Məhkəmə qərarları › İş №e-2-2(121)-2479/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2479/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2479/2024 28.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12596,52 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 52 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 132 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 13080 manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh məhkəməyə ərizə təqdim edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirdilər və barışız sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə: 1.1.1.İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra iddia ərizəsinin geri götürülməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edəcəkdir. 1.1.2.Cavabdeh 10028,00 (on min iyirmi səkkiz) manat borcu etiraf edərək, həmin borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. 1.3. Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: 1 xx.xx.2024 1000 9028 2 xx.xx.2025 1000 8028 3 xx.xx.2025 1000 7028 4 xx.xx.2025 1000 6028 5 xx.xx.2025 1000 5028 6 xx.xx.2025 1000 4028 7 xx.xx.2025 1000 3028 8 xx.xx.2025 1000 2028 9 xx.xx.2025 1000 1028 10 xx.xx.2025 1028 0 1.1.4 İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetilirməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27 noyabr 2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1.1.1.İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra iddia ərizəsinin geri götürülməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edəcəkdir. 1.1.2.Cavabdeh 10028,00 (on min iyirmi səkkiz) manat borcu etiraf edərək, həmin borcu hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. 1.3. Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: 1 xx.xx.2024 1000 9028 2 xx.xx.2025 1000 8028 3 xx.xx.2025 1000 7028 4 xx.xx.2025 1000 6028 5 xx.xx.2025 1000 5028 6 xx.xx.2025 1000 4028 7 xx.xx.2025 1000 3028 8 xx.xx.2025 1000 2028 9 xx.xx.2025 1000 1028 10 xx.xx.2025 1028 0 1.1.4 İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetilirməməsi ddikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək.” İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar