Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2019/2022 01.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Mjusayev Fərhad Böyükağa oğlunun katibliyi iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddiaçıların nümayəndəsi X1 cavabdehin nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASCnin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabat sənədlərinin təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh"xxxx" ASC tərəfindən İddiaçı1 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı3 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASCnin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabat sənədlərinin təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh"xxxx" ASC tərəfindən İddiaçı1 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı3 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə yazılı vəsatət təqdim edərək, e-2-2(121)-2019/2022 saylı işin məhkəmənin icraatında olan e-2-2(121)-107/2022 saylı işə birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X2 vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməişdə iştirak edən şəxsləri dinləyib, vəsatəti araşdıraraq hesab edir ki, vəsastət əsaslı olduğu üçün təmin olunmalı, e-2-2(121)-2019/2022 saylı və e-2-2(121)- 107/2022 saylı işlər bir icraatda birləşdirilməlidir. Belə ki, hazırki işdən başqa, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü daha bir iş vardır. Şirvan Kommersiya Məhkəməsinin icraatında (X4) olan e-2-2(121)-107/2022 saylı (əvvəlki nömrəsi e-2-2(121)-107/2022) iş üzrə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, dividendin ödənilməsinə dair ilkin, "xxxx" ASC-nin İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı artıq ödənilmiş pulun tutulması barədə qarşılıqlı iddia ərizəsi üzrə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsinin icraatında eyni iddiaçının eyni cavabdehə qarşı eyni növlü 2 iş e-2-2(121)-107/2022 saylı, e-2-2(121)-2019/2022 saylı işlər mövcuddur. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılmasını, o cümlədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsini təmin etmək üçün e-2-2(121)-107/2022 saylı və e-2-2(121)-2019/2022 saylı işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədəuyğundur və həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169cu və 263-264-cü maddələrinə əsasən məhkəmə qərara aldı: Məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabat sənədlərinin təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh"xxxx" ASC tərəfindən İddiaçı1 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı3 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi tələbinə dair e-2-2(121)-2019/2022 saylı iş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı2 və İddiaçı1 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 dividendin ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" ASC-nin İddiaçı2, İddiaçı1 və İddiaçı3 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı3 artıq ödənilmiş pulun tutulması tələbinə dair e-2-2(121)-107/2022 saylı iş baxılmaq üçün bir icraatda birləşdirilsin. İşə baxılması e-2-2(121)-107/2022 nömrə ilə davam etdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2019/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2019/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver