Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2669/2023 08.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlunun İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 61 ay abunə borcu 366 manat və qeydiyyatdan çıxma aktı 35 manatı, cəmi borcunun 401 manatı və mediasiya xərclərinə görə ödənilmiş 30 manatı Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********), arasında da xx.xx.2017-ci ildə 015464 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyini xx.xx.2018-cı ilədək yerinə yetirmiş ödənişləri etmiş, sonradan xx.xx.2018- ci ildən, 15.0.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2018-ci ildən 11 ay, 2019-ci ildən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 1 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdeh 61 ay abunə borcu 366 manat və qeydiyyatdan çixma aktı 35 manat pulməbləği ödənilməmişdir. Həmçinin Cavabdeh mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə tələbin əsaslılığını təsdiq edən sənədlər, yəni 401 manat məbləğində xidmətlərin göstərildiyini təsdiq edən zəruri sənədlər (müqavilə, maliyyə arayışı və s.) ərizəyə əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat qaydasında işə yazılı icraat qaydasında baxıldığından ərizəyə tələbin əsaslı olmasını təsdiq edən bütün sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Cavabdehin müqavilə üzrə göstərilməsi nəzərdə tutulmuş xidmətlərin dəyəri barədə zəruri sənədlər əlavə edilmədiyindən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4.-cü maddəsinə görə ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin maddədən də göründüyü kimi ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərildiyi halda kommersiya mübahisələrinə sadələşdirilmiş icraat qaydasında baxılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 268-269–cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2669/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2669/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver