Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2576/2023 27.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu – İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətinin pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Məhdud Məsuliyyət Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 61 ay abunə borcu 366 manat və qeydiyyatdan çıxma aktın 35 manatın, cəmi borcu 401 (dörd yüz bir ) manatın və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, elektron qaydada göndərilmiş iddia ərizəsinin məzmununda X2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 61 ay abunə borcu 366 manat və qeydiyyatdan çıxma aktın 35 manatın, cəmi borcu 401 (dörd yüz bir ) manatın və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi məhkəmədən xahiş olunsa da “Elektron Məhkəmə” informasiya sistemində tələbin yönəldiyi şəxs, yəni cavabdeh seçilməmiş, o cümlədən cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) ərizədə göstərilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırki ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə, ərizədən görünür ki, iddiaçı “iddia tələbinin dəqiqləşdirilmə barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ərizə məhkəmənin icraatında olduğu dövrdə, eyni zamanda MPM-də müəyyən olunmuş qaydada verilə bilər. Hal-hazırda isə məhkəmənin icraatında İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətinin hazırki ərizədə qeyd olunan tələbə dair kommersiya mübahisəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284.3-cü, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətinin pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edilə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2576/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2576/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver