Məhkəmə qərarları › İş №e-2-2(121)-1362/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1362/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1362/2025 15.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 313091 manat məbləğində əsas borcun və ödənilmiş 603,09 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçınə “Elektron pul təşkilatı” növündə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması; kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası və s. ödəniş xidmətlərinin həyata keçirilməsi hüququ verən 08 iyul 2024-cü il tarixli, EPT-005 saylı lisenziya verilmişdir. İddiaçı MMC, xidməti saytı Portmanat.az, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən Elektron pulqabı və onlayn ödəniş təchizatçısıdır. İddiaçı MMC fəaliyyət məzmununa uyğun olaraq sayı yüzlərlə hesablanılan müxtəlif fəaliyyət növlü şirkətlər və dövlət qurumları ilə müqavilə əsasında əməkdaşlıq edərək, partnyorlarının müştərilərinə və ödəyicilərinə ödəniş xidmətinin yüksək səviyyədə aparılmasını təmin edir. Portmanat.az portalı vasitəsilə bir sıra ödəniş xidmətlərinin, Kommunal (Azərişiq, Azəriqaz, Azərsu, Azəristilik və s.) , Mobil Operatorlar (Azercell, Bakcell, Narmobile, Naxtel 4G və s.), İnternet provayderlər, TV ödənişləri, Stasionar telefonlar, Bank kredit ödənişləri, Sığorta, DİN, DGK, DİM, DYP, DMX, DSX (cərimələr), Maliyyə Nazirliyi (cərimələr), Ədliyyə Nazirliyi (cərimələr) və s. ödənişləri onlayn olaraq həyata keçirilir. İddiaçı MMC müştərilərinə xidmət göstərməklə yanaşı, şirkətlə rəsmi formada müqavilə bağlayıb qazanc əldə etmək məqsədilə distrubuter və diller kimi fəaliyyət göstərən şəxslərin xidmətlərindən istifadə edir. İddiaçı “X6” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, RZA01/060 nömrəli “ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli, RZA01/060 nömrəli “ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1-ci maddəsinə əsasən: “1.1. Bu müqaviləyə əsasən X1 tapşırığı əsasında, Ödəyicinin müvafiq Xidmət Təchizatçılarına (qaz, su, elektrik, rabitə, və s.) olan borcunun ödənilməsi məqsədilə, ödəyicidən vəsaitləri qəbul edərək öz ödəniş sistemi və ödəniş alətlərindən istifadə edərək ödəniş xidmətlərini göstərir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən: “2.1. Bu müqaviləyə əsasən ÖdənişTəşkilatı Ödəyicidən onun tapşırığı əsasında, Ödəyicinin müvafiq Xidmət Təchizatçılarına (qaz, su, elektrik, rabitə və s.) olan borcunun ödənilməsi məqsədilə Ödəyicidən vəsaitləri köçürmə yolu ilə qəbul edir və müvafiq Xidmət Təchizatçısının hesabına dərhal yaxud ödəniş sistemi və ödəniş alətləri bu əməliyyatın icra olunması mümkün edən an dərhal köçürür... 2.4. Ödəyici Xidmət Təchizatçılarına Ödəniş Təşkilatı vasitəsilə borcun ödənilməsini tapşırdığı hər əməliyyat üzrə Ödəniş Təşkilatına həmin borcu təsdiq edən sənədlərin surətini təqdim edir. (yazılı yaxud elektron bildiriş və s.).” Həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən “portmanat.az” saytında cavabdehin adına açılmış şəxsi kabinet vasitəsilə “Paşa Bank” tacir kart hesabına avans məbləğlər köçürülmüşdür. Həmin hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsait cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli idi. “X6” MMC-nin diler-ödəyicisi Cavabdeh 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2022-ci il tarixə ona ödənilmiş pul vəsaitinin hərəkətinin qiymətləndirilməsinə görə aparılmış auditin nəticəsinə dair Auditor hesabatına əsasən, “01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2022-ci il tarixə olan dövrdə Cəmiyyət tərəfindən maddi-məsul şəxs (diler) Cavabdeh hesabına 8.729.899 (səkkiz milyon yeddi yüz iyirmi doqquz min səkkiz yüz doxsan doqquz) manat sıfır qəpik pul vəsaiti köçürülmüşdür. Diler Cavabdeh isə hesabında olan pul vəsaitindən müxtəlif məqsədli xidmətlərə tam istifadə etməklə məxaricə vermiş və əldə olunmuş 8.729.899 (səkkiz milyon yeddi yüz iyirmi doqquz min səkkiz yüz doxsan doqquz) manat sıfır qəpik nağd pul vəsaitindən xidmət etdiyi cəmiyyətin bankda olan hesablaşma hesabına isə 8.416.808 (səkkiz milyon dörd yüz on altı min səkkiz yüz səkkiz) manat pul vəsaitini köçürmüşdür. Nəticədə xx.xx.2022-ci il tarixə cəmiyyətə (8.729.899 - 8.416.808)= 313.091 (üç yüz on üç min doxsan bir) manat sıfır qəpik nağd pul vəsaitini az köçürməklə cəmiyyətə ziyan vurmuşdur.” Göründüyü kimi, cavabdehin hesabına ödənilmiş 313.091 AZN vəsaiti istifadə etsə də, həmin məbləğlərin ödəniş təyinatı barədə heç bir hesabat, məlumat verməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında mülki münasibətlər müqavilə ilə yaranmış və həmin müqavilə üzrə də cavabdeh üzərinə öhdəliklər götürmüşdür. Qeyd edilənlərlə, tərəflər arasında müqavilənin bağlandığı, həmin müqavilə üzrə Cavabdeh borcunun yarandığı və borcun onun özü tərəfindən etiraf edildiyi sübuta yetirilir, həmçinin, o halda sübuta yetirilir ki, cavabdeh etiraf etdiyi öhdəliyi icra etmək əvəzinə, borcun ödənilməsindən tərəflərin münasibətlərini tənzimləyən müqaviləyə və Mülki Məcəllənin yuxarıda istinad edilən normalarına zidd olan tərzdə yayınmağa cəhd edir. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin, bu günədək ödəniş həyata keçirilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi etiraz ərizəsində İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında R01/780/02 saylı müqaviləyə əsasən, bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunverçiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh (AZE №********) arasında müqavilə bağlanaraq aşağıdaki şərtlər müəyyən edilmişdir. Müqavilənin anlayışlar hissəsində göstərildiyi kimi İcraçı –X2 şəxsində təmsil olunan, VÖEN nömrəsi ********** və hüquqi ünvanı, AZ 1065 Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 3 “X7” MMC, Sifarişçi - VÖEN nömrəsi ********** və ünvanı Neftçala rayon, Xolqarabucaq kəndi, Cavabdeh, Məhsul - müqavilə qüvvəyə mindiyi andan İcraçıya məxsus, elektron ödəniş portalı “Portmanat.az”. Müqaviləyə əsasən cavabdehlə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasinda 2021–ci il dən 2022-ci il tarixlərində 8.723.873,50 manat pul dövriyyəsi olmuşdur. Cavabdeh işlədiyi dövrdə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında heç bir narazıçılıq olmamışdır. xx.xx.2022-ci ildə Neftçala Polis şöbəsinin istintaq qrupunun baş müstəntiqinə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış müqavilə təqdim olunaraq, müqavilənin 9.3-cü və 10.3-cü bəndlərinə əsasən aralarında olan mübahisənin müvafiq məhkəmələrdə və ya aralarına razılaşma yolu ilə həll olunması barədə məlumat vermişdir. Cavabdeh Saleh oğlu ilə 4 dəfə “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yasamal rayonunda yerləşən ünvanına gedərək rəhbər işçilərlə görüşmüşdür, lakin aralarında olan danışıq alınmamışdır. Cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətiin məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir, lakin “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti onu dələduzluqda ittiham edərək Nefçala rayon polis şöbəsinə şikayət etmişdir və Cavabdeh barəsində 11 noyabr 2022-ci il ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin ********* nömrəli cinayət işi icraatdadır. İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət edərək ********* nömrəli cinayət işini başlatmışdır. Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin ********* nömrəli cinayət işinin yekun ittiham aktının təttib olunması və məhkəmə yekun qərarı qəbul edilənə kimi Şirvan Kommersiya Məhkəməsində 2-2(121)-1362/2025 nömrəli iş dayandırılmaldır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. . Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RZA01/060 nömrəli “Ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1-ci bəndinə əsasən, X1 tapşırığı əsasında, ödəyicinin müvafiq xidmət təchizatçılarına (qaz,su,elektrik,rabitə və s.) olan borcunun ödənilməsi məqsədilə, ödəyicidən vəsaitləri qəbul edərək öz ödəniş sistemi və ödəniş alətlərindən istifadə edərək ödəniş xidmətlərini göstərir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Audit hesabatı”na əsasən, aparılan auditə görə belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC-nin diler - ödəyicisi maddi məsul şəxsi Cavabdeh 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2022-ci il tarixə cəmiyyətin ödəmə platformasından ona ayırdığı elektron pul vəsaitindən səmərəli istifadə olunmamış, onunla bağlanılmış xidməti müqavilənin şərtlərinə əməl etməmiş və 01 noyabr 2022-ci il tarixə 313091 manat nağd pul vəsaitini cəmiyyətin hesablaşma hesabına az köçürməklə mənimsəmə və israfçılıq hallarına yol verməklə cəmiyyətin büdcəsinə ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-1135/2-14056/25 nömrəli sorğuya cavabdan görünür ki, Baş İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş audit hesabatı və məhkəmə-mühatibatlıq ekspertizasının rəyinə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RZA01/060 nömrəli “Ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədə nəzərdə tutulmayan ümumi əməliyyat xərcləri çıxıldıqdan sonra icra edilməmiş qalıq öhdəlik 103818,70 manat təşkil etmişdir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan auditor hesabatının, cədvəl məlumatlarının, ödəniş qəbzləri məlumatlarının və bank hesabından çıxarış məlumatlarının düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı tədqirdə, “X8” MMC-də yaranmış çatışmazlıq 103818,70 manat məbləğində müəyyən olunur. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya bildirişinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RZA01/060 saylı kredit müqaviləsinə əsasən yaranmış 313082 manat borcun 3 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (xidmət müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, RZA01/060 nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı öz texniki avadanlıqları və vəsaiti hesabına cavabdehin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin etməyi, cavabdeh isə sifarişinin yerinə yetirildiyi təqdirdə iddiaçıya yaranan borc (kommunal və digər ödənişlərin icrasında istifadə edilən vəsait) və xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə çərçivəsində “portmanat.az” saytında cavabdehin adına açılmış şəxsi kabinet vasitəsilə “Paşa Bank” tacir kart hesabına avans məbləğlər köçürüldüyünü, lakin həmin hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsaitin cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli olduğu halda, cavabdehin xidmət etdiyi cəmiyyətin bankda olan hesablaşma hesabına tam şəkildə pul vəsaitini köçürmədiyini, nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə cəmiyyətə 313.091 (üç yüz on üç min doxsan bir) manat məbləğində ziyan vurduğunu iddia edir. Cavabdeh etiraz ərizəsində tərəflər arasında bağlanmış müqaviləyə əsasən “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında 2021–2022-ci il tarixlərində 8.723.873,50 manat pul dövriyyəsi olduğunu, birgə işlədikləri dövrdə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında heç bir narazıçılıq olmadığını, lakin iddiaçının onun barəsində dələduzluq ittihamı ilə hüquq mühafizə orqanlarına şikayət etdiyini, halbuki müqavilə şərtlərinə əsasən aralarında olan mübahisənin müvafiq məhkəmələrdə və ya aralarında razılaşma yolu ilə həll olunması barədə razılaşdıqlarını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilk olaraq müəyyən edir ki, tərəflər arasında bağlanmış elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə hüquqi mahiyyəti etibarı ilə xidmət göstərilməsi haqqında müqavilədir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulan müqavilə konstruksiyalarının içərisində xidmət müqaviləsi yer almadığına görə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin maddi hüquqi əsasının tapılması üçün Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qeyd olunan maddi hüquq normasının tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Məhkəmə onu da vurğulayır ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi istinad edilən hallar qeyd edilən müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında da göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərində hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsaitin cavabdeh tərəfindən iddiaçıya geri ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin öhdəliklərin icrasını tam şəkildə yerinə yetirməməsi işdə olan audit hesabatı və ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsində iddianın tam və ya qismən əsassızlığına dair münasibət bildirməmişdir, yalnız müqavilədə mübahisənin qarşılıqlı razılaşma və ya məhkəmə yolu ilə həllinin nəzərdə tutulduğunu qeyd etmişdir. İşin məhkəmə araşdırması zamanı da iddia tələbini təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq tam icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə, iddia tələbini cavabdehdən tutulacaq pul məbləğinin həcminə münasibətdə qismən əsaslı hesab edərək qeyd edir ki, işdə olan audit hesabatı və məhkəmə-mühatibatlıq ekspertizasının rəyinə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RZA01/060 nömrəli “Ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədə nəzərdə tutulmayan ümumi əməliyyat xərcləri çıxıldıqdan sonra icra edilməmiş qalıq öhdəliyin həcminin 103818,70 manat təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən audit hesabatı və ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən artıq məbləğdə borcun olmasına dair sübutlar təqdim edilmədiyinə görə, iddia tələbi həmin hesabat və rəydə göstərilən həcmdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinin birgə tələbinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 103818,70 manat məbləğində pul və ödənilmiş 393,82 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 104212,52 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 209,27 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar