Məhkəmə qərarları › İş №e-2-2(121)-1828/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1828/2025

06.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1828/2025 06.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi X17, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X16 və X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı torpaq səhəsindən qanunsuz istifadənin dayandırılması və boşaldılaraq təhvil verilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı X4 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq səhəsindən qanunsuz istifadənin dayandırılması və boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 Neftçala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 801 №li sərəncamına əsasən verilmiş kənd təsərrüfatı təyinatlı (əkin) 925 ha torpaq sahəsinin 232 ha hissəsindən cavabdeh "xxxx" MMC-nin qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsinin boşaldılaraq X2 təhvil verilməsi, həmçinin məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə məxsus olmaqla xx.xx.1996cı il tarixdə dövlət qeydiyyatına alınan X2 Neftçala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 801 №-li sərəncamına əsasən kənd təsərrüfatı təyinatlı (əkin) 925 ha torpaq sahəsi ayrılmış və bununla bağlı mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000948 saylı Dövlət Aktı təqdim olunmuşdur. Hazırda sözügedən torpaq sahəsinin 232 ha hissəsi uzun müddətdir ki, X5 şəxsində cavabdeh tərəfindən məqsədli təyinatından kənar, balıq saxlama fəaliyyəti üçün süni göl (dialektoloji lüğətdə “damba”) yaradılaraq istifadə olunur. Hazırkı tələblə bağlı 2 (iki) ildən artıq davam edən məhkəmə mübahisələri ərzində cavabdeh təşkilat torpağın onun qanunsuz sahibliyində olmasından, həmçinin belə sahibliyin dayandırılması barədə hüquqi marağın mövcudluğundan bilavasitə xəbərdar olsa da, həmin hərəkətlərin icrasını bu günədək dayandırmamışdır. Buna görə də, X2 Neftçala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 801 №li sərəncamına əsasən verilmiş kənd təsərrüfatı təyinatlı (əkin) 925 ha torpaq sahəsinin 232 ha hissəsindən cavabdeh Azər-Aqrobiznes MMC-nin qanunsuz istifadəsi dayandırılmalı və həmin torpaq sahəsi boşaldılaraq təhvil verilməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X16 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda bildirilmişdir ki, iddianı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, Neftçala Rayon İcra Hakimiyyəti Başçısının 10 oktyabr 2008-ci il tarixli 198 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X27 Fondu ərazisindən 200 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin 30 ha hissəsini tez-tez sel suları basdığı və yararsız hala düşdüyü üçün ərizələri əsasında Neftçala Rayon İcra Hakimiyyəti Başçısının 25 aprel 2011-ci il tarixli 091 saylı Sərəncamı ilə Neftçala rayonunun 13 saylı X27 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200 ha torpaq sahəsinin 30 hektarından istifadə hüququna xitam verilmişdir. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" MMC-nin adına xx.xx.2020-ci il tarixli **********38, **********39, **********40, **********41, **********42 reyestr nömrəli çıxarışlar da verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi qanuni əsaslarla "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən həmin torpaq sahəsi inzibati orqan olan Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə verilmiş və həmin Sərəncam inzibati aktdır. Həmin inzibati akt və icarə müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüquqları dövlət qeydiyyatına alınmışdır. İnzibati akt və onun əsasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğu halda, iddiaçının belə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və yolverilməzdir. Göründüyü kimi "xxxx" MMC-nin əşyaya sahiblik hüququ qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Bundan başqa qeyd edilir ki, əvvəllər də iddiaçı Nümayəndə cavabdehlər "xxxx" MMC-yə, MMC-nin direktoru X9 və X13 qarşı müxtəlif eyni məzmunlu iddia ərizələri ilə Neftçala Rayon Məhkəməsinə müraciətlər etmiş, sonradan isə ərizəçi iddia ərizələrini geri götürmüşdür. Bundan sonra o, həmin iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1578/2023 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd etmək istəyirəm ki, iddiaçı idda ərizəsində AR MPM-nin 82.3-cü maddəsinə istinad etmiş və qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-581/2025 saylı qətnaməsinə əsasən Neftçala Rayon Məhkəməsinin müvafiq qərardadı üzrə aparılmış məhkəmə mühəndistexniki ekspertizasının nəticələrinə görə mübahisəli torpaq sahəsi "xxxx" Heyvandarlıq Müəssisəsinə məxsusdur. Bununla bağlı əvvəla qeyd edilir ki, AR MPM-nin 82.3-cü maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisənləndirilmir və yenidən sübut edilmir. Halbuki, 2(106)-581/2025 saylı iş üzrə iddiaçı Nümayəndə, cavabdeh isə X14 olduğu halda, hazırkı işdə iddiaçı "xxxx" Heyvandarlıq müəssisəsi, cavabdeh isə "xxxx" MMC-dir. Yəni birinci işdə tərəflər fiziki şəxs, hazırkı işdə isə hüquqi şəxslərdir. Eyni zamanda qeyd edilir ki. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-581/2025 saylı qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 2(053)- 9/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Nümayəndə iddiasının təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının AR MPM-nin 82.3cü maddəsinə istinad etməsi əsassızdır. Bundan başqa Neftçala Rayon Məhkəməsinin müvafiq qərardadı üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının nəticələri nəzərə alınsa belə, mübahisəli torpaq sahəsinin "xxxx" Heyvandarlıq Müəssisəsinə məxsus olmasına dəlalət etmir. Çünki ekspert rəyinin qərardadın beşinci sualı üzrə nəticə hissəsində iddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi X8 X12 (TEKUİS) əsasən X28 ərazisində yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi və Neftçala Rayon İcra Hakimiyyəti Başçısının 10 oktyabr 2008-ci il tarixli 198 nömrəli Sərəncamı ilə verilmiş sözügedən mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və belə bir iddia yalnız dövlət tərəfindən qaldırıla bilər. Hazırkı iddianı qaldırmaq üçün isə "xxxx" Heyvandarlıq Müəssisəsi subyektiv hüquqa malik deyidlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə belə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarı). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstituisya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq – hüquqi aktlarda ((İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Konstitusiyasının 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin müvafiq maddələrində də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun yaranmasına, tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcnusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. İddiaçı X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Azər-Aqrobiznes MMC-nin nümayəndələri X19 və X10 izahatlarında iddianı qəbul etmədiklərini bildirərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın rədd edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" heyvandarlıq müəssisəsi xx.xx.1996-cı ildə qeydiyyata alınmış, (VÖEN **********) təşkilati-hüquqi forması Digər kommersiya təşkilatı olmaqla hüquqi ünvanı AZ4725, Neftçala rayonu, Birinci Mayak qəsəbəsidir. Təsisçisi və qanuni təmsilçisi Nümayəndədur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" heyvandarlıq müəssisəsi dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2007-ci ildə qeydiyyata alınmış, (VÖEN **********) təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla hüquqi ünvanı AZ4700, ünvan 2isçisi və qanuni təmsilçisi X6r. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. İş materialına "xxxx" heyvandarlıq müəssisəsinin nizamnaməsinin, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktının və X18 Reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətləri əlavə olunmuşdur. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixli, 801 saylı qərarına əsasən, "xxxx" heyvandarlıq müəssisəsinə daimi istifadə üçün 232 hektar əkin sahəsi ayrılmışdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 noyabr 2008-ci il tarixli, 198 №-li sərəncamından və eyni tarixli torpaq icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-yə torpaq sahəsinin icarəyə ayrılması barədə Cəmiyyətin direktoru V.Ə.Əbdürəhmanovun məktubu nəzərə alınmaqla "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X27 Fondu ərazisindən 200 (iki yüz) hektar (bundan 120 hektarı əkin, 20 hektarı örüş, 40 hektarı nohurçuluq, 20 hektarı isə yararsız) torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş, "xxxx" MMC-nin rəhbərliyinə mövcud sərhəd daxilində torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə müqavilə şərtlərinə əməl etməsi və qanunvericiliyə uyğun olaraq aidiyyatı təşkilatlardan hüquqi sənədlərin alınmasını təmin etməsi tapşırılmışdır. Eyni zamanda həmin sərəncamla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar torpaq balansında müvafiq dəyişiklik edilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Neftçala rayon İcra hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 №-li sərəncamından görünür ki, "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsinin bir hissəsindən istifadə hüququna cəmiyyətin direktoru E.Ə.Əliəkbərovun müraciəti nəzərə alınmaqla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin 1-ci abzasına müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli ,198 saylı sərəncamı ilə rayonun 13 saylı X27 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200,0 (iki yüz) hektar torpaq sahəsinin 30,0 (otuz) hektarından istifadə hüququna xitam verilmiş, "xxxx" MMC-nin rəhbərliyinə mövcud sərhəd daxilində torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə müqavilə şərtlərinə əməl etmələri və qanunvericiliyə uyğun olaraq aidiyyatı təşkilatlardan hüquqi sənədlərin alınmasını təmin etməsi tapşırılmış, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinə torpaqdan istifadə hüququna xitam verilməsi ilə əlaqədar torpaq sahəsinin aidiyyatı fonda geri götürülməsini təmin etməsi tapşırılmışdır. İş materiallarına "xxxx" MMC-yə Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən 99 il müddətinə ehtiyyat fondu torpaqlarından icarəyə verilmiş (örüş otlaq, digər) torpaq sahələrinin çıxarışları, nohurçuluq məqsədilə verilmiş torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda "xxxx" MMC-nin Nizamnaməsi əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2803 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə - Cavabdeh X15 tərəfindən zəbt olunduğu iddia edilen Neftçala şəhərində yerləşən mübahisəli torpaq sahəsi 175.0 ha təşkil edir və "xxxx" heyvandarlıq müəssisəsinə və ya təsisçisi Nümayəndə məxsusdur. Əsas: 02 yanvar 1996-cı il tarixli Neftçala rayon "Kür" kolxozunun ümumi yığıncağının qərarı, "Kür" kolxozunun heyvandarlıq kompleksi bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılması haqqında Neftçala rayon İcra hakimiyyəti başçısının 19 yanvar 1996-cı il tarixli 726 saylı sərəncamı, "xxxx" heyvandarlıq müəssisəsinə torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair "Dövlət Aktı" əsasında ümumi sahəsi 925.0 ha olan, əkinə yararlı 232.0 ha (Faktiki 175.0 ha) torpaq sahəsi verilməsi haqqında Neftçala rayon İcra hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixdə 801 nömrəli sərəncamı, "xxxx" heyvandarlıq müəssisəsinin nizamnaməsinin qeydə alınması barədə Neftçala rayon İcra hakimiyyəti başçısının 16 mart 1996-cı il tarixli 825 nömrəli sərəncamı, Xalq istehlakı mallarının, kənd təsərrüfatı məhsullarının istehsalı ve sair xidmətlərlə məşğul olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən "Təsərrüfat Subyektinin Döviǝ qeydiyyatı haqqında" 29043 nömrəli "Şəhadətnamə". Qərardadın ikinci sualı üzrə - Cavabdeh X7 direktoru olduğu "Azər-Aqrobiznes MMC-ye Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli 091 nömrəli sərəncamı ilə Neftçala rayon "13 saylı X27 Fondu" ərazisindən 200.0 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilib, lakin həmin 170.0 ha torpaq sahəsi naturada sərəncamla verilən "13 sayl X27 Fondu" ərazisinə deyil, keçmiş "KÜR" kolxozunun (Hal-hazırda X8 X12 əsasən "X28" adlanır) ərazisinə mübahisəli 175.0 ha torpaq sahəsininin sərhədləri daxilində yerləşir (Sxem tərtib edilərək mütəxəssis rəyinə əlavə edilmişdir). Qərardadın üçüncü sualı üzrə - Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli 091 nömrəli sərəncamı il Neftçala rayon "13 saylı X27 Fondu"xxxx"Azər- Agrobiznes MMC-yə 200 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilib. xx.xx.2020-ci il tarixdə icarəyə verilən həmin torpaq sahəsinin 59.0 ha, 21.2 ha, 14.0 ha, 6.0 ha 2.2 ha hissələrinə "Azər Aqrobiznes MMC-nin direktoru cavabdeh X5 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən uyğun olaraq **********, ********** **********, **********, ********** qeydiyyat nömrəli "Çıxarış"-lar, xx.xx.2008-ci il tarixdə 29. ha, 27.0 ha, 10.8 ha hissələrinə isə xx.xx.2008-ci il tarixdə Neftçala İcra Hakimiyyəti başçısının 19 nömrəli sərəncamına əsasən Dövlət Torpaq Komitəsi tərəfindən uyğun olaraq "Azər-Agrobiznes MMC"-nin adına Kadastr nömrələri **********0078, **********0081, **********0082 ola "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri verilmişdir. Yuxarıda qeyd olunmuş torpaq sahələrin verimiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin kadastr göstəricilərinə (Koordinatlar əsasən həmin torpaq sahələri naturada Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011- il tarixli 091 nömrəli sərəncamı ilə "13 saylı X27 Fondu” ərazisinə deyil, keçm "KÜR" kolxozunun (Halhazırda X8 X12 əsasə "X28" adlanır) ərzisində yerləşən iddiaçı Nümayəndə iddia etdiy "xxxx" heyvandarlıq müəssisəsinə aid mübahisəli 175.0 ha torpaq sahəsininin yerləşdiyi ərazi ilə üst-üstə düşür (Sxem tərtib edilib). Hazırda iddiaçı tərəfindan mübahisə predmeti olan 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi "AzərAgrobiznes MMC-nin direktoru cavabdeh X11 istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edildi (sxem tərtib edilib). Qərardadın beşinci sualı üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi X8 X12 (TEKUİS) əsasən X28 ərazisində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüşdür”. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı X4 tərəfindən "xxxx" MMC-yə 232 (faktiki 175 ha) ha torpaq sahəsinin 10 iş gün ərzində qanunsuz istifadəni dayandırmağ tələb edilmiş, əks halda məsələnin hüquqi müstəvidə həlli ilə bağlı zəruri tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər materiallara əsasən müəyyən edilmiş işin faktiki halları belədir ki, iddiaçı istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyini iddia edir, cavabdeh isə istifadəsində olan torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını, istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahələrinin başqa-başqa yerlərdə yerləşdiyinə görə üst-üstə düşmədiyini, əlavə olaraq iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində olduğuna və həmin torpaq sahəsi ilə bağlı iddianın yalnız dövlət tərəfindən qaldırıla biləcəyinə görə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququnun olmadığını iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, işdə olan sənədlərdən göründüyü kimi hər iki tərəfin istifadəsində olan torpaq sahələri qanuni əsaslarla onlara ayrılmışdır və həmin torpaq ayırma sənədləri proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, adı çəkilən torpaq ayırma sənədlərinin qanuniliyi baxılan iş üzrə mübahisə predmetinə aid deyildir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan mübahisə onların istifadələrində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə öz hüquqi həllini tapa bilər. Qeyd edilən xüsusatlar isə ilk növbədə xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutların qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəli hallarının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olub-olmaması, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələləri həllini tapacaqdır. Məhkəmə qeyd edir ki, işdə olan məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2803 saylı ekspert rəyi ilə, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin naturada sərəncamla verilən ərazidə deyil, iddiaçıya ayrılmış mübahisəli 175.0 ha torpaq sahəsininin sərhədləri daxilində yerləşdiyi, həmçinin cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin iddiaçının iddia etdiy "xxxx" heyvandarlıq müəssisəsinə aid mübahisəli 175.0 ha torpaq sahəsininin yerləşdiyi ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin xüsusi bilik tələb edən xüsusatı ilə bağlı ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspertizanın nəticəsinə dair rəyin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirildiyinə görə, rəy məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, rəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılarkən mövcud kadastr və reyestr məlumatlarına əsasən tərtib edilmiş mübahisəli torpaq sahələrinin planlarından istifadə edilmişdir. Məhkəmə, ekspert rəyini işdə olan digər sübut əhəmiyyətli materiallarla birgə qiymətləndirərək hesab edir ki, rəy mövcud qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq tam və obyektiv şəkildə hazırlanmışdır. Ekspert rəyinin mötəbərliliyini şübhə altına ala biləcək xüsuslar məhkəmə tərəfindən müəyyən edilmədiyi kimi, cavabdeh tərəfindən də ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, təqdim olunmuş ekspert rəyi mötəbər və yetərli sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə, iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində olduğuna və həmin torpaq sahəsi ilə bağlı iddianın yalnız dövlət tərəfindən qaldırıla biləcəyinə görə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququnun olmadığı ilə bağlı cavabdehin iddiasına münasibətdə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi müvafiq aidiyyəti icra hakimiyyəti orqanının qərarı ilə daimi istifadə hüququ əsasında iddiaçıya ayrılmışdır və iddiaçı torpaq sahəsinin istifadəçisi statusundan çıxış edərək daşınmaz əmlak (torpaq sahəsi) üzərində məhdud əşya hüququna malik olan şəxs qismində hazırki tələbi irəli sürmüşdür. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddia tələbi həm təyin edilmiş ekspertizanın nəticələrinə dair rəylə, həm də işdə olan digər sənədlərlə öz təsdiqini tapdığına görə əsaslı hesab edilməlidir və iddiaçının hazırki tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olması təsbit edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı torpaq sahəsinin istifadəçisi statusundan irəli gələn qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini digər şəxslərin qanunsuz müdaxilələrindən qorumaq və bununla əlaqədar hüquq müdafiə vasitələrindən istifadə etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı torpaq səhəsindən qanunsuz istifadənin dayandırılması və boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, iddia tələbini qismən təmin edərək nəzərə alır ki, işdə olan ekspert rəyinə əsasən zəbt edilmiş torpaq sahəsinin ölçüsü 175 hektar təşkil edir. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. X2 Neftçala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 801 №li sərəncamına əsasən ayrılmış kənd təsərrüfatı təyinatlı (əkin) 925 ha torpaq sahəsinin 175 ha hissəsindən cavabdeh "xxxx" MMC-nin qanunsuz istifadəsi dayandırılsın və həmin torpaq sahəsi boşaldılaraq X2 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X2 verilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar