Ağcabədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, 37 C - 22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi; sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının İddiaçı izah edilməsi; qərarın surətinin törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş şəxsə göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət vermək hüququnun izah edilməsi; İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müddətdə mal qəbulu və satış hesabatı cədvəllərinin bu materialda saxlanılması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Qərardan görünür ki, araşdırma zamanı əlavə izahatı alınmış İddiaçı göstərmişdir ki, onun Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində baytarlıq apteki vardır. Mehdi, Əlzamin və Yusif onun işçiləri olmuşlar. Onun rayon ərazisində lisenziyalı apteki olduğundan ikinci aptekin açılmasına icazə verilmədiyi üçün Mehdiyə etibar edərək, qeyd edilən apteki sonuncunun adına rəsmiləşdirmişdir. Aptekə alınan bütün mallar özünün vəsaiti hesabına alınmışdır. Onun Mehdi ilə arasında sonradan narazılıq yarandığı üçün 2021-ci ilin may ayında təhvil-təslim etmək üçün aptekdə olan malları hesablamışlar. Həmin vaxt aptekdə 23.618 manat dəyərində olan malların əskik olduğunu və Mehdinin ona maddi ziyan vurduğunu müəyyən etmişdir. Lakin 2021-ci ilin dekabr ayında həmin aptekə Beyləqan rayonundan müstəqil auditor dəvət etmişdir. Aptekdə olan malların mədaxil və məxarici hesablandıqdan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mal dövriyyəsində 140.387,84 manat məbləğində əskik gəlirin əldə edildiyi müəyyən edilmişdir. Sonradan məlum olmuşdur ki, Mehdi aptekdə olan malları qoyulmuş satış qiymətinə malları satsa da, kompüterdə malların satış qiymətini aşağı göstərərək gələn gəlirləri mənimsəmişdir. Mehdi aptekin kassasında oturmuş, Əlzamin və Yusif isə malları satmışdır. Hər satılan mala görə Əlzamin və Yusif malın satış qiymətini kağıza yazıb pul ilə birlikdə Mehdiyə vermişlər. Mehdi işçilərdən malın pulunu və kağızı alıb, satış qiymətini kassada az göstərərək artıq qalan pulları mənimsəmişdir. İşçilərin tərtib etdikləri kağızlar isə hər günün sonunda cırılıb atılmışdır. Aptekdə olan bütün mallar özünün vəsaiti hesabına alınmış və Mehdi malların alışına görə heç vaxt vəsait qoymamışdır. Mehdi ilə qohum olduğundan sonuncuya etibar edərək apteki sonuncunun adına sənədləşdirmişdir və əldə edilmiş gəlirin 40 faizini Mehdiyə vermişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı əlavə izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2007-ci ildən qohumu Üzeyir ilə birlikdə aptek işlətmişlər. Aptekdən əldə edilən gəlirin 40 faizi özünün, 60 faizi isə Üzeyirin olmuşdur. Bunun səbəbi isə 2012-ci ildə həmin baytarlıq aptekinin binasının tikintisi üçün şərik qaydada Üzeyirə pul verməsi olmuşdur. O, aptekdə kompüter işini həyata keçirmişdir. Aptekin binasına şərik olsa da, orada olan mallara heç bir şərikliyi olmamışdır. 2021-ci ildə onların arasında narazılıq yaranmış və həmin ilin may ayında təhvil-təslim edərək aptekdə olan malları hesablayarkən 23.628 manat dəyərində malın əskik olduğunu müəyyən etmişlər. O, xx.xx.2021-ci il tarixdən aptekdə işləmədiyi üçün həmin məbləğin əskikliyinə etiraz etmiş və əskik gələn məbləği ödəməyəcəyini demişdir. O, Əlzamin və Yusifin kağızlarda qeyd etdiyi malın satış qiymətini hər gün olduğu kimi dəqiqliklə kompüterə işləmişdir. Satılan malın dəyərini kompüterdə heç vaxt az göstərməmiş və artıq qazancı mənimsəməmişdir. Həmin qərardan eyni zamanda görünür ki, araşdırma zamanı izahatı alınmış X2 göstərmişdir ki, 5 ildən artıqdır Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən İddiaçı məxsus baytarlıq aptekində işləyir. Həmin aptek Üzeyirə məxsus olsa da, əvvəllər Mehdinin adına rəsmiləşdirilmişdir. Aptekə malları Üzeyir gətirmiş, Mehdi isə sayıb təhvil alaraq aptekdə satmışdır. Lakin aptek Mehdinin adına rəsmiləşdirildiyi üçün alınan mallarda sonuncunun adına gəlmişdir. Real olaraq həmin malların pulunu Üzeyir ödəyib almışdır. Mehdi aptekin kassasında olmuş, özü və Yusif isə satışı həyata keçirmişlər. 2021-ci ildə Üzeyirlə Mehdi arasında narazılıq yaranmışdır. Həmin ilin may ayında Üzeyir və Mehdi aptekdə olan malları sayıb təhvil almağa başlamışlar. Bu vaxt 23.000-24.000 manat dəyərində olan malların əskik gəldiyi aşkar edilmişdir. Malların sayımında özü və Yusif də iştirak etmişlər. Mehdi həmin vaxt malların əskik gəldiyini etiraf edib, dəymiş maddi ziyanı ödəyəcəyini bildirsə də, sonradan bəhanələr gətirərək maddi ziyanı ödəməkdən yayınmışdır. İş materiallarına əlavə olunan “X5” MMC-nin (VÖEN: **********) DX02 nömrəli, xx.xx.2021-ci il tarixli müstəqil auditorun hesabatının (rəyinin) surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə mal dövriyyəsi alış qiyməti ilə 902125,18 manat, mədaxil qiyməti ilə (sahibkarın təyin etdiyi ticarət əlavə faizləri ilə) 1.127.676,97 manat təşkil edir. Nəticədə, ehtimal olunan gəlirlər isə sahibkarın təqdim etdiyi məlumata əsasən 365.939,45 manat, satıcının təqdim etdiyi məlumata əsasən 225.551,61 manat olmaqla, sahibkarın müəyyən etdiyi ticarət əlavə ilə hesablanmış yekun məbləğdən 140.387,84 manat az gəlir əldə edilmişdir. İş materiallarında olan 37C-22 nömrəli material üzrə təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibat ekspertizasının 9/1601-9/1660 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinin surətindən görünür ki, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekinin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə satışı aparılan, ümumilikdə satış qiyməti 1.268.046,63 manat dəyərində olan məhsulların qiyməti, həmin tarixlərdə analoji mallar üzrə satışda mövcud olan malların pərakəndə orta bazar satış qiymətləri ilə uyğunluq təşkil etmişdir. Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekində xx.xx.2017-ci il tarixdən xx.xx.2021ci il tarixədək müddətdə ekspert əmtəəşünasın müəyyən etdiyi orta bazar qiyməti ilə satıcının müəyyən etdiyi ticarət əlavəsi arasında yaranmış fərq zamanı Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekinə dəymiş ziyan 122.354,47 manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə olunan qaimə fakturalar yazılmış 4 ədəd kitabçalardan görünür ki, həmin qaimə fakturalarda müxtəlif şəxslərə malların satılmasına dair qeydlər aparılsa da, qaimə fakturaların “Təhvil verdi” və “Təhvil aldı” hissələri hər hansı bir şəxs tərəfindən imzalanmamışdır. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatları, auditor rəyi, ekspert rəyi və işin digər sənədləri ilə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2007-ci ildən tərəflər şərikli (ortaq) fəaliyyət göstərmələrinə dair razılığa gəlmişlər. İddiaçı ilə cavabdeh arasında şərikli (ortaq) fəaliyyət faktiki mövcud olmuş olsa da, şərikli (ortaq) fəaliyyət haqqında onlar arasında yazılı razılaşma olmamışdır. İddiaçının rayon ərazisində lisenziyalı apteki olduğundan ikinci aptekin açılmasına icazə verilmədiyi üçün onun xüsusi mülkiyyətində olan və Ağcabədi rayonu, Taxtakörpü ərazisində yerləşən qeyri-yaşayış binasının cavabdehə icarəyə verilməsi ilə bağlı aralarında notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlamışlar. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən baytarlıq aptekində kommersiya fəaliyyətini iddiaçı ilə ortaqlıq qaydasında cavabdeh həyata keçirmişdir və aptekdən gələn gəlirin 60 faizi iddiaçının, 40 faizi isə cavabdehin olmuşdur. Aptekdə satışı aparılan bütün mallar iddiaçının vəsaiti hesabına alınmışdır. Tərəflər arasında sonradan narazılıq yarandığı üçün 2021-ci ilin may ayında təhvil-təslim etmək üçün aptekdə olan malları hesablamışlar. Həmin vaxt aptekdə 23.618 manat dəyərində olan malların əskik olduğu müəyyən edilmişdir. Lakin 2021-ci ilin dekabr ayında həmin aptekə müstəqil auditor dəvət edilmişdir. Müstəqil auditin rəyi əsasında aptekdə olan malların mədaxil və məxarici hesablandıqdan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mal dövriyyəsində 140.387,84 manat məbləğində əskik gəlirin əldə edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində aptekə ümumilikdə 920.140,55 manat maya dəyəri ilə mallar idxal edilmişdir. Tərəflər arasında olan şifahi razılaşmaya müvafiq olaraq qeyd edilən tarixlərin orta bazar dəyəri ilə həmin məhsullar 1.268.046,63 manata satılmalı olsa da, cavabdeh tərəfindən faktiki olaraq 122.354,47 manat ucuz qiymətə, yəni 1.145.692,16 manata satılaraq iddiaçıya 122.354,47 manat məbləğində maddi ziyan vurulmuşdur. Göründüyü kimi, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı şərikli (ortaq) fəaliyyət göstərməsinə dair cavabdehlə razılığa gəlmişdir. Baytarlıq aptekindən satışı aparılan bütün mallar iddiaçının vəsaiti hesabına alınmışdır. Aptekdən gələn gəlirin 60 faizi iddiaçının, 40 faizi isə cavabdehin olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 11.1 və 11.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd edilən Məcəllənin 64.1 və 64.2-ci maddələrinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Göstərilən Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işin materialları ilə təsdiq olunur. Yəni, şərikli (ortaq) fəaliyyət göstərmələri zamanı cavabdeh tərəfindən faktiki olaraq mallar ucuz qiymətə satılaraq iddiaçıya maddi ziyan vurulmuşdur. Dəymiş zərər isə cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qeyd edilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində baytarlıq aptekinə daxil olan mallar cavabdeh tərəfindən faktiki olaraq 122.354,47 manat ucuz qiymətə satılmışdır. Ona görə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyinin surətindən də aydın olur ki, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekində xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə ekspert əmtəəşünasın müəyyən etdiyi orta bazar qiyməti ilə satıcının müəyyən etdiyi ticarət əlavəsi arasında yaranmış fərq zamanı Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən baytarlıq aptekinə dəymiş ziyan 122.354,47 manat məbləğində müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə-mühasibatlıq ekspertizanın verdiyi rəyini bu hissədə sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı malların cavabdeh tərəfindən faktiki olaraq ucuz qiymətə satılması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində baytarlıq aptekinə daxil olan malların cavabdeh tərəfindən faktiki olaraq ucuz qiymətə satılması nəticəsində iddiaçıya dəymiş ziyanın 84232 manat məbləğində deyil, 73412,68 manat məbləğində olması müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər öz aralarında baytarlıq aptekindən gələn gəlirin 60 faizinin iddiaçının, 40 faizinin isə cavabdehin olmasına dair razılığa gəlmişlər. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş 122354,47 manat məbləğində pul vəsaitinin 60 faizi 73412,68 manat məbləğində təşkil edir. Bu hallar iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağcabədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən hallar cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Belə olan halda, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, həmin avadanlıqların iddiaçı tərəfindən aparılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaya etirazının səlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunan qaimə fakturalar yazılmış 4 ədəd kitabçalardan görünür ki, həmin qaimə fakturalarda müxtəlif şəxslərə malların satılmasına dair qeydlər aparılsa da, qaimə fakturaların “Təhvil verdi” və “Təhvil aldı” hissələri hər hansı bir şəxs tərəfindən imzalanmamışdır. Bununla da, malların kim tərəfindən təhvil verilməsi və kim tərəfindən təhvil alınması müəyyən olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 73412,68 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddianın bu məbləğdən artıq hissəsi sübut olunmadığından, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 342,70 manat dövlət rüsumunun 310,24 manatı (yəni, 73412,68 manata münasibətdə) cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 73412,68 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 310,24 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1051/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1051/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver