Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-33/2025 23.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-nin mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisədən qanunsuz olaraq istifadən irəli gələn vurulmuş ziyan olaraq 84500 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 344 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin olunması, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, X1, X14 və X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.111.796,34 manat 34 əsas, 449536,09 manat faiz, 32155,81 manat cərimə, cəmi 1.593.488,24 manat məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542,77 manat əsas, 4305,20 manat faiz, 2767,63 manat cərimə, cəmi 242615,60 manat məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898,36 ABŞ dolları əsas, 5149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105323,40 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, X1, X14 və X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X32 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330 000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X15 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyr-iyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrətutmanın Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, X2, X21 və X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin "xxxx" MMC-nin, X7, X21 və X2 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, X5, X14 və X1 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev A.Nuriyeva) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədinin icrası nəticəsində ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisə hərracın yekunları barədə protokol əsasında İddiaçı ASC tərəfindən əldə edilmişdir. ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisə hazırda İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin qeyd edilən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixədək əmlakın mülkiyyətçisi Cavabdeh olmuşdur. AR İqtisadiyyat Nazirliyi DVX-nin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki,X22, X23, X24, X16, X13 və Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisədə vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə fəaliyyət göstərirlər. Həmin qeyri-yaşayış sahələrinin icarəsi ilə bağlı ödənişlər xx.xx.2023- cü il tarixədək Cavabdeh ödənilmişdir. ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisədə yerləşən obyektlərinin qanunsuz olaraq istifadə edilməsi ilə bağlı mülkiyyətçi İddiaçı ASC tərəfindən Cavabdeh bir-neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, şadlıq evi və iaşə obyektləri boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməmişdir. Həmin əmlak kompleksinin faktiki olaraq boşaldılaraq banka verilməsi icra tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə baş vermişdir. Lakin iddiaçı əmlak üzrərində tam olaraq mülkiyyət hüquqlarını xx.xx.2023-cü il tarixdən etibarən həyata keçirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə bütün əmlakın icarəyə verilməsi ilə bağlı X38 ilə Bank arasında icarə müqavilələri bağlanmış və fəaliyyətləri davam etmişdir. Həmin tarixədən sahibkarlar X22, X23, X24, X16, X25 icra haqlarını Cavabdeh ödədiklərini qeyd etmişlər. Bundan başqa, bildiririk ki, ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisənin birinci və ikinci mərtəbəsində yerləşən “Nuran Palace” adı altında şadlıq evi, yemək otaqları və müxtəlif sahələr üzrə iaşə obyektləri fəaliyyət göstərmiş, xx.xx.2023-cü il tarixədək Cavabdeh həmin fəaliyyətdən qanunsuz olaraq gəlir əldə etmişdir. Həmçinin, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədən əldə edilən gəlir aylıq 6500 (altı min beş yüz) manat təşkil edir. xx.xx.2022-ci il tarixdən əmlak kompleksi kimi müəssisənin banka məxsus olmasına baxmayaraq mülkiyyətçi kimi hüquqları pozulmaqla, sərəncam, istifadə və sahiblik hüquqlarından məhrum olmuşdur. Bununla da bank həmin əmlakla bağlı bütün gəlirlərdən məhrum olmaqla, zərərə məruz qalmışdır. Bununla da, Cavabdeh İddiaçı ASCnin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisədən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq istifadə etmiş və 13 ay üçün 84500 (səksən dörd min beş yüz) manat məbləğində gəlir əldə etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh Paşa Bank” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisədən qanunsuz olaraq istifadə etməklə əldə etdiyi 84500 (səksən dörd min beş yüz) manat məbləğində gəliri İddiaçı ASC-yə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüquqi pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X17 məhkəmə iclasında iddianı müafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmənin qərardadı ilə əldə edilmiş ekspert rəyində müəyyən edilmiş qiymətlə razıdırlar. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh vəkili Vəkil iddianı qəbul etmədi və bildirdi ki, iddia tələbi tam olaraq əsassızdır. Ona görə ki, cavabdeh tərəfindən hər hansı bir hüquq pozunutusuna yol verilməmişdir. İddiaçı tərəfindən iddianı əsaslandıran hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ekspert rəyi ilə əlaqədar isə qeyd edir ki, həmin rəy sadəcə obyektin icarə haqqının nə qədər olmasını təsdiq edir. Bu o demək deyildir ki, cavabdeh iddia ərizəsində göstərilən hərəkətlərə yol vermişdir. Qeyd olunanları nəzərə alaraq, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. İş materiallarından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 12 iyun 2015-ci il tarixli, K1606 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə ******* (bir milyon beş yüz qırx min) manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə görə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 22 iyun 2017-ci il tarixədək 700000 (yedi yüz min) manat, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək ******* (bir milyon bir yüz doxsan üç min doqquz yüz altmış dörd) manat, 07 avqust 2015-ci il tarixli, K1662 saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405000 (dörd yüz beş min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir.
7. İş materiallarında olan 06 iyun 2015-ci il tarixli, Z0622 saylı zaminlik müqaviləsinə görə cavabdeh X6, İddiaçı ASC ilə X39 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, Z1593 saylı, İddiaçı ASC ilə X6 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, Z1594 saylı, İddiaçı ASC ilə X18 arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, Z1595 saylı zaminlik müqavilələrinə əsasən müvafiq olaraq cavabdehlər X39, X6 və X18 borclu "xxxx" MMC-nin qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşlar.
8. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2016-cı il tarixli, İS1706 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi, İddiaçı ASC ilə X46 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə görə cavabdeh X9 rayonu, Murtuz Muxtarov küçəsi 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 306.2 kv.m olan 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi, İddiaçı ASC ilə X33 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh X3 rayonu, Murtuz Muxtarov küçəsi 145 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 125.8 kv.m olan 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi, İddiaçı ASC ilə X27 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə görə cavabdeh X27 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.8 kv.m olan zirzəmi sahəsini İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir.
9. İş materiallarında olan 25 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən 24 sentyabr 2018-ci il tarixinə cavabdeh "xxxx" MMC-nin 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsi üzrə əsas borcu ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik, faiz borcu 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik, cərimə 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdeh "xxxx" MMC-nin əsas borcu 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik, faiz borcu 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik, cərimə 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015- 129LG bank qarantiyası üzrə cavabdeh "xxxx" MMC-nin əsa borcu 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent, faiz borcu 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent, cərimə 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent təşkil etmişdir.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 may 2018-ci il tarixli, 0335/18/BP saylı hesabata görə Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, 0,20 ha torpaq sahəsində yerləşən 1664,2 kv.metr ümumi sahədən ibarət 109 nömrəli əmlak kompleksi kimi müəssisənin bazar dəyəri ******* (bir milyon bir yüz əlli min) manat, 27 avqust 2018-ci il tarixli, 0721/18/PB saylı hesabata əsasən ünvan 4 ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən 130,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 155000 (bir yüz əlli beş min) manat, 27 avqust 2018-ci il tarixli, 0723/18/PB saylı hesabata görə ünvan 2 ünvanında 7 mərtəbəli binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən 360,2 kv.metr ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 330000 (üç yüz otuz min) manat, 27 avqust 2018-ci il tarixli, 0722/18/PB saylı hesabata əsasən ünvan 2 ünvanında 7 mərtəbəli binanın 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən 125,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 140000 (bir yüz qırx min) manat təşkil edir.
11. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1782 saylı ekspert rəyinə əsasən tələb olunan xx.xx.2018-ci il tarixinə "xxxx" MMC-nin borc məbləği 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik, o cümlədən ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, 22 iyun 2015ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik, o cümlədən 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, xx.xx.2016-cı il tarixli K2015-129LG saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent, 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə müəyyən edilmişdir.
12. İş materiallarında olan Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia ərizəsinin təmin olunması, 14 aprel 2016- cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, X1, X14 və X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ******* (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi ******* (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, X1, X14 və X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaitinin tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X32 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X15 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X4 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC-nin, X2, X21 və X7 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, X7, X21 və X2 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, X5, X14 və X1 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
13. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)-5970/2019 nömrəli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(102)-6068/2021 nömrəli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. İş materiallarında görünür ki, Bakı Şənəri Nəsimi Rayon Məhkəməsinin 2(306)- 227/2018-015 nömrəli, xx.xx.2018-ci il tarixil icra sənədi üzrə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir.
16. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 18 oktyabr 2018-ci il tarixli, 2(306)-227/2018 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0.20 ha torpaq sahəsində olan əmlak kompleksinə baxış keçirilərkən həmin əmlak kompleksinin 2 mərtəbədən ibarət olmaqla şadlıq sarayı kimi istifadə olunduğu müəyyən edilmişdir. Həmin şadlıq sarayının 2-ci mərtəbəsinin qapları bağlanaraq açarları tələbkar tərəfindən təhvil alınmışdır.
17. İş materiallarından görünür ki, Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tələbin könüllü icrası ilə əlqədar bildirişlər göndərilmişdir.
18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(022)-107/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Feyzullayev X10 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsində yerləşən qeyri yaşayış obyektlərinin icarədarları icarəyə götürdükləri obyetklərin icra sənədinə əsasən "xxxx" ASC-yə təhvil veriləcəyi barədə məlumatlandırılmış və onlara xəbərdarlıq edilmişdir.
19. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X58 Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz amlakın dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir.
20. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********937700 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində ünvan 7 ünvanında yerləşən obyektdə vergi ödəyiciləri X34, X35, X36, X28, X25 və Cavabdeh (VÖEN:**********) fəaliyyət göstərməsi müəyyən edilmişdir.
21. İş materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 13-69/2-9593/23 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən “Nuran Palace” şadlıq sarayının birinci mərtəbəsində yerləşən obyektlər X28, X34, X35 tərəfindən istifadə olunur.
22. İş materiallarında olan Biləsuvar RİPŞ-nin rəisi X19, Biləsuvar RİPŞ-nin Böyük icra məmuru X8, Biləsuvar RİPŞ-nin icra məmuru X11, "xxxx" ASC-nin inzibatçılıq şöbəsinin baş mütəxəssisi X26 və digər iştirakçıların öz imzaları ilə təqdiqlədikləri xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Məhkəməsinin 2(006)-227/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Cavabdeh faktiki mülkiyyətində olan ünvan 3 ünanında yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisədə olundu. Həmin əmlak kompleksinin tələbkarın nümayəndəsinə təhvil verildi.
23. İş materiallarından görünür ki, “İcarəyə verən” "xxxx" ASC ilə “İcarəçi” X38 arasında bağlanan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən “İcarəyə verən” "xxxx" ASC mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X29 fəaliyyət göstərməsi üçün xx.xx.2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək icarəyə verilmişdir.
24. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun EB/02-2978/2025 nömrəli xx.xx.2025-ci hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillər nəticəsində, müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədə yerləşən obyektlərin xx.xx.2022-ci il tarixdən xx.xx.20223-cü il tarixədək (13 ay) olan dövrdə obyektin icarə haqqı aylıq 5112 manat olmaqla, (5112*13=66456) yuvarlaq 66.400 (altmış altı min dörd yüz) manatdır.
25. İddiaçının Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisənin birinci mərtəbəsində yerləşən və Cavabdeh istifadəsində olan sahənin 3 (üç) təqvim günü ərzində boşaldılaraq təhvil verilməsi və 15 avqust 2022-ci il tarixdən etibarən aylıq 300 (üç yüz) manat məbləğində hesablanmış icarə haqqının ödənilməsi xahiş edilmiş, əks təqdirdə əsassız olaraq başqasının əmlakından istifadə etmək, gəlir əldə etmək və əmlakı israf etməklə bağlı qanunazidd hərəkətləriniz davam edərsə qanunvericiliyin tələbləri çərçivəsində məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
26. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 344 manat dövlət rüsumu ödənilmişdir.
27. Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/4-2025 nömrəli hesab –fakturadan görünür ki, qiymətləndirmə ekspertizasına görə xidmət haqqı 500 manat təşkil edir.
b) Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. -152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. -21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Məhkəmə baxışının hədləri:
-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
30. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
31. Məhkəmə, ilkin olaraq vurğulayır ki, hazırki mübahisə əşya hüquqi münasibətlərdən irəli gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş müddəalara istinad edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlakdan hər hansı bir hüquqi əsas olmadan istifadə və faydalanmağa görə dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin ödənilməsini tələb edir. Buna görə də, məhkəmə hesab edir ki, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 157-ci maddələrinin müvafiq müddəaları tətbiq edilməldir.
32. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədinin icrası nəticəsində Cavabdeh mülkiyyətində və ipoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisə hərracın yekunları barədə protokol əsasında İddiaçı ASC tərəfindən əldə edilmişdir. ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun onun üzərindəki əmlak kompleksi kimi müəssisə hazırda İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin qeyd edilən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilmişdir.
33. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(022)-107/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Feyzullayev X10 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsində yerləşən qeyri -yaşayış obyektlərinin icarədarları icarəyə götürdükləri obyetklərin icra sənədinə əsasən "xxxx" ASC-yə təhvil veriləcəyi barədə məlumatlandırılmış və onlara xəbərdarlıq edilmişdir.
34. İşin araşdırılan hallarına əsasən ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun qeydiyyata alındığı xx.xx.2022-ci il tarixədək, həmin əmlakın mülkiyyətçisinin Cavabdeh olması işin mübahisə edilməyən halını, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə cavabdehin İddiaçı ASC-nin mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisədən qanunsuz olaraq istifadəsi və bu istifadə nəticəsində iddiaçıya ziyan vurulması isə işin mübahisəli halını təşkil edir.
35. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********937700 nömrəli məktubundan müəyyən olunur ki, aparılmış araşdırma nəticəsində ünvan 7 ünvanında yerləşən obyektdə vergi ödəyiciləri X34, X35, X36, X28, X25 və Cavabdeh (VÖEN:**********) fəaliyyət göstərməsi müəyyən edilmişdir.
36. İş materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 13-69/2-9593/23 nömrəli məktubundan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən “Nuran Palace” şadlıq sarayının birinci mərtəbəsində yerləşən obyektlər X28, X34, X35 tərəfindən istifadə olunur.
37. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********937700 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində ünvan 7 ünvanında yerləşən obyektdə vergi ödəyiciləri X34, X35, X36, X28, X25 və Cavabdeh (VÖEN:**********) fəaliyyət göstərməsi müəyyən edilmişdir.
38. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Akt”dan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu Məhkəməsinin 2(006)-227/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Cavabdeh faktiki istifadəsində olan ünvan 3 ünanında yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisə hazırki iş üzrə iddiaçının nümayəndəsinə təhvil verilmişdir. 39.Məhkəmə iş materiallarında olan dəlillərə əsasən hesab edir ki, ünvan 3 ünanında yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisə xx.xx.2022-ci il tarixdən iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyi və istifadəsi ilə əlaqədar iddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə tam olaraq həyata keçirə bilməmişdir.
40. Bu baxımdan məhkəmə iddiaçının “iddiaçı əmlak üzrərində tam olaraq mülkiyyət hüquqlarını xx.xx.2023-cü il tarixdən etibarən həyata keçirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə bütün əmlakın icarəyə verilməsi ilə bağlı X38 ilə Bank arasında icarə müqavilələri bağlanmışdır.” dəlili ilə qismən razılaşır və məhkəmə qeyd edir ki, qeyd olunan əmlakın iddiaçıya təhvil verildiyi tarixin müvafiq aktla xx.xx.2023-cü il olaraq təsdiq edilməsi nəzərə alınmalıdır.
41. Məhkəmə yuxarıd göstərilnləri ümumiləşdirirək qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Ona görə də, cavabdehə qarşı hazırki müraciət etməkdə haqlı olmuşdur. Lakin məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-nin mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisədən qanunsuz olaraq istifadən irəli gələn vurulmuş ziyan olaraq 84500 manat məbləğində pul vəsaitinin tutulmasına aid hissədə iddianı qismən əsaslı hesab edir.
42. Ona görə ki, iş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun EB/02- 2978/2025 nömrəli xx.xx.2025-ci hesabatında ünvan 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədə yerləşən obyektlərin xx.xx.2022-ci il tarixdən xx.xx.20223-cü il tarixədək (13 ay) olan dövrdə obyektin icarə haqqı aylıq 5112 manat olmaqla, (5112*13=66456) yuvarlaq 66.400 (altmış altı min dörd yüz) manat müəyyən edilmişdir.
43. Məhkəmə göstərilənləri və AR Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı əmlakın mülkiyyətçisi olaraq cavabdehdən “əmlakın onda olduğu bütün vaxt ərzində” zərərin əvəzini tələb edə bilər. İş materialları ilə bu müddətin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etdiyi müəyyən olunur. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin həcminin əsaslılığına hüquqi qiymət verilərkən Mərkəzi Ekspertiza Bürosunun EB/02-2978/2025 nömrəli xx.xx.2025-ci hesabatında müəyyən edilən aylıq icarə haqqı məbləği nəzərə alınmalıdır.
44. Məhkəmə ona görə də, belə hesab edir ki, obyektin icarə haqqı aylıq 5112 manat olduğundan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr (12 ay, 15 gün) üzrə obyektin icarə haqqı ümumilikdə (5112*12 ay 15 gün) 63900 manat təşkil edir.
Məhkəmə xərcləri:
45. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 344 manat dövlət rüsumunun 281,7 manatı cavabdehə, 62,3 manatı isə iddiaçının özünə aid edilməlidir.
46. Qiymətləndirmə ekspertizasına görə xidmət haqqının dəyəri olan 500 (beş yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 378 manatı cavabdehdən, 122 manatı isə iddiaçıdan tutularaq, Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: X54 kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTA AZ22, Müxbir hesab: AZ61NABZ********************, Benefisiarın adı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın hesabı: AZ26RBTA********************, Benefisiarın VÖEN-i: **********) köçürülməlidir.
Nəticə:
47. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh əldən çıxmış faydanın əvəzi kimi 63900 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 344 manat dövlət rüsumunun 281,7 manatı cavabdehə aid ediməli və ondan tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan dövlət rüsumunun 62,3 manatı isə iddiaçının özünə aid edilməli, Qiymətləndirmə ekspertizasına görə xidmət haqqının dəyəri olan 500 (beş yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 378 manatı cavabdehdən, 122 manatı isə iddiaçıdan tutularaq, Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: X54 kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTA AZ22, Müxbir hesab: AZ61NABZ********************, Benefisiarın adı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın hesabı: AZ26RBTA********************, Benefisiarın VÖEN-i: **********) köçürülməlidir.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh əldən çıxmış faydanın əvəzi kimi 63900 manat və ödənilmiş dövlət rüsumuna görə 281,7 manat olmaqla, cəmi 64181.7 (altmış dörd min bir yüz səksən bir manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 62,3 (altmış iki manat, otuz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qiymətləndirmə ekspertizasına görə xidmət haqqının dəyəri olan 500 (beş yüz) manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 378 manatı Cavabdeh, 122 manatı isə İddiaçı ASC-dən tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: X54 kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTA AZ22, Müxbir hesab: AZ61NABZ********************, Benefisiarın adı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın hesabı: AZ26RBTA********************, Benefisiarın VÖEN-i: **********) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev