Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1809/2022 04.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – 02-LM/20 nömrəli, xx.xx.2020-ci il tarixli müvəqqəti lizinq müqaviləsinə əsasən 750 manat əsas borcun və 517,5 manat cərimənin, 1500 manat əldən çıxmış faydanın, 02-LM/19 nömrəli, xx.xx.2019-cu il tarixli müvəqqəti lizinq müqaviləsinə əsasən 1500 manat əsas borcun və 1440 manat cərimənin, cəmi 5707,5 manat borc məbləğinin, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdehdən geri alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 02-LM/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 02-LM/20 nömrəli, xx.xx.2020-ci il tarixli müvəqqəti lizinq müqavilələrinə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02-LM/20 nömrəli, xx.xx.2020-ci il tarixli müvəqqəti lizinq müqaviləsinə əsasən 750 manat öhdəlikdən heç bir ödəniş yerinə yetirilməmiş, 02-LM/19 nömrəli, xx.xx.2019-cu il tarixli müvəqqəti lizinq müqaviləsinə əsasən 1500 manat öhdəlikdən heç bir ödəniş yerinə yetirilməmiş, hər iki müqavilə üzrə 2250 manat borc qalmışdır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış hər iki müqavilənin 3.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən İddiaçı ASC) lizinq alandan (Cavabdeh) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə olan gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği hər iki müqavilə üzrə cəmi 1957,5 manat təşkil etmişdir. Həmçinin müvəqqəti lizinq müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, texnika cəmiyyətin parkına təhvil verilməmişdir. Müqavilələrin müddətinin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən texnikanın qanunsuz olaraq saxlanıldığı üçün cəmiyyətə, ümumilikdə 1500 manat maddi ziyan vurulmuşdur. Mübahisəli texnikanın mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Buna baxmayaraq cavabdeh həmin texnikadan bugünədək qanunsuz olaraq istifadə edir və buna görə cəmiyyətə heç bir ödəniş etmir. Lakin iddiaçıya olan borc vaxtında qaytarılmadığından dəfələrlə yaranmış borcun ödənilməsini və texnikanın geri qaytarılmasını tələb etsələr də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən və texnikanı qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikaları vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi X2 məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 02-LM/19 saylı xx.xx.2019-cu il tarixli və 02-LM/20 saylı xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsrrüfatı texnikasının müvəqqəti lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn cavabdehə 2019-cu ilin və 2020-ci ilin 3-cü rübü ərzində taxıl biçini mövsümündə istifadə etmək üçün müvəqqəti lizinqə verilmişdir. İş materiallarında olan 1989/Ü saylı, xx.xx.2019-cu il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 02-LM/19 saylı xx.xx.2019-cu il tarixli müvəqqəti lizinq müqaviləsi üzrə 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn Cavabdeh müvəqqəti lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan 640/Ü saylı, xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 02-LM/20 saylı xx.xx.2020-ci il tarixli müvəqqəti lizinq müqaviləsi üzrə 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombay Cavabdeh müvəqqəti lizinqə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il texnikanın təhvili barədə aktın surətindən görünür ki, qeyd edilən müvəqqəti lizinq müqaviləs(lər)i üzrə 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombay "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış 02-LM/19 saylı xx.xx.2019-cu il tarixli, 02- LM/20 saylı xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 2250 manat gecikdirilmiş əsas borcun və hesablanmış 1957,5 manat cəriməni, 1500 manat maddi ziyanı qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və lizinq obyekti olan texnikanın geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 02-LM/19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 1500 manat, hesablanmış cərimə borcu 1440 manat və 02- LM/20 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 750 manat, hesablanmış cərimə 517,50 manat, əldən çıxmış fayda 1500 manat təşkil etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)indən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəs(lər)ində əsaslıdır. Buna görə də, iddia həmin hissəs(lər)ində təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 02-LM/19 saylı müqavilə üzrə 140 manat məbləğində; 02- LM/20 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddianın “lizinq obyektinin ona qaytarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Qeyd edilən Məcəllənin 748-1.11-ci maddəsinə əsasən, əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, lizinq obyekti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 75 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 02-LM/20 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə, cəmi 800 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 02-LM/19 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1500 manat məbləğində əsas borc, 140 manat məbləğində cərimə, cəmi 1640 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 1 ədəd Niva Effekt SK-5ME-1 markalı (istehsalı 2009-cu il olan, şassi nömrəsi 188016 olan, mühərrik nömrəsi 087503 olan) taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. 75 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1809/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1809/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver