Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1225/2022 21.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – Astara rayonun Ərçivan qəsəbəsininin sakini Cavabdeh icarə müqaviləsi ilə təhkim edilmiş, Astara rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən istifadəsində saxladığı iyirmi hektar torpaq sahəsindən çıxarılması və iyirmi hektar torpaq sahəsinin Astara rayonun Ərçivan bələdiyyəsinə təhvil verilməsi, 60 manatın qaytarılması barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Astara rayonun Ərçivan qəsəbəsininin sakini Cavabdeh icarə müqaviləsi ilə təhkim edilmiş, Astara rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən istifadəsində saxladığı iyirmi hektar torpaq sahəsindən çıxarılması və iyirmi hektar torpaq sahəsinin Astara rayonun Ərçivan bələdiyyəsinə təhvil verilməsi, 60 manatın qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, əsl cavabdehə qarşı iddia qaldırmaq məqsədi ilə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı – Astara rayonun Ərçivan qəsəbəsininin sakini Cavabdeh icarə müqaviləsi ilə təhkim edilmiş, Astara rayonun Ərçivan qəsəbəsi ərazisində yerləşən istifadəsində saxladığı iyirmi hektar torpaq sahəsindən çıxarılması və iyirmi hektar torpaq sahəsinin Astara rayonun Ərçivan bələdiyyəsinə təhvil verilməsi, 60 manatın qaytarılması barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1225/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1225/2022
21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver