Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1859/2025 13.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" şirkətinin Cavabdeh qarşı əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı "xxxx" şirkəti Cavabdeh qarşı əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: Fransa, Paris, 75016, Boulevard de Montmorency 31-37 ünvanında yerləşən “İddiaçı” Şirkətinə ("xxxx") ünvanlanmış 28 fevral 2025-ci il tarixli № 3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 28 fevral 2025-ci il tarixli №017Q saylı Bildirişə (“Bildiriş”) əsasən, qeydiyyat ünvanı: Masallı rayonu, Masallı şəhəri, H.Əliyev küçəsi, ev 50, mənzil 32 olan fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarının tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdehvə bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 03 mart 2025-ci ildə təqdim olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış "xxxx" əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 06 mart 2025-ci il tarixli müvafiq Akt tərtib edilmişdir. Qeyd olunan Akt bu İddia Ərizəsinə əlavə olunur. Hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X4, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "xxxx" əmtəə nişanlı malların kontrafakt olubolmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibi “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/030Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 13 mart 2025-ci il tarixli №030Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdehvə bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3- 33-1100/030Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 14 mart 2025-ci ildə təqdim olunmuşdur. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 28 fevral 2025-ci il tarixli №3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 28 fevral 2025-ci il tarixli №017Q saylı Bildirişin, 13 mart 2025-ci il tarixli №3-33-1100/030Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” verdiyi 14 mart 2025-ci il tarixli №030Q saylı Bildirişin İddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 13 mart 2025ci il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3- 33-1100/030Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 07 aprel 2025-ci il tarixinədək uzadılmış fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin №e-16(121)-34/2025 saylı 07 aprel 2025-ci il tarixli Qərardadı ilə hüquq sahibi “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli, № 3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 13 mart 2025-ci il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/030Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 07 aprel 2025-ci il tarixinədək uzadılmış fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) üzərinə 1 (bir) ay müddətinə 07 may 2025-ci il tarixinədək həbs qoyulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin №e- 16(121)-34/2025 saylı 07 aprel 2025-ci il tarixli müvafiq Qərardadı bu İddia Ərizəsinə əlavə olunur. Cavabdeh isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində Şirvan Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirməyib və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində, Cavabdeh həm Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarları və həmçinin Şirvan Kommersiya Məhkəməsinin müvafiq Qərardadı ilə razı olduğunu, və idxal etdiyi "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir Hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus "xxxx" və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" X3 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “İddiaçı” Şirkətinə məxsus "xxxx" və digər əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2021-ci il tarixli müvafiq bildirişləri bu iddia ərizəsinə əlavə olunur. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı” Şirkətinə məxsus "xxxx" və digər əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı "xxxx" şirkətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
6. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:
7. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2021-ci il tarixli bildirişlərinə əsasən, Lacoste adına qeydiyyata alınan 437000 saylı "xxxx" beynəlxalq əmtəə nişanı və təsviri olan əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa Təsnifatının 01,02,03,04 və digər sinifləri üzrə Azərbaycan Respublikası ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” 28 fevral 2025-ci il tarixli, 017Q №-li Qərarından və Bildirişdən görünür ki, Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır. Malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/017Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 03 mart 2025-ci ildə təqdim olunmuşdur.
9. İş materiallarında olan “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” 13 mart 2025-ci il tarixli, 030Q №-li qərardan və Bildirişdən görünür ki, Hüquq sahibi “İddiaçı” Şirkətinin səlahiyyətli nümayəndəsinin müraciəti əsasında kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır.
10. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, hüquq sahibi - "xxxx" Şirkətinin əmtəə nişanlarından qanunsuz olaraq istifadəni dərhal dayandıraraq son qoyulması və hüquq sahibi - "xxxx" Şirkətinə vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə kompensasiyanı ödənilməsi tələb olunmuş, əks təqdirdə, kompensasiyanın məcburi tutularaq "xxxx" Şirkətinə ödənilməsi üçün məhkəmə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Мəнкəmə Ekspertizası Mərkəzinin 5/745, 4/1250 saylı, "24" sentyabr 2025-ci il tarixli rəyindən görünür ki ədqiq olunan obyektlərin ümumi görünüşündə oxşarlıq vardır, və bu obyektlərin yazılarını təşkil edən şriftlər biri birindən fərqlənmirlər. Müəyyən olunmuş əlamətlər onu göstərir ki, müqayisə olunan əmtəələrin səsli (fonetik) və məna (semantik) əlamətləri qarışdırılacaq dərəcədə oxşardır. Qrafik əlamətlərində heç bir fərqlilik müşahidə olunmur. Səsli və məna əlamətləri müstəqil meyara malik olduğu üçün səsli və məna cəhətdən nişanlar bir-birinə uyğun olduqda onların oxşar olması nəticəsinə gəlinir. Əmtəə nişanlarının oxşarlığı - nişanı əmələ gətirən motivlərin oxşar qavraması nəticəsində yaranan obyektlərin bənzərinin təzahürüdür. Nişanların oxşarlığı onların elementlərinin vahidliliyi ilə təyin olunur. Oxşarlıq dərəcəsinə uyğun gələn və gəlməyən elementlərinin nisbəti və nişanın quruluşu onların əhəmiyyətliliyinə təsir edir. Nişanları yaradan motivlərin qavramasının üst-üstə düşməsi, həmçinin, semantik və fonetik tərkiblərinin (əlamətlərinin) eyni olduğunu nəzərə alsaq müqayisə olunan əmtəə nişanların tam oxşar hesab olunmasını zənn etmək olar. Beləliklə, tədqiqat zamanı aparılmış səsli (fonetik), məna ifadəli (semantik) qrafik (görünüşlü) təhlil nəticəsində qənaətə gəlmək olar ki, ... nömrəli nömrə ilə qeydiyyata alınmış "xxxx" əmtəə nişanı və "xxxx" yazıları eynilik təşkil edir. Qeyd olunanlara əsasən ekspert belə nəticəyə gəlir ki, "xxxx" əmtəə nişanı ilə Azərbaycan Respublikasına xx.xx.2025-ci tarixli XAZAR150 saylı invoys sənədiilə Çin Xalq Respublikasından OL448LL/DD114T hömrə avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş malların üzərindəki əmtəə nişanları bir - biri ilə eynilik təşkil edir.
12. İş materiallarında olan Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Məhkəməəqli mülkiyyət, məhkəmə linqvistik ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 520 manat təşkil edir.
b) Tətbiq edilən hüquq:
13. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun:
- 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. - 4-cü maddəsinə əsasən Əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması qeydə alına bilər. - 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - 32-ci maddəsində göstərilir ki, bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən, Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. - Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. - Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
14. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun:
- 7-ci maddəsinə əsasən Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1 və 9.1.4-cü maddələrinə əsasən, müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 8.2. maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Məhkəmə baxışının hədləri:
Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
a) Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
19. İşin müəyyən edilən hallarından görünür ki, Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) kontrafakt olması əlamətləri aşkar olunmuş və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır.
20. İş materiallarında olan “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” 13 mart 2025-ci il tarixli, 030Q №-li qərardan və Bildirişdən görünür ki, Hüquq sahibi “İddiaçı” Şirkətinin səlahiyyətli nümayəndəsinin müraciəti əsasında kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır.
21. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Мəнкəmə Ekspertizası Mərkəzinin 5/745, 4/1250 saylı, "24" sentyabr 2025-ci il tarixli ekspert rəyi ilə "xxxx" əmtəə nişanı ilə Azərbaycan Respublikasına xx.xx.2025-ci tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş malların üzərindəki əmtəə nişanlarının bir - biri ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.
22. Məhkəmə hesab edir ki, ekspert rəyi kifayət qədər əsaslandırıldığından və işin faktiki hallarına uyğun olduğundan, mötəbər sübut kimi qiymətləndirilməlidir.
23. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci abzasının tələbinə əsasən, əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir.
24. Məhkəmə iş materiallarında olan ekspert rəyi və digər mötəbər dəlillərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) kontrafakt olması müəyyən edilmişdir.
25. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir.
Məhkəmə xərcləri:
26.Məhkəmə hesab edir k, iddia təmin olunduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 100 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 27.Məhkəmə, həmçinin hesab edir ki, iddia təmin olunduğundan iş üzrə təyin edilmiş Məhkəmə-əqli mülkiyyət, məhkəmə linqvistik ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 520 manat ekspertiza xərci cavabdehə aid edilməli və odan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia ərizəsi təmin edilsin. Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli, XAZAR150 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından OL448LL/DD114T nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş, **********7546 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 68 kq kişi köynəkləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-əqli mülkiyyət, məhkəmə linqvistik ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 520 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev