Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2346/2023 20.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı X3 cavabdeh X1 qarşı icarə müqavilələrinin ləğvi, icarə haqlarının hesablanaraq ödənilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı X5 cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin icarəyə götürülmüş Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3.51 ha torpaq sahələrindən və zəbt edilmiş 2,11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması, icarə müqavilələri üzrə ödənilməmiş icarə haqlarının cavabdehin həmin torpaq sahələrindən çıxarıldığı günədək hesablanması və bu ödənişin ödəniş gününə indeksasiya edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin icarəyə götürdüyü torpaq sahələrindəki məhv etdiyi meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 manat zərərin, cavabdehin zəbt etdiyi torpaq sahəsindəki ağaclardan meyvələrin toplanmasına görə vurduğu 20000 manat zərərin iddiaçıya ödənilməsi, iddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 manat və 120 manat dövlət rüsumunun və məhkəmənin gedişi ilə bağlı iddiaçıya yarana biləcək digər xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsində iddianın qiyməti (cavabdehdən tələb olunan icarə müqavilələri üzrə ödənilməmiş icarə haqlarının və məhkəmənin gedişi ilə bağlı iddiaçıya yarana biləcək digər xərclərin məbləği) göstərilməmişdir. Bu isə iddia tələbinin aydın olmaması ilə yanaşı, iddia ərizəsinin verilməsinə görə rüsumun miqdarının müəyyən edilməməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən olunur. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı X3 X1 qarşı icarə müqavilələrinin ləğvi, icarə haqlarının hesablanaraq ödənilməsi, torpaq sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2346/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2346/2023
20.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver