Məhkəmə qərarları › İş №e-2-2(121)-1460/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1460/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1460/2023 24.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı - pul tələbi barəsində kiçik iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – 09/01309 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsi üzrə 210 manat borcun və 09/01310 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 120 manat borcun, 20 manat mediasiya xərci olmaqla, cəmi 350 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09/01309 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarux-1221 markalı traktor, 09/01310 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Azer Cansa (pambıq) markalı kultivator ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən 430 manat öhdəlikdən 220 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 09/01309 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsi üzrə 210 manat və 09/01310 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 120 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 09/01309 saylı xx.xx.2021-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən (1 ədəd Belarux-1221 markalı traktor) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə (istifadə müddəti xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə olmaqla) istifadəyə verilmişdir. İşə əlavə olan 09/01309 saylı, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akt 1-dən görünür ki, kənd təsərrüfatı texnikası (1 ədəd Belarus-1221 markalı traktor) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan 09/01309 saylı, xx.xx.2021-ci il tarixli akt 2-dən görünür ki, Cavabdeh 1 ədəd Belarus-1221 markalı traktor saz vəziyyətdə İddiaçı ASC-yə təhvil vermişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 09/01310 saylı xx.xx.2021-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən (1 ədəd Azer Cansa (pambıq) markalı kultivator) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə (istifadə müddəti xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə olmaqla) istifadəyə verilmişdir. İşə əlavə olan 09/01310 saylı, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akt 1-dən görünür ki, kənd təsərrüfatı texnikası (1 ədəd Azer Cansa (pambıq) markalı kultivator) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan 09/01310 saylı, xx.xx.2021-ci il tarixli akt 2-dən görünür ki, Cavabdeh 1 ədəd Azer Cansa (pambıq) markalı kultivator saz vəziyyətdə İddiaçı ASC-yə təhvil vermişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09/01309 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsi üzrə 210 manat gecikdirilmiş borcu vardır. İşdə olan maliyyə arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09/01310 nömrəli, xx.xx.2021-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 120 manat gecikdirilmiş borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq (istifadə etmək) hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən qeyd edilən müqavilələr üzrə borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, işə əlavə edilən sənədlərlə müəyyən edilmişdir ki, lizinq obyektləri olan qeyd edilən kənd təsərrüfatı texnikaları xx.xx.2021-ci il tarixində (10 gündən sonra) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh 22 gün istifadə etdikdən sonra həmin texnikaları iddiaçıya təhvil vermişdir. Yəni, cavabdeh göstərilən müqavilələrdə nəzərdə tutulduğu kimi 30 gün müddətində deyil, 22 gün müddətində qeyd edilən lizinq obyektlərindən istifadə etmişdir. Kənd təsərrüfatı texnikalarının təhvil verildiyi tarixdən cavabdehin 09/01309 nömrəli müqaviləyə əsasən gecikdirilmiş borcu 95,33 manat, 09/01310 nömrəli müqaviləyə əsasən isə gecikdirilmiş borcu 56 manat təşkil etmişdir. Ona görə ki, müqavilələrdə kənd təsərrüfatı texnikalarından istifadə müddəti 30 gün (bu müddət ərzində 09/01309 nömrəli müqaviləyə əsasən ödəniləcək məbləğ 430 manat, 09/01310 nömrəli müqaviləyə əsasən ödəniləcək məbləğ 240 manat təşkil edir) göstərilsə də, cavabdeh qeyd edilən texnikalardan 22 gün istifadə etmişdir. Belə olan halda istifadə edilmiş 22 günün borcu 09/01309 nömrəli müqavilə üzrə 95,33 manat (belə ki, 430 manat/30 gün * 22 gün = 315,33 manat) (315,33 manat – 220 manat cavabdeh tərəfindən edilmiş ödəniş = 95,33 manat), 09/01310 nömrəli müqavilə üzrə isə 56 manat (belə ki, 240 manat/30 gün * 22 gün = 176 manat) (176 manat – 120 manat cavabdeh tərəfindən edilmiş ödəniş = 56 manat) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Göstərilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin göstərilən lizinq obyektlərindən yuxarıda qeyd edilən tarixdən əvvəl istifadə etmədiyi halda, iddiaçının cavabdehdən 09/01309 nömrəli müqavilə üzrə 210 manat məbləğində, 09/01310 nömrəli müqavilə üzrə 120 manat məbləğində pul vəsaiti tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən 09/01309 nömrəli müqavilə üzrə 95,33 manat məbləğində, 09/01310 nömrəli müqavilə üzrə isə 56 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə eyni zamanda iddianın 20 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 15 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 09/01309 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 95,33 manat, 09/01310 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 56 manat məbləğində borc, 15 manat məbləğində mediasiya xərci, cəmi 166,33 manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar