Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-310/2025 12.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı avadanlıqların qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı avadanlıqların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət vəsaiti hesabına alınmış, müstəsna mülkiyyət hüququ ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan avadanlıqların cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“cavabdeh”) arasında bağlanmış 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 2180000,0 (iki milyon yüz səksən min) manat və məhsuldarlığı saatda 1500 baş olan quş kəsim sexinin avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlıqların ümumi dəyərindən 218000,0 manat məbləğdə ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafiklərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və barəsində məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehə qarşı 2014-cü il il 11 iyun tarixli iddia ərizəsi ilə X6 Məhkəməsinə müraciət edərək, cavabdehdən 160000,0 manat əsas borcun, 24645,0 manat cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat, cəmi 184675,0 manat pulun tutularaq iddiaçıya ödənilməsi, 2012-ci il 6 aprel tarixli, 13-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 13-LA/12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 2180000,0 manat və məhsuldarlığı saatda 1500 baş olan quş kəsim sexinin avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə götürmüş, cavabdeh müqavilə üzrə texnoloji avadanlıqların ümumi dəyərindən 218000, manat məbləğində ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 2014-cü il 1 iyun tarixədək 218000,0 manat ödəməli olduğu halda cavabdeh tərəfindən 58000,0 manat ödəniş olunmuş, lakin müqavilə üzrə 160000,0 manat borcu qalmışdır. Qeyd olunan borc məbləğinin ödənilməsi barədə cavabdehə 2014-cü il 30 yanvar tarixli, ASC/2-216 nömrəli pretenziya məktubu göndərilsə də borc öhdəliyi tam şəkildə yerinə yetirilməmişdir. Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (iddiaçı) lizinq alandan (cavabdeh) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə 2014-cü il 1 iyun tarixədək olan borcun məbləği 160000,0 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği isə 24645,0 manat təşkil etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 27 iyul tarixli, 2-2(86)-66/2015 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış 13-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 160000,0 manat əsas borc, 24645,0 manat cərimə və 30,0 manat dövlət rüsumu, cəmi 184675,0 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilinin (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 8 dekabr tarixli, e-2-2(106)-47/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 noyabr tarixli, 2-2(102)-610/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli, 2-2(106)-27/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilmiş, 24645,0 manat məbləğində cərimə(dəbbə) pulunun məbləği azaldılaraq 2000,0 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının2-2(102)-357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-27/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsi qismən – 2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 160000,0 manat əsas borc, 2000,0 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsində ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, lizinq müqaviləsindən yaranan münasibətlər üzrə yekun məhkəmə qərarı qəbul olunmuşdur. Lakin dövlət vəsaiti hesabına alınmış, müstəsna mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan ümumi dəyəri 2180000,0 (iki milyon yüz səksən min) manat, məhsuldarlığı saatda 1500 baş olan quş kəsim avadanlıqları üzərində cavabdeh tərəfindən haqsız sahiblik və qazanc əldə olunmuşdur. Hesab edirik ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları pozulmuş və dövlət büdcəsinin vəsaiti hesabına alınmış avadanlıqlar əsassız varlanmış cavabdehin haqsız sahibliyindən azad olunmalı və Cəmiyyətə geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərini açıq hərracdan aldıqlarını, həmin vaxt iddia ərizəsində göstərilən avadanlıqların mövcud olmadığını, ümumiyyətlə Cəmiyyətin yerləşdiyi binanın və ərazinin tamamilə baxımsız vəziyyətdə olduğunu, Cəmiyyətə məxsus olan hər hansı bir əmlakın olmadığını bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2015-ci il 27 iyul tarixli, 2-2(86)-66/2015 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış 13-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 160000,0 manat əsas borc, 24645,0 manat cərimə və 30,0 manat dövlət rüsumu, cəmi 184675,0 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilinin (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli, 2-2(106)-27/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilmiş, 24645,0 manat məbləğində cərimə (dəbbə) pulunun məbləği azaldılaraq 2000,0 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-27/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsi qismən – 2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 160000,0 manat əsas borc, 2000,0 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsində ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, lizinq müqaviləsindən yaranan münasibətlər üzrə qəbul edilmiş yekun məhkəmə qərarı ilə hazırda baxılan işin predmetini təşkil edən lizinq obyekti olan texnoloji avadanlıqların cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ASC-nə geri qaytarılması hissəsində aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırki iddia ərizəsində eyni tərəflər arasında, eyni əsaslarla eyni predmetin geri qaytarılmasını tələb etməklə, artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə həll edilmiş məsələnin məhkəmə qaydasında həllini yenidən tələb etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarının 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə yuxarıda qeyd olunanlardan əlavə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir” Konstitusiya Məhkəməsinin Plenumu digər qərarında göstərmişdir ki, “qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı avadanlıqların qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu məbləği (qəbz № **********) iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-310/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-310/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver