Məhkəmə qərarları › İş №e-2-2(121)-193/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-193/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-193/2025 23.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Ağa-X1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi, əmlakın girovdan azad olması və pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19 yanvar 2021-ci il tarixli 10/DİS-SY/21 saylı Distribüter Müqaviləsini üzrə 81602.62 manat məbləğində əsas borc, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan 4080.13 manat faiz olmaqla, cəmi 85682.75 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 347.05 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh1 81602.62 manat məbləğində əsas borc, AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanan 4080.13 manat faiz olmaqla, cəmi 85682.75 manat pul və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 347.05 məbləğində vəsait ipoteka ilə yüklü edilmiş ünvan 3aşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********41- 10301) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, Cavabdeh1 19 yanvar 2021-ci il tarixli 08/SY-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 6319.81 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 631.98 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6951.79 manat pul və 89.52 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC fərdi sahibkar kimi fəaliyyət göstərənCavabdeh1 ilə 19 yanvar 2021-ci il tarixdə 10/DİS-SY/21 saylı Distribüter Müqaviləsi və 19 yanvar 2021-ci il tarixdə 08/SY-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında Müqavilə bağlamışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 19 yanvar 2021-ci il tarixində İddiaçı MMC, Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 3M/123 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilə üzrə öhdəliklərin təminatı qismində birgə mülkiyyət üzrə ipoteka qoyanlara məxsus Masallı rayonu, Xıl kəndi ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi və ümumi sahəsi 229.1 kv/m olan fərdi yaşayış evi İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. Distribüter Müqaviləsinin 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və kredit vasitəsi ilə mal almaq hüququna malikdir. Həmin müqavilənin 7.4cü və 7.5-ci bəndlərinə əsasən, Distribüter Şirkətə bank qarantiyası təqdim edə bilmədiyi təqdirdə o, Şirkətin razılığı ilə daşınmaz əmlakı girov qoyaraq Şirkətdən mal ala bilər və kreditlə aldığı malın dəyərini 30 təqvim günü ərzində Şirkətin bank hesabına köçürməlidir. Müqavilədə “Şirkət” dedikdə İddiaçı, “Distribüter” dedikdə isə Cavabdeh nəzərdə tutulur. 19 yanvar 2021-ci il tarixli 10/DİS-SY/21 saylı Distribüter Müqaviləsi və 19 yanvar 2021-ci il tarixdə 08/SY-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC bütün öhdəliklərini yerinə yetirsə də, Cavabdeh1 ödənişləri vaxtında etməmiş və nəticədə İddiaçı MMC-nə zərər vurmuşdur. Belə ki, Cavabdeh1 19 yanvar 2021-ci il tarixli 10/DİS-SY/21 Distribüter Müqaviləsi üzrə 81602.62 manat və 19 yanvar 2021-ci il tarixdə 08/SY-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında Müqavilə üzrə 6319.81 manat olmaqla, ümumilikdə 87922.43 manat məbləğində İddiaçı MMC-nə borcu yaranmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır. Nəticə etibarilə, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 ilk İddiaçı MMC-nə qarşı xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, 3m/122 saylı distribüter müqaviləsi üzrə ipoteka ilə yüklü edilən (müqavilə öhdəliyi 65550 manat 00 qəpik məbləğində sərinləşdirici alkolsuz və təbii şirə içkiləri müəyyən edilmiş) Masallı rayonu, Xıl kəndi ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi və ümumi sahəsi 229.1 kv/m olan fərdi yaşayış evinin girov hüququna xitam verilməsi və əmlakın girovdan azad edilməsi, 04 mart 2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akt”ın etibarsız sayılması, 97110 manat məbləğində borcun və ödənilmiş 381,33 manat məbləğində dövlət rüsumunun “X4 LTD" ММC-dən tutularaq ona ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, "X4 LTD" ММC (bundan sonra ММC) ilə 19 yanvar 2019-ci il tarixdə 1O/DİS-SY/19 saylı, 19 yanvar 2020-ci il tarixdə 10/DİS-SY/20 saylı və 19 yanvar 2021-ci il tarixdə 1O/DİS-SY/21 saylı Distributer Müqaviləsi və 19 yanvar 2021-ci il tarixdə 08/SY-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında Müqavilə bağlanmışdır. Distrübüter müqaviləsinə əsasən ona MMC-nin mallarının satışı üzrə müəyyən ərazidə müstəsna hüquq verilməli olduğu halda bu edilməmişdir. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq MMC-nin məhsullarını Salyan və ətraf rayonlarında satmalı idi. Həmçinin məhsulları ərazidə yerləşən və pərakəndə satışla məşğul olan mağazalarda reklam etmək, məhsulları mağazalarda plan sxemə uyğun yerləşdirmək və satışı daha da artırmaqdan ibarət olmuşdur. Müqavilə ilə "distributor" olaraq ona 4 hüquq tanıdığı halda üzərinə 15 vəzifə qoyulmuşdur. 3m/122 saylı distributer müqaviləsi üzrə Müqavilənin "X4 LTD" ММC, Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 3M/123 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə (3m/122 saylı distributer müqaviləsi) əsasən müqavilə öhdəliyi 65550 manat 00 qəpik (altımış beş min beş yüz əlli manat sıfır qəpik) məbləğində sərinləşdirici alkolsuz və təbii şirə içkiləri müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra o, Salyan rayonunda anbar icarəyə götürmüş və işlərin görülməsindən ötrü 21 işçi işə qəbul etmişdir. Müqavilənin bütün şərtlərinə riayət edərək xitmətlərini tam şəkildə yerinə yetirmişdir. 2019-cu ildən sonra onunla yenidən 2020 və 2021-ci illərdə müqaviləni təzələmişlər. MMC-nin məhsulları soyuq içkilər olduğundan satış əsasən yaz və yay aylarına təsadüf edirdi. Yəni may və sentyabr ayları aralığında satışları çox olurdu və o, üzərinə qoyulmuş planı artıqlaması ilə yerinə yetirirdi. Həmçinin yay aylarında toylar çox olduğundan və satışın da əsasən toylar təşkil etdiyindən, o, planı rahat verə bilirdi. Ümumiyyətlə oktyabr ayından aprel ayına kimi satış zəif olurdu, anbarın icarə haqqını və işçilərin pulunu çətinliklə təmin edirdi. Məqsədi bazardan çıxmamaq, müştərilərini itirməmək olmuşdur. ММC heç bir əsas gətirmədən 2022-ci ilin martında onunla müqaviləyə xitam vermişdir. Xitam verərkən ona vaxt verməmiş, ərazidə yığılmamış mallar və pullar qalmışdır. O, bu barədə MMC-nin həmin vaxt rəhbərliyində olan şəxlərə dəfələrlə şifahi və yazılı müraciətlər etsədə heç bir nəticə olmamışdır. Hazırda ondan tələb edilən pul tam əsassızdır. Onun qarşı tərəfə yox, qarşı tərəfin ona borcu vardır. MMC-nin ona borclu qaldığını aşağıdakı subutlarla göstərir. 04 mart 2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akt” tərtib olunub və ona əsassız borc hesablanıb. Hesablanan borc tərəfindən mübahisələndirilir. Faktiki olarq "X4 LTD" MMC-nin ona 97110 (doxsan yeddi min yüz on) manat borcu vardır. Öhdəliklərini yerinə yetirməsi üçün pretenziya göndərilib. Lakin təəssüf kı, "X4 LTD" borcunu ödəməmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin məhkəmədən tələbləri tam qanunsuz və əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. 19 yanvar 2021-ci il tarixdə 10/DİS-SY/21 saylı Distributer Müqaviləsinin 1.1 bəndinə əsasən Şirvan şəhəri, Salyan rayonu, Neftçala, Biləsuvar və Hacıqabul rayonları ərazilərində Şirkətə məxsus məhsulların, Şirkətin müəyyənləşdirdiyi qaydalar və strqategiyalar əsasında satışını təşkil edilməsi öhdəliyi qoyulub. Həmin müqavilənin 3.2.5ci maddəsinə əsasən regionlarda fəaliyyət göstərən şəbəkə marketlərə mal vermək qadağan olunub yalnız çatıdırılma həyata keçirilib tərəfindən. Həmin müqavilənin 3.2.6-cı maddəsinə görə, distributer mallarının satılmasını müşahidə edəcək kompüter-proqram təminatının Şirkət tərəfindən təsdiq olunan kompüter proqramı üzərindən aparmalı və buna görə, yaranacaq xərcləri özü qarşılamalı və məlumatların şirkət tərəfindən onlayn iziənilməsinin təmin etməyi öz öhdəsinə götürməlidir. Müqavilə üzrə "distribütor"a 4 hüquq tanındığı halda üzərinə 15 vəzifə qoyulub. Mülki Məcəllənin 800-cü maddəsinin tələbləri tətbiq edilməlidir. "Maddə 800. Konsessiya müqaviləsi 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Maddədən görünür ki, distributer müstəsna satış hüququ (inhisar hüququ) verməli olduğu halda, əskinə bu edilməyib və ММC tərəfindən qanunun birbaşa tələbi pozulub. Müqavilə özü-özülüyündə əmək müqaviləsini xatırladır. Bəndlərə diqqət etsək, MMC distributerin bütün iş fəaliyyətinə müdaxilə etmək, nəzarət etmək kimi özünə hüquqlar tanıyıb. Faktiki öz işçisinin nəzarəti altında bütün əməliyyat həyata keçirilib. Yalnız distributor məzuniyyət hüquq tanınsaydı tam olardı əmək müqaviləsi. Əmək Məcəlləsinin 2-3.4-cü maddəsinə görə, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda xidməti müqavilə bağlana bilməz. ММC-yə adını Distributor müqaviləsi qoyması nəyə lazımdır sualı yarana bilər. Suala cavab olaraq bildirilir ki, vaxtı keçmiş və xarab olmuş malların geri qaytarılmaması üçün. Distributor müqaviləsindən də görünür kl, Şirkət cəmi 1% məhsulunu geri alacağı ilə razılaşıb. Digər vaxtı keçmiş və xarab olmuş mallar qalır distribütorun "ayağında". Deməli ММC həm qiymətə nəzarət edir, nə ucuz nə baha satmağa qoymur, nə də ki, vaxtı keçmiş və xarab olan malları geri almır. Burada müqavilənin digər müqaviləni pərdələyən yalan əqd olması bir daha təsdiqini tapır. Mülki məcəllə 340.2-ci maddəsinə əsasən Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Müqavilənin 8.2-ci maddəsinə əsasən malların Şirkət tərəfindən göndərilməsi Dİstribüterin sifarişinin təsdiq olunduğu gündən etibarən 3 təqvim günü ərzində həyata keçirilir. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən malın Distribütr tərəfindən təhvil- təslim aktı əsasında təhvil alındğı andan mal üzərində mülkiyyət hüququ Distributora keçir. İlkin iddia üzrə iddiaçı məhkəməyə elektron qaimə təqdim etsə də, lakin müqaviləyə uyğun olaraq malın təhvil-təslim aktını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Elektron qaimənin göndərilməsi işgüzar adət kimi qəbul edə bilməz. Çünki müqavilənin müvafiq bəndi (8.1) distribütorun mülkiyyət hüququnun təhvil-təslim aktı əsasında təhvil alındıqdan sonra yarandığını göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 1.2, 1.3, 2.5.3-cü bəndlərinin tələbinə əsasən elektron qaimə-faktura düzgün tərtib olunmalıdır. Göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İlkin iddia üzrə borcu yoxdur və tələb olunan 85682.75 (səksən beş min altı yüz səksən iki manat, yetmiş beş qəpik) manat vəsait ilə bağlı qarşı tərəfdən hər-hansı təhvil-təslim aktı təqdim edilməyib. Göründüyü kimi, qarşı tərəf iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, heç bir sübut təqdim edilmədən müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir və iddia ərizəsi rədd edilməlidir. Elektron qaimə-fakturada malların hansı müqavilə əsasında təqdim edilməsi öz əksini tapmayıb və bu qeyri-müəyyənlik yaradır. Həmin qaimənin məhz bu müqavilə üzrə olması heç bir sənəddə öz əksini tapmır və həmin elektron qaimədəki malların təhvil-təslim aktları iş materialları ilə görünmür. Digər məsələ isə öz əksini müqavilənin 8.1 və 8.2-ci maddələri ilə yanaşı 9.1-ci maddəsində tapıb. Müqavilənin 9-cü maddəsi geri qaytarmanı nəzərdə tutur. Xarab və vaxtı keçmiş məhsulların 1 faizi. Həmin müqavilənin 7.4-cü bəndi müqavilənin qiymətini müəyyən edib. Girov qoyulan əmlakın 1.5 mislini qədər. Həmin müqavilənin 12-ci maddəsi Fors-Major halının nəzərə alınmaması. Bu hissədə mövqe belədir ki, sifariş verdiyi malların 1 faizi nəzərdə tutulub. Onun sifarişindən əlavə olaraq ММC tərəfindən onun xəbəri olmadan da məhsullar göndərilib. Yəni mal sifariş vermədiyi halda ona məhsullar göndəriblər. Onun hansı malları nə qədər miqdarda sifariş verməyi, hansı məhsul göndərilməsi ilə bağlı sifarişlərin siyahısını təqdim etməkdə çətinlik çəkir. Səbəbi isə ММC-nin özüdür. Yəqin əvvəldən qəsdən planlı şəkildə bunu ediblər. Çünki bu sifarişlər Distirbütor müqaviləsinin 3.2.6-cı maddəsinə görə, distributer mallarının satılmasını müşahidə edəcək kompüter-proqram təminatının Şirkət tərəfindən təsdiq olunan kompüter proqramı üzərindən aparmalı və buna görə, yaranacaq xərcləri özü qarşılamalır və məlumatların şirkət tərəfindən onlayn izlənilməsinin təmin etməyi öz öhdəsinə götürməli olub. Hazırda ММC onun həmin sistemə girişinə məhdudiyyət qoyub. Müqaviləyə əsasən şirkətdən 65000 manat (altımış beş min manat) civarında sifariş vermək imkanı oiub. Lakin vergi hesabatdan çıxarışdan görünr ki, ММC tərəfindən ona müxtəlif tarixlərdə 300000 manata (üç yüz min manat) qədər mal verilib və onun normadan artıq yüklənməyi mal qalığının artmasına səbəb olub. Xarab və vaxtı keçmiş məhsullar da həmin mallardan olub. Burada o, yalnız sifariş verdiyi malları 1% həddində geri qaytarma edə bilirsə sifariş vermədiyi mallara görə, maddi zərər çəkilməsinə məcbur edilə bilməz. O, malın qəbulundan imtina edəndə MMC-nin rəsmiləri bildirdi ki, “narahat olma mövsümdə sənə yaxşı şərait yardacağıq”. Özlərinin süni olaraq yaratdıqları borcu ödəməyə də möhlət verəcəklərini dedilər. Ona çəkdiyi xərcləri də qarşılayacaqlarını bildirdilər. Bu danışıqlar onların işgüzür görüşləri zamana olub. Onların sifarişdən əlavə mal vermələri və bazarda lazım olan məhsulu vaxtında verməmələri, mövsümü ötürəndən sonra normadan artıq məhsul vermələri barədə onlara dəfələrlə xəbərdarlıqlar göndərmişdir. E-Mail yazışmaları olub. Bundan əlavə olaraq 2019-2020-ci illərdə ölkə ərazisində karantin olduğundan və toyların keçirilməsinə icazə olmadığından o, demək olar ki, satış edə bilmirdi. Satışı 80%-ə qədər azalmışdır. Bu barədə rəhbərliyə məlumat vermişdir. Rəhbərlik isə karantinə məhəl qoymayaraq məhsulları ona göndərirdi. Rəhbərlik bildirirdi ki, “narahat olma, hansı məhsulların vaxtı keçsə biz onları xarab mal kimi geri götürəcəyik.” O, məhsulları sata bilmədiyindən və məhsulların vaxtı bitdiyindən bu barədə şifahi və rəsmi qaydada MMC-yə məlumat vermişdir. ММC rəhbərliyi narahat olmağı üçün əsasın olmadığını, 2020-ci il üçündə malların sifariş verilməsini bildirdi. 2020-ci ildə ölkədə karantin olduğundan o, yenə az miqdarda satış edə bildi. Həmin illərdə MMC-nin məhsullarından olan Pepsi-23000 manat, Natura çeşidləri-12000 manat, Miya limonatları - 7000 manat, Xarici şirələr 4000 manat, Soyuq çaylar-3000 manat olmaqla ümumilikdə 49000 manat dəyərində olan məhsulların vaxtları keçdiyindən xarab olmuşdur. Həmin malların hazırda icarəyə götürülən anbarda saxlanılır və bu günə kim onun üçün saxlanc pulunu ödəyir. 49000 manat dəyərində olan xarab malların saxlanılması üçün anbara öz vəsaiti hesabına 6000 manat icarə haqqı ödəmişdir və hazırda da ödəyir. xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akt tərtib” olunub və ona əsassız borc hesablanıb. Qarşılıqlı borc vəziyyəti hesablanan zaman o, müəssisənin nümayəndə və rəhbərliyinə onlarla olan danışıqlarını, sifariş vermədiyi mallara görə məsuliyyət daşımadığını və mal qalığının MMC-nin onu normadan artıq yükləməsindən yarandığını və ona xarab və vaxtı keçmiş malları geri alacaqlarına dair verdiyi sözləri, vədi xatırlatmışdır. Lakin yenə onu işə davam edəcəkləri vədi ilə aldadaraq aktı imzalatmışlar. İmzalayandan sonra da mal verməyi dayandırmışlar. Növbəti yalanlarının şahidi olmuşdur. Evi ipoteka ilə yüklü edərək məqsədlərinin onu evi itirmək təhlükəsi ilə təhdid edib əsassız olaraq yükləmələrini başa düşmüşdür. Məhz sifarişindən kənar mallar göndərməklə əslində də niyyətləri bu olub ki, satılan satılsın, satılmayan, xarab olan vaxtı keçənləri də 1 % bəhanəsi ilə geri almayıb yazsınlar onun "ayağına". xx.xx.2022 -ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akt” ilə ona əsassız olaraq təxminən 110000 (yüz on min) manat borc hesablanıb. xx.xx.2022-ci il tarixdən ödənişlər etmişdir. Bu səbəbdən borcu qalmamışdır. Əksinə qarşı tərəfin ona aşağıda göstərdiyi xidmətlərə görə borcları var. MMC-nin mallarını ərazidə yerləşən mağazalarda nisyə satışla həyata keçirirdi. Müqaviləyə vaxtsız xitam verildikdən onun ərazidə (mağazalarda) 17500 (on yeddi min beş yüz) manat yığa bilmədiyi pulu qalmaqdadır. O, bu barədə ММC-yə şifahi və yazılı müraciət etsə də, ММCnin rəhbərliyi tərəfindən ona heç bir yardım edilməmişdir. Müqavilə müddəti ərzində reklam üçün ona verilməli olan 650 manat pul ödənilməmişdir. ММC-yə məxsus olan soyuducunun təmirinə 1960 manat pul xərcləmişdir, həmin pulu da ММC ona ödəməmişdir. Həmçinin üzərinə qoyulmuş satış limitini uğurla tamamladığına görə, ММC tərəfindən ona 16000 manat bonus verilməli idi, həmin pul da verilməyib. ММC tərəfində mallar göndərildiyi zaman malların içində zavod tərəfindən istehsal olunan zaman satışa yararsız malları ММC-yə təhvil vermişdir. Həmin malların dəyəri 6000 manat civarında olmuşdur. Həmin pulu da ona ödəməmişlər. Yuxanda göstərilən məbləğlər xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akt”da öz əksini tapmadığından etibarsız hesab edilməlidir. İlkin iddia ərizəsində göstərilən məbləğ müqavilənin 7.4-cü maddəsini nəzərə tutduqları həddi bir neçə dəfə aşması da aktın etibarsızlığına dəlalət edir. Müqavilənİn qiyməti daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə mal satıla bilər. Lakin, hazırki iddia tələbinin məbləği müqavilənin bu bəndinə xüsusi diqqət yetiməni vacib edir. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 19 yanvar 2021-ci il tarixində iddiaçı "X4 LTD" ММC, Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 3M/123 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsəsən müqavilə üzrə öhdəliklərin təminatı qismində birgə mülkiyyət üzrə ipoteka qoyanlara məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi və ümumi sahəsi 229.1 kv/m olan fərdi yaşayış evi 'X4 LTD" MMC-nin xeyrinə yüklü edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verdiyi çıxarışa əsasən 3m/122 saylı distribüter müqaviləsi üzrə, Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 3M/123 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə (3m/122 saylı distribüter müqaviləsi) əsasən müqavilə öhdəliyi 65550 manat 00 qəpik (altımış beş min beş yüz əlli manat sıfır qəpik) məbləğində sərinləşdirici alkolsuz və təbii şirə içkiləri müəyyən edilmişdir. Burada müqaviə nömrəsi başqadır. Yəni 19 yanvar 2021-ci il tarixdə 10/DİS-SY/21 saylı Distributer Müqaviləsindən söhbət getmir. Yox əgər ondan gedirsə belə ipoteka yüklü əmlak yalnız 65550 manat 00 qəpik (altımış beş min beş yüz əlli manat sıfır qəpik) məbləğində yüklüdür və həmin məbləğ ödənildiyindən yaşayış məntəqəsi ipoteka yüklülüyündən azad olmalıdır. 19 yanvar 2021ci il tarixli 08/SY-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında Müqaviləsinə gəlincə. Bu müqavilə də şirkətin əvvəldən qurduğu yükləmə əməliyyatının bir hissəsidir. Onun təməli 19 yanvar 2021-ci il tarixdə 10/DİS-SY/21 müqavilənin 6-cı maddəsi ilə qoyulub. Həmin maddənin 6.3-cü maddəsinə əsəsən yük avtomobillərin sayı ММC tərəfindən təyin olunan satış meneceri tərəfindən müəyyən edilib və avtomobili 6.2-ci maddəyə əsasən ММC-dən icarəyə almaq olar. Yəni dolayısı ilə şirkət səni avtomobil icarəyə götürməyə məcbur edə bilər və bunu da ediblər. Əvvəldən olan razılaşmaya görə, yük avtomobili sonda onlara qalmalı idi. Mövsüm olmadığından iş zəif olduğundan onlara avtomobili geri qaytarmaq istədyini bildirmiş, lakin yenə buna mane olmuşlar. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Ağa-X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsini xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 sahibkarlıq subyekti kimi xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Masallı rayonu, Xıl kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 08/SY-AVTO/21 nömrəli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə”nin: 1.1-ci bəndinə əsasən, İcarəyə verən ona məxsus olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Nəqliyyat vasitələrinin təhvil-təslim aktı”nda göstərilən nəqliyyat vasitələrini icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin nəqliyyat vasitələrini öz müvəqqəti istifadəsinə qəbul etməyi, onları saz vəziyyətdə qoruyub saxlamağı və bu Nəqliyyat vasitələrinin təhvil-təslim aktında müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öz öhdəsinə götürür. 4.1.1-ci bəndinə əsasən, İcarəçi tərəfindən İcarəyə verənə hər ay nəqliyyat vasitələrinin icarəsinə görə nəqıliyyat vasitələrinin təhvil-təslim aktında göstərilən (razılaşdırılmış) məbləğdə aylıq icarə haqqı ödəməlidir. 4.1.2-ci bəndinə əsasən, icarə haqqı hər növbəti ayın 13-nə qədər Azərbaycan manatı ilə bank köçürməsi yolu ilə ödənilməlidir. 5.3-cü bəndinə əsasən, İcarəçi aylıq icarə haqqını bu müqavilənin 4.1.2-ci bəndində göstərilən vaxtda ödəmədiyi halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,1% qədər cərimə ödəyir. Cərimənin ümumi miqdarı icarə haqqının 10 faizini keçməməlidir. Cərimənin ödənilməsi İcarəçini icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. 6.1-ci bəndinə əsasən, bu müqavilə 5 (beş) il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. Müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qaldıqda müqavilənin ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi haqqında tərəflərin birinin digərinə yazılı bildirişi olmadıqda, o eyni şərtlərlə hər il 1 il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh1 tərəfindən imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiq edilmiş 19 yanvar 2021-ci il tarixli, 08/SY- AVTO/21 nömrəli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında avtomobillərin Təhvil-Təslimi haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı (İcarəyəverən) 1 ədəd “İsuzu NPR66L Yük” markalı, 90JX129 dövlət qeydiyyat nömrəli və 1 ədəd “İsuzu NQR71P Yük” markalı, 36AC306 dövlət qeydiyyat nömrəli nəqıliyyat vasitələri işlək və istifadəyə yararlı vəziyyətdə, hər biri aylıq 380 manat icarə haqqı ilə Cavabdeh1 (İcarəçi) təhvil verir, Cavabdeh1 isə öz növbəsində həmin avtomobilləri qəbul edib, saz vəziyyətdə qoruyub saxlamağı və “Akt”da müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı (Şirkət) ilə Cavabdeh1 (Distribüter) arasında bağlanan 19 yanvar 2021-ci il tarixli 10/DİS-SY/21 nömrəli “Distribüter müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Distribüter Şirkət tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda Şirkətə məxsus məhsulların, Şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Şirkət tapşırır, Distribüter isə irəlidə “Məhsul” adlanacaq içəcək və qida məhsullarının Azərbaycan Respublikasının bu müqavilənin 1.1 bəndində qeyd olunmuş regionlarında satışını həyata keçirməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, göndərilən malların adı, miqdarı, çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokolunda göstərilir. Bu müqavilə əsasında göndərilən malların siyahısı və qiymətləri yalnız Şirkət tərəfindən dəyişdirilə bilər. 2.1.1-ci bəndinə əsasən, Şirkət Distribüterə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən aylıq və rüblük 3 ay aylara bölnmüş satış hədəf planları müəyyən edir. Şirkət zərurət yarandıqda satış hədəf planlarını istədiyi vaxt dəyişmək hüququna malikdir. 2.1.2-ci bəndinə əsasən, Şirkət malların bazarda satış qiymətlərini Distribüterə tövsiyyə edir. 2.1.3-cü bəndinə əsasən, Şirkət Distribüterin təsərrüfat fəaliyyətinə müdaxilə etməmək şərti ilə istənilən vaxt Distribüter tərəfindən hazırki müqavilə ilə üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq hüququna malikdir. 2.1.6-cı bəndinə əsasən, Şirkət Distribüterin satış qiymətlərini və kredit limitini müəyyən etmək və dəyişdirilmək hüququnu özündə saxlayır. 3.1.1-ci və 3.1.2-ci bəndlərinə əsasən, Distribüter Şirkətdən aldığı malları üçüncü şəxslərə realizə etmək, malları üçüncü şəxslərə Şirkət tərəfindən tövsiyyə olunmuş qiymətlərlə satmaq hüququna malikdir. 3.2.1-ci bəndinə əsasən, Distribüter Şirkət tərəfindən ona hər ay aylıq satış hədəfləri protokolu ilə təyin olunmuş aylıq satış hədəflərinə çatmağı öhdəsinə götürür. 3.2.7-ci bəndinə əsasən, Distribüter malların müddətinin bitməsinə həm öz anbarında, həmçinin satış nöqtələrində daim nəzarət etməyi öhdəsinə götürür. Şirkət tərəfindən Distribüterin anbarında və ya satış nöqtələrində yoxlamalar aparılarkən vaxtı keçmiş Məhsullar aşkarlandıqda Distribüter vaxtı keçmiş malların ümumi dəyərinin 2 misli miqdarında cərimə olunacaqdır. 4.1-ci bəndinə əsasən, Distribüterin Şirkətə məxsus malların satışını həyata keçirmək üçün anbar şəraiti olmalıdır. 4.3-cü bəndinə əsasən, Distribüterin anbarı malların təhlükəsiz və keyfiyyətli saxlanmasını, eləcə də əməyin, sağlamalığın və ətraf mühitin qorunmasını, yanğından mühafizə üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir. 6.1-ci bəndinə əsasən, Distribüterin Şirkətin mallarının daşınması üçün istismara yararlı, yükdaşıma standartlarına uyğun yük avtomobilləri olmalıdır. 6.2-ci bəndinə əsasən, Distribüter satış strategiyasını yaxşılaşdırmaq məqsədi ilə Şirkətdən əlavə icarə müqaviləsi əsasında icarəyə yük satışını götürə bilər. 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. 7.2-ci bəndinə əsasən, Distribüter nağd şəkildə mal almaq istədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində aldığı malın 100% dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür. 7.3-cü bəndinə əsasən, Distribüter Şirkətlə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qaydada və şərtlər çərçivəsində Bank qarantiyası təqdim etməlidir. Bu halda Şirkət Distribüterə təqdim olunan bank qarantiya məbləğinin 1.5 mislində kreditə mal sata bilər. 7.4-cü bəndinə əsasən, Distribüter Şirkətə bank qarantiyası təqdim edə bilmədiyi təqdirdə, o, Şirkətin razılığı ilə daşınmaz əmlakını girov qoyaraq kreditə mal ala bilər. Bu halda Distribüter daşınmaz əmlakını müstəqil ekspert tərəfindən dəyərləndirməlidir və Şirkət Distribüterə girov qoyulan daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə Mal sata bilər. 7.5-ci bəndinə əsasən, Distribüter kreditlə alıdığı malın dəyərini 30 təqvim günü ərzində Şirkətin bank hesabına ödəməlidir (yanvar, fevral, noyabr və oktyabr ayları 40 təqvim günü olmaqla). 8.1-ci bəndinə əsasən, malların çatdırılması Distribüterin sifarişi əsasında partiyalar (ton, say və sair) ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş (məktub) şəkildə Şirkətin ünvanına göndərilir və sifarişi satış meneceri təsdiq etməlidir. Malların təhvil alınması tarixi mallar Şirkət tərəfindən Distribüterə məxsus Salyan şəhəri, Ələt- Astara magistral şossesi 120 km ünvanında yerləşən anbarda təhvil verildiyi gün və malın Distribüter tərəfindən tərəfindən təhvil-təslim aktı əsasında təhvil alındığı andan mal üzərində mülkiyyət Distribüterə keçir. 14.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədə qalır. İş materiallarında olan İddiaçı (Şirkət) ilə Cavabdeh1 (Distribüter) arasında bağlanan 19 yanvar 2021-ci il tarixdə 10/DİS-SY/21 nömrəli “Distribüter müqaviləsi”nə xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən:

1. Son istifadə tarixi bitmiş məhsullarla əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlinir: 1.1 Şirkət, Distribüterə hər məhsul qrupuna görə, faktura altı endirimlərə 1 (bir) % əlavə edəcəkdir; 1.2 Distributer, cavabdeh olduğu ərazi və ticarət nöqtələrində son istifadə tarixi bitmiş məhsulları qeyd şərtsiz götürməli və qanunvericiliyə uyğun şəkildə utilizasiya etməlidir; 1.3 Distribüterə məxsus anbarda və ticarət obyektlərində aşkarlanan son istifadə tarixi bitmiş məhsullar görə, həmçinin həmin səbəbdən yaranan digər problemlərə görə Distributer məsuliyyət daşıyır; 1.4 Distribüterə məxsus anbarda və ticarət nöqtələrində aşkarlanan son istifadə tarixi bitmiş məhsullar Distributer tərəfindən, Şirkət əməkdaşının iştirakı ilə (ərazi satış meneceri və ya digər səlahiyyətli şəxslərin) və hər ay minimum 1 (bir) dəfə olmaqla utilizasiya edilməlidir; 1.5 Distribüterə məxsus anbarda aparılan yoxlama zamanı Anbar qalığının 5 (beş) % həcmindən çox son istifadə tarixi bitmiş məhsul aşkar olunarsa Distributer 2 000 (iki min) manat, eyni proses 2-ci dəfə təkrarlanarsa 5 000 (beş min) manat məbləğində cərimə olunacaq; 1.6 Distribüterin ərazisi üzrə aparılan yoxlama zamanı Satış nöqtələrində (müştəri distributor^ bir başa işləyirsə) son istifadə tarixi bitmiş məhsul aşkar olunarsa Distributer hər Satış nöqtəsinə görə Şirkət tərəfindən 20 (iyirmi) manat dəyərində cərimə olunacaq.

2. Əlavə Razılaşma xx.xx.2021 tarixdə qüvvəyə minir və xx.xx.2021 il tarixli, 10/DİS-SY/21 saylı “Distributer” Müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilir.

3. Bu razılaşma qüvvəyə mindiyi tarixdən əvvəl olan bütün son istifadə tarixi bitmiş məhsullar Şirkətlə Distributer arasına razılaşdırlmış şərtlər və limitlər daxilində utilizasiya edilməli və bundan sonra heç bir əlavə iddia edə bilməz. İş materiallarında olan İddiaçı (İpoteka saxlayan) ilə Cavabdeh1 və Cavabdeh2 qızına (İpoteka qoyanlar) arasında bağlanan xx.xx.2021-ci il tarixli, 3M/123 nömrəli “İpoteka müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M\122 saylı distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir; 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri İpoteka qoyanların və İpoteka saxlayanın razılığına əsasən 43700 manat məbləğində müəyyən edilmişdir; 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranma əsası distribüter müqaviləsidir; 3.2-ci bəndinə əsasən, öhdəliyin ölçüsü (məbləği) 65550 manat 00 qəpik məbləğində sərinləşdirici alkaqolsuz və təbii şirə içkiləridir; İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Masallı rayonu, Xıl kəndi ünvanında yerləşən ümumi sahəsi 0,14 ha olan torpaq sahəsi və ümumi sahəsi 229,1 kv/m olan fərdi yaşayış evi ipoteka hüququ ilə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təhvil verilmiş malların ümumi dəyəri 82579 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 istifadəsinə verilmiş avtomobillərin icarə haqqının ümumi məbləği xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 7174,4 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında Akt”dan görünür ki, tərəflər həmin aktı imzamaqla Cavabdeh1 mal alışı və yük avtomobillərinin icarəsinə görə İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixə ümumilkdə cəmi 112563,49 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 19 yanvar 2021-ci il tarixdə 10/DİS-SY/21 nömrəli “Distribüter müqaviləsi” üzrə ümumi borc 81602,62 manat, 19 yanvar 2021-ci il tarixdə 08/SY-AVTO/21 nömrəli icarə müqaviləsi üzrə ümumi borc 6319,81 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Masallı rayonu, Xıl kəndi ünvanında ümumi sahəsi 0,14 torpaq sahəsi və onun üzərində yerləşən 229,1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə bazar dəyərinin 64148 manat, likvid dəyərinin 60100 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin hər iki iştirakçı tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində onların subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair qarşlılıqlı tələbləri təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, ilkin iddiaçının istehsal etdiyi içəcək və qida məhsullarının, onun tərəfindən müəyyənləşdirilən qiymətə, şərtləşdirilən ərazidə qarşılıqlı iddiaçı tərəfindən və qarşılıqlı iddiaçının öz adından satışının təşkil edilməsi, malların üçüncü şəxslərə satışından əldə edilən vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Distribütorluq müqaviləsi” adlandırdıqları müqavilə ilə rəsmiləşdirmişlər. Bu zaman tərəflər əlavə olaraq qarşılıqlı iddiaçı tərəfindən həyata keçiriləcək satış hədəfinin müəyyən edilməsi, qarşılıqlı iddiaçının realizə edilməsi üçün ilkin iddiaçıdan götürəcəyi malın ümumi məbləğinə limit tətbiq edilməsi barədə razılığa gəlmişlər. Həmçinin, tərəflər “Distribütorluq müqaviləsi” adlandırdıqları müqavilədə qarşılıqlı iddiaçının ilkin iddiaçıdan nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malik olmasını da müəyyən etmişlər. Tərəflər həmçinin aralarında olan ticarət münasibətləri çərçivəsində ilkin iddiaçı tərəfindən onun istifadəsində olan yük avtomobillərinin qarşılıqlı iddiaçının icarəsinə verilməsinə, qarşılıqlı iddiaçının isə icarəyə götürdüyü avtomobillərdən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının ilkin iddiaçıya ödənilməsinə dair razılığa gələrək, həmin razılığı “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə” ilə rəsmiləşdirmişlər. İlkin iddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq olaraq malları qarşılıqlı iddiaçıya təhvil verdiyini və icarə obyektini qarşılıqlı iddiaçının istifadəsinə verdiyini, lakin qarşılıqlı iddiaçının müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını və aldığı malların dəyərini tam ödəmədiyini iddia edir. Qarşılıqlı iddiaçı isə ilkin iddianı əsassız hesab edib qarşılıqlı tələb irəli sürərək ilkin iddiaçı tərəfindən aldadıldığını, distribütorluq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyini, buna baxmayaraq ilkin iddiaçı tərəfindən ona əsassız borc hesablandığını, aldadılaraq üzləşmə aktını və ipoteka müqaviləsini imzaladığını, ilkin iddiaçının ona borclu olduğunu iddia edir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər arasında alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini əhatə edən, müqavilə tərəflərinin adlandırdıqları kimi “Distribüterlik müqaviləsi”ndən və həmin müqavilə üzrə distribütorun (işdə qarşılıqlı iddiaçının) öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə yenə həmin tərəflər və digər paylı mülkiyyətçi arasında bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin öhdəliklərin müvafiq olaraq məzmunları belədir ki, Cavabdeh1 İddiaçı MMC-nə məxsus məhsulları nisyə qaydada alaraq, İddiaçı MMC tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda şirkətin müəyyənləşdirdiyi qiymətlər, qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyin icrasının təmini məqsədi ilə ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə onlara məxsus olan əmlaklarını ipoteka saxlayan İddiaçı MMC qarşısında ipoteka ilə yüklü etmişlər. İpoteka müqaviləsində təminat verilən əsas öhdəliyin ölçüsü 65550 manat, ipoteka predmetinin dəyəri isə 43700 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, yenə tərəflər arasında nəqliyyat vasitəsinin müddətli və əvəzli istifadəyə verilməsinə dair razılığı ehtiva edən icarə müqaviləsindən irəli gələn əlavə öhdəlik münasibəti də mövcud olmuşdur. Məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış “Distribüterlik müqaviləsi” üzrə yaranmış münasibətin xarakterinin müəyyən edilməsini və həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, həmin müqavilə alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini özündə cəmləmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş hallarından, tərəflər arasında təşəkkül tapmış münasibətlərin xarakterinə və hüquqi mahiyyətinə görə daha çox alqı-satqıya dair münasibətləri ehtiva etdiyi müəyyən olunduğu üçün, “Distribüterlik müqaviləsi” üzrə mübahisə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normaları tətbiq edilməklə həll edilməlidir. Belə ki, müqavilə şərtlərinə və işin müəyyən edilmiş faktiki hallarına görə, cavabdehin iddiaçıdan təhvil aldığı malları öz mülkiyyətinə qəbul etməyi və sonra həmin malları üçüncü şəxslərə realizə etməyi öhdəsinə götürdüyü müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, “Distribüterlik müqaviləsi” üzrə pul tələbinə dair iddia tələbinin maddi hüquqi əsasını alqısatqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, adı çəkilən müqavilə üzrə işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, tərəflər arasında nəqliyyat vasitələrinin müddətli və əvəzli istifadəyə verilməsinə dair münasibətlərdən irəli gələn iddia tələbinin maddi hüquqi əsasını isə icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilənin, həmin müqavilə üzrə öhdəliklərin təminatı məqsədi ilə ipoteka müqaviləsinin və yük avtomobillərinin əvəzli istifadəyə verilməsinə dair icarə müqaviləsinin bağlandığı, həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı, ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təhvil verilmiş malların ümumi dəyərinin 82579 manat, icarəyə verilmiş avtomobillərin icarə haqqının ümumi məbləğinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 7174,4 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını qarşılıqlı iddiaçı tərəfindən təhvil alınmış malların dəyərinin və avtomobillərin icarəsinə görə icarə haqqının tam ödənilməməsi barədə ilkin iddiaçının tələbi, eləcə də qarşılıqlı iddiaçının iddia etdiyi kimi tərəflər arasında bağlanmış üzləşmə aktının etibarsız olması və ona təhvil verilmiş malların dəyərini tam ödədiyinə, ilkin iddiaçının ona borclu olduğuna dair tələbi təşkil edir. Belə ki, ilkin iddiaçı qarşılıqlı iddiaçının təhvil aldığı mallara görə ödənilməmiş 81602,62 manat məbləğində, icarə haqqına görə isə 6319,81 manat məbləğində borcunun qaldığını, qarşılıqlı iddiaçı isə ona təhvil verilmiş malların dəyərini tam şəkildə ödədiyini, buna görə də ipoteka müqaviləsinə xitam verilərək əmlakın girovdan azad edilməli olmasını, ilkin iddiaçıınn ona 97110 manat məbləğində borcunun olduğunu, həmçinin tərəflər arasında tərtib olunmuş üzləşmə aktının etibarsız hesab edilməli olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə təhvil alınmış (verilmiş) mallara görə borcun mövcud olması və onun məbləği, həmçinin icarə haqlarının məbləği ilə bağlıdır. İlkin iddiaçı tərəflər arasında imzalanmış üzləşmə aktına istinad edərək hesab edir ki, işin yuxarıda qeyd olunan mübahisəli hallarının həlli üçün həmin üzləşmə aktı əsas götürülməlidir. Qarşılıqlı iddiaçı isə adı çəkilən üzləşmə aktının etibarsız olduğunu iddia edərək, həmin aktı aldanılaraq imzaladığına istinad edir. Tərəflərin yuxarıda göstərilən istinadlarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında Akt”a hüquqi qiymət verilməlidir. Məhkəmə, ilk növbədə tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi təbiətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, üzləşmə aktının etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri olan etibarlılıq şərtləri ilə yanaşı, həmin aktın tərtib edilməsinə səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması vacibdir. Məhkəmə qeyd edir ki, mübahisə tərəfləri arasında mütəmadi olaraq qarşılıqlı öhdəliklərə dair üzləşmənin aparılması və bu barədə üzləşmə aktının tərtib edilərək imzalanması razılaşdırılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında Akt”ının məzmunundan da görünür ki, həmin akt tərəflər arasında bağlanmış distribütor və icarə müqavilələri üzrə həmin dövr üzrə borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən üzləşmə aktını qarşılıqlı iddiaçı o əsasla mübahisələndirir ki, həmin aktı ilkin iddiaçı tərəfindən aldadılaraq imzalamışdır və buna görə də həmin akt etibarsız hesab edilməlidir. Lakin, qarşılıqlı iddiaçı bu iddiasını təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 354.2-ci maddəsinə görə isə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, qarşılıqlı iddiaçı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktın aldadılaraq imzalamasına dair tələbini xx.xx.2024-cü il tarixdə irəli sürməklə, həmçinin bu cür iddialar üçün nəzərdə tutulmuş kəsici müddəti də ötürmüşdür. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş üzləşmə aktını aldadılaraq imzalamasına əsaslanaraq onun etibarsızlığını tələb etsə də, həmin qarşılıqlı iddia ərizəsində xx.xx.2022-ci il tarixdən sonra ödənişlər etdiyini, bu səbəbdən borcunun qalmadığını bildirərək ziddiyyətə yol vermişdir. Beləliklə, adı çəkilən üzləşmə aktının etibarsızlığına dair qarşılıqlı iddiaçının tələbinin əsassız olduğu aşkar edilir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, qarşılıqlı iddiaçı xx.xx.2022-ci il tarixinə ilkin iddiaçıya ümumilkdə cəmi 112563,49 manat məbləğində borcunun olmasını xx.xx.2022-ci il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı üzləşmə aktını imzalamaqla borcunu etiraf etdiyinə görə həmin hissədə ilkin iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Qarşılıqlı iddiaçı isə üzləşmə aktını mübahisələndirsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni qarşılıqlı iddiaçının xx.xx.2022-ci il tarixə ilkin iddiaçıya hər iki müqavilə üzrə cəmi 112563,49 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilən üzləşmə aktının mötəbərliliyi müəyyən edildikdən sonra, baxılan işin digər mübahisəli hallarının, yəni qarşılıqlı iddiaçı tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə ilkin iddiaçının və ona təhvil veriliş malların dəyərindən artıq ödəniş etdiyinə dair qarşılıqlı iddiaçının tələbləri artıq işin mübahisəsiz halı kimi qəbul edilən tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən müəyyən edildiyi kimi, qarşılıqlı iddiaçının xx.xx.2022-ci il tarixə ilkin iddiaçıya 112563,49 manat məbləğində borcunun olması faktı nəzərə alınmaqla araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə borcun ödənilməsini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşməsinə baxmayaraq, qarşılıqlı iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, ilkin iddiaçı qarışıq (alqı-satqı) müqavilə üzrə öhdəliyini icra edərək malları qarşılıqlı iddiaçının mülkiyyətinə vermişdir, həmçinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək icarə obyekti olan avtomobilləri qarşılıqlı iddiaçının istifadəsinə vermişdir, lakin qarşılıqlı iddiaçı malları və avtomobilləri təhvil alsa da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək malların dəyərini və icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, ilkin iddiaçının ödənilməmiş malların dəyərinin və icarə haqqının qarşılıqlı iddiaçıdan tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ilkin iddiaçının pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş alqı-satqı və icarə müqavilələri üzrə alıcının və icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrdən yaranan öhdəlik qarşılıqlı iddiaçı tərəfindən lazımi qaydada icra edilmədiyinə görə həmin müqavilələr üzrə borcun qarşılıqlı iddiaçıdan tutulması barədə ilkin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq qarşılıqlı iddiaçının qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, ilk iddia tələbi ödənilməmiş malların dəyərinin və icarə haqqının tutulmasına münasibətdə tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin distribütor müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4080,13 manat məbləğində pulun qarşılıqlı iddiaçıdan tutulması hissəsində əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, gecikdirmə faizinin tutulmasına dair iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, ilkin iddiaçı, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən qarşılıqlı iddiaçıya qarşı müqavilə üzrə öhdəliklərin lazımi şəkildə icra edilməməsi səbəbi ilə gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, ilk iddia tələbini icarə müqaviləsi üzrə qarşılıqlı iddiaçı tərəfindən öhdəlikərin pozulması ilə əlaqədar cərimənin tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə görə, icarəçi müqavilə üzrə öhdəliklərin pozuntusuna yol verdiyi təqdirdə icarəyə verənə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən icarə haqqının ödənilməsini gecikdirildiyi müəyyən edildiyinə görə, onun ilkin iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də ilkin iddiaçının cərimə tələbi əsaslıdır. Məhkəmə, ilk iddianın “tutmanın ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin borcun tutulmasına yönəldilməsi”nə dair hissəsinə, qarşılıqlı iddianın ipoteka müqaviləsinə xitam verilərək əmlakın girovdan azad edilməli olmasına dair hissəsi ilə birgə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ilk iddia həmin hissədə əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, əvvəla məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış ipotela müqaviləsinin etibarsızlığına dəlalət edən hal aşkar edilməmişdir. Qarşılıqlı iddiaçı ipoteka müqaviləsinə xitam verilərək əmlakın girovdan azad edilməli olmasına dair tələbini onunla əsaslandırır ki, onun tərəfindən ipoteka müqavilə ilə təminat verilən borc tam şəkildə ödənilmişdir. Lakin, məhkəmə araşdırması nəticəsində qarşılıqlı iddiaçının sözügedən borcun tam şəkildə ödənilmədiyi müəyyən olunmuşdur. Qeyd olunan əsaslara görə ilkin iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi təmin, qarşılıqlı iddiaçının isə ipoteka müqaviləsinə xitam verilməsinə dair tələbi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş distiribütorluq müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan ilkin iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, ilkin iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, ilkin iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə həmçinin, ipoteka predmeti olan əmlakın mövcud bazar və likvid dəyərinin təqdim olunmuş qiymətləndirmə hesabatında qeyd olunan məbləğdə müəyyən edilməsini məqbul hesab edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 60100 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən borc ödənilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbini ilkin iddiaçıdan 97110 manat məbləğində borcun tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, qarşılıqlı iddiaçı həmin tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ilkin iddiaçının ona tələb olunan məbləğdə borcunun olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, qarşılıqlı iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia təmin oluduğuna görə iddia ərizəsinin verilməsinə görə ilkin iddiaçı tərəfindən ödənilmiş 462,45 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıdan alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia rədd edildiyinə görə onun verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Həmçinin, "xxxx" MMC-nin xidmət haqqı xərci olan 300 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, ilkin İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsaslı olduğuna təmin, qarşılıqlı iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 19 yanvar 2021-ci il tarixli, 10/DİS-SY/21 nömrəli distribüter müqaviləsi üzrə 81602,62 manat məbləğində əsas borc, 4080,13 manat məbləğində faiz borcu və ödənilmiş 347,05 manat məbləğində dövlət rüsumu və 19 yanvar 2021-ci il tarixli, 08/SY-AVTO/21 nömrəli icarə müqaviləsi üzrə 6319,81 manat məbləğində əsas borc, 631,98 manat məbləğində cərimə borcu və ödənilmiş 89,52 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 93071,11 manat məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilsin. 19 yanvar 2021-ci il tarixli, 10/DİS-SY/21 nömrəli distribüter müqaviləsinə əsasən yaranmış borc üzrə tələb ipoteka predmeti olan ünvan 3aşınmaz əmlaka yönəldilsin. ünvan 3aşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********41-10301) ilkin satış qiyməti 60100 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərracdan satılsın. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. "xxxx" MMC-nin xidmət haqqı xərcləri olan 300 manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, VÖEN **********1, Müxbir hesab AZ10NABZ**********000005644, Hesab nömrəsi AZ85ACAB********************, bankın kodu 505000) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar