Məhkəmə qərarları › İş №e-2-2(121)-1766/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1766/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1766/2023 25.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Müstəqil Tele-Radio Kompaniyası Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27225.09 AZN (iyirmi yeddi min iki yüz iyirmi beş manat doqquz qəpik) əsas borcun, 3868.23 AZN (üç min səkkiz yüz altmış səkkiz manat iyirmi üç qəpik) gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 5000 AZN (beş min manat) cərimə borcunun,cəmi 36 093.32 AZN (otuz altı min doxsan üç manat, otuz iki qəpik) borcun və ilkin mediasiya xidməti üçün ödənilmiş 200 AZN (iki yüz manat) rüsumun tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Müstəqil Tele-Radio Kompaniyası ilə Cavabdeh MMC arasında, X-17/2019 (youtube kanalları ilə bağlı) saylı müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə görə İddiaçıya aid youtube kanallarından gələn gəlirlərin İddiaçıya aid hissəsi Cavabdeh tərəfindən İddiaçının hesabına köçürülməli idi. Cavabdeh bir müddət müqavilə üzrə öhdəliklərini icra edərək bir neçə ay üçün ödənişlər etmiş, lakin qalan 27 225.09 AZN (iyirmi yeddi min iki yüz iyirmi beş manat doqquz qəpik) pul məbləği cavabdeh tərəfindən bu günə kimi İddiaçının hesabına köçürülməmişdir. Qeyd edək ki, cavabdeh iddiaçıya aid youtube kanallarını idarə etdiyi üçün həmin kanallarda yerləşdirilmiş materialların baxışına görə youtube tərəfindən ödənişlər cavabdehin bank hesabına köçürülmüşdür. Həmin ödənişlər müqavilə üzrə müəyyən olunan formada (müqavilənin 4.5-ci bəndi) iddiaçı ilə cavabdeh arasında bölüşdürlməli idi. Youtube tərəfindən ödənişlər cavabdehin hesabına köçürülsə də, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçıya aid pulməbləğini hesaba bu günə kimi ödəməmişdir. xx.xx.2019-cu il tarixli, X-17/2019 saylı Müqavilənin 4.3-cü bəndində göstərilmişdir ki, “YouTube” (və ya tərəfdaşları) tərəfindən ödənilmiş məbləğ (MCN xərcləri çıxıldıqdan sonra) ödəniş tarixindən 10 (on) iş günü müddətində Müqavilənin 4.5. bəndinə uyğun olaraq Şirkətin yəni iddiaçının bank hesabına köçürülməlidir. Müqavilə şərtlərinə və göstərilən xidmət həcminə görə cavabdehin kifayət qədər qazanc əldə etməsinə baxmayaraq o, müqavilə şərtlərini kobud şəkildə pozmuş və bu günə kimi iddiaçıya aid olan məbləği ödəməmişdir. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıqlar olunsa da, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə şərtlərini yerinə yetirməmişdir. Qeyd edək ki, sonuncu dəfə Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya ödəniş edilmiş, lakin həmin tarixədək və eləcə də ondan sonra yaranmış borcun ödənilməsi Cavabdeh MMC-dən tələb olunsa da, cavabdeh bu günə kimi iddiaçıya aid məbləği öz hesabında saxlayaraq qaytarmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, X-17/2019 nömrəli müqavilənin 7.5-ci bəndində göstərilmişdir ki, bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə həm maddi, həm də mənəvi və işgüzar nüfüzuna vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tamhəcmdə və zərərin vurulmasından sonrakı 10 (on) iş günü ərzində ödəməlidir. Qeyd edək ki, xx.xx.2019-cu il tarixli, X- 17/2019 saylı müqavilənin 5.6-cı bəndinə görə “İcraçı”, müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmədiyi halda, ödənişi gecikdiridiyi hər gün üçün “Sifarişçi”yə cari ay üçün əldə olunan gəlirin 1%-i həcmində dəbbə pulu ödəməlidir. Belə olan halda ödənişin gecikdirildiyi 1023 gün (xx.xx.2020-ci ildən bu günə) üçün dəbbə pulu 278512.67 AZN təşkil edir. Lakin əməkdaşlığa görə Cavabdeh MMC-yə güzəşt edilərək 5000 AZN (beş min manat) dəbbə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, X-17/2019 saylı 5.6-cı bəndinə görə “İcraçı” bu Müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımınca icra etmədikdə, yazılı xəbərdarlıqdan sonra (kağız daşıyıcı və ya mail vasitəsi ilə) öhdəliyin gecikdirildiyi hər gün üçün “Sifarişçi”- yə cari ay üçün əldə olunan gəlirin 1% həcmində dəbbə pulu ödəyir. Dəbbə pulunun ödənilməsi “İcraçı”-nı bu Müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. Buna görə də, Cavabdeh MMC, İddiaçı MTRK-na olan ödənilməmiş 27225.09 AZN borcuna illik 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə Cavabdeh MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu 3289.69 AZN (27225.09 AZN x 5 % = 1361.25 / 12 ay x 34 ay (gecikdirilmiş müddət) = 3868.23 AZN) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən sifarişçi ona məxsus “YouTube” kanallarının idarə olunması, öz yayım şəbəkəsinə daxil olan məzmunlara aid bütün rəqəmsal hüquqların pozulmamasına nəzarət edilməsi, yayımlanan məzmunlardan gəlir əldə edilməsi hüququnu icraçıya verir. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə müddətində əldə olunacaq gəlirlər bu Müqavilənin 4.5-ci bəndində göstərilən pay bölgüsü qaydasında tənzimlənir. Müqavilənin 4.1-ci bəndinə əsasən YouTube.com/Analytics bölməsində hər ay göstərilən qazancdan 10 % MCN (X1) xərcləri çıxıldıqdan sonra yerdə qalan bütün məbləğ “Gəlir” olaraq müəyyən olunur. Müqavilənin 4.2-ci bəndinə əsasən “YouTube” (və ya tərəfdaşları) tərəfindən ödəniləcək məbləğ sifarişçi və ya icraçının bank hesabına köçürülə bilər. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərdən birinin bank hesabına “YouTube” (və ya tərəfdaşları) tərəfindən ödənilmiş məbləğ (MCN xərcləri çıxıldıqdan sonra) ödəniş tarixindən 10 iş günü müddətində bu müqavilənin 4.5-ci bəndinə uyğun olaraq digər tərəfin bank hesabına köçürülməlidir. Müqavilənin 4.5-ci bəndinə əsasən tərəflərin bu müqavilə ilə əldə edəcəyi gəlir aşağıda göstərilən nisbətdə müəyyən olunur. a) Kanalların ümumi aylıq gəliri 14999 ABŞ dollar və daha az olduqda, əldə edilən gəlirin 60 %-i sifarişçiyə, 40%-i isə icraçıya; b) Kanalların ümumi aylıq gəliri 15000 ABŞ dollarından 24999 ABŞ dollarına qədər olduqda əldə edilən gəlirin 70 %-i sifarişçiyə, 30 %-i isə icraçıya; c) Kanalların ümumi aylıq gəliri 25000 ABŞ dolları və daha çox olduğu təqdirdə isə əldə edilən gəlirin 80 %-i sifarişçiyə, 20 %-i isə icraçıya aid edilir. Müqavilənin 7.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımınca icra etmədikdə yazılı xəbərdarlıqdan sonra (Kağız daşıyıcı vı ya mail vasitəsi ilə) öhdəliyin gecikdirildiyi hər gün üçün sifarişçiyə cari ay üçün əldə olunan gəlirin 1%-i həcmində dəbbə pulu ödəyir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı Müstəqil Tele-Radio Kompaniyası tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 97.228,06 manat məbləğində elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarında görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək ümumilikdə 27.774,71 manat məbləğində ödəniş edilmişdir. İşdə olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2019-xx.xx.2019-cu il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 2.755,06 ABŞ dolları təşkil etmişdir. İşdə olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2019-xx.xx.2019-cu il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 3.845,25 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2019-xx.xx.2019-cu il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 5.364,85 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2019-xx.xx.2019-cu il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 7.430,75 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 1.803,49 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 1.947,02 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 2.225,07 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 2.799,04 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 2.359,09 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 2.424,17 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 2.484,97 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 4.208,76 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (Sifarişçi) ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında xx.xx.2020-xx.xx.2020-ci il dövr üçün bütün işlər Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmişdir. Sifarişçinin payına düşən gəlir 3.833,73 ABŞ dolları təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2019cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi ona məxsus “YouTube” kanallarının idarə olunması, öz yayım şəbəkəsinə daxil olan məzmunlara aid bütün rəqəmsal hüquqların pozulmamasına nəzarət edilməsi, yayımlanan məzmunlardan gəlir əldə edilməsi hüququnu icraçıya verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə, cavabdehin ümumilikdə 27.225,09 manat məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qeyd olunan Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına və işdə olan sənədlərə əsasən hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 27.225,09 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın “gecikdirilmiş vaxt üçün hesablanmış 3.868,23 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, müqavilə üzrə yaranmış borcun gecikdirilməsi işdə olan sənədlərlə təsdiq olunduğundan borclu gecikdirilmiş vaxt üçün 34 ay nəzərə alınmaqla illik beş faiz olaraq 3.868,23 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin 5.000 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış xidmət müqaviləsinin 7.6-cı bəndindən irəli gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 5.000 manat deyil 1.000 manat məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 27.225,09 manat əsas borc, 3.868,23 manat faiz borcu, 1.000 manat cərimə borcu və 200 manat mediasiay xərci olmaqla, ümumilikdə 32.293,32 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 27.225,09 manat məbləğində əsas borc, 3.868,23 manat məbləğində faiz borcu, 1.000 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 32.293,32 (otuz iki min iki yüz doxsan üç manat, otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar