Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2473/2024 20.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, 000234 saylı müqavilə, xx.xx.2022-ci il tarixli, 001 saylı “hüquqi xidmət” müqaviləsi, xx.xx.2022-ci il tarixli, 000234/B saylı müqavilə və xx.xx.2022-ci il tarixli, 100922 saylı subicarə müqavilələri üzrə 65.106 manat əsas borc, 8.533 manat ƏDV, 7.349 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, 333 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 81.321 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında: 1) xx.xx.2021ci il tarixli, 000234 №-li “Vergi, Statistika Hesabatları, Məşğulluq Hesabatları və Bank” əməliyyatları üzrə xidmətləri əhatə edən müqavilə; 2) xx.xx.2022-ci il tarixli, 001 №-li hüquqi xidmət müqaviləsi; 3) xx.xx.2022-ci il tarixli, 000234/B №-li İT (İnformasiya Texnologiyaları) xidmətlərinin göstərilməsi üzrə müqavilə; 4) xx.xx.2022-ci il tarixli, 100922 №-li daşınmaz əmlak sahəsinin icarəyə verilməsini nəzərdə tutan subicarə müqaviləsi imzalanmışdır. İşin faktiki hallarını sadalamadan əvvəl, ilk müqavilə yəni xx.xx.2021-ci il tarixli müqavilə imzalanan zaman cavabdeh hüquqi şəxsin adı Cavabdeh ASC deyil, "xxxx" MMC olmuş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr imzalanan zaman cavabdeh hüquqi şəxsin adı "xxxx" ASC olmuşdur. Bu səbəbdən də göstərilən müqavilələrdə qarşı tərəfin hüquqi adı kimi "xxxx" MMC və "xxxx" ASC qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 № Əlavə Razılaşma (xx.xx.2022-ci il tarixdə) imzalanan zaman cavabdehin rəsmi adı Cavabdeh ASC olmuşdur. Hüquqi şəxsin adı sonradan Cavabdeh ASC olaraq dəyişdirilmişdir. Bunu göstərilən hüquqi şəxslərlə hazırki cavabdehin vergi ödəyicisinin eyniləşdirmə nömrələrinin eyni olmağı da təsdiq edir. İddiaçı tərəfindən müqavilələrdə qeyd edilən öhdəliklər layiqincə yerinə yetirilmiş, iddiaçı tərəfindən təhvil verilmiş işlər və göstərilən xidmətlər müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşmiş qaydada cavabdeh tərəfindən qəbul edilmiş və heç bir etiraz bildirilməmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyənləşdirilmiş məbləğdə xidmətlərin tam dəyəri iddiaçıya ödənilməmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 000234 №-li müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan xidmətləri göstərməyi, sifarişçi isə müqavilənin 3.1-ci bəndində göstərilən məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Həmçinin, müqavilənin 3.1-ci bəndinə görə xidmət haqqı aylıq 4.000 (ƏDV-siz) Azərbaycan manatı təşkil edir. Birinci ayın xidmət haqqı müqavilə bağlandığı gündə olmaqla, növbəti ayların xidmət haqları hər ayın müqavilə bağlandığı günündə sifarişçi tərəfindən icraçıya nağd və köçürmə yolu ilə ödənilir (3.2). xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə əsas borc məbləği indiyədək ödənilməmişdir. Həmçinin EBBX 464556 saylı, EBBZ 261091 saylı, EBCB 043230 saylı, EBCC 954707 saylı elektron qaimələr üzrə ƏDV məbləği (dörd qaimə üzrə cəmi 2880 manat) cavabdeh tərəfindən ödənilsə də, yuxarıda sadalanan digər elektron qaimələr üzrə ƏDV məbləğinin ödənişini hazırki günədək təmin edilməmişdir. Əsas borc məbləği 44.000 manat, ƏDV məbləğləri də 5040 manatdır. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 5.268 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 54.308 manata bərabərdir (44.000+5.040+5.268). Bundan başqa xx.xx.2022-ci il tarixli, 001 №-li müqaviləyə görə icraçı sifarişçi və onun törəmə müəssisəsi olan "xxxx" MMC-yə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hüquqi məsləhətlərin verilməsi, qanunvericiliyə dair yazılı və şifahi arayışların verilməsi, müqavilələrin hazırlanması və ya hazırlanmış müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi, hüquqi rəyin verilməsi, dövlət orqanlarına ərizə, məktub, şikayətlərin yazılması və dövlət orqanlarında təmsil olunması, eyni zamanda sifarişçi tərəfindən isə icraçının göstərdiyi xidmətin müqabilində müqavilənin 5.1-ci maddəsində razılaşdırılmış olan xidmət haqqının icraçının hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsi həmin müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5.1-ci bəndinə görə icraçı tərəfindən sifarişçiyə göstərilən müvafiq hüquqi xidmət üçün aylıq xidmət haqqı ƏDV xaric 850 manat təşkil edir. Sifarişçi müqavilənin 5.1-ci bəndində razılaşdırılmış olan və icraçı tərəfindən göstərilən hüquqi xidmətin ümumi həcmini əks etdirən xidmət haqqının məbləğini icraçı tərəfindən elektron qaimənin təqdim edilməsi tarixindən 5 iş günü ərzində ödəməlidir. Xidmət haqqı icraçının bank hesabına köçürmə yolu vasitəsi ilə ödənilir(5.2). xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə əsas borc məbləği bu günədək ödənilməmişdir. Həmçinin, EBCC 954464 saylı və EBCG 338426 saylı elektron qaimələr üzrə ƏDV məbləği (iki qaimə üzrə cəmi 306 manat) cavabdeh tərəfindən ödənilsə də, yuxarıda sadalanan digər elektron qaimələr üzrə ƏDV məbləğinin ödənişini hazırki günədək təmin edilməmişdir. Əsas borc məbləği 6800 manat, ƏDV məbləği isə 918 manatdır. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 811 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 8.529 manata bərabərdir (6.800+918+811). Bundan başqa, xx.xx.2022-ci il tarixli, 000234/B №-li müqaviləyə görə icraçı sifarişçiyə müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan xidmətləri göstərməyi, sifarişçi isə müqavilənin 3.1-ci bəndində göstərilən məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndində xidmətlər dedikdə istifadəçilərin və kompüterlərin qoşulması, monitorinqi və dəstəyi, mövcud LAN şəbəkəsinə dəstək və problemlərin həlli, internet qoşulmaq üçün Wi-Fi şəbəkənin təmini, istifadəçilərə və kompüterlərə dəstək, vaxtına Fingerprint cihazı ilə nəzarət, sistemdə işçilərin əlavə edilməsi və Fingerprint cihazından gündəlik və aylıq hesabatların çıxarılması, istfadəçilərə dəstək, serverin idarə edilməsi, ehtiyat nüsxələmə (Back Up), Cloud Server (1C)-bulud serverində yerləşən 1C serverinin idarə edilməsi nəzərdə tutulur. Müqavilənin 3.1-ci bəndində qeyd olunur ki, xidmət haqqı fevral ayı üçün aylıq 535 (ƏDV-siz), digər aylarda 250 Azərbaycan manatı təşkil edir. 3.2-ci bəndinə görə birinci ayın xidmət haqqı müqavilə bağlandığı gündə olmaqla, növbəti ayların xidmət haqları hər ayın müqavilə bağlandığı günündə sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. Sonradan müqaviləyə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli Əlavə Razılaşmaya əsasən, xidmət haqqı ƏDV xaric olmaqla 350 manat razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə nə əsas borc məbləği, nə də ƏDV cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Əsas borc məbləği 2450 manat, ödənilməmiş ƏDV 441 manatdır. Bundan başqa, cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 289 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 3.180 manata bərabərdir (2450+441+289). Bundan başqa xx.xx.2022-ci il tarixli, 100922 №-li subicarə müqaviləsinə görə subicarəyə verən iddiaçı icarəçiyə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m lan sahəni icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür (1.1, 1.2, 1.3). Müqavilənin 4.1-ci bəndinə görə aylıq icarə haqqı xalis 1482 (ƏDV-siz), Azərbaycan manatı təşkil edir. Müqavilə üzrə icarə obyekti iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin sentyabr-dekabr aylarında və 2023-cü ilin yanvar–aprel aylarında subicarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə nə əsas borc məbləği, nə də ƏDV cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Əsas borc məbləği ümumilikdə 11.856 manat, ƏDV isə 2134 manatdır. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 981 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 14.971 manata bərabərdir (11.856+2134+981). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən müqavilələr əsasında yerinə yetirilmiş və təhvil verilmiş işlərin ümumi dəyəri ümumilikdə 65.106 manat təşkil etmişdir. Bundan başqa xidmətlər yerinə yetirilərəkən iddiaçı tərəfindən ümumilikdə 8.533 manat məbləğində əlavə dəyər vergisi ödənilməlidir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OC0234 N№-li "Vergi, Statistika Hesabatları, Məşğulluq Hesabatları ve Bank" əməliyyatları üzrə müqavilədən yaranmış 44.000 manat əsas, 5040 manat ƏDVnin, 5.268 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borcu olmaqla, cəmi 54.308 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001 №-li Hüquqi xidmət müqaviləsindən yaranmış 6.800 manat əsas borc, 918 manat ƏDV-nin, 811 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc olmaqla, cəmi 8.529 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 000234/B №-li İT (İnformasiya Texnologiyaları) xidmətlərinin göstərilməsi müqaviləsindən yaranmış 2.450 manat əsas, 441 manat ƏDV-nin, 289 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanımış borc olmaqla, cəmi 3.180 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100922 №-li daşınmaz əmlak sahəsinin icarəyə verilməsi haqqında subicarə müqaviləsindən yaranmış 11.856 manat əsas borc, 2.134 manat ƏDV-nin, 981 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc olmaqla, cəmi 14.971 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; ümumilikdə müqavilər üzrə 80.988 manat borcun və ödənilmiş 333 manat dövlət rüsumunun, cəmi 81.321 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli 000234 saylı “Vergi, Statistika hesabatları, Məşğulluq hesabatları və Bank əməliyyatları üzrə xidmətləri əhatə edən” müqavilə bağlanmışdır. İşdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 001 saylı “hüquqi xidmət” müqaviləsi və xx.xx.2022-ci il tarixli 000234/B saylı “İT xidmətlərinin göstərilməsi üzrə” müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2022ci il tarixli 100922 saylı subicarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan elektron qaimə fakturaların və təhvil-təslim aktlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 65.106 manat məbləğində əsas borcu və 8.533 manat məbləğində ƏDV borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə borcların ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu (bildiriş) göndərmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, işlər görülmüş, habelə daşınmaz əmlak subicarəyə verilmişdir. Lakin, cavabdehin borcu yaranmış və borcunu ödəməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında cavabdeh iddiaçının xidmətlərindən istifadə etmək, o cümlədən icarə müqaviləsi əsasında daşınmaz əmlakı subicarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətlərin dəyərini, həmçinin icarə haqqını ödəməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə(lər) üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissələrdə təmin edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göstərilən Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sözügedən Məcəllənin 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 683-cü maddəsinə əsasən, kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə iddianın “ödənişin gecikdirilməsinə görə faizin tutulması” na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitini ödəməkdən boyun qaçırmaqla, habelə onun ödənilməsini gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Buna görə də, cavabdeh ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən iddiaçıya faizlər ödəməlidir. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidməti haqqı da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 333 manat dövlət rüsumu cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 000234 saylı müqavilə üzrə 44.000 manat əsas borc, 5.040 manat ƏDV, 5.268 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 54.308 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli, 001 saylı hüquqi xidmət müqaviləsi üzrə 6.800 manat əsas borc, 918 manat ƏDV, 811 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 8.529 manat pul vəsaiti Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli, 000234/B saylı müqavilə üzrə 2.450 manat əsas borc, 441 manat ƏDV, 289 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanımış borc, cəmi 3.180 manat pul vəsaiti Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli, 100922 saylı subicarə müqaviləsi üzrə 11.856 manat əsas borc, 2134 manat ƏDV, 981 manat Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 14.971 manat pul vəsaiti Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 333 manat dövlət rüsumu Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2473/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2473/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver