Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2972/2025 11.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2191,51 manat borc və ödənilmiş 41,91 manat rüsum olmaqla, cəmi 2233,42 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC (bundan sonra Kreditor) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li zaminlik müqaviləsinin 1.1ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış əlavə edilir), iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 2191,51 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 2191,51 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC (bundan sonra kreditor) ilə Cavabdeh arasında bağlanmış 20 may 2024-cü il tarixli A405 nömrəli kredit xətti (limiti) müqaviləsinin: 1.1-ci bəndində əsasən, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə Borcalana məqsədli istifadə, qaytarılmaq. faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, Borcalan isə istifadə etdiyi krediti va hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, bu müqavilənin məqsədi Tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərini təşkil etmək. gələcəkdə veriləcək kreditin əsas şərtlərini aydın müəyyən etməkdən ibarətdir. 1.3-cü X4 Bank tərəfindən kreditin verilməsindən yaranan münasibətləri tənzimləyir və Tərəflərin hüquq və vəzifələrini əks etdirir. 1.4-cü bəndinə əsasən, Kreditin tayinatı kənd təsərrüfatı məhsulu olan pambıq istehsalı xərclərinin maliyyələşdirilməsidir. 1.5-ci bəndinə əsasən, Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 1.6-cı bəndinə əsasən, Bu Müqavilə üzrə kredit xətti (limiti) hər il cari ilin əvvəlində Borcalanla "xxxx" MMC (bundan sonra "MKT") arasında bağlanmış Müqaviləyə əsasən MKT tərəfindən tərtib edilmiş kredit tələbi cədvəlinə uyğun olaraq müəyyən edilan, lakin hər bir halda 100 000 (bir yüz min) manatdan çox olmayan məbləğdə verilə bilər. 2.1-ci bəndində əsasən, Bu Müqavilə üzrə verilməsi nəzərdə tutulan kreditin mühüm şərtləri aşağıdakılar çərçivəsində olacaq və onları aşmayacaq: Faizlərin ödənilməsi dövriliyi-kredit xətti verilən ilin Noyabr ayının sonunadak Əsas borcun ödənilməsi - kredit xətti verilən ilin Dekabr ayının sonunadək Möhlət müddəti- çoxu 11 (on bir) ay Rəsmiləşdirmə komisyon haqqı yoxdur: Gecikdirilmə faizləri illik 15 (on beş) % + Mərkəzi Bankın uçot faiz dərəcəsi; X6. Dərəcəsi (FİFD) - 15 (on beş) %; 2.2-ci bəndində əsasən, Kreditin rəsmiləşdirilməsi və vəsaitin nağdlaşdırılmasına köçürülməsinə görə xidmət komisyon haqları Bankın Tariflari və müvafiq kredit mahsulunun şərtləri əsasında müəyyən olunur. İş materiallarında olan "xxxx" ASC (Bank) ilə "xxxx" MMC (Zamin) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə görə "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı Müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin (bundan sonra Borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) taqdim edir, Bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. 1.2-ci bəndinə əsasən, Borcalan bu müqavilənin 13-cü bəndində göstərilən Kredit xətti (limiti) müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi vəlvə ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. 1.2-cü bəndinə əsasən, Zaminliklə təmin edilən öhdəlik Zaminin Banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun Fərdi sahibkarlarla (bundan sonra "Borcalan") bağlanmış və gələcəkdə bağlanacaq Kredit xətti (limiti) müqavilələrindən (bundan sonra "Kredit müqaviləsi") irəli galan bore öhdəliyidir. 1.4-cü bəndinə əsasən, Zaminliklə təmin edilən borc öhdəliyinin həcmi və müddəti hər bir Borcalanla Bank arasında imzalanan Kredit xətti (limiti) müqaviləsində göstərilir. Bir Borcalanın təmin edilmiş kredit öhdəliyinin həcmi 100 000 (bir yüz min) manatdan çox olmamalıdır. 1.5-ci bəndinə əsasən, Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan “MKT İstehsalat Kommersiya" MMC və "xxxx" ASC arasında bağlanmış 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinə 2 №-li "01" Mart 2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən Tərəflər razılaşır və təsdiq edirlər ki, 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsində aşağıdakı dəyişiklik edilir: - 1.4-cü bəndində "100 000 (bir yüz min)” sözləri “400 000 (dörd yüz min)” sözləri ilə əvəz edilir. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 2016 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh əsas borcu 2007,36 manat, faiz borcu 184,15 manat olmaqla, cəmi borcu 2191,51 manat təşkil edir. Bu arayışla təsdiq edilir ki, "xxxx" ASC (Bank) ilə "xxxx" MMC (Zamin) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsi”nə əsasən Zamin tərəfindən Borclunun bu arayışda qeyd olunan 2191,51 manat məbləğində gecikdirilmiş borcunu xx.xx.2025-ci il tarixdə tam şəkildə Kreditora ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC yaranmış borcun pretenziya 5 gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (“Borcalan") arasında bağlanmış 20 may 2024-cü il tarixli A405 saylı “X1 dair Kredit Xətti (Limiti) Müqaviləsi”nə əsasən, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdələrinə götürmüşlər. Həmçinin, İddiaçı MMC ("xxxx" MMC) ilə AFB Bank ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, iddiaçı cavabdehin kreditlə təmin olunması məqsədilə bank qarşısında zaminlik öhdəliyini öz üzərinə götürmüşdür. Sonradan bağlanmış kredit müqaviləsi əsasında bank cavabdehə pul vəsaiti ayırmış və bu vəsait cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş qaydada ödənişləri həyata keçirməmiş, bununla da bank qarşısında borc yaranmışdır. Zaminlik müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz öhdəliyini yerinə yetirmədikdə, zamin həmin öhdəliyin icrasına cavabdehlik daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin məzmunu da iddiaçının bu öhdəliyi öz üzərinə könüllü şəkildə götürdüyünü təsdiq edir. Cavabdehin kredit üzrə öhdəliyi yerinə yetirməməsi nəticəsində bank qarşısında 2191,51 manat məbləğində ödəmə tələbi yaranmışdır. Bu borc kreditin tam və vaxtında ödənilməməsinin nəticəsi kimi formalaşmışdır və zaminlik müqaviləsi üzrə məsuliyyət həmin məbləğə şamil olunur. Bu səbəbdən bankın tələbi əsaslı hesab edilir və zamin statusunda olan iddiaçı həmin borcun ödənilməsi üzrə məsuliyyət daşıyır. Borcun məbləği sənədlərlə təsdiqlənmiş, iddiaçının öhdəlik götürdüyü zaminlik çərçivəsində müəyyən olunmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 2007,36 manat əsas və 184,15 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. .Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş zaminlik müqaviləsi üzrə borcu ödəmiş zaminin əsas borcluya qarşı reqres tələbi irəli sürməsinə dair hüquqlarını müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 41,91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2191,51 manat məbləğində əsas borc və 41,91 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2233,42 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2972/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2972/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver