Məhkəmə qərarları › İş №e-2-2(121)-1751/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1751/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1751/2025 16.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsini araşdıraraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 7920,42 manat əsas borc və 773,12 manat faiz borcu olmaqla, cəmi 8693,54 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat xərcin və 107,34 manat məbləğində dövlət rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evinə (ümumisahə (kv.m): 118.73 ) yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda Cavabdeh2, Cavabdeh1 Mingəçevir şəhəri, Gəncə şosesi, 27B ünvanında yerləşən 0.1788 ha torpaq sahəsini və onun üzərində yerləşən (ümumi sahə (kv.m): 118.73 ) fərdi yaşayış evindən çıxarılması və həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-44/2025 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair eyni məzmunlu iddia ərizəsi baxılmamış saxlanılmış, həmin qərardadla həmçinin İddiaçı ASC tərəfindən ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 106,94 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı eyni tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə geri qaytarılması qərara alınmış ********** nömrəli qəbzi əlavə etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1715/2025 nömrəli qərardadı ilə, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmiş hesab edildiyinə görə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı eyni tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə yenə də geri qaytarılması qərara alınmış ********** nömrəli qəbzi əlavə etmişdir. Məhkəmə müəyyən edir ki, İddiaçı ASC hazırki iddia ərizəsinə geri qaytarılması qərara alınmış ********** nömrəli qəbzi əlavə edərək növbəti dəfə prosessual pozuntuya yol vermişdir. Bununla da, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmiş hesab edildiyinə görə iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, dəfələrlə müvafiq izah verilməsinə baxmayaraq, eyni məzmunlu nöqsanlara yol verilməklə tərtib olunmuş iddia ərizəsini məhkəməyə təkrar təqdim etməklə əsassız olaraq məhkəmənin iş yükünün artmasına səbəb olduğuna görə, eyni nöqsanlara yol verildiyi təqdirdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən 500 manatadək cərimə ediləcəyi barədə xəbərdarlıq edilməsini zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, iddianın qiymətinə uyğun rüsum ödənilməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar