Məhkəmə qərarları › İş №e-2-2(121)-15/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-15/2020

03.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-15/2020 03.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı (“İsmayılovlar” LTD firması) cavabdeh “X1 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulma tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (“İsmayılovlar” LTD firması) cavabdeh “X1 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı cavabdehin 13 sot torpaq sahəsindən çıxarılması və “İsmayılovlar” LTD firmasının mülkiyyət hüquqlarını pozan qanunazidd hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab verməməsi və müvafiq nöqsanlar aradan qaldırılmaması əsası ilə də baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəməyə elektron qaydada təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı kimi İddiaçı seçilmiş, iddia elektron qaydada onun tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinin mətni boşdur və iddiaçının xahişi “İsmayılovlar” LTD firmasının mülkiyyətində olan 0,19135 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 13 sot torpaq sahəsindən çıxarılması və “İsmayılovlar” LTD firmasının mülkiyyət hüquqlarını pozan qanunazidd hərəkətlərinə son qoyulmasından ibarətdir. Həmin iddia ərizəsinə əlavə edilmiş kağız daşıyıcıda olan iddia ərizəsinin surətindən görünür ki, həmin iddia ərizəsində iddiaçı “İsmayılovlar” LTD firmasıdır, iddia ərizəsi firmanın direktoru tərəfindən imzalanmış və möhürlənmişdir, tələb isə elektron variantı ilə eynidir. Göründüyü kimi, elektron qaydada iddiaçı kimi İddiaçı seçilməsinə və iddia ərizəsinin elektron qaydada məhz İddiaçı tərəfindən imzalanmasına baxmayaraq, tələb “İsmayılovlar” LTD firması ilə bağlıdır. Başqa sözlə İddiaçı qeyd olunan tələbə aidiyyatı yoxdur. Yəni iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Digər tərəfdən, şərti olaraq, iddia ərizəsinin kağız daşıyıcıda olan nüsxəsi əsas götürülərsə, elektron nüsxəsi ilə ziddiyyət təşkil edir. Belə olan halda isə, elektron qaydada iddiaçı kimi “İsmayılovlar” LTD firması seçilməli və iddia ərizəsi elektron qaydada məhz “İsmayılovlar” LTD firması tərəfindən imzalanmalı idi. Lakin iddia elektron qaydada İddiaçı tərəfindən imzlandığından və onun “İsmayılovlar” LTD firmasının adından iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədlər iş materiallarında olmadığından, bu iddia ərizəsinin buna hüququ olmayan şəxs tərəfindən imzalandığı anlamına gəlir. İddia ərizəsi uzun müddət məhkəmənin icraatında olmasına baxmayaraq, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən qeyd olunan nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılmadığından məhkəmə hesab edir ki, bu əsasla da iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-, 260-cı, 263-264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı (“İsmayılovlar” LTD firması) cavabdeh “X1 Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı cavabdehin 13 sot torpaq sahəsindən çıxarılması və “İsmayılovlar” LTD firmasının mülkiyyət hüquqlarını pozan qanunazidd hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar