Məhkəmə qərarları › İş №e-2-2(121)-261/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-261/2024

04.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-261/2024 04.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı torpaq sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılması və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı torpaq sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 h atorpaq sahəsindən QSC “Bank Standard” Kommersiya Bankının məcburi qaydada çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçındən ləğv prosesində olan QSC “Bank Standard" KB-nin xeyrinə 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 70.000 manat cərimə borcu olmaqla, cəmi 3.564.376,63 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumları tutulmuş, ipoteka predmetləri olan digər əmlaklarla yanaşı X1 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinin ilkin satış qiyməti 150.000 manat və İddiaçınə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə, tutma həmin daşınmaz əşyalara yönəldilmiş,adları çəkilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ləğv prosesində olan QSC “BankStandard” KB-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyev tərəfindən xx.xx.2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 18814/21-38-7 saylı sifarişinə əsasən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80.3 kv.m ümumi, 36.2 kv.m əsas, 44.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 150.000 manat və İddiaçınə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 391/21 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoluna əsasən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin qiyməti 3.474.375 manat olmaqla LPO QSC “Bank Standard” KB-na satımışdır. Həmin hərrac protokolu əsasında bank tərəfindən DƏDRX-dən xx.xx.2022-ci il tarixli, **********22-12301 nömrəli dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçı cavabdehlər Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına (ləğv prosesindədir), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 18814/21-38-7 saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş hərracların, həmçinin "xxxx" MMC ilə LPO QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 391/21 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi, Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsi üzərində LPO QSC “Bank Standard” KB-nin mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, **********22-12301 nömrəli dövlət reyestrindən çıxarışın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tələb yönəldilən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin satılması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra tədbirlərinin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6271/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC ilə LPO QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2021- ci il tarixli, 391/21 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokol” etibarsız hesab edilmiş, Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsi üzərində LPO QSC “Bank Standard” KB-nin mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, **********22-12301 nömrəli dövlət reyestrindən çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tələb yönəldilən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin satılması üçün icra tədbirlərinin davam etdirilməsi qət edilmişdir. Məhkəmə mübahisəsinin davam etdiyi dövrdə “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) əməkdaşları icra məmurunun iştirakı olmadan, öz təşəbbüsləri ilə qanunsuz və özbaşına qaydada əmlaka daxil olmuş, onun giriş-çıxışını İddiaçı və onun əməkdaşları üçün məhdudlaşdırmış, əmlakı öz nəzarətlərinə götürmüşlər. Belə ki, Ağcabədi rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən F.Mustafayevin müvafiq sorğuya 26 oktyabr 2022-ci il tarixli cavab məktubundan da görünür ki, əmlakın boşaldılması icra məmuru tərəfindən aparılmamışdır. Məktuba əsasən tələbkar şifahi olaraq icra məmuruna bildirmişdir ki, güya borclu ilə öz aralarında əmlakın təhvil-təslim edilməsi və onlara təhvil verilməsi həyata keçirilmişdir. Lakin tərəflər arasında belə bir razılıq olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 6271/2022 nömrəli qətnaməsindən narazı qalan bank qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-348/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı “Fidan" Müəssisəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6271/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək "xxxx" MMC tərəfindən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş hərraclar, "xxxx" MMC ilə LPO QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 391/21 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi, Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsi üzərində LPO QSC “Bank Standard” KB-nin mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, **********22-12301 nömrəli dövlət reyestrindən çıxarışın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarı ilə tərəfin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-348/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, nəticə etibarilə əmlakla bağlı bankın adına olan bütün hüquqmüəyyənedici sənədlər (hərracın yekun protokolu və DƏDRX-dən çıxarış) etibarsız hesab edilərək qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ləğv edilmiş və əmlak İddiaçı mülkiyyətinə qaytarılmışdır. Lakin bununla belə cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirməklə mülkiyyətçini və onun əməkdaşlarını, habelə təsərrüfat partnyorlarının əmlaka giriş-çıxışını məhdudlaşdırmış, əmlakı özbaşına zəbt etmiş, bu isə müəssisənin təsərrüfat fəaliyyətinə, habelə müvafiq əmlakın yaxşılaşdırılmasına və təmirinə mane olmaqla yanaşı həm də müəssisəsinin müvafiq təsərrüfat müqavilələri üzrə öhdəliklərinin icrasını məhdudlaşdırmaqla müəssisəyə əhəmiyyətli dərəcədə ziyan vurur. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-478/2023 nömrəli Qərarına əsasən müəyyən olunur ki; - Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 dekabr tarixli, 2-2(113)-6271/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına (ləğv prosesindədir), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC ilə LPO QSC “Bank Standard” KB arasında bağlanmış 2021-ci il 15 oktyabr tarixli, 391/21 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokol”un etibarsız hesab edilməsi, Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsi üzərində LPO QSC “Bank Standard” KB-nin mülkiyyət hüququna dair 2022ci il 16 fevral tarixli, **********22-12301 nömrəli dövlət reyestrindən çıxarışın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, 2020-ci il 29 yanvar tarixli icra vərəqəsinə əsasən tələb yönəldilən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin satılması üçün icra tədbirlərinin davam etdirilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 3 may tarixli, 2-2(103)-348/2023 saylı qətnaməsi ilə cavabdeh Qapalı Səhmdar Cəmiyyəti LPO “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 dekabr tarixli e-2-2(113)-6271/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək "xxxx" MMC tərəfindən Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinə dair 2021-ci il 8 sentyabr və 2021-ci il 27 sentyabr tarixlərində keçirilmiş hərraclar, "xxxx" MMC ilə LPO QSC “Bank Standard” KB arasında bağlanmış 2021-ci il 15 oktyabr tarixli, 391/21 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab edilməsi, Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsi üzərində LPO QSC “Bank Standard” KB-nin mülkiyyət hüququna dair 2022- ci il 16 fevral tarixli, **********22-12301 nömrəli dövlət reyestrindən çıxarışın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarını bərpa edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-478/2023 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 3 may tarixli, e-2-2(103)-348/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh QSC “Bank Standart” KB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsinin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ********** qeydiyyat nömrəli ərizəsində qeyd olunan e297489/2023-48-9-003 saylı icra sənədi "Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri" X2 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən icra edilərək Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq **********22-12301 reyestr nömrəli elektron çıxarış və texniki pasport hazırlanmışdır. Beləliklə məhkəmə müəyyən edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilmiş, "Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri" publik hüquqi şəxsi tərəfindən adı çəkilən əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq **********22-12301 reyestr nömrəli elektron çıxarış və texniki pasport hazırlanmışdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlak üzərində iddiaçının mülkiyyət hüququ bərpa edildiyinə və yenidən qeydiyyata alındığına görə həmin əmlak üzərində İddiaçı əşyaya mülkiyyət hüququndan irəli gələn bütün hüquqlara (sərəncam vermək hüququ istisna olmaqla), o cümlədən əmlaka sahiblik, ondan maneəsiz istifadə etmək və digər şəxslər tərəfindən mülkiyyət və sahiblik hüququna yönəlmiş qəsdlərdən qorunmaq hüquqlarına malikdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ və İV hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respubılikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, mübahisəli əmlakın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hərracdan satılması barədə mövcud vəziyyəti nəzərə alaraq onu da qeyd etməyi zəruri sayır ki, əmlakı hərraca çıxarılan mülkiyyətçi-ipoteka qoyanın həmin əmlakla bağlı digər şəxslərdən, hətta o şəxslər hərracı udmuş olsalar belə hərracın nəticələrinə dair protokol imzalananadək üstünlük hüquqları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, ipoteka qoyanın bu qeyd olunan xüsusi hüququ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 46.1-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı həm mülkiyyətçi, həm də üstünlük hüququna malik olan ipoteka qoyan olaraq mövcud qanunvericiliyin ona tanıdığı hüquqi imkanlardan istifadə və həmin hüquqlarına istinad edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mülkiyyət hüququ ilə ona məxsus olan əmlakından istifadəyə, həmin əmlaka faktiki sahibliyə istənilən üçüncü şəxs, o cümlədən ipoteka saxlayan tərəfindən yaradılmış maneələrdən qorunmaq hüququna və həmin hüququnu məhkəmə müdafiəsi hüququndan istifadə edərək realizə etməklə bağlı subyektiv hüquqa malikdir. Buna görə də, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsindən QSC “Bank Standard” Kommersiya Bankı çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçınə təhvil verilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar