Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1695/2025 08.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** saylı krеdit razılaşması üzrə 9808,95 manat krеdit bоrcu, 243,49 manat faiz bоrcu, 588,53 manat cərimə olmaqla, cəmi 10640,97 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tutmanın Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 10640,97 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 11L000005149 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 52 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9819,03 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 10,08 manat ödəmiş, onun 9808.95 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcu 243,49 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə hеsablanmış cərimə 588.53 manat təşkiledir. Krеdit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 11M000000392 saylı ipoteka müqaviləsi əsasında Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evini iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX № ******* saylı çıxarışa əsasən Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinin Cavabdeh5 kredit öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən ipoteka qoyan Cavabdeh5 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, ipoteka predmeti olan Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində 29 saylı fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və X2 qeydiyyatdadırlar. Əmlak bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh2 notariat ofisinə ərizə təqdim edərək əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh (borclu) Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11L000005149 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi”nə əsasən Cavabdeh5 120 ay müddətinə 500000 ABŞ Dolları 500000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.
10. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 011R********** saylı “Kredit razılaşması”na əsasən 52 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9819,03 manat məbləğində kredit verilmişdir.
11. İş materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə müvafiq olaraq (zamin) Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh5 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür.
12. xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh5 bank hesabına 9819,03 manat məbləğində pul köçürülmüşdür.
13. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli, 011R********** saylı “Kredit razılaşması” son ödəniş tarixi xx.xx.2024-cü il müəyyən edilmiş və zamin Cavabdeh1 tanış olmasını (razılığını) öz imzası ilə təsdiq etmişdir.
14. İş materiallarından görünür ki, AccessBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11M000000392 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Sabirabad şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 141,2 kv.m, yaşayış sahəsi 62.6 kv.m, 78.6 kv.m-dən ibarət 29 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 11L000005149 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı məqsədilə ipoteka ilə yüklü edilmişdir.
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 011R********** saylı kredit razılaşması üzrə Cavabdeh5 xx.xx.2025ci il tarixinə 9808,95 manat məbləğində əsas bоrcu, 243,49 manat məbləğində faiz bоrcu və 588,53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10640,97 manat borcu vardır.
16. İş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş, xx.xx.2025-ci il tarixli, 9/2970 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh5 07 mart 2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan və xəbərdarlıq məktubunun (pretenziyanın) tarixə) İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 9711,30 manat, faiz borcu üzrə 492,31 manat, cəmi 10203,61 manat müəyyən edilir.
18. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat təşkil edir.
19. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh5 mülkiyyətində olan Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinin xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 50600 (əlli min altı yüz) manat, likvid dəyəri 43.000 (qırx üç min) manat məbləğində,müəyyən edilmişdir.
20. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədiqatın dəyəri 300 manat təşkil edir.
21. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.
22. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. “İpoteka haqqında” Qanunun:
- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. - 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
26. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il il tarixli, 02/2023 saylı Qərardadı:
12. bəndinə əsasən əvvəla, qeyd olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı 2 şərtdən ən azı birinin mövcud olması zəruridir: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
13. bəndinə əsasən beləliklə, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur.
14. İpoteka müqaviləsi kredit müqaviləsinin deyil, digər müqavilələrin (podrat və s.) təminatı üçün bağlandığı hallarda isə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki vəzifənin reallaşması üçün mütləq ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar.
15. bəndinə əsasən İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsində təsbit olunmuşdur.
16. bəndinə əsasən həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
17. bəndinə əsasən göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər.
18. bəndinə əsasən bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu.
19. bəndinə əsasən qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir.
20. bəndinə əsasən Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. bəndinə əsasən odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir.
22. bəndinə əsasən Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir.
23. bəndinə əsasən tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməli, iddiaçıya sözügedən tələblər üzrə icra qurumuna müraciət edə bilmələri bu Qərardadın 24-cü bəndinə uyğun şəkildə izah edilməlidir.
24. bəndinə əsasən belə ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin məzmunundan göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra məmurları tərəfindən ipoteka predmeti olan yaşayış sahəsidən və qeydiyyatdan məcburi qaydada çıxarılması üçün hüquqi əsasdır.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Məhkəmə baxışının hədləri:
-218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
30. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
31. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı QSC Cavabdeh5 borc (kredit) verməyi, Cavabdeh5 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
32. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin (borcalan) üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
33. İş materiallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixli, 11L000005149 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 011R********** saylı kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh5 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh5 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Cavabdeh5 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
34. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, Cavabdeh5 kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə ekspert rəyində göstərildiyi kimi onun 07 mart 2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan və xəbərdarlıq məktubunun (pretenziyanın) tarixə) İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 9711,30 manat, faiz borcu üzrə 492,31 manat təşkil etdiyi müəyyən edilmişdir.
35. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2970 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli kredit sazişində əsas borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
36. Məhkəmə işin müəyyən edilən hallarına əsasən əlavə edilmiş ekspert rəyinə əsasən hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 9711,30 manat hissədə əsaslıdır. Belə ki, ekspert rəyi ilə İddiaçı QSC-yə olan əsas borcun 9711,30 manat təşkil etdiyi müəyyən edilmişdir.
37. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2970 saylı rəyi ilə kredit müqaviləsi üzrə faiz borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır və bu cavabdehlərin mənafeyinə zidd deyil. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 243,49 manat faiz borcuna aid hissədə əsaslıdır.
38. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehlərdən (müqavilə üzrə borcludan və zamindən) müştərək qaydada 9711,30 manat əsas borc və ona hesablanmış 243,49 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
39. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan 588,53 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində cərimə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cərimə hesablamaq hüququ olsa da, hesablanmış cərimə tənasübsüz yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 200 manat müəyyən edilməlidir.
40. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materialları və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, göstərilən rüsum və xidmət haqqı cavabdehlərdən (müqavilə üzrə borcludan və zamindən) müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
41. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
42. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, 11L000005149 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi” ndən və həmin müqavilə əsasında bağlanmış kredit razılaşmalarından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinin iddiaçı qarşısında xx.xx.2014-cü il tarixdə etibarlı şəkildə bağlanmış ipoteka ilə yüklü edildiyindən və o özü borclu kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
43. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Cavabdeh5 mülkiyyətində olan Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinin xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 50600 (əlli min altı yüz) manat, likvid dəyəri 43.000 (qırx üç min) manat məbləğində müəyyən edilmişdir.
44. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti üzrə 43.000 (qırx üç min) manat məbləğində müəyyən edilməlidir.
45. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 9711,30 manat əsas borc, 243,49 manat faiz borcu, 200 manat cərimə, cəmi 10154,79 manat borcunun olması və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödənilməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissələrdə əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.
46. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan Sabirabad şəhəri Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 43.000 (qırx üç min) manat məbləğində müəyyən edilməlidir.
47. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılmaqla cavabdehlərin çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən ipoteka predmeti əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il il tarixli, 02/2023 saylı Qərardadının 22.ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu.
48. Məhkəmə iddia tələbinin “əmlakın alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlak(lar)ın təhvil verilməsi üçün həmin əmlak(lar)a tutma yönəldilməli və o (onlar) satılmalıdır.
49. Məhkəmə, həmçinin iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Məhkəmə hesab edir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.
Məhkəmə xərcləri:
50. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfidən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 122 manat pul vəsaiti cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
Nəticə:
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 9711,30 manat əsas borc, 243,49 manat faiz borcu, 200 manat cərimə, cəmi 10154,79 (on min bir yüz əlli dörd manat, yetmiş doqquz qəpik) manat borc, ödənilmiş dövlət rüsumuna görə 122 (bir yüz iyirmi iki) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı tutularaq, İddiaçı QSC-yə ödənilsin. Tələb Cavabdeh5 məxsus ipoteka predmeti olan, Sabirabad şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 141,2 kv.m, yaşayış sahəsi 62.6 kv.m, 78.6 kv.m-dən ibarət 29 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh5 məxsus Sabirabad şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 141,2 kv.m, yaşayış sahəsi 62.6 kv.m, 78.6 kv.m-dən ibarət 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 43000 (qırx üç min) manat məbləğində müəyyən edilsin, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 10154,79 (on min bir yüz əlli dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 122 (bir yüz iyirmi iki) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. Cavabdeh5 mülkiyyətində olan Sabirabad şəhəri, Nəriman Nərimanov küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 141,2 kv.m, yaşayış sahəsi 62.6 kv.m, 78.6 kv.m-dən ibarət 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaqla qeyd edilən əmlaklar boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh5 və Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. "xxxx" MMC tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədiqatın dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, VÖEN 990003611, Müxbir hesab AZ37NABZ013501**********1944, Hesab nömrəsi AZ74AİİB400600F**********12, bankın kodu 200026) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev