Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1979/2022 14.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 Söyüdmalı oğlunun və X3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər X5 və qeyrisinə qarşı – qanunsuz zəbt etdikləri 100 hektar torpaq sahəsindən çıxarılmaları tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X5 və Cavabdeh2 Söyüdmalı oğluna qarşı – zəbt etdikləri 100 hektar torpaq sahəsindən çıxarılmaları və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş və işə iştirakı(ları) olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehlər Cavabdeh2 Söyüdmalı oğlu və X3 nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında işə baxılmasını tələb etmədilər və məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə (hazırlıq) iclasına gəlmədiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz iş materiallarına əlavə edilməsə də, elektron kabinet vasitəsi ilə göndərilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X5 və Cavabdeh2 Söyüdmalı oğluna qarşı – zəbt etdikləri 100 hektar torpaq sahəsindən çıxarılmaları və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1979/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1979/2022
14.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver