Məhkəmə qərarları › İş №e-2-2(121)-1516/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1516/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1516/2024 07.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, elektron iddia ərizəsində qeyd edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, X3 tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, əvvəllər məhkəmə qərardadı ilə xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 60 manat məbləğində dövlət rüsumu X1 qaytarılmışdır. Yəni, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmişdir, məhkəmə qərardadı ilə qaytarılmış dövlət rüsumu əsasında yenidən (bu hal dəfələrlə olmuşdur) məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı eyni tələblə məhkəməyə dəfələrlə müraciət etmiş, lakin iddiaçı yenidən dövlət rüsumu ödəmədən (belə ki, dövlət rüsumu geri qaytarılmışdır), eyni (dövlət rüsumunun ödənilməsi barədə) qəbzdən istifadə etməklə məhkəməyə müraciət etdiyindən, qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməməsi səbəbindən iddia ərizələri dəfələrlə geri qaytarılmışdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-669/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin geri qaytarılması; xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun X1 qaytarılması qərara alınmışdır. Qeyd edilən qərardad əsasında (dövlət rüsumunun qaytarılması hissəsində) icra vərəqəsi verilmiş və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şirvan şəhəri üzrə X2 şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən aydın olur ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-669/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 60 manat məbləğində dövlət rüsumu X1 geri qaytarılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-669/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin göstərilən qərardadı ilə qeyd edilən nöqsan əsasında verilmiş iddia ərizəsi geri qaytarılsa da, iddia ərizəsinin qaytarılması nöqsanları tam şəkildə aradan qaldırılmayaraq, yəni məhkəmə qərardadı ilə qaytarılmış dövlət rüsumu əsasında yenidən məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-752/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və elektron iddia ərizəsində qeyd edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatda X3 tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) 60 manat məbləğində dövlət rüsumu ödənilməsinə dair müvafiq qeyd aparılmışdır. Göründüyü kimi, iddiaçının hazırda iddia ərizəsind göstərdiyi mədaxil qəbzi (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) əsasında ödənilmiş dövlət rüsumu məhkəmə qərardadı əsasında geri qaytarılmışdır. Belə olan halda, iddiaçı həmin qəbzə əsaslanaraq yenidən məhkəməyə müraciət etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilən Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda bir daha iddiaçının diqqətinə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci və 284- 3.5-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar