Məhkəmə qərarları › İş №e-2-2(121)-2815/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2815/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2815/2024 29.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdi: İddiaçı QSC cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 03-02/22 nömrəli müqaviləyə uyğun olaraq, müəssisəyə dəymiş zərər üzrə 4508.2 manat mənfəət vergisi, 4057.38 manat əlavə dəyər vergisi olmaqla cəmi 8565.58 manat vergi, 428.28 manat əldən çıxmış fayda, 2254.1 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 11248.37 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına (AZ30AİİB400400C**********102) ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verildiyi məhkəmə “Elektron Məhkəmə” informasiya sistemində Şirvan Kommersiya Məhkəməsi seçilsə də, ərizə Bakı Kommersiya Məhkəməsinə ünvanlanmışdır. Bununla da ərizənin tərtibatında uyğunsuzluğa yol verilmişdir. Buna görə də ərizə icraata götürülmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar