Məhkəmə qərarları › İş №e-2-2(121)-2770/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2770/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2770/2025 13.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 22 dekabr 2021-ci il tarixli 62 saylı Kredit müqaviləsi üzrə əsas borc 4976,44 manat, faiz borcu 641,49 manat olmaqla, cəmi 5617,93 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh5 mülkiyyətində olan Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən, ümumi sahəsi 116,1 kv. metr olan fərdi yaşayış evinə və Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi; 3. İpoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh5 İddiaçı QSC-yə olan cəmi 5617,93 manat kredit borcunun və ödənilmiş 76,93 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 15:15-ə təyin edilmişdir. İddiaçı QSC BOKT-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.5ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin olunsun. İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77 manat məbləğində dövlət rüsumu (qəbz № **********) İddiaçı QSC BOKT geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar