Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1442/2023 04.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Əlizadə Aynur Zaur qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra “ilk iddiaçı” adlanacaq) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra “qarşılıqlı iddiaçı” adlanacaq) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 174.808,96 manat əsas borc, 17.043,87 manat faiz borcu, 400 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsait, vəkilə ödənilmiş 500 manat məbləğində pul və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 483 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 193.235,83 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək "xxxx" MMC (bundan sonra “İddiaçı” adlanacaq) ilə "xxxx" MMC (bundan sonra “Cavabdeh” adlanacaq) arasında 16 saylı xidmət müqaviləsi imzalanmışdır. "xxxx" MMC 27 fevral 2019-cu il tarixdə adını dəyişdirərək İddiaçı MMC olmuşdur. Qeyd edilən dəyişiklik Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. Tərəflər arasında olan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İmişli rayonunda olan qum-çınqıl xammalının İddiaçı MMC-nin nəqliyyat vasitələri ilə "xxxx" MMC təyin etdiyi məntəqəyə daşınması və boşaldılması xidmətləri icra edilmişdir. İddiaçı MMC tərəfindən göstərilmiş xidmətin dəyəri ƏDV daxil (31165,74 manat) 204308,96 manat təşkil etmişdir. Həmin məbləğdən cəmi bir dəfə xx.xx.2020-ci ildə 4500 manat ƏDV daxil olmaqla, 29500 manat ödənilmişdir. Qalıq borc 174.808,96 manat təşkil edir. xx.xx.2018-ci il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesabfaktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməli idi. Yuxarıda göstərilən tarixdən "xxxx" MMC-nə xidmət göstərilməsinə baxmayaraq bu günə kimi müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan qaydada yuxarıda göstərilən məbləğ "xxxx" MMC tərəfindən ödənilməmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklər "xxxx" MMC tərəfindən icra edilməmiş və göstərilən xidmət üçün xidmət haqqı ödənilməmişdir. Müqavilənin 3.1.6-cı bəndinə əsasən "xxxx" MMC xidmət haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda İddiaçı MMC ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" MMC müqavilə üzrə üzərinə öhdəlik götürməsinə baxmayaraq bu günkü günə kimi yuxarıda göstərilən 174.808,96 manat xidmət haqqı borcunu ödəməmişdir. Qarşılıqlı iddiaçı "xxxx" MMC məhkəməyə xx.xx.2023-cü il tarixli “iddia müddətinin tətbiqi barədə” ərizə ünvanlayaraq, ilk İddiaçı MMC-nin onlara qarşı “müqavilə üzrə borcun və cərimənin ödənilməsinə dair” iddia ilə məhkəməyə müraciət etdiyini, "xxxx" MMC-nin İddiaçı MMC-yə hal hazıradək hər hansı borcu olmadığını, yuxarıda qeyd olunan müqavilənin müddətinin 31 dekabr 2018-ci il tarixdə başa çatdığını, ilk iddiaçının bu tarixdən 3 il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürdüyünü qeyd edərək, hazırkı mübahisəyə iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı "xxxx" MMC ilk İddiaçı MMC-nə qarşı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə 108.613,80 manat məbləğində pulun və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 399 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC Şirvan Kommersiya Məhkəməsində "xxxx" MMC-ə qarşı iddia qaldıraraq cəmi 193.235,83 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə bildirilir ki,İddiaçı MMC-nin iddia tələbinin faktiki və hüquqi əsasları yoxdur. İstinad olunan müqavilə üzrə ilk iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri ödənilmişdir və ona hər hansı borc məbləği qalmamışdır. İlk iddiaçı tərəflər arasında olan müqaviləyə və mülki qanunvericiliyin müddəalarına istinad edərək əsası olmayan bir məbləği tələb etmişdir. Lakin tələb olunan məbləğ həcmində xidmətin göstərilməsini təsdiq edən hər hansı əsaslı dəlil göstərilməmişdir. Ona görə ki, belə dəlil mövcud deyildir. İlk iddiaçı Müqavilənin 2.3-cü bəndinə istinadla qeyd edir ki, “ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməli idi”. Göründüyü kimi, müqavilə şərtinə görə, “Chinar Holding" MMC müqavilə üzrə ay ərzində yerinə yetirdiyi xidmətlərə dair təhvil-təslim aktı təqdim etməli, həmin təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra ödənişlə bağlı tədbirlər görülməlidir. Tələb olunan məbləğə dair xidmətlərin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim aktı olmamışdır. Belə ki, xidmətlər yerinə yetirilmədiyinə görə təhvil-təslimə də zərurət yaranmamışdır. Yerinə yetirilməyən xidmətin “haqqını” tələb etmək isə əsassızdır. Buna görə də, ilk iddia tələbi rədd edilməli və hazırki ərizə ilə irəli sürülən qarşılıqlı iddia tələbi təmin olunmalıdır. "xxxx" MMC-nin "xxxx" MMCyə yükdaşıma xidmətini göstərmədiyi halda, guya bu xidmətləri göstərdiyi, lakin xidmətin haqqını ala bilməməsi barədə məhkəmədə əsassız iddia qaldırması onun nəticəsidir ki, o, bundan əvvəl də başqa qeyri-qanuni tələb və hərəkətləri ilə "xxxx" MMC-dən böyük məbləğdə vəsaitlər almışdır. Belə ki, "xxxx" MMC Vergi Məcəlləsinin 218.4.1-ci və 219.5-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, əvvəlki dövrlərdə müəssisəyə xidmət göstərdiyi münasibətlərdə Azərbaycan Respublikası ərazisində göstərdiyi yükdaşıma xidmətlərinə dair "xxxx" MMC-yə təqdim etdiyi e-vergi hesab fakturalarına xidmət haqlarından başqa, həm də əlavə dəyər vergisi məbləğləri daxil etmiş və ödənilməsini tələb edərək bütövlüklə almışdır. E-vergi hesab fakturalarına qeyri-qanuni daxil edilmiş və “Türkaz Çınqıl" MMC-dən qanunsuz olaraq əlavə dəyər vergisi adı ilə alınmış vəsaitlərin ümumi məğləği 108613,80 manat təşkil etmişdir. Halbuki, Vergi Məcəlləsinin 218.4-cü və 218.4.1-ci maddələri ilə bir mənalı olaraq müəyyən edilmişdir ki, “bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” sadələşdirilmiş verginin ödəyiciləridir. Eyni zamanda Vergi Məcəlləsinin 219.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin ödəyicisi deyillər. Bu şəxslərin e-vergi hesab fakturalarına əlavə dəyər vergisini daxil etməsi qanuna ziddir. "xxxx" MMC-nin əsassız tələbi ilə 108613,80 manat məbləğində vəsaitin ona ödənilməsi "xxxx" MMC-nin maliyyə vəziyyətini olduqca pisləşdirmiş, vəsait çatışmazlığı üzündən təsərrüfat fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıqları və ehtiyyat hissələrini vaxtında alması mümkün olmamışdır. Bunun da nəticəsində müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməmiş, gözlənilən fayda itirilərək zərərə düşmüşdür. İlk İddiaçı MMC xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddiaçı "xxxx" MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsində İddiaçı MMC-yə hər-hansı bir borcunun olmamasını bildirir. Qeyd edilən məsələ ilə bağlı qeyd edirlər ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsində göstərdiyi əsaslar müqavilə öhdəliklərinin icra edilməməsi üçün bəhanələrdir. Belə ki, qarşılıqlı iddiaçıya göstərilən xidmətin ümumi dəyəri ƏDV daxil olmaqla 860125,43 (səkkiz yüz altmış min bir yüz iyirmi beş manat qırx üç qəpik) manat təşkil etmişdir. Qarşılıqlı iddiaçı qeyd edilən xidmət haqqı dəyərindən 671982,26 (altı yüz yetmiş bir min doqquz yüz səksən iki manat iyirmi altı qəpik) manat ƏDV daxil olmaqla ödəniş etmiş, ƏDV daxil olmaqla 188143,17 (bir yüz səksən səkkiz min bir yüz qırx üç manat on yeddi qəpik) manat borcu qalmaqdadır. Tərəflər arasında olan müqavilə münasibətləri işgüzar adətlər və qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimlənmiş və təqdim edilmiş elektron qaimələrə əsasən müvafiq ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, onlar qarşılıqlı iddiaçının öz ərizəsində göstərdiyi kimi, hər-hansı bir əsassız ödəniş tələb etmirlər. Bu qarşılıqlı iddiaçının müqavilə öhdəliklərinin icra edilməməsi üçün etdiyi bəhanə, başqa sözlə dolayısı ilə müqavilə öhdəliyindən yayınma taktikasıdır. Bildirirlər ki, qarşılıqlı iddiaçı ilə bütün ödənişlər qarşılıqlı iddiaçıya göndərilmiş elektron qaimələrə əsasən həyata keçirilmişdir. Tərəflər arasında olan inam hər hansı digər sənədin tərtibini zəruri etməmişdir. Bundan başqa qarşılıqlı iddiaçı heç bir əsasa, sübuta əsaslanmayaraq onlara qarşı hansısa qeyri-qanuni tələb və hərəkətlərlə onlardan böyük məbləğdə vəsaitlər tələb etdiklərini bildirir. Əvvəla, bildirmək istəyirlər ki, qarşılıqlı iddiaçının qeyd etdikləri cəfəngiyat və sübutu olmadığı halda onlara böhtan atmaqdır. Əgər belə bir hal vardısa və buna dair hər-hansı bir sübutu vardısa onda niyə hüquq mühafizə orqanlarına müraciət etməmiş və onların barəsində müvafiq tədbir görülməsini tələb etməmişdir? Qarşılıqlı iddia ərizəsində e-vergi hesab fakturalarının qeyri-qanuni daxil edildiyi və qarşılıqlı iddiaçıdan qanunsuz olaraq ƏDV vergisi adı ilə vəsaitlər alındığı və bunların ümumi məbləğinin 108 613,80 AZN təşkil etdiyi bildirilmişdir. Qarşılıqlı iddiaçının bu arqumenti ilə bağlı bildirirlər ki, İddiaçı MMC ƏDV ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınmasının qüvvəyə minməsi xx.xx.2007-ci il təsadüf etmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən könüllü qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmaqlarını tələb edə bilərlər və bundan başqa artıq qarşılıqlı iddiaçı ilə fəaliyyət göstərən zaman ƏDV ödəyici olaraq qeydiyyata alınmışlar və həmin kriteriyaya uyğun vergi ödəyicisi kimi fəaliyyət göstərmişlər. Qeyd edilənlər baxımından hesab edirlər ki, qarşılıqlı iddiaçının onlardan tələb etdiyi məbləğlər əsassız olmaqla yanaşı ədalətsizliyin təzahürüdür. Belə ki, qarşılıqlı iddiaçı borclu olduğu halda, müqavilə öhdəliyini icra etmədiyi halda başqasını əsası olmayan məsələ barədə günahlandırması qəbul edilməzdir. Zərəri onlar tələb etməlidirlər, qarşı tərəf yox, çünki müqavilə öhdəliklərinə qarşılıqlı iddiaçı əməl etməmiş və müqavilə öhdəliklərini pozmuş və onlara məxsus vəsaiti özündə saxlamaqla onlara külli miqdarda ziyan vurmuşdur. Qarşılıqlı iddiaçının bu qanunsuz əməlləri nəticəsində Cəmiyyət işçilərinin əmək haqlarını, vergi və digər ödənişləri qarşılamaq üçün banklardan yüksək faizlərlə kredit götürmək məcburiyyətində qalmış və nəticədə böyük zərərlə qarşılaşmışdır. Qarşılıqlı iddiaçı isə əsassız ərizələr verməklə heç bir əsası olmayan dəlillər irəli sürərək aralarında olan müqavilə münasibətlərindən irəli gələn öhdəliklərini icra etmək istəmir. Yuxarıda göstərilənlər nəzərə alınaraq qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İlk İddiaçı MMC məhkəməyə xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ünvanlayaraq, qarşılıqlı iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş “iddia müddətinin tətbiqi barədə” ərizənin təmin edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı bir tərəfdən borcu qəbul etməyərək borcunun olmadığını bildirir, digər tərəfdən isə həmin borc tələbinə iddia müddətinin tətbiqini xahiş edir. Başqa sözlə, dolayısı ilə də olsa borcun mövcudluğunu qəbul edir. Qeyd olunduğu kimi İddiaçı MMC xidmət müqaviləsinin müddətinin 31 dekabr 2018-ci il tarixdə başa çatdığını və ilk iddiaçının üç il müddətində məhkəməyə müraciət etməli olduğu halda müraciət etmədiyindən Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il olaraq müəyyən edildiyindən hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 16№-li xidmət müqaviləsinin 12.8-ci maddəsində müqavilənin yuxarıda imzalanma tarixindən qüvvəyə mindiyi və 31 dekabr 2018-ci il tarixinədək qüvvədə olması göstərilsə də, həmin müqavilənin 12.9-cu bəndində hazırki müqavilənin bitməsinə bir həftə qalmış, tərəflərdən biri, müqavilə üzrə hüquq münasibətlərini davam etdirmək niyyətinin olmaması barədə digər tərəfi yazılı xəbərdar etmədiyi halda, müqavilənin eyni müddətə uzadılmış sayıldığı öz əksini tapmışdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, tərəflərdən heç biri müqavilənin ləğv edilməsini tələb etməmiş, müqavilə eyni şərtlərlə tərəflər arasında davam etdirilmiş və bunun bariz nümunəsi olaraq cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya bank vasitəsilə qaimə fakturalara əsasən ödənişlər həyata keçirmişdir. Tərəflər arasında olan müqavilə münasibətləri üzrə sonuncu ödənişin xx.xx.2020-ci il tarixində olmasına baxmayaraq, tərəflər arasında olan müqavilənin ləğv edilməsi barədə tərəflərdən hər-hansı biri belə təşəbbüslə çıxış etməməsi müqavilə münasibətlərinin hələ də davam etməsindən xəbər verir və belə olduğu halda iddia müddətinin ötürülməsindən bəhs edilə bilməz. İlk İddiaçı MMC xx.xx.2023-cü il tarixli “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, qarşılqlı iddiaçı "xxxx" MMC-dən 188.143,17 manat əsas borcun, 18.343,95 manat faiz borcunun, 400 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, vəkilə ödənilmiş 500 manatın və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 497 manat dövlət rüsumunun, ümumilikdə 207.884,12 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək izahatında ilk iddia tələbinin və “iddia tələbinin həcminin artırılması barədə” ərizənin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hər iki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Cəmiyyətin qanuni təmsilçisi X1r. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2007-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Cəmiyyətin qanuni təmsilçisi Madakbas Abdurrahmandır. İş materiallarında olan “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi”nin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2006cı il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Sifarişçi”) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“İcraçı”) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı İmişli rayonunda olan qum-çınqıl xammalını öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və Sifarişçinin təyin etdiyi məntəqələrə boşaldılması xidmətlərini (bundan sonra “daşıma xidməti” adlanacaq) göstərir və Sifarişçi isə bu xidmət müqabilində İcraçıya müvafiq haqq ödəyir; 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət haqqı, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər ödəmələr İcraçıya aiddir; 2.2-ci bəndinə əsasən, hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən daşıma xidmətinin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır; 2.3-cü bəndinə əsasən, bu müqavilə üzrə ödəniş, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura “Sifarişçi”yə təqdim olunandan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçiriləcəkdir; 12.8-ci bəndinə əsasən, bu müqavilə yuxarıda göstərilmiş imzalanma tarixindən qüvvəyə minir və 31 dekabr 2018-ci il müddətinə qədər qüvvədə qalır. 12.9-cü bəndinə əsasən, bu müqavilənin bitməsinə bir həftə qalmış, tərəflərdən biri müqavilə hüquq münasibətlərini davam etdirmək niyyətinin olmaması barədə digər tərəfiyazılı xəbərdar etmədiyi halda, müqavilə eyni müddətə uzadılmış sayılır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, tərəflər müqavilə üzrə göstəriləcək xidmət tariflərini müəyyən olunmuş cədvələ uyğun olaraq razılaşmışlar. İş materiallarında olan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə göndərilmiş ümumilikdə 41 sayda elektronqaimələrin surətlərindən görünür ki, həmin qaimələrə əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə ƏDV daxil olmaqla cəmi 860125,43 manat məbləğində yük daşınması xidməti göstərilmişdir. İş materiallarında olan “ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinə əsasən, İddiaçı MMC-nin bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində cəmi 540776,67 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsi üzrə "xxxx" MMC-dən 174.808,96 manat əsas borcun, 8.740,44 manat faiz borcunun, ümumilikdə 183.549,40 manat borcun 3 gün ərzində İddiaçı MMC-yə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 450 manat vəsait ödəmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 399 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçının sifarişi ilə qum-çınqıl xammalını (yükü) öz nəqliyyat vasitələri ilə razılaşdırılmış qiymət tarifinə uyğun haqq müqabilində təyinat yerinə daşınması və boşaldılmasına, qarşılıqlı iddiaçının isə daşımanın dəyərinin ilk iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Xidmət müqaviləsi” adlandırdıqları xx.xx.2018-ci il tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İlk iddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək qarşılıqlı iddiaçının sifarişləri əsasında yükləri təyinat yerinə daşıdığını, lakin qarşılıqlı iddiaçının daşımaların dəyərini tam ödəmədiyini, nəticədə onun ödənilməmiş 188.143,17 manat məbləğində borcunun qaldığını iddia edir. Qarşılqlı iddiaçı adı çəkilən müqavilə üzrə öhdəliyini yerinə yetirərək ilk iddiaçı tərəfindən həyata keçirilmiş daşımaların dəyərini tam şəkildə ödədiyini, ilk iddiaçının onlardan əsası olmayan borc məbləği tələb etdiyini, əlavə olaraq həmin tələb üzrə iddia müddətinin də ilk iddiaçı tərəfindən ötürüldüyünü bildirməklə yanaşı, ilk iddiaçının onlardan əsassız olaraq 108613,80 manat məbləğində əlavə dəyər vergisi aldığını iddia edir və həmin vəsaitin geri qaytarılmasını tələb edir. Beləliklə, tərəflərin hər ikisinin tələblərinin faktiki əsası kimi aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad edərək həmin müqavilədən irəli gələn subyektiv hüquqlarının pozulduğunu iddia etdikləri müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında adı çəkilən müqaviləyə əsasən yaranmış münasibətin xarakterinin müəyyən edilməsi və ona hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında bağlanan müqavilə “Xidmət müqaviləsi” adlandırılsa da, müqavilənin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (qarşılıqlı iddiaçının sifarişi ilə ilk iddiaçının öz nəqliyyat vasitələri ilə yükü təyinat yerinə daşıması, qarşılıqlı iddiaçının isə daşımanın dəyərini ilk iddiaçıya ödəməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi yük daşınması müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan yük daşınması müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə hər iki tələbin maddi hüquqi əsası kimi ilk növbədə həmin normalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, müqavilə onu iştirakçıları (iş üzrə tərəflər) tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən də aşkar edilməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra ilk olaraq ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallara və həmin halların sübutuna dair ilk iddiaçının gətirdiyi dəlillərə hüquqi qiymət verərək hesab edir ki, ilk iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, ilk iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək qarşılıqlı iddiaçının sifarişləri əsasında yükləri təyinat yerinə daşımasına baxmayaraq, qarşılıqlı iddiaçının daşımaların dəyərini tam ödəmədiyini, nəticədə qarşılıqlı iddiaçının 188.143,17 manat məbləğində borcunun qaldığını iddia edir. İlk iddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə və qarşılıqlı iddiaçıya göndərilmiş elektronqaimələrə istinad edərək bildirir ki, adı çəkilən elektron-qaimələrə əsasən sübut olunur ki, qarşılıqlı iddiaçıya göstərilən yük daşınması xidmətinin ümumi dəyəri ƏDV daxil olmaqla 860125,43 manat təşkil etmişdir. Qarşılıqlı iddiaçı qeyd edilən xidmət haqqı dəyərindən 671982,26 manat ödəniş etmiş, 188143,17 manat borcu qalmışdır. İlk iddiaçı tərəflər arasında olan müqavilə münasibətlərinin işgüzar adətlər, qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimləndiyini, qarşılıqlı iddiaçı ilə bütün ödənişlərin elektron qaimələrə əsasən həyata keçirildiyini, tərəflər arasında olan inamın hər hansı digər sənədin tərtibini zəruri etmədiyini bildirir. Lakin qarşılıqlı iddiaçı iddia tələbinə etiraz edərək, ilk iddiaçının iddia etdiyi kimi 860125,43 manat dəyərində daşıma xidməti göstərilmədiyini, yerinə yetirilən daşıma xidmətinin dəyərinin cəmi 540776,67 manat (ƏDV daxil olmaqla 671982,26 manat) təşkil etdiyini və həmin məbləğin də tərəflərindən tam şəkildə ödənildiyini bildirir və etirazının əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, elektron qaimələrə və ödəniş tapşırıqlarına istinad edir. Göründüyü kimi mübahisənin predmetini həyata keçirilən yük daşınması xidmətinin dəyərinin müəyyən edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçıya 860125,43 manat dəyərində yük daşınması xidmətinin göstərilməsini sübut etmə yükü ilk iddiaçının üzərinə düşür. Belə ki, qeyd olunan məbləğdə yük daşınmasının həyata keçirildiyini ilk iddiaçı iddia edir. İşin hallarından görünür ki, ilk iddiaçı tələbinin faktiki əsası kimi qarşılıqlı iddiaçıya göndərilmiş elektron-qaimələrə istinad edərək hesab edir ki, həmin qaimələrə əsasən qarşılıqlı iddiaçıya göstərilən yük daşınması xidmətinin ümumi dəyərinin 860125,43 manat təşkil etməsi öz təsdiqini tapır. İlk iddiaçının bu arqumenti ilə əlaqədar məhkəmə qeyd edir ki, əvvəla qeyd edilən elektron qaimə-fakturalar öz-özlüyündə ilk iddiaçı tərəfindən tələb edilən məbləğdə yük daşınması xidmətinin göstərilməsi faktını sübut etmək üçün kifayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. “Qaydalar”ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. “Qaydalar”ın 2.5.3-cü bəndinin tələblərindən və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura”nın forma və məzmununu müəyyən edən “Qaydalar”a 1 nömrəli Əlavədən görünür ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Məhkəmə qeyd edir ki, baxılan işdə istinad olunan elektron qaimə-fakturalardan görünür ki, həmin sənədlərdə yüklərin faktiki olaraq daşınaraq təhvil verilməsi və alınması öz əksini tapmamışdır. İlk iddiaçının istinad etdiyi həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) yüklərin daşınaraq təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Həmçinin elektron qaimələrin məzmunu daşınan yüklərin təhvil verilmə faktını təsdiq etmir. Buna görə də, həmin elektron qaimələr, tərəflər arasında imzalanmış müqavilənin 2.2 və 2.3-cü bəndlərində nəzərdə tutulan təhvil-təslim aktını əvəz edə bilməz. Məhkəmə hesab edir ki, iş üzrə tərəflərin şərtləşdirdikləri kimi müqavilə üzrə ödənişin təhvil-təslim aktı imzalandıqdan və göstərilmiş xidmətə dair hesab-faktura təqdim olunandan sonra həyata keçiriləcəyi nəzərdə tutulduğuna görə, ilk iddiaçının istinad etdiyi elektron qaimələrdə yüklərin daşınaraq təhvil verilməsi (yükün qəbul edilməsi) öz təsdiqini tapmalı idi. İstinad olunan elektron qaimələrdə isə göstərilən məbləğlərdə yüklərin daşınaraq təhvil verilməsi öz təsdiqini tapmamışdır. Halbuki, müqavilədə nəzərdə tutulan yük daşınması xidmətinin göstərilməsi müvafiq qaydada tərtib edilərək, hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanan və məzmunu ilə hansı miqdarda yükün daşınması və həmin yükün nə vaxt, harada, kim tərəfindən təhvil verilməsi və kimin tərəfindən qəbul edilməsi kimi məlumatları özündə əks etdirən təhvil-təslim aktı və ya digər sənəd ilə müəyyən oluna bilərdi. İlk iddiaçı tərəfindən istinad olunan Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində qarşılıqlı iddiaçıya təqdim edilməsi məqsədilə ilk iddiaçı tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə göndərilmiş cəmi 13 sayda elektronqaimələr isə həqiqətən də tələb olunan məbləğdə yük daşınması xidmətinin göstərilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Çünki, özündə ödəniləcək pul vəsaitinin məbləğləri barədə məlumatı əks etdirən və heç bir halda tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq yüklərin həqiqətən də daşınmasını və təhvil verilməsinə dair məlumatları ehtiva etməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə iddia edilən məbləğdə yükün daşınaraq təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə olduğu halda bir tərəfin digər tərəfə göndərdiyi elektron qaimə-fakturanın mötəbər və yetərli sübut vasitəsi kimi malların verilməsi, iş görülməsi və ya xidmət göstərilməsini təsdiq etmək üçün kifayət etmədiyi, “HTM Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilmişdir. Belə ki, adı çəkilən Qərarda əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 2.2 və 2.3-cü bəndlərində nəzərdə tutulmuşdur ki, yük daşınmasının müqabilində ödənişlər təhvil-təslim aktı imzalandıqdan və göstərilmiş xidmətə dair hesab-faktura təqdim olunandan sonra həyata keçiriləcəkdir. Göründüyü kimi tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, yükün daşınması və təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı mövcud deyildir və məhkəmə iclaslarında ilk iddiaçının nümayəndəsi onlar tərəfindən daşınan yükün qarşılıqlı iddiaçıya və ya digər yük alana təhvil-təslim edilməsinə dair sənədin tərtib edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, baxılan işdə yükün daşınması və təhvil-təslimi ilə əlaqədar müqavilə şərtlərinə əməl olunmadığından, müvafiq sənədlər tərtib edilmədiyindən, yəni hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər dayanmadığından, həmin elektron qaimə-fakturalar iddia edilən yükün daşınması faktının təsdiq edilməsi üçün kifayət etmir. Məhkəmə, ilk iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi faktiki halları sübut etməsinə mükəlləf olması ilə əlaqədar daha bir vacib xüsusatı qeyd edir ki, baxılan işdə ilk iddiaçının həyata keçirdiyi yük daşınmasının sayı, həcmi və dəyəri ilə bağlı məsələlər, mülki prosessual qanunvericiliyin sübutların mümkünlüyü barədə normativ tələbinə görə, yalnız aidiyyəti qanunvericilik aktlarında nəzərdə tutulmuş sənədlərlə təsdiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, mülki hüquq subyektlərinin yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənmiş, yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsasları və yüklərin daşınması ilə əlaqədar digər spesifik məsələlər isə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na əsasən müəyyən edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun: 17.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. 22.2-ci maddəsinə əsasən, sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən (14 iyul 2023-cü il tarixli 973- VİQD nömrəli Qanunla “müvafiq formada tərtib edilən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron” sözləri ilə əvəz edilmişdir) yol vərəqəsi ilə rəsmiləşdirilir. 22.5-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır. 37.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. 40.7-ci maddəsinə əsasən, qeyri-əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ölçmə aktı və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib edilməsi, habelə qeyri-əmtəə təyinatlı yüklərin qəbul edilməsi və təhvil verilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir. 44.1-ci maddəsinə əsasən, daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra — daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirir. 3.1-ci bəndinə əsasən, daşıyıcı avtomobil nəqliyyatı ilə kommersiya daşımalarının yerinə yetirilməsi üçün yükləri sifarişçi ilə bağlanmış müqavilə əsasında qəbul etməlidir. 3.4-cü bəndinə əsasən, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə daşıyıcı ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmalı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməli, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınması üçün müəyyən edilmiş daşınma haqqını ödəməlidir. 8.1-ci bəndinə əsasən, daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, daşıyıcı tərəfindən qeyri-əmtəə təyinatlı yüklərin təhvil verilməsi yükalanın iştirakı olmadan yerinə yetirilə bilər. 8.2-ci bəndinə əsasən, daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yükalana dərhal bildiriş verməlidir. Məhkəmə, sadalanan normativ-hüquqi aktların tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək müəyyən edir ki, ilk iddiaçı özünə məxsus olan avtomobil nəqliyyatı ilə yük daşınmasının sayını, daşınan yükün çəkisini və göstərilən xidmətin dəyərini yük daşınması haqqında müqavilə və müvafiq formada tərtib edilən yol vərəqələri ilə, daşıdığı yükü təyinat yerində yükalana və ya digər səlahiyyətli şəxsə təhvil verməsini isə yükün ümumi çəkisinə uyğun təhvil verilməsi haqqında aktla və müvafiq bildirişlə təsdiq edə bilər. Digər başqa sübut vasitəsi ilə göstərilən halların təsdiq edilməsi yolverilməzdir. Lakin işin hallarından görünür ki, ilk iddiaçı iddia etdiyi məbləğdə yük daşınması xidmətinin göstərilməsini yalnız elektron qaimələrlə sübut etməyə cəhd göstərir. Sözügedən elektron qaimələr üzrə isə yükün daşınmasını və qəbul edilməsini təsdiq edən yol nəqliyyat qaiməsi, yol vərəqəsi, təhvil-təslim aktı, bildiriş və hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Yəni adı çəkilən elektron qaimə-fakturalar üzrə yüklərin daşınmasını və təhvil-təslimini təsdiq edən hər hansı sənədin, o cümlədən yük daşınmasını həyata keçirən daşıyıcının öz nəqliyyat vasitələri ilə yükün daşınması üçün tərtib edilməsi zəruri olan yol nəqliyyat sənədinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə, ilk iddiaçının tərəflər arasında olan müqavilə münasibətlərinin işgüzar adətlər, qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimləndiyi üçün qarşılıqlı iddiaçı ilə bütün ödənişlərin elektron qaimələrə əsasən həyata keçirildiyi və buna görə də həmin elektron qaimələrə əsasən tələb olunan məbləğdə yük daşınması xidmətinin göstərilməsinin təsdiq olunduğu ilə bağlı dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, tərəflər arasında müqavilə olduğuna görə münasibətlər də ilk növbədə həmin müqavilə şərtləri çərçivəsində qiymətləndirilməlidir. İşgüzar adətlər mülki hüquq münasibətlərinin müqavilə ilə tənzimlənmədiyi, müqavilə şərtləri ilə müəyyən edilə bilməyən hallarda tətbiq edilə bilər. Əks yanaşma mülki dövriyyənin sabitliyinə xələl gətirə bilər. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinə daxil olan içitrakçıların birbirlərinə olan qarşılıqlı etimadı, inamı ilk növbədə onların iradə ifadəsinin açıq və mübahisəsiz təzahürü olan müqavilə bağlanması yolu ilə rəsmiləşdirilir. Tərəflərin əməl edilməsində razılığa gəldikləri müqavilə şərtləri, onların öz üzərlərinə götürdükləri öhdəliklərə müvafiq olaraq məcburi davranış qaydalarını, öhdəliklərin icrası qayda və şərtlərini müəyyən edir. Müqavilə şərtlərinə əməl edilməsi həm müqavilələr icra edilməlidir prinsipindən irəli gəldiyi kimi, həm də gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin obyektiv həll edilməsində mühüm rol oynayır. Buna görə də müqavilə əsasında yaranan mülki hüquq münasibətlərinin tərəflərindən ilk növbədə müqavilə şərtlərinə əməl etmələri tələb olunur. Müqavilə və daha sonra qanunla tənzimlənməyən münasibətlərdən yaranan mübahisələrin həll edilməsində işgüzar adətlər və s. rol oynaya bilər. Buradan belə nəticə çıxır ki, əgər mülki hüquq subyektləri arasında müqavilə münasibətləri ilə əlaqədar mübahisə yaranmışdırsa, həmin mübahisələrin həlli üçün ilk növbədə müqavilə şərtlərinə baxılmalı və müqavilənin şərtlərinə əsasən mübahisə həll edilməlidir. Bu formal həqiqət prinsipinin tələblərindən irəli gəldiyi kimi, həmçinin mübahisə ilə bağlı tərəflərin gətirdikləri dəlilləri sübut etmədə də qiymətləndiricini (məhkəmə prosesində hakimi) subyektivlikdən qoruyur. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, ilk iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və buna görə də onun iddiası əsassız sayılmalıdır. Hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair məsələylə əlaqədar məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borc məbləğini mübahisələndirməklə yanaşı, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ilk iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, qarşılıqlı iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.2018ci il tarixinə kimi müəyyən edilmişdir. Müqavilənin şərtlərindən aydın olur ki, həmin müqavilə tərəflər arasında konkret bir yük daşınması xidmətinin göstərilməsi ilə bağlı deyil, qarşılıqlı iddiaçının sifarişləri əsasında davamlı şəkildə yük daşınması xidmətlərinin göstərilməsi barədədir. Buradan belə nəticə çıxır ki, adı çəkilən müqavilə tərəflər arasında yük daşınması xidmətinin göstərilməsi ilə əlaqədar davam edən münasibətləri tənzimləmək məqsədi ilə bağlanmışdır. Həmin müqavilə üzrə konkret bir dəfə xidmətin göstərilməsi nəzərdə tutulmadığına görə, müqavilə üzrə göstərilən xidmətin dəyəri də birdəfəlik deyil, hər bir sifariş üzrə həyata keçirilən xidmətin qarşılığında ödənilməsi razılaşdırılmışdır. Bu mənada tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə, onun qüvvədə olduğu müddətdə ayrı-ayrı sifarişlər əsasında xidmətlərin göstərilməsi barədə ümumi şərtləri müəyyən edən “çərçivə müqavilə” xarakterini daşıyır. Eyni zamanda xx.xx.2018-ci il tarixli müqavilənin 2.3-cü bəndi ilə tərəflər razılaşmışlar ki, bu müqavilə üzrə ödəniş, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesabfaktura “Sifarişçi”yə təqdim olunandan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçiriləcəkdir. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilənin yuxarıdakı abzasda qeyd olunan xarakteri və şərtini nəzərə alaraq müəyyən edir ki, qarşılıqlı iddiaçının xidmətin dəyərini ödəmək öhdəliyi, yük daşınması barədə göstərilən xidmətin dəyərinə dair ilk iddiaçı tərəfindən ona təqdim olunan (göndərilən) və həyata keçirilən xidməti konkretləşdirməyə imkan verən rekvizitlərin qeyd olunduğu elektron qaimə-fakturalara əsasən yaranmışdır. Xidmətin dəyərinin ödənilməsi öhdəliyinin icrası müddəti isə adı çəkilən elektron qaimələrin təqdim olunduğu tarixdən sonra 15 gün ərzində müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, göstərilən hər bir xidmət üzrə öhdəliklər müstəqil xarakter daşıdığına görə, həmin öhdəliklərə dair tələblər üzrə də müddətlərin, o cümlədən iddia müddətlərinin axımının başlanması, kəsilməsi və ya dayanması, nəhayət bitməsi ayrı-ayrı hesablanmalıdır. Məhkəmə şərh olunanları yekunlaşdıraraq qeyd edir ki, müqavilədə daşınacaq yükün ümumi miqdarı və ödəniləcək ümumi dəyər göstərilmədiyinə, müqavilənin şərtlərinə əsasən xidmətin ayrı-ayrı sifarişlər əsasında həyata keçiriləcəyi və həmin xidmətlər üzrə ödənişlərin göstərilən xidmətin müqabilində təqdim olunmuş qaimələrə əsasən ediləcəyi razılaşdırıldığına görə, göstərilən hər bir xidmətin dəyərinin ödənilməsi tələbinə dair iddia müddətləri həmin xidmətlərlə əlaqədar göndərilmiş elektron qaimə-fakturalar üzrə hesablanmalıdır. Məhkəmə, bu qaydada hesablama aparıldığı zaman ilk iddiaçının tələbinin əsası kimi istinad etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göndərilmiş elektron qaimələrə əsasən ödəniş tələbi üzrə iddia müddətlərini ötürdüyü qənaətinə gəlir. Belə ki, müqavilə şərtlərinə görə qeyd olunan qaimələr üzrə ödənişlərin, həmin qaimələrin göndərildiyi tarixdən 15 gün ərzində həyata keçirilməsi müəyyən edildiyi üçün, yük daşınmasının ödənilməsi tələbi üzrə iddia müddətinin axımının başlanğıcı ən son qaimə üzrə xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Bununla da müəyyən olunur ki, ilk iddiaçının, qarşılıqlı iddiaçıya qarşı öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ son olaraq xx.xx.2020-ci il tarixdən etibarən əmələ gəlmişdir və həmin hüquq üzrə iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə bitmişdir. İşdən görünür ki, ilk iddiaçı hazırki iddiası ilə bağlı qarşılıqlı iddiaçıya mediasiya prosesinin tətbiqi barədə təklif məktubunu xx.xx.2023-cü il tarixdə, borcun ödənilməsinə dair xəbərdarlıq bildirişini (pretenziya məktubunu) isə xx.xx.2023-cü il tarixdə göndərmişdir. Bununla da müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə bitmiş iddia müddəti ilk iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə, ilk iddiaçının tərəflər arasında olan müqavilə münasibətlərinin hələ də davam etməsi və qarşılıqlı iddiaçının sonuncu ödənişi xx.xx.2020-ci il tarixində həyata keçirməsi ilə əlaqədar olaraq iddia müddətinin onlar tərəfindən ötürülməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, müqavilə münasibətlərinin davam etməsi və ya bitməsi faktı hər bir qaimə üzrə ödənişə dair tələb müddətinin başlanmasına və bitməsinə münasibətdə heç bir hüquqi əhəmiyyət kəsb etmir. xx.xx.2020-ci il tarixdə edilmiş ödəniş isə konkret bir qaimə üzrə, EBAD 226982 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə həyata keçirilmişdir və buna görə də digər qaimələr üzrə ödəniş tələblərinə dair iddia müddətlərinin kəsilməsinə səbəb ola bilməz. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, ilk iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, həmçinin iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü hallar aşkar edilməmişdir. Buna görə də, iddia müddətinin tətbiqinə dair qarşılıqlı iddiaçı "xxxx" MMC-nin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, ilk İddiaçı MMC-nin qarşılıqlı iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia tələbi sübut edilə bilinməməsinə görə əsassız olmaqla yanaşı, iddia müddəti keçdiyinə görə həmin tələb üzrə hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını da ilk iddiaçı itirmişdir. Buna görə də, ilk iddiaçının iddiası təmin edilə bilməz. Məhkəmə hesab edir ki, əsas borc tələbi təmin edilmədiyinə görə, həmin tələbdən irəli gələn digər tələblər də rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, qarşılıqlı iddiaçı "xxxx" MMC ilk İddiaçı MMC-nin hesab fakturalara qanunsuz olaraq əlavə dəyər vergisini də daxil etdiyini, halbuki Vergi Məcəlləsinin 218.4cü və 218.4.1-ci maddələrinə əsasən ilk iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğunu, həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslərin əlavə dəyər vergisinin ödəyicisi olmadıqlarının təsbit edildiyini, buna görə də ilk iddiaçının onlardan əsassız olaraq 108613,80 manat məbləğində əlavə dəyər vergisi aldığını iddia edir və həmin vəsaitin geri qaytarılmasını tələb edir. Məhkəmə qarşılıqlı iddiaçının dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 154.1-ci və 154.2-ci maddələrinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Həmin Məcəllənin 156.1-ci və 156.1-1-ci maddələrinin tələblərinə görə, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs, o cümlədən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Həmin Məcəllənin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Məhkəmə, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən baxılan iş üzrə qarşılıqlı iddianın dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə ilk İddiaçı MMC könüllü ərizəsi əsasında xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrində qeydiyyata alınmışdır və Vergi Məcəlləsinin 154.2-ci maddəsinə əsasən qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi (ƏDV) ödəyicisi hesab edilmişdir. İddiaçı MMC Vergi Məcəlləsinin qeyd olunan müddəalarına əsasən ƏDV ödəyicisi hesab edildiyinə görə, əldə etdiyi gəlirdən (mənfəətdən) əlavə dəyər vergisi ödəmək öhdəliyini daşımışdır. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının tələbi əsassızdır və qeyd olunan qanunvericlik normaları ilə təkzib edilir. Beləliklə məhkəmə yekunda bu nəticəyə gəlir ki, hər iki tələb əsassızdır və buna görə də ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İddia və qarşılıqlı iddia ərizələri təmin edilmədiyinə görə həmin ərizələrin verilməsi üçün ödənilmiş dövlət rüsumları və işə baxılması ilə əlaqədar digər məsrəflər tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1442/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1442/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver