Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-18/2025 19.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2, iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin icarəyə götürdüyü Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3.51 ha torpaq sahələrindən və zəbt edilmiş 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması, icarə müqavilələri üzrə iki il üzrə ödənilməmiş 8000 manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 manat zərərin, zəbt edilmiş torpaq sahəsindəki ağacların meyvələrinin toplanmasına görə vurulan 20000 manat zərərin, habelə, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 manat və dövlət rüsumu üçün ödədiyi 187 manat olmaqla, ümumilikdə 32187 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixlli icarə müqaviləsinə əsasən İddiaçı (İcarəyə verən) xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha torpaq sahəsini 15 il müddətinə və xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 3,51 ha torpaq sahəsini 15 il müddətinə Cavabdeh (İcarəçi) icarəyə verib. Hər iki icarə müqaviləsinə əsasən İcarəçi icarəyə götürdüyü hər bir torpaq sahəsinə görə İcarəyə verənə illik 2000 (iki min) manat olmaqla, hər iki torpaq sahəsinin icarəsinə görə illik 4000 (dörd min) manat icarə haqqı ödəməlidir. İcarə müqavilələrinin bağlanmasından 2 (iki) ildən çox keçməsinə baxmayaraq, İcarəçi Cavabdeh icarə müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyərək indiyədək İcarəyə verən İddiaçı hər iki torpaq sahəsinin icarəsi üzrə heç bir icarə haqqı ödəməyib. Ötən müddət ərzində İcarəyə verən İcarəçiyə dəfələrlə şifahi və yazılı qaydada müraciət edərək icarə haqlarını ödəməyi və icarəyə götürülmüş torpaq sahələrindən çıxmağı və həmin torpaq sahələrini İcarəyə verənə qaytarmağı tələb edib. Lakin İcarəçi bu tələblərə heç bir əhəmiyyət verməyərək nə icarə haqlarını ödəyib, nə də həmin torpaq sahələrindən çıxaraq onları geri qaytarıb. İcarəçinin davranışları göstərir ki, bundan sonra da icarəyə götürdüyü torpaq sahələrinin icarəsi üzrə icarə haqlarını ödəməyəcək və həmin torpaq sahələrini İcarəyə verənə qaytarmayacaq. Bunlarla yanaşı, o, həmin torpaq sahələrində icarə müqavilələrinin 8-ci bəndini pozaraq İcarəyə verənin razılığı olmadan icazəsiz tikinti, qazıntı və sair bu kimi işlər aparıb. Bunlardan əlavə, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Lənkəran rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 2,11 ha. torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək indiyədək istifadə edilir. 2022-ci ilin oktyabr ayından İddiaçı cavabdehə bir neçə dəfə telefonla müraciət edərək və teleqram göndərərək həmin ərazidən çıxmasını və zəbt etdiyi torpaq sahəsini qaytarmasını tələb edib. Lakin cavabdeh bu müraciətlərə də əhəmiyyət verməyib, həmin torpaq sahəsindən çıxmayıb. Eyni zamanda, bu torpaq sahəsində də iddiaçının razılığı olmadan göl yeri qazıb və digər bu kimi işlər aparıb. Həmçinin, cavabdeh həmin torpaq sahələrində iddiaçıya məxsus limon və narıngi ağaclarının (hərəsi 1 ha-dan az olmayan sahədən) məhsullarını yığıb və satıb. Bununla da İddiaçının torpaq sahələrindən qanunsuz olaraq faydalanıb. Əvəzində isə, İddiaçı həmin torpaq sahələrindən və burada yetişən məhsullardan əldə edəcəyi gəlirlərdən məhrum olub. İddiaçı indiyədək icarəyə götürlümüş torpaq sahələri üzrə meyvə ağaclarından yığılan meyvələrin satışından ən azı 2000 (iki min) manat, zəbt olunmuş torpaq sahəsindəki meyvə ağaclarındakı meyvələrin satışından isə, azı 20000 (iyirmi min) manat xalis gəlir götürə bilərdi. Təkcə zəbt edilmiş torpaq sahəsində 730 narıngi ağacı və 655 limon ağacı vardır. İddiaçı Cavabdehə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələri üzrə icarəyə götürülmüş Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3.51 ha torpaq sahələrindən və zəbt edilmiş 2.11 ha torpaq sahəsindən çıxması, həmin torpaq sahələrinin Cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilək İddiaçıya qaytarılması, icarə müqavilələri üzrə ödənilməmiş icarə haqlarının Cavabdehin həmin torpaq sahələrindən çıxdığı günədək hesablayıb ona ödənilməsi və bunlarla bağlı İddiaçıya vururulan zərərin ödənilməsi barədə Pretenziya məktubu göndərsə də, Cavabdeh tərəfindən Pretenziya məktubuna cavab verilməyib və münasibət bildirilməyib. Cavabdeh İddiaçını icarəyə götürdüyü və zəbt etdiyi torpaq sahələrinə qanunsuz olaraq buraxmadığından həmin sahələrdə aparılmış qanunsuz işlərin fotolarının çəkilib təqdim edilməsi imkanı omamışdır. Lakin bunlar “Google Maps” internet xəritə sistemində götürülüb hazırkı Ərizəyə əlavə edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarxdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, İddiaçı və vəkili və nümayəndəsi Nümayəndə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı aşağıdakı iddia tələbləri üzrə qərar qəbul edilməsini xahiş etmişdir: 1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrin ləğv edilməsi, Cavabdehin icarəyə götürdüyü Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha torpaq sahələrindən və zəbt edilmiş 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə İddiaçıya qaytarılması; 2. İcarə müqavilələri üzrə iki il üzrə ödənilməmiş 8000 (səkkiz min) manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 (iki min) manat zərərin, zəbt edilmiş torpaq sahəsindəki ağacların meyvələrinin toplanmasına görə vurulan 20000 (iyrimi min) manat zərərin, habelə, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) manat və dövlət rüsumu üçün ödədiyi 187 (bir yüz səksən yeddi) manat olmaqla ümumilikdə 32187 (otuz iki min yüz səksən yeddi) manatın Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi. Hazırkı mərhələdə iddianın həcminin artırılmasına ehtiyac yaranmışdır. Cavabdeh icarəyə götürdüyü əraziləri İddiaçının (icarəyə verənin) müqaviləni birtərəfli pozmasına və Cavabdehin ərazidən çıхması tələbinə məhəl qoymayaraq 2023-cü ilin yığım mövsümündə də istifadə etmişdir. Cavabdeh 5,57 ha torpaq sahəsində İddiaçıya məxsus feyхoa və 3,51 ha torpaq sahəsində İddiaçıya məxsus kivi məhsullarını yığıb satmış və bununla da İddiaçının torpaq sahəsindən qanunsuz olaraq faydalanmışdır. Əvəzində isə, İddiaçı həmin torpaq sahəsində yetişən məhsullardan əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Qeyd edim ki, həm kivinin, həm də feyхoanın yığım dövrü ilin ən son aylarına təsadüf edir. Cavabdehə göndərilən teleqram və məktubların surətləri məhkəməyə təqdim edilmişdir. Cavabbeh özü aşağıdakı müsahibəsində həmin bağdan 2022-ci ildə 40 ton kivi yığıb kiloqramını 1,5 AZN-dən satdığını, yəni həmin il təkcə kividən 60000 (altmış min) AZN gəlir əldə etdiyini qeyd edir: https://marja.az/97009/azerbaycaninsitrus-bagindan-40-tona-yaxin-kivi-toplanib-esasen-xaricibazarlara-gonderilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən 2023-cü ildə kivinin topdansatış qiyməti artaraq 1,74 manat olmuşdur (feyxoanın orta topdansatis qiyməti isə rekord göstərici göstərərək 3,40 AZN olmuşdur). Habelə, kivi bağının nisbətən cavan, 10 illlik olması səbəbindən onun məhsuldarlığı da ilbəil artmış, 2023-cü ildə əvvəlki ilə nisbətən daha yüksək olmuşdur. Kivi bağının məhsuldarlığının ilbəil artmasını və 10-illik olduqda hektardan 40-50 ton olmasını Cavabeh özü aşağıdakı müsahibəsində də təsdiqləyir: https://qafqazinfo.az/news/detail/bizden-55-qepiye-alib-marketde-35-manata-satirlarvideo-236478. Kənd Təsərrüfatı Nazirliyindən verilən şifahi məlumata əsasən, 2023-cü ildə kivi baginin orta məsuldarlığı hektardan 30-35 ton, kivinin yıgım dövründə orta topdan satiş qiyməti isə 1,74 AZN olmuşdur. Habelə, 2023-cü ildə feyxoa baginin orta məsuldarlığı hektardan 20-25 ton, yığım dövründə feyxoanın orta topdansatis qiyməti isə 3,40 AZN olmusdur. Kənd Təsərrüfatı Nazirliyinə bu barədə yazılı da müraciət edilmiş və müraciətə 15 iş günü ərzində cavab veriləcəyi bildirilmişdir. Müraciətin surəti bu Ərizəyə əlavə edilir. Bunları nəzərə alaraq Cavabdeh 2023-cü ildə mənə aid bağdakı 3, 5 ha kivi sahəsindən və 5,5 ha feyxoa sahəsindən ən azı 170 000 (yüz yetmiş min) AZN xalis gəlir həcmində İddiaçıya zərər vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cümüddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, iddia tələbini aşağıdakı kimi ifadə edərək məhkəmədən onların təmin edilməsi xahiş olunur: 1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrin ləğv edilmiş hesab edilməsi, Cavabdehin icarəyə götürdüyü Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha torpaq sahələrindən və zəbt edilmiş 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə İddiaçıya qaytarılması; 2. İcarə müqavilələri üzrə iki il üzrə ödənilməmiş 8000 (səkkiz min) manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 (iki min) manat zərərin, zəbt edilmiş torpaq sahəsindəki ağacların meyvələrinin toplanmasına görə vurulan 15000 (on beş min) manat zərərin, Cavabdehin icarəyə götürülmüş torpaq sahələrindəki ağacların meyvələrinin toplanmasına görə vurulan 170 000 (yüz yetmiş min) manat zərərin, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) manat və dövlət rüsumu üçün ödədiyi 487 (dörd yüz səksən yeddi) manat olmaqla ümumilikdə 197487 (yüz doхsan yeddi min dörd yüz səksən yeddi) manatın ödəniş gününə indeksasiya edilməklə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarxdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Sabir oğlu ilə Cavabdeh Məhərrəm qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, Cavabdehin İddiaçıya məxsus Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə İddiaçıya qaytarılması, icarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş 4660 (dörd min altı yüz altmış) manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 (iki min) manat zərərin, İddiaçıya məxsus sahələrdəki kivi, feyxoa məhsullarının 2023-cü ildə və narıngi və limon məhsullarının 2022 və 2023-cü illərdə toplanmasına görə vurulan 188 200 (yüz səksən səkkiz min iki yüz) manat zərərin, İddiaçıya məxsus sahələrdə 2023-cü ildə aqroturizm fəaliyyəti üzrə Cavabdehin əldə etdiyi və İddiaçının məhrum olduğu (əldən çıxan) 50 000 (əlli min) AZN, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) manat və dövlət rüsumu üçün ödədiyi 487 (dörd yüz səksən yeddi) manat olmaqla, ümumilikdə 247 347 (iki yüz qırx yeddi min üç yüz qırх yeddi) manat pulun Cavabdehdən tutularaq ödəniş gününə indeksasiya edilməklə İddiaçıya ödənilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı və vəkili və nümayəndəsi Nümayəndə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı aşağıdakı iddia tələbləri üzrə qərar qəbul edilməsini xahiş edib: 1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, Cavabdehin İddiaçıya məxsus Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə İddiaçıya qaytarılması; 2. İcarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş 4660 (dörd min altı yüz altmış) manat icarə haqlarının,icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 (iki min) manat zərərin, 2,11 torpaq sahəsindəki limon və narıngi məhsullarının toplanmasına görə vurulan 14200 (on dörd min iki yüz) manat zərərin, 5,57 ha və 3,51 ha torpaq sahələrindəki feyxoa və kivi məhsullarının toplanmasına görə vurulan 174000 (yüz yetmiş dörd min) manat zərərin, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) manat və dövlət rüsumu üçün ödədiyi 487 (dörd yüz səksən yeddi) manat olmaqla ümumilikdə 197 347 (yüz doхsan yeddi min üç yüz qırх yeddi) manatın Cavabdehdən tutularaq ödəniş gününə indeksasiya edilməklə İddiaçıya ödənilməsi. Hazırkı mərhələdə əvvəlki iddia ərizəsində qeyd olunan hesablamada dəqiqləşmənin aparılmasına və iddianın həcminin artırılmasına ehtiyac yaranıb. Qeyd edilən dəyişiklik yalnız 2-ci iddia tələbi ilə bağlıdır. Dəqiqləşmə: Əvvəlki iddia ərizəsinə əlavə edilən Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatlar əsasında hesablamaqla, Cavabdehin İddiaçıya məxsus: - 3,5 ha kivi sahəsindən 2023-cü ildə ən azı 183 222 AZN - 5,5 ha feyxoa sahəsindən 2023cü ildə ən azı 378 760 AZN - 1,1 ha narıngi sahəsindən 2022-ci və 2023-cü illərdə ən azı 8500 AZN - 1 ha limon sahəsindən 2022-ci və 2023-cü illərdə ən azı 14200 AZN gəlir əldə edib. Bunların hər birinin hesablanması əvvəlki iddia ərizəsində verilib. Narıngi (1.1 ha) və limon (1 ha) olan 2,1 ha sahə Cavabdeh tərəfindən heç vaxt icarəyə götürülmədiyindən, orada 2 il üzrə məhsul hesablanıb. Beləliklə, Cavabdeh 2022 və 2023-cü ildə İddiaçıya məxsus ərazilərdə qeyd edilən məhsulların satışından ən azı 183 222 AZN + 378 760 AZN + 8500 AZN + 14200 AZN = 584 682 AZN qanunsuz gəlir əldə etmiş, əvəzində İddiaçı bu gəlirdən məhrum olmuşdur. İddia tələbi olaraq, bunların cəmi kimi yalnız 188 200 AZN qeyd edilir. Belə ki, bu kəskin azalma bəzi xərcləri (yığım və sair) habelə ərazinin yarısının Cavabdehin qızına verilə bilməsi (hazırda o iddiaçı tərəf olmaqla bu barədə məhkəmə prosesi gedir) kimi ehtimalları artıqlaması ilə qarşılamaq üçün nəzərdə tutulub. Qeyd edilir ki, bu məbləğ (188 200 AZN) əvvəlki ərizədəki yekun iddia məbləğini dəyişmir, yalnız ona dəqiqləşdirmə gətirir. İddia həcminin 50 min AZN artırılması: Cavabdeh İddiaçıya məxsus ərazilərdə İddiaçının icarə müqaviləsini birtərəfli pozmasına və Cavabdehin ərazidən çıхması tələbinə məhəl qoymayaraq 2023-cü il boyu həmin ərazilərdə uzun illər öncə başladılmış aqroturizm fəaliyyəti göstərməyə davam edib və bununla da İddiaçının torpaq sahəsindən qanunsuz olaraq faydalanıb. Əvəzində isə, İddiaçı həmin torpaq sahəsində aqroturizm fəaliyyəti göstərməkdən əldə edəcəyi gəlirlərdən məhrum olub. Aşağıdakı məlumatlarda 2023-cü il ərzində həmin torpaq sahələrini 20 mindən çox yerli və xarici vətəndaşın ziyarət etməs iqeyd olunub. https://azertag.az/xeber/kend_teserrufati_naziri_astara_lenkeran_ve_lerikde_teserrufatlar a_baxis_kechirib_fermerlerle_gorusub3066422https://qafqazinfo.az/news/detail/mecnunm emedov-teserrufatlara-bas-cekib fermerlərlə gorusub-fotolar-439795. Cavabdehin “instagram” hesabında (giriş səhifənin fotosu bu ərizəyə əlavə olunub) isə həmin əraziyə giriş qiymətinin yerli Azərbaycan vətəndaşları üçün 5 AZN, xarici vətəndaşlar üçün 7 AZN olması qeyd olunub. https://www.instagram.com/citrusvalley_lankaran/ Qeyd edilir ki, bu səhifə çox zəngin internet resursdur və həmin ərazidə aqroturizm fəaliyyətinə həsr edilib. Səhifədə habelə aqroturizm üçün gələn qonaqlara pullu restoran xidmətləri, menülər, müxtəlif qida məhsulların satışı, o cümlədən təndir məhsullarının və həmin ərazidə hazırlanan kompot, turşu, mürəbbə və sair satışı qeyd olunub və bunlar habelə zəngin foto və videolarda əksini tapıb. Yəni, ərazidə aqroturizmdən gəlirlər bir neçə mənbədən formalaşır. Bu mənbələrdən yalnız əraziyə giriş haqqı 2023-cü ildə yuxarıda verilən məlumatlara əsasən: 20 mindən çox giriş x 5,0-7,0 AZN = minimum 100 min AZN Yəni, Cavabdeh 2023-cü ildə təkcə əraziyə girişdən ən azı 100 min AZN miqdarında qanunsuz olaraq faydalanıb. Aqroturizmdən ümumi əldə etdiyi gəlir isə bundan dəfələrlə çoxdur. Əvəzində isə, İddiaçı həmin torpaq sahəsində aqroturizm fəaliyyəti göstərməkdən əldə edəcəyi gəlirlərdən məhrum olub. Yuxarıda Dəqiqləşmə hissəsində məhsulun yığılmasından əldə edilən gəlirlərin azaldılması üçün göstərilən səbəblərdən aqroturizm üzrə gəlirin miqdarı da kəskin azaldılaraq iddia tələbinə cəmi 50 min AZN əlavə edirlir. Digər bütün tələblər əvvəlki ərizədə olduğu kimi saxlanır və orada göstərilən hesablamalara əsaslanır. Habelə, əvvəlki iddia ərizəsindəki mövqe müdafiə eilərək hesab edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğvi ilə bağlı Cavabdehə xx.xx.2022-ci il tarxli teleqram göndərməklə həmin müqavilələri birtərəfli qaydada ləğv edib. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsihəmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Bütün bunlardan çıxış edərək belə hesab edilir ki, Cavabdeh icarə müqilələri üzrə öhdəliklərini yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozub. Ona görə də İddiaçının icarə müqavilələrini birtərəfli qaydada ləğv edildiyi xx.xx.2022-ci il tarixdən İddiaçı ilə Cavabdeh arasında bağlanmış adıçəkilən icarə müqavilələri birtərəfli qaydada ləğv edilib. O da qeyd edilir ki, Cavabdeh İddiaçının icarə müqavilələrinin birtərəfli qaydada ləğv edməsindən imtina etsəydi belə, bunun müqavilənin birtərəfli qaydada ləğvinə təsiri olmayacaqdı. Çünki, Mülki Məcəllənin 422-ci maddəsinə əsasənşəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında tərəf müqailəni birtərəfli qaydada ləğv etdikdə və qarşı tərəf bundan imtina etdikdə müqavilə məhkəmə qaydasında ləğv edilə bilər. İndiki halda isə, tərəflər arasında bağlanmış icarə müqavilələri müqavilələri müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə müqavilə əhəmiyyətli dərəcədə pozulub və Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq müqavilələr məhkəmədən kənar qaydada ləğv edilib. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, icarə müqavilələrinin ləğv edilməsindən sonra Cavabdeh icarəyə götürdüyü torpaq sahələrindən qanunsuz istifadə etməklə İddiaçıya yuxarıda göstərilən həcmdə zərər vurub. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarxdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, Cavabdehin İddiaçıya məxsus Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə İddiaçıya qaytarılması; İcarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş icarə haqlarına görə 4666 (dord min altı yüz altmış altı) AZN, 2023-cü ildə 3,51 ha kivi və 5,57 ha feyxoa bağının məhsullarının və 2022-ci və 2023-cü illərdə 1.0 ha limon və 1.1 ha narıngi bağının məhsullarının toplanmasından vurulan zərərə (əldən çıxmış faydaya) görə 288124 (iki yüz səksən səkkiz min yüz iyirmi dörd) AZN, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) AZN və dövlət rüsumu üçün ödədiyi 587 (beş yüz səksən yeddi) AZN olmaqla, ümumilikdə 295377 (iki yüz doxsan beş min üç yüz yetmiş yeddi) AZN-in Cavabdehdən tutularaq ödəniş gününə bank uçot dərəcəsinə uyğun indeksasiya edilməklə iddiaçıya ödənilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı və vəkili və nümayəndəsi Nümayəndə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı aşağıdakı iddia tələbləri üzrə qərar qəbul edilməsini xahiş edib: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, Cavabdehin İddiaçıya məxsus Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə İddiaçıya qaytarılması; İcarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş 4660 (dörd min altı yüz altmış) manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 (iki min) manat zərərin, 2,11 torpaq sahəsindəki limon və narıngi məhsullarının toplanmasına görə vurulan 14200 (on dörd min iki yüz) manat zərərin, 5,57 ha və 3,51 ha torpaq sahələrindəki feyxoa və kivi məhsullarının toplanmasına görə vurulan 174000 (yüz yetmiş dörd min) manat zərərin, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) manat və dövlət rüsumu üçün ödədiyi 487 (dörd yüz səksən yeddi) manat olmaqla ümumilikdə 197 347 (yüz doxsan yeddi min üç yüz qırx yeddi) manatın Cavabdehdən tutularaq ödəniş gününə indeksasiya edilməklə İddiaçıya ödənilməsi. Hazırkı mərhələdə iddianın dəyişdirilməsinə, o cümlədən, iddia tələblərinin həcminin müəyyən hissədə azaldılması, müəyyən hissədə artırılmasına ehtiyac yaranıb. Bunlar aşağıdakılarda ifadə edilir.
1. İcarə haqqı: İddiaçı Cavabdehə icarə müqaviləsinin ləğv edilməsi və Cavabdehin icarəyə götürdüyü torpaq sahələrini boşaltması barədə xx.xx.2022 tarixdə teleqram göndərib (bu teleqram və məktubların surətləri məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilib). İcarə müqavilələri xx.xx.2021 tarixdə bağlanıb xx.xx.2022 tarixdə ləğv edildiyindən, icarə müddəti 1 il 2 ay olub. İllik icarə haqları 4000 (dörd min) AZN olduğundan, Cavabdeh hər ay üçün 333 AZN (4000 : 12 = 333) icarə haqqı ödəməli idi. Qeyd edilən xx.xx.2021 tarixdən xx.xx.2022 tarixədək keçən 1 il 2 ay icarə müddəti üzrə isə cəmi 4666 (dörd min altı yüz altımış altı) AZN icarə haqqı ödəməli idi.
2. Əldən çıxmış fayda: Cavabdeh icarəyə götürdüyü 3,51 ha sahəni (kivi bağı) və 5,57 ha sahəni (feyxoa bağı) İddiaçının (icarəyə verənin) müqaviləni xx.xx.2022-ci il tarixində birtərəfli qaydada ləğv etməsinə baxmayaraq və Cavabdehin ərazidən çıxması tələbinə məhəl qoymayaraq, 2023-cü il boyu bütünlüklə istifadə edib (İddiaçının torpaq sahəsindən qanunsuz yararlanıb, İddiaçıya məxsus kivi və feyxoa məhsullarını yığıb satıb). Bununla İddiaçıya zərər vurub (İddiaçının əldən çıxmış faydası), İddiaçı həmin torpaq sahəsində yetişən məhsullardan əldə edəcəyi gəlirlərdən məhrum olub. Bunlardan əlavə, həmin ərazidə İddiaçıya məxsus 2,1 ha torpaq sahəsində 1,0 ha limon bağı və 1,1 ha narıngi bağı da vardır ki, Cavabdeh onları heç vaxt icarəyə götürmədən həm 2022-ci il, həm də 2023-cü il boyu bütünlüklə istifadə edib (İddiaçının torpaq sahəsindən qanunsuz yararlanıb, İddiaçıya məxsus limon və narıngi məhsullarını yığıb satıb). Kənd Təsərrüfatı Nazirliyinin X4 Sistemində qeyd ediildiyi kimi, bu bağlar 2019-cu ildə salınıb və 2019-cu ildən etibarən dövlətdən subsidiya alınıb. Yəni, həmin limon və narıngi bağları 2022-ci ildə 3-illik, 2023-cü ildə isə 4-illik bağlar olub. Cavabdeh özü aşağıdakı müsahibəsində həmin bağdan 2022-ci ildə 40 ton kivi yığıb kiloqramını 1,5 AZN-dən satdığını, yəni həmin il təkcə kividən 60 000 (altmış min) AZN gəlir əldə etdiyini qeyd edir: https://marja.az/97009/azerbaycanin-sitriis-bagindan-40-tona-yaxin-kivi-toplaiiib-esaseiixarici- bazarlara-gonderilib. Həmin müsahibədə kivilərin 6-cı ildir məhsulunun yığılıb satılması qeyd edilir (kivi əkildikdən bir neçə il sonra məhsula düşür). Kivi bağının həmin il (2022-ci il) 9-illik olması və dövlətdən 3,51 ha kivi sahəsi üçün 9 il ərzində subsidiya alınması da Kənd Təsərrüfatı Nazirliyinin X4 sistemində də qeyd edilib. Kivi bağının cavan olması səbəbindən onun məhsuldarlığı ilbəil artıb, 2023-cü ildə əvvəlki ilə nisbətən daha yüksək olub. Kivi bağının məhsuldarlığının ilbəil artmasını və 10 illik olduqda hektardan 40-50 ton olmasını Cavabeh özü aşağıdakı müsahibəsində təsdiqləyir: https://qafqazinfo.az/news/detail/bizden-55-qepiye-alib-marketde-35-manata-satirlarvideo-236478. Kənd Təsərrüfatı Nazirliyi kivi, feyxoa, limon və narıngi məhsuldarlığı və topdansatış qiymətləri ilə əlaqədar sorğuya cavab verib (cavabların surətləri bu ərizəyə əlavə edilir). Həmin cavablarda verilən məlumat aşağıdakı cədvəldə verilir: Məhsul Hektardan məhsuldarlıq Topdansatış qiyməti növü 2022-ci il 2023-cü il 2022-ci il 2023-cü il Kivi - 30-35 min kq - 1,74 AZN/kq Feyxoa - 20-22 min kq - 3,40 AZN/kq 3-illik: 8350- 4-illik: 13500- Limon 13500 ədəd 19500 ədəd 0,18AZN/ədəd 0,34 AZN/ədəd 3-illik: 4-illik: Narıngi 1,35 AZN/kq 1,40 AZN/kq 2100-3500 kq 3500-6500 kq Beləliklə, hər məhsül üzrə hektardan məhsuldarlığın ən aşağı qiymətlərini götürməklə. İddiaçıya 2022-ci və 2023-cü illər üçün Cavabdeh tərəfindən vurulan zərər (əldən çıxan fayda, Cavabdehin həmin ərazilərdən gəlirləri): 1) 3,51 ha kivi bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 3,51 ha * 30 000 kq/ha * 1,74 AZN = 183 222 AZN. 2) 5,57 ha feyxoa bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 5,57 ha * 20 000 kq/ha * 3,40 AZN = 378 760 AZN.’ 3) 1,0 ha limon bağının məhsulunu 2022-ci ildə yığıb satmaqla ən azı 1,0 ha * 8350 ədəd/ha * 0,14 AZN = 1 169 AZN. 4) 1,0 ha limon bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 1,0 ha * 13500 ədəd/ha * 0,34 AZN = 4 590 AZN. 5) 1,1 ha narıngi bağının məhsulunu 2022-ci ildə yığıb satmaqla ən azı 1,1 ha *2100 kq/ha * 1,35 AZN = 3 118 AZN. 6) 1,1 ha narıngi bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 1,1 ha * 3500 kq/ha * 1,4 AZN = 5 390 AZN. Kənd Təsərrüfatı Nazirliyin verdiyi məlumatlar üzrə 2022-ci və 2023-cü illər üzrə İddiaçıya vurulan zərər (əldən çıxmış fayda, Cavabdehin həmin ərazilərdən gəlirləri) hektardan məhsuldarlıqların ən aşağı qiymətlərini götürməklə: 183222 + 378760 + 1169 + 4590 + 3118 + 5390 = 576 249 AZN. Cavabdeh məhsulları əslində daha baha satıb və bağdan digər əlavə gəlirlər əldə edib. Belə ki: • Cavabdeh bağdan yığılan meyvələrdən kütləvi istehsal (istehsal sexi, xammal anbarı və hazır məhsul anbarı həmin ərazidə yerləşir) vasitəsilə kompot, mürəbbə və turşu hazırladığından (ölkənin əsas market və restoranlarında satılır), həmin məhsulları daha yüksək qiymətə satır. • Cavabdeh həmin bağın ərazisindən aqroturizm obyekti, təndirxana, satış stendi və restoran kimi də istifadə edərək gələn qonaqlara bütün meyvələrdən pərakəndə qiymətlərlə yüksək qiymətə satır. • İstehsal edilən və satııan kompotlar, mürəbbələr və turşular barədə məlumat Cavabdehin instaqram səhifəsində var: https://www.instagram.com/citrusvallev lankaran/. Səhifədə habelə bir nəfərin giriş haqqı göstərilib (ölkə vətəndaşı üçün 5 manat, xarici üçün 7 manat) və restoran menüsü göstərilib. • Cavabdeh İddiaçıya verdiyi müsahibəyə əsasən (səs yazısı var), həmin bağlarda 2022-ci ildə 12 min turist qəbul etmiş və turist sayı ilbəil artır. Ağdaş Rayon Məhkəməsinin iş №2(014)-70/2024 üzrə qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçıya məxsus ərazilərdə İddiaçının keçmiş həyat yoldaşının 50% paymı müəyyən edib, qalan 50% pay isə İddiaçı üçün müəyyən edib. Bunu nəzərə alaraq, Cavabdehin birbaşa İddiaçıya vurduğu zərər (əldən çıxmış fayda): 576 249 AZN * 50% = 288124 (iki yüz səksən səkkiz min yüz iyirmi dörd) AZN. İddiaçı xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğvi ilə bağlı Cavabdehə xx.xx.2022- ci il tarxli teleqram göndərməklə həmin müqavilələri birtərəfli qaydada ləğv edib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin ’baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422- ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Cavabdeh icarə müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməklə, habelə ekspert rəyinin də təsdiq etdiyi kimi, icarəyə götürdüyü sahədə icazəsiz tikinti və qazıntı işləri aparmaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də İddiaçının icarə müqavilələrini birtərəfli qaydada ləğv edildiyi xx.xx.2022-ci il tarixdən İddiaçı ilə Cavabdeh arasında bağlanmış adıçəkilən icarə müqavilələri birtərəfli qaydada ləğv edilmişdir. Cavabdeh İddiaçının icarə müqavilələrinin birtərəfli qaydada ləğv etməsindən imtina etsəydi belə, bunun müqavilənin birtərəfli qaydada ləğvinə təsiri olmayacaqdı. Çünki, Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında tərəf müqailəni birtərəfli qaydada ləğv etdikdə və qarşı tərəf bundan imtina etdikdə müqavilə məhkəmə qaydasında ləğv edilə bilər. İndiki halda isə, tərəflər arasında bağlanmış icarə müqavilələri Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi (icarə haqları, tikinti-qazıntı və sair) səbəbindən əhəmiyyətli dərəcədə pozulub və müqavilələr Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq məhkəmədən kənar qaydada ləğv edilib. Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, icarə müqavilələrinin ləğv edilməsindən sonra Cavabdeh icarəyə götürdüyü torpaq sahələrindən qanunsuz istifadə etməklə İddiaçıya yuxarıda göstərilən həcmdə zərər vurub. Müqavilə ilə təsbit olunmuş icarə haqqını ödəməkdən imtina etdiyinə görə, hesab edilir ki, Cavabdeh ödənişlərdən bilərəkdən yayınmağa, yəni mümkün olduqca onları gecikdirməyə və ümumiyyətlə etməməyə çalışır ki, bu iki halın hər birində İddiaçıya maddi zərər vurur. Bunu nəzərə alaraq, hesab edilir ki, Cavabdehin gecikdirməyə görə İddiaçıya vurduğu zərərin qarşısını almaq üçün gecikdirilən məbləğ qanunun tələblərinə uyğun olaraq bank uçot dərəcəsi ilə indeksasiya edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs X2 Cavabdeh ilə bağlanmış icarə müqavilələrinin ləğv edilməsinə etiraz etdiyini bildirdi.
Əsaslandırıcı hissə:
Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izhatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 2,11 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********29 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 5,57 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********31 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 3,51 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********34 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə (İcarəyə verən) Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin: 1-ci bəndlərinə əsasən, İcarəyə verən Lənkəran rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 5,57 ha olan torpaq sahəsini İcarəçi Cavabdeh icarəyə verir. 3-cü bəndlərinə əsasən, icarə müddəti 15 il yəni xx.xx.2036-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndlərinə əsasən, İcarəçi İcarəyə verənə illik 2000 manat icarə haqqı ödəyir. 8-ci bəndlərinə əsasən, İcarəçi İcarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-121/2024 nömrəli qərardadı ilə təyin edilmiş mühəndis-texniki və yerquruluşu ekspertizasının nəticəsinə dair 10/1701 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN- 506, JN-507, JN-508 və JN-509 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt'ları əsasında) İddiaçı mülkiyyətində olan 2,11 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN-509, JN- 510, JN-511, JN-512, JN-513 və JN-514 nömrəii "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt'ları əsasında) İddiaçı mülkiyyətində olan 3,51 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN- 514, JN-515, JN-516, JN-517, JN-518, JN-519, JN- 520 və JN-521 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında) İddiaçı mülkiyyətində olan 5,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yerləşdiyi çevrədə iki ədəd süni gölün (sututarın) mövcud olması müəyyən olunmuşdur. Həmin süni gölün (sututarın) birinin (ölçüsü 0,22 ha sahədən ibarət) (rəyə əlavə edilmiş yerquruluşu planında Göl №2 ilə göstərilmişdir) 0,14 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN-506, JN-507, JN-508 və JN-509 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akf'ları əsasında) X3 mülkiyyətində olan 2.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşməsi müəyyən olunmuşdur. Qalan 0.08 ha hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Qeyd edilən gölün (sututarın) digərinin (ölçüsü 0.08 ha sahədən ibarət) (rəyə əlavə edilmiş yerquruluşu planında Göl N°1 ilə göstərilmişdir) bütövlüklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. 2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən məhkəmə predmeti olan mübahisəli ərazidə 73,2 kv.m sahədən ibarət yeməkxananın, 25 kv.m sahədən ibarət təndirxananın, 7,8 kv.m sahədən ibarət süni bulağın mövcud olması müəyyən olunmuşdur. 3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı qeyd olunan 73,2 kv.m sahədən ibarət yeməkxananın, 25 kv.m sahədən ibarət təndirxananın, 7,8 kv.m sahədən ibarət süni bulağın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN-514, JN-515, JN-516, JN-517, JN-518, JN-519, JN-520 və JN-521 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akf'ları əsasında) İddiaçı mülkiyyətində olan 5,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)- 70/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən olunaraq, İddiaçı mülkiyyətində olan, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,06 ha (HDQ haqqında seriya RX № ******* saylı Çıxarış- qeydiyyat tarixi: xx.xx.2014, qeydiyyat nömrəsi: ********** reyestr nömrəsi: **********88) həyətyanı torpaq sahəsinin, Lənkəran rayonunun Havzova kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,34 ha (HDQ haqqında seriya RX № ******* saylı Çıxarış-qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********86) torpaq sahəsinin, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2,11 ha (HDQ haqqında Çıxarış-qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********29) torpaq sahəsinin, kənd təsərrüfatı təyinatlı 3,51 ha (HDQ haqqında Çıxarış-xx.xx.2020, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********34) torpaq sahəsinin və kənd təsərrüfatı təyinatlı 5,57 ha (HDQ haqqında Çıxarış-xx.xx.2020, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********31) torpaq sahələrinin və Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin iddiaçı X1 1/2 hissədə payının müəyyən edilməsi, iddiaçı X1 ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı və ödənilmiş dövlət rüsumunun 50 manatı İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-655/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(014)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3363/2024 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(107)-655/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri və iddiaçı (baxılan iş üzrə üçüncü şəxs) X1 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, ilk növbədə İddiaçı hazırki tələb irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcudluğu ilə bağlı məsələnin araşdırılması zəruridir. Belə ki, hər bir mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarında göstərilir ki, “Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair “ 2025-ci il 23 may tarixli qərarında qeyd edilir ki, “Obyektiv mənada hüquq dedikdə, ictimai münasibətləri tənzimləyən, məcburi xarakter daşıyan qaydaların məcmusu başa düşülür. Obyektiv mənada hüquq tənzim edilən ictimai münasibətlərin xarakteri, tənzimləmə metodu kimi meyarlar baxımından mülki, cinayət, inzibati və s. hüquq sahələrinə bölünür. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: · öz iradəsinə uyğun hərəkət etmək; · digər şəxslərdən müəyyən davranışı tələb etmək; · hüquq pozuntusu halında müdafiə olunmaq. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyun və İ.Şabanovanın şikayəti üzrə 2012-ci il 27 avqust tarixli Qərarlarında da ifadə olunmuşdur. Qeyd olunmalıdır ki, subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında subyektiv hüququn yaranması üçün tələb olunan əsas və başlıca element kimi, öz hərəkətlərinə hüquqi ixtiyar imkanının mövcud olması qeyd edilmişdir. Həmçinin, subyektiv hüququn yaranması üçün onun obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasının tələblərinə əsasən mövcud olması tələb olunur. Şərh edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, icarə müqaviləsindən irəli gələn tələblər, o cümlədən müqavilənin ləğvi və ya etibarsızlığı, müqavilə üzrə öhdəliklərin icrası, dəymiş zərərin əvəzinin ödənilməsi və s. üzrə tələbkarın öz hərəkətlərinə hüquqi ixtiyarının yaranması onun icarə obyektinə münasibətdə hüququnun konkret maddi hüquq normasına istinadən əmələ gəlməsi, onun tam, müəyyən edilə (aydınlaşdırıla) bilən və mübahisəsiz olması başlıca şərtdir. Yalnız bu şərtin ödənilməsi halında subyektiv hüququn digər elementlərinin (başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun) yaranmasından söz açmaq olar. Məhkəmə qeyd edir ki, işin faktiki hallarında göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən, baxılan iş üzrə üçüncü şəxs X1 mübahisəli icarə obyekti olan torpaq sahələrinə 1/2 hissədə payının mövcud olması müəyyən edilmişdir. Bununla da, mübahisələndirilən icarə müqavilələrinin obyekti olan torpaq sahələrinin üzərində iddiaçı və iş üzrə üçüncü şəxsin bərabər paylarda mülkiyyət hüquqlarının olduğu, digər ifadə ilə sözügedən torpaq sahələrinin paylı mülkiyyət hüququ ilə qeyd olunan şəxslərə məxsus olması işin mübahisəsiz hallarını təşkil edir. Buna görə də, iddiaçının hazırki tələb irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcud olub-olmaması ilə bağlı hüquqi dəyərləndirmə, əşya üzərində paylı mülkiyyətin mülkiyyətçilərinin hüquq və vəzifələrinə dair mülki qanunvericilikdə yer alan normativ tənzimləmələr nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə, qeyd etməyi zəruri sayır ki, icarə obyekti olan torpaq sahələri üzərində paylı mülkiyyət hüququnun olduğu təsbit edilmiş iş üzrə üçüncü şəxsin həmin icarə müqavilələrinin bağlanmasından məlumatlı olması, müqavilələrin bağlanmasına hər hansı bir etirazının olmaması və hazırda iş üzrə cavabdehlə icarə hüquq münasibətlərinin davam etdirilməsini istəməsi mübahisəsiz hallardır. Aşkara çıxarılması tələb olunan və baxılan iş üzrə ən əsas əhəmiyyət kəsb edən hal, icarə obyekti olan torpaq sahələrinin paylı mülkiyyətçisi olan iddiaçının, həmin torpaq sahələrinin digər paylı müıkiyyətçisinin razılığı olmadan, həmin torpaq sahələrinin icarədə olması ilə əlaqədar məsələlərə dair tələb irəli sürə bilməsi imkanının, həmçinin bu iddianın uğurluluq ehtimallarının araşdırılması halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, əşyaya paylı mülkiyyətin mülkiyyətçisi öz payına münasibətdə mülkiyyətçi hüquqlarından irəli gələn bütün növ hüquqi hərəkətləri yerinə yetirə bilər. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə, o cümlədən əşyaya dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətdə olan əşyadakı pay naturada bölünmə baş verənə qədər maddi xarakter daşımır və bütün əşyanı əhatə edir. Buna görə də, qanunverici paylar naturada müəyyən edilənədək əşyaya dair mülkiyyət hüququnun bütün növ elementlərinin həyata keçirilə bilinməsi üçün payçıların konsensusunu tələb edir. Bu baxımdan paylı mülkiyyətin payçılarından biri yalnız öz payına münasibətdə sərbəst sərəncam verə bilər, bütün əşyaya dair sərəncam verilməsi isə qeyd edildiyi kimi bütün payçıların qərarı, razılaşması ilə baş tuta bilər. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icarə obyektinin bütününə münasibətdə sərəncam vermə hüququna istinadən iddia irəli sürməkdə haqlı olmamışdır. Belə ki, icarə müqavilələri bağlanan zaman icarəçi qismində yalnız iddiaçı çıxış etsə də, birgə nikah dövründə əldə edilmiş icarə obyekti olan torpaq sahələrinin digər mülkiyyətçisi iş üzrə üçüncü şəxsin həmin icarə müqavilələrinin bağlanmasına razılığının olması həm prezumpsiya kimi qəbul edilir, həm də işin hallarına və iş üzrə üçüncü şəxsin izahatına əsasən müəyyən olunur. Belə olan halda, icarə müqaviləsi üzrə münasibətlərə son verilməsi tələbi formasında icarə obyektinə dair sərəncam verilməsi də, bütün payçıların, baxılan işdə isə iddiaçı ilə bərabər üçüncü şəxsin birgə qərarına əsasən həyata keçirilə bilərdi. İş üzrə üçüncü şəxs izahatında cavabdehlə icarə münasibətlərinin davam etdirilməsinə dair iradəsini ifadə etdiyinə görə, iddiaçının bütün əşyaya dair iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı aşkar olunur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbi əldən çıxmış fayda şəklində zərərin ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahələrindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması hissələrində həm də ona görə təmin edilə bilməz ki, iddiaçı və iş üzrə üçüncü şəxsin icarə obyekti olan torpaq sahələri üzərində payları naturada müəyyən olunmadığına görə, həmin torpaq sahələrinin məhz hansı hissələrinin iddiaçıya məxsus olmasını hazırda müəyyən etmək mümkün deyildir. Yuxarıda şərh olunduğu kimi, bu yalnız əşyanın paylı mülkiyyətçilərinin qarşılıqlı razılığı və ya məhkəmə qaydasında həyata keçirilə bilər. Payların naturada bölünməsi və ya müəyyən edilməsi isə baxılan işin predmeti xaricindədir. İcarə obyekti olan torpaq sahələrinin hansı hissəsinin iddiaçıya məxsus olması müəyyən olunmadığına görə, qanunsuz olduğu iddia edilən tikililərin, süni göllərin məhz iddiaçıya məxsus olan sahədə yerləşməsi də müəyyən edilə bilməz. Eyni şəkildə, əldən çıxmış faydaya səbəb olduğu iddia edilən ağac və bitkilərin hansılarının, hansı sayda və növdə olmaqla iddiaçıya məxsus olan torpaq sahəsi hissəsində yerləşməsi qeyri-müəyyəndir. Məhkəmə, hazırki halda iddiaçının iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı nəticəsinə gəlməklə yanaşı qeyd etməyi zəruri sayır ki, iddiaçının icarə obyekti olan torpaq sahələri üzərində payı naturada müəyyən edildikdən sonra eyni tələblə çıxış etmək hüququ vardır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclər onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Nəticə hissəsi:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zaur Abbasov