Məhkəmə qərarları › İş №e-2-2(121)-267/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-267/2025

04.02.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-267/2025 04.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı sənədlərin təqdim olunması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən 1. "xxxx" ASC-nin nizamnaməsinin surətinin; 2. "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin; 3. "xxxx" ASC-nin 2020-2021- 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; 4. "xxxx" ASC-nin Emissiya prospektinin surətinin; 5. "xxxx" ASCnin 2020-2021-2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; 6. "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər ərzində köhnəlmiş, istehsala yararsız, maşın və avadanlıqların, texnikaların silinmə aktlarının surətlərinin; 7. "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin; 8. "xxxx" ASCnin 26 aprel 2024-cü il tarixində növbədənkənar ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin; 9. "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbəti ümumi yığıncağının protokolunun surətinin; 10. "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində növbəti ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin 11. "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın iddiaçıya təqdim edilməsi və 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixli depo hesabından çıxarışa əsasən "xxxx" ASC-nin səhmdarıdır. 27 aprel 2024-cü il tarixdə, 12 sentyabr 2024-cü il tarixdə və ən nəhayət xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən ASC-nin nizamnaməsinin surətinin, ASC-nin 2020-2021-2022-2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin, ASC-nin 2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, ASC-nin Emissiya prospektinin surətinin, ASC-nin 2020-2021-2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2020- 2021-2022-2023-2024-cü illər ərzində köhnəlmiş, istehsala yararsız, maşın və avadanlıqların, texnikaların silinmə aktlarının surətlərinin, ASC-nin 26 aprel 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin, ASC-nin 26 aprel 2024-cü il tarixində növbədənkənar ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətini, ASC-nin 30 avqust 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbəti ümumi yığıncağının protokolunun surətinin, ASC-nin 30 avqust 2024-cü il tarixində növbəti ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin, ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, surətlərinə əsli ilə düzdür ştampı vurulmaqla ona təqdim edilməsini xahiş etmişdir. "xxxx" ASC-nə müxtəlif vaxtlarda müraciət etməsinə baxmayaraq Səhmdar cəmiyyəti bir dəfə müraciətini qəbul etmiş, bir dəfə müraciətini qəbul etməmiş, sonuncu dəfə elektron kargüzarlıq bölməsi ilə müraciət etməsinə baxmayaraq, cavabdeh bütün müraciətlərinə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər təqdim edilməmişdir. "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə iddiaçıya verilən bir sıra hüquqları, o cümlədən Mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin bu cür qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına şikayətlər ünvanlamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2024-cü il tarixdə 6-1-26/2-Ə-42-13452/2024 saylı məktubu ilə “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.1.9-cu maddəsinə müvafiq olaraq iddiaçıya "xxxx" ASC-nin investisiya qiymətli kağızlarının emissiya prospekti ilə tanış olmağı üçün şəraitin yaradılması, müraciətində göstərilən sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının da müraciətinə hər-hansı cavab verməmişdir. Cavabdeh "xxxx" ASC-nin rəhbərliyinin mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozması qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiqi olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, AA00084902 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı nominal dəyəri 1 manat olan 500 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla "xxxx" ASC-nin səhmdarıdır. İş materiallarında olan İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğudan görünür ki, iddiaçı həmin sorğu ilə "xxxx" ASC-nin nizamnaməsinin surətinin; "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin; "xxxx" ASC-nin 2020-2021-2022- 2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; "xxxx" ASC-nin Emissiya prospektinin surətinin; "xxxx" ASC-nin 2020- 2021-2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər ərzində köhnəlmiş, istehsala yararsız, maşın və avadanlıqların, texnikaların silinmə aktlarının surətlərinin; "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin; "xxxx" ASC-nin 26 aprel 2024cü il tarixində növbədənkənar ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin sorğu xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı və "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Mərkəzi Banka daxil olmuş müraciətinə cavab olaraq "xxxx" ASC-dən “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.1.9-cu maddəsinə müvafiq olaraq İddiaçı "xxxx" ASC-nin investisiya qiymətli kağızlarının emissiya prospekti ilə tanış olmağı üçün şəraitin yaradılması, müraciətində göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi "xxxx" ASC-dən xahiş edilmişdir. Beləliklə, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" ASCnin səhmdarıdır və səhmdar olaraq cavabdehə sorğu ilə müraciət edərək Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq sənədlərin ona təqdim olunmasını xahiş etmişdir. İddiaçı verdiyi sorğuya cavabdeh tərəfindən cavab verilmədiyini, tələb etdiyi sənədlərin ona təqdim olunmadığını iddia edərək, həmin sənədlərin ona təqdim olunmasına dair tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin faktiki əsası kimi cavabdeh səhmdar cəmiyyətin səhmdarı olmasını təsdiq edən çıxarışa, cavabdehə ünvanladığı sorğuya, iddia ərizəsində göstərdiyi tələblə əlaqədar cavabdehə məhkəməyə müraciət etməmişdən əvvəl xəbərdarlıq məktubu ilə müraciət etməsinə istinad edir. Cavabdeh məhkəmə hazırlıq və baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. İddia tələbinin maddi hüququ əsası kimi məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Həmin Məcəllənin 107-6.3-cü maddəsinə əsasən, səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Mülki Məcəllənin 1077.1 və 1077.5-ci maddələrinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. Sadalanan maddi hüquq normlarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının səhmlərinin bir hissəsinə sahib olduğu səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək, səhmdar cəmiyyətin fəaliyyəti barədə məlumat almaq və bununla əlaqədar müvafiq sorğular vermək hüquqları vardır. Eyni zamanda səhmdar cəmiyyətin səhmdarların qanunvericilikdə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsini təmin etmək, o cümlədən özünün fəaliyyəti barədə səhmdarlar tərəfindən verilən sorğulara cavab vermək vəzifələri nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı, Cəmiyyətin fəaliyyəti ilə bağlı sənədlərin təqdim edilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. "xxxx" ASC-nin nizamnaməsinin surətinin; "xxxx" ASC-nin 2020-2021-2022-2023- 2024-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin; "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin; "xxxx" ASC-nin Emissiya prospektinin surətinin; "xxxx" ASCnin 2020-2021-2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; "xxxx" ASC-nin 2020-2021-2022-2023-2024-cü illər ərzində köhnəlmiş, istehsala yararsız, maşın və avadanlıqların, texnikaların silinmə aktlarının surətlərinin; "xxxx" ASC-nin 26 aprel 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətinin; "xxxx" ASC-nin 26 aprel 2024cü il tarixində növbədənkənar ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin; "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində keçirilmiş Səhmdarların növbəti ümumi yığıncağının protokolunun surətinin; "xxxx" ASC-nin 30 avqust 2024-cü il tarixində növbəti ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının surətinin; "xxxx" ASCnin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və mənsubiyyəti barədə məlumatın İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu məbləği cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar