Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2881/2024 28.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 03-02/22 nömrəli müqaviləyə uyğun olaraq, müəssisəyə dəymiş zərər üzrə 4508.2 manat mənfəət vergisi, 4057.38 manat əlavə dəyər vergisi olmaqla cəmi 8565.58 manat vergi, 428.28 manat əldən çıxmış fayda, 2254.1 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 11248.37 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənmiləsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-2881/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə hazırlıq iclasında iştirak etmədiklərinə görə iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığından İddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin olunsun. İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 123,75 manat məbləğində dövlət rüsumu (qəbz № **********) İddiaçı QSC-nə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2881/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2881/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver