Məhkəmə qərarları › İş №e-2-2(121)-3176/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3176/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3176/2025 03.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı MMC-nin cavabdeh Biləsuvar Aqro MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı MMC cavabdeh Biləsuvar Aqro MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia ərizəsinə sadələşdirilmiş qaydada baxılaraq iddia təmin edilsin və aşağıdakı məbləğlərin Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hazırki iddia ərizəsi üzrə 51,40 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) ödənildiyi müəyyən olunur. Halbuki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı hazırki tələb üzrə məhkəməyə müraciət edən zaman ödənilmiş 51,40 manat məbləğində dövlət rüsumuna dair qəbzdən (qəbz nömrəsi: **********) xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman istifadə etmiş və həmin qəbz üzrə ödənilmiş dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2279/2024 saylı, 28 iyul 2025-ci il tarixli qərardadı ilə iddiaçıya qaytarılması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixində ********** nömrəli qəbz üzrə ödənilmiş 51,40 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair müvafiq məhkəmə aktı olduğundan, həmin qəbz üzrə ödənilmiş 51,40 manat iddiaçı tərəfindən hazırkı iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı MMC-nin cavabdeh Biləsuvar Aqro MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Nəbiyev Rəmzi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar