Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1962/2025 17.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balayeva Sevinc Natiq qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitunun Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbinə”dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitu Cavabdeh MMC-yə qarşı, tərəflər arasında bağlanılmış 826/23 nömrəli müqavilə üzrə 23600,00 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 160,80 dövlət rüsumunun, ümumilikdə 23760,80 manat məbləğin Cavabdeh MMC hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə X1 İnstitutunun hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək iş üzrə iddia ərizəsinin məhkəmə hazırlıq iclasında baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 160,80 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstituna geri qaytarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəsatət təmin olunsun. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitunun Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 160,80 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstituna geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1962/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1962/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver