Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2517/2025 11.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli RB/AF0023/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5546,4 manat, faiz borcuna görə 123,31 manat, cərimə borcuna görə 177,29 manat, borcun cəmi məbləği 5847 manat, cavabdehlər Cavabdeh2, Cavabdeh1 xx.xx.2023-cü il tarixli RB/AF0023/2saylı kredit müqaviləsi üzrə əsas borca görə 14503,73 manat, faiz borcuna görə 797,45 manat, cərimə borcuna görə 243,81 manat, borcun cəmi məbləği 15544,99 manat, ümumilikdə hər 2 kredit müqaviləyə əsasən cəmi 21391,99 manat, eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 205,6 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 216 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələrinə, eləcə də Cavabdeh2na məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlaklar hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RB/AF0023/1 saylı və xx.xx.2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit müqavilələri üzrə cəmi məbləği 21391,99 manat, eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 205,6 manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 216 manat məbləğində pul İddiaçı ASC-nə ödənillməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələrinə, eləcə də Cavabdeh2 məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli RB/AF0023/1 saylı, xx.xx.2023-cü il tarixli RB/AF0023/2 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/AF0023/1 saylı kredit müqaviləsinə əsasən illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat və xx.xx.2023-cü il tarixli RB/AF0023/2 saylı kredit müqaviləsinə əsasən illik 18% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 40000 məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.3. və 2.4. bəndləri). xx.xx.2023-cü il tarixli, RB/AF0023/1 saylı və xx.xx.2023-cü il tarixli RB/AF0023/2 saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, RB/AF0023/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5546,4 manat, faiz borcuna görə 123,31 manat, cərimə borcuna görə 177,29 manat, borcun cəmi məbləği 5847 manat, xx.xx.2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 14503,73 manat, faiz borcuna görə 797,45 manat, cərimə borcuna görə 243,81 manat, borcun cəmi məbləği 15544,99 manat, ümumilikdə hər 2 kredit müqaviləsinə əsasən cəmi 21391.99 manat təşkil edir. Bundan başqa İddiaçı ASC-nin “Ağcabədi” filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/AF0023/1 saylı və xx.xx.2023-cü il tarixli RB/AF0023/2 saylı kredit müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu – Cavabdeh1 ilə İddiaçı ASC-nin “Ağcabədi” filialı arasında xx.xx.2023-cü və xx.xx.2023-cü ildə Zaminlik müqavilələri bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2023-cü il tarixli RB/AF0023/1 saylı və xx.xx.2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. xx.xx.2023-cü il tarixli RB/AF0023/1 saylı və xx.xx.2023-cü il tarixli RB/AF0023/2 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələri, eləcə də xx.xx.2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin İddiaçı ASC qarşısında İpoteka müqavilələri ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB/AF0023/1 saylı, xx.xx.2023-cü il tarixli RB/AF0023/2 saylı kredit müqavilələrinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eynizamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə),“müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
5. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan vergi məlumatlarından görünür ki, Cavabdeh2 vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınaraq VÖEN: ********** verilmişdir.
9. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı (“Borcverən”) ilə Cavabdeh2 (“Borcalan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/AF0023 saylı Baş kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla, 84 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır.
10. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/AF0023 saylı Baş Kredit Müqaviləsi və həmin müqaviləsi əsasında bağlanacaq razılaşmalar üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə İddiaçı ASC-nin “Ağcabədi” filialı arasında xx.xx.2023-cü Zaminlik müqaviləsi bağlanmışdır. 11.İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/AF0023/1 saylı kredit razılaşmasına əsasən illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsinin: 1.1. Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitlərinin artırılması (pambığın əkin xərci, heyvan,yem və ot alışı) məqsədi ilə 30000 (otuz min ) AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şənlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəlimə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. 1.2. X3 verənlə Borc alan arasında bağlanan xx.xx.2023 -cü il tarixli. RB/AF0023 saylı Baş Kredit müqaviləsinin (bundan soma "Baş Kredit Müqaviləsi” adlandırılacaq) ayrılmaz tərkib hissəsidir və bu Müqavilə üzrə kredit Baş Kredit Müqaviləsi üzrə Borc alana ayrılmış limit əsasında verilir. 1.3. Bu Müqavilə əsasında verilən kreditin maliyyələşmə mənbəyi [Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu.] (bundan sonra "Maliyyələşdirən Təşkilat”) tərəfindən ayırılan vəsaitdir. Maliyyələşdirən Təşkilat tərəfindən kreditin verilməsi müvafiq qaydada təsdiqləndikdən və kredit vəsaiti Banka köçürüldükdən sonra bu Müqavilə əsasında Borc alana kredit verilir. 2.1. Kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənin Ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir. 2.2. Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. Kredit üzrə güzəşt müddəti 6 (altı) ay təşkil edir. Güzəşt müddəti ərzində Borc alan kredit üzrə hesablanmış faizləri aylıq olmaqla ödəyir. Kredit borcu üzrə əsas məbləğ isə kredit müddətinin sonunda Borc alan tərəfindən Borc verənə ödənilir. 2.3. Kreditə görə illik 5 (beş; faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 7 (yeddi) % təşkil edir. 2.4. Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı ) gün faiz hesablanmır.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 30000 manat məbləğində kredit vəsaiti verilmişdir.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 qeyd edilən tarixə onun xx.xx.2023-cü il tarixli, RB/AF0023/1 saylı kredit müqaviləsinə əsasən əsas borcu 5546,4 manat əsas, 123,31 manat faiz və 177,29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi borc 5847 manat təşkil edir. 14.İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit razılaşmasına əsasən illik 18% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 40000 məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsinin: 1.1. Borc verən bu Müqavilənin şənlən daxilində Borc alana əsas vəsaitlərin artırılması məqsədilə 40000 AZN (qırx min manat 00 qəptk) məbləğdə kredit verməyi. Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şənlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli’ nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi Öhdəsinə götürür. 1.2. X3 verənlə Borc alan arasında bağlanan xx.xx.2023 -cü il tarixli, RB AFOO23 saylı Baş Kredit müqaviləsinin (bundan sonra Kredit Müqaviləsi" adlandırılacaq) ayrılmaz tərkib hissəsidir və bu Müqavilə üzrə kredit Baş Kredit Müqaviləsi üzrə Borc alana ayrılmış limit əsasında verilir. 2.1. Kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən eldiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən eldiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyən dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin. dəbbənın və digər xərclərin məbləğləri Borc verənin ödəniş gününə müəyyən eldiyi məzənnə ilə ödənilməlidir. 2.2. Kredit 24 (iyirmi dörd ) ay müddətinə. 2 ay güzəş müddəti olmaqla verilir 2.3. Kreditə görə illik 18 % (on səkkiz) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% (on doqquz) faiz təşkil edir. 2.4. Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz, hesablanmır. 2.5. Kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir. 2.6. Kredit faizləri kreditin verildiyi gündən (həmin gün daxıl olmaqla) hesablanır.
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 40000 manat məbləğində kredit vəsaiti verilmişdir.
16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 qeyd edilən tarixə onun 27 sentyabr 2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit razılaşması üzrə əsas borcu 14503,73 manat əsas, 797,45 manat faiz və 243,81 manat cərimə borcu olmaqla ümumilikdə cəmi borc 15544,99 manat təşkil edir. Hər iki müqavilə üzrə cəmi məbləğ: 21391,99 manat təşkil edir.
17. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı (“Borcverən”) ilə Cavabdeh2 (“ipotekaqoyan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka müqavilələri əsasında, xx.xx.2023-cü il tarixli, RB/AF0023 saylı Baş Kredit Müqaviləsi və həmin müqaviləsi əsasında bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələri və Cavabdeh2 məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ qeydiyyata alınmışdır. Əmlaklar ipoteka ilə yüklü edilərkən, Cavabdeh2 arvadı Cavabdeh1 müvafiq razılığı alınmışdır.
18. İş materiallarından görünür ki, ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən 15 manat, 36 manat, 15 manat, 36 manat, 15 manat, 36 manat, 15 manat və 36 manat olmaqla ümumilikdə 204 manat rüsum ödənilmişdir.
19. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 May 2023-cü il tarixli, RB/AF0023/1 saylı və 27 Sentyabr 2023-cü il tarixli, RB/AF0023/2 saylı müqavilələr üzrə borcunun 3 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3900 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/AF0023 saylı Baş kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması və xx.xx.2023-cü il tarixli, 2 saylı kredit razılaşması üzrə Cavabdeh2 kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə göstərilən xx.xx.2025-ci il tarixədək cavabdehin iddiaçı "Rabitəbank” ASC-yə olan borcu aşağıdakı kimi hesablanır: xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə: - əsas borc üzrə 5.582,91 manat, faiz borcu üzrə 65,13 manat, xx.xx.2023-cü il tarixli, 2 saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə: - əsas borc üzrə 14.968,15 manat, - faiz borcu üzrə 366,72 manat borcu müəyyən edilir.
21. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/3900 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir.
22. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Aparılmış hesablamalar nəticəsində Şirvan Kommersiya Məhkəməsinin e-2-2-2(121)- 2517/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardada əsasən Cavabdeh2 mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9ijlak017173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4699 ha torpaq sahələrinin real bazar və likvid dəyərləri müqayisə yanaşmasından istifadə olunmaqla müəyyən edilmişdir. Bazar araşdırmaları aparılmış, uyğun analoqlar seçilmiş və lazimi hesablamalar həyata keçirilmişdir. Beləliklə, l-ci sual üzrə: Cavabdeh2 mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 35,000.0 (otuz beş min) manat, likvid dəyəri 31,500.0 (otuz bir inin beş yüz) manat təşkil edir. 2-ci sual üzrə Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 25,000.0 (iyirmi beş min) manat, likvid dəyəri 21,000.0 (iyirmi bir min) manat, 4,4699 ha torpaq sahəsinin isə bazar dəyəri 31,000.0 (otuz bir min) manat, likvid dəyəri 28,000.0 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xidmətinin haqqının bir hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Ödənilməyən qalan məbləğ 900 manat təşkil edir.
23. İş materiallarından görünür ki, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 216 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. “İpoteka haqqında” Qanunun:
- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
26. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı:
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
30. Məhkəmə baxışının hədləri:
Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
31. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
32. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını xx.xx.2023cü il tarixli, RB/AF0023/1 saylı kredit razılaşmasına münasibətdə 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları, xx.xx.2023-cü il tarixli, RB/AF0023/2 saylı kredit razılaşmasına münasibətdə isə - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin “Kredit müqaviləsi” münasibətlərini tənzimləyən normaları təşkil edir.
33. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC (“Borcverən”) ilə Cavabdeh2 (“Borcalan”) arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
34. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.
35. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh (borcalan) tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
36. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh (borcalan) müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin qismində Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RB/AF0023 saylı Baş Kredit Müqaviləsi və həmin müqaviləsi əsasında bağlanacaq razılaşmalar üzrə iddiaçı qarşısında cavabdeh (borcalan) ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
37. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, cavabdeh (borcalan) kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 9/3900 saylı ekspert rəyində göstərildiyi kimi onun boru xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə: - əsas borc üzrə 5.582,91 manat, faiz borcu üzrə 65,13 manat, xx.xx.2023-cü il tarixli, 2 saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 14.968,15 manat, faiz borcu üzrə 366,72 manat təşkil etdiyi müəyyən edilmişdir.
38. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin qeyd olunan ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
39. Məhkəmə ilk öncə xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə əsas borca münasibətdə qeyd edir ki, iddia həmin hissədə tam olaraq əsaslıdır. Ona görə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı həmin razılaşmaya əsasən əsas borc üzrə 5546,4 manat pul tələb edir. Ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan) tarixə əsas borcun 5582.91 manat olduğu müəyyən edilmişdir.
40. Məhkəmə xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə 123,31 manat faiz borcuna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək qeyd edir ki, xəbərdarlıq məktubunun göndərilməsilə müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ekspert rəyindən göründüyü kimi xəbərdarlıq məktubunun göndərildiyi tarixə cavabdehin (borcalan) iddiaçıya olan faiz borcu 65,13 manat təşkil edir. Ona görə də, məhkəmə iddianı faiz borcuna münasibətdə qismən - 65,13 manat hissədə əsaslı hesab edir.
41. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 177,29 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
42. Məhkəmə kredit müqaviləsinə əsasən hesablanmış 177,29 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə cərimənin tutulmasına aid hissəsində kredit müqaviləsinin ləğvini və ləğv tarixinə cərimənin məbləğini nəzərə alaraq, iddianı qismən - 50 manat hissədə əsaslı hesab edir.
43. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 14503,73 manat əsas borca, 797,45 manat faiz borcuna və 243,81 manat cəriməyə aid hissələrinə də hüquqi qiymət verilməlidir.
44. Məhkəmə iş materiallarına nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2023cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 14503,73 manat əsas borca aid hissəsində əsaslıdır. Ona görə ki, ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd olunan) əsas borcun 14968,15 manat olduğu müəyyən edilmişdir.
45. Məhkəmə iş materiallarını və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 797,45 manat faiz borcuna münasibətdə qismən əsaslıdır. Ona görə ki, ekspert rəyi ilə xx.xx.2026-cı il tarixə faiz borcunun 366,72 manat təşkil etdiyi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə görə, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
46. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 243,81 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
47. Məhkəmə kredit müqaviləsinə əsasən hesablanmış 243,81 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə cərimənin tutulmasına aid hissəsində kredit müqaviləsinin ləğvini və ləğv tarixinə cərimənin məbləğini nəzərə alaraq, iddianı qismən 100 manat hissədə əsaslı hesab edir.
46. Məhkəmə yuxarıda qeyd olunanları nəərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə 5546,4 manat əsas borc, 65,13 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 5661,53 manat, xx.xx.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 14503,73 manat əsas borc, 366,72 manat faiz borcu və 100 manat cərimə, cəmi 14970,45 manat olmaqla, ümumilikdə cəmi 20631,98 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
49. İş materiallarından göründüyü kimi ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən ümumilikdə 204 manat rüsum ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin də cavabdehlər tərəfindən ödənilməsini tələb edir ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.
50. İddia ərizəsində eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
51. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı (“Borcverən”) ilə Cavabdeh2 (“ipotekaqoyan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka müqavilələri əsasında, xx.xx.2023-cü il tarixli, RB/AF0023 saylı Baş Kredit Müqaviləsi və həmin kredit müqaviləsi əsasında bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələri və Cavabdeh2 məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ qeydiyyata alınmışdır.
52. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, RB/AF0023 saylı Baş Kredit Müqaviləsindən və həmin kredit müqaviləsi əsasında bağlanacaq razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələri və Cavabdeh2 məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsi iddiaçı qarşısında etibarlı şəkildə bağlanmış ipoteka müqavilələri ilə yüklü edildiyindən və cavabdeh (borcalan) Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
53. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 35,000.0 (otuz beş min) manat, likvid dəyəri 31,500.0 (otuz bir inin beş yüz) manat, Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 25,000.0 (iyirmi beş min) manat, likvid dəyəri 21,000.0 (iyirmi bir min) manat, 4,4699 ha torpaq sahəsinin isə bazar dəyəri 31,000.0 (otuz bir min) manat, likvid dəyəri 28,000.0 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilmişdir.
54. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə 5546,4 manat əsas borc, 65,13 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 5661,53 manat və xx.xx.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 14503,73 manat əsas borc, 366,72 manat faiz borcu və 100 manat cərimə, cəmi 14970,45 manat olmaqla, ümumilikdə cəmi 20631,98 manat məbləğində borcunun olması, həmçinin ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən ümumilikdə 204 manat dövlət rüsumunun ödənilməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borc məbləğləri və tutularaq iddiaçıya ödənilməlidir.
53. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan Cavabdeh2 mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 31500 manat, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinin ilkin satış qiyməti 21000 manat və Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 4,4699 ha torpaq sahəsininilkin satış qiyməti manat məbləğində müəyyən edilməlidir.
54. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, işin müəyyən edilən hallarından göründüyü kimi hazırki iş üzrə ipoteka predmetinin satış qiyməti cavabdehin iddiaçıya olan borcunun ümumi məbləğindən çoxdur. Bundan əlavə, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Məhkəmə hesab edir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.
Məhkəmə xərcləri:
55. Məhəmə, iddiaçı tərəfindən ödənilmiş 216 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 216 manat dövlət rüsumuna görə, 151,9 manat pul vəsaiti cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 64,10 manat isə iddiaçının özünə aid edilməlidir.
56. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (bir yüz əlli) manatın 144,67 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 5,33 manatı İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
57. Məhkəmə, eyni zamanda qeyd edir ki, iş üzrə ipoteka predmeti olan bağ evinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin qalıq 900 (doqquz yüz) manat, xərcin bir hissəsinin iddiaçı tərəfindən əvvəllcədən ödənilməsi nəzərə alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməlidir.
Nəticə:
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 1 saylı kredit razılaşması üzrə 5546,4 manat əsas borc, 65,13 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 5661,53 manat, xx.xx.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 14503,73 manat əsas borc, 366,72 manat faiz borcu və 100 manat cərimə, cəmi 14970,45 manat olmaqla, ümumilikdə cəmi 20631,98 (iyirmi min altı yüz otuz bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 151,9 (bir yüz əlli bir manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş qalan 64,10 (altmış dörd manat, on qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin və Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinə və 4,4699 ha torpaq sahəsinə yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 31500 (otuz bir min beş yüz) manat, Cavabdeh2 məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinin ilkin satış qiyməti 21,000 (iyirmi bir min) manat, 4,4699 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilsin, həmin nəqliyyat vasitəsi və torpaq sahələri açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan ümumilikdə 20631,98 (iyirmi min altı yüz otuz bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 151,9 (bir yüz əlli bir manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (bir yüz əlli) manatın 144,67 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 5,33 manatı İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə ipoteka predmeti olan bağ evinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin qalıq 900 (doqquz yüz) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev