Məhkəmə qərarları › İş №e-2-2(121)-2670/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2670/2023

05.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2670/2023 05.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı “X4 Təsərrüfatı” MMC-nin cavabdeh X2 qarşı “cavabdehin və digər şəxslərin qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasından və torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, cavabdehin vəsaiti hesabına qeyri-yaşayış binasının əvvəlki vəziyyətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı “X4 Təsərrüfatı” MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən və “X4 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən cavabdeh X1 və digər şəxslərin çıxarılması, X1 və digər şəxslərin “X4 Təsərrüfatı” MMCnin mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, giriş-çıxış yollarnın cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi,“X4 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyriyaşayış binasının X1 öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə müəyyən edir ki, elektron qaydada məhkəməyə təqdim edilmiş ərizədə iddiaçı qismində “X4 Təsərrüfatı” MMC göstərilsə də, elektron qaydada “X4 Təsərrüfatı” MMC zamin qismində seçilmişdir, bununla da elektron ərizənin tərtibatında uyğunsuzluğa yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Buna görə də ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı “X4 Təsərrüfatı” MMC-nin cavabdeh X2 qarşı “cavabdehin və digər şəxslərin qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasından və torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, cavabdehin vəsaiti hesabına qeyri-yaşayış binasının əvvəlki vəziyyətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar