Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3391/2025 07.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 214.35 manat (iki yüz on dörd manat otuz beş qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehin istifadəsində olan və iddiaçıya məxsus tokenin (nəzarət mexanizm qurğusunun) iddiaçıya təhvil verilməsi, habelə onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş 30 manat (otuz manat) məbləğində xidmət haqqının cavabdeh tərəfindən ödənilərək onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üzrə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-3391/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-C.Z.H-001 saylı və NBA-C.Z.H-002 saylı 02 mart 2023-cü il tarixli alqı-satqı və xidmət müqavilələri imzalanmışdır. Həmin Müqavilələrə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə mallar satılmış, müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən satılan mallara, göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin İddiaçıya ümumilikdə 687.35 manat (altı yüz səksən yeddi manat otuz beş qəpik) borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 473 manat (dörd yüz yetmiş üç manat) hissəsini hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırki tarixədək İddiaçıya ümumilikdə 214.35 manat (iki yüz on dörd manat otuz beş qəpik) borcu qalmışdır. İddiaçı və Cavabdeh arasında imzalanmış NBA-C.Z.H-002 saylı 02 mart 2023-cü il tarixli xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün Cavabdeh istifadəsində olan İddiaçıya məxsus tokeni (nəzarət mexanizm qurğusunu) İddiaçıya təhvil verməli və qeydiyyatdan çıxarılma üçün Tərəflər arasında imzalanan NBA-C.Z.H-001 saylı 02 mart 2023-cü il tarixli müqavilənin 5.8-ci maddəsində nəzərdə tutulmuş 30 manat (otuz manat) məbləğində xidmət haqqını ödəməlidir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. İş materiallarında olan Cavabdeh (“Sifarişçi” – VÖEN: **********) və İddiaçı MMC (“İcraçı”) arasında xx.xx.2023-cü il tarixli, NBA-C.Z.H-001 nömrəli müqavilənin: -1.1-ci bəndinə əsasən Bu Müqavilə ilə İcraçı Sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə Sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə "Mal" adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə "Xidmət" adlandırılacaq) göstərməyini, Sifarişçi isə İcraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş Mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. -2.1-ci bəndinə əsasən Bu Müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların ve xidmətlərin təsnifatı ilə Razılaşma Protokollarının (bundan sonra "Protokol") ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq İcraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir. -2.4-cü bəndinə əsasən Müqavilə üzrə təqdim olunmuş mallar İcraçı tərəfindən qaiməfaktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, hesabfakturanın təqdim edildiyi tarixdən sonrakı bank 5 (beş) iş günü ərzində həyata keçirilir. -4.2.1-ci bəndinə əsasən, Bu müqaviləyə aid protokollarla müəyyən olunmuş miqdarda və keyfiyyətdə icraçı tərəfindən təqdim olunmuş malları, göstərilmiş xidmətləri müvafiq sənədlər əsasında təhvil alır və bunun müqabilində həmin protokolda gösərilmiş dəyərini ödəyir. -5.7-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri bu Müqavilə üzrə ödəməli olduğu cəriməni, dəymiş zərərin əvəzini, digər tərəfin yazılı xəbərdarlığını aldığı gündən etibarən 10 (on) bank iş günü ərzində ödəməlidir. - 5.8-ci bəndinə əsasən Sifarişçi kassa aparatının ləğvi üçün müraciət etdikdən sonra müvafiq sənədlər əsasında tokeni İcraçıya təhvil verməli və İcraçının bank hesabına 30 AZN ödəniş etdikdən sonra ləğv prosesi həyata keçirilir. - 5.9-cu bəndinə əsasən Kassa və tokenin qeydiyyatdan çıxarılması (qeydiyyatın ləğv olunması) kassa operator şirkətinin inzibati ofisinə yaxınlaşmaqla təqdim edilməlidir.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, NBA-C.Z.H-002 nömrəli müqaviləyə 1 saylı əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, 1 ədəd PAX A620 markalı kassa aparatının dəyəri ƏDV daxil olmaqla 389,99 manat təşkil edir.
12. İş materiallarında olan Cavabdeh (“Sifarişçi”) və İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NBA-C.Z.H-002 nömrəli xidmət müqaviləsinin: -1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən Sifarişçi göstərilən servis xidməti üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində pul vəsaitinin İcraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir. -2.3-cü bəndinə əsasən göstərilən hər bir xidmətin ödənişi aşağıda qeyd olunan sənədlərə əsasən həyata keçirilir: -2.3.1. xidmətlərin göstərilməsinə dair akt; -2.3.2. qiymətlərin razılaşma protokolu; -2.3.3. Elektron qaimə faktura.
13. Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 1-də göstərilən aylıq servis xidmətinin dəyəri 16,52 (ƏDV daxil) manat qeyd edilmişdir.
14. İş materiallarında olan İddiaçı MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, NBA-CZH-002 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən Bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş Sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 (beş) iş günü ərzində həyata keçiriləcək. -2.2-ci bəndinə əsasən ödəniş həyata keçirildikdən sonra İcraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər Sifarişciyə təqdim edilməlidir: -2.3.1. xidmətlərin göstərilməsinə dair akt; -2.3.2. Elektron qaimə faktura.
15. İş materiallarında olan Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu görünür ki, PAX A620, miqdarı 1 ədəd olmaqla yekun məbləğ ƏDV daxil 389,99 manat təşkil edir.
16. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 214,35 manat məbləğində xidmətlər göstərilmişdir.
17. İş materiallarında olan Maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən satılmış kassa aparatına və göstərilmş dəstək xidmətinə görə Cavabdeh (VÖEN: **********) müqavilə üzrə müvafiq borc öhdəliyi ümumilikdə 214,35 manat təşkil edir.
18. İş materiallarında olan İddiaçı MMC tərəfindən “Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 02 mart 2023-cü il tarixli NBA-C.Z.H-002 saylı müqavilə üzrə yaranmış 214,35 manat borcun 3 iş gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
19. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). -11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. -6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 4.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə, işin materiallarını hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh xidmət müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər yazılı qaydada həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdən göründüyü kimi iddiaçı cavabdehin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə "Mal" adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə "Xidmət" adlandırılacaq) göstərməyini, cavabdeh isə iddiaçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş Mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir.
25. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə “İcraçı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, müqavilə üzrə tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
26. Eyni zamanda iş materiallarında olan elektron qaimələr, təhvil-təslim aktı, qiymətlərin razılaşdırılması protokolları və maliyyə arayışından müəyyən olunur ki, iddiaçı tərəfindən satılmış kassa aparatına və göstərilmş dəstək xidmətinə görə cavabdehin borcu ümumilikdə 214,35 manat təşkil edir. Ona görə də, məhkəmə iddianı göstərilən hissədə əsaslı hesab edir.
27. Bundan başqa, tərəflər arasında bağlanmış müqvilənin 5.8-ci bəndinə əsasən “Sifarişçi” (cavabdeh) kassa aparatının ləğvi üçün müraciət etdikdən sonra müvafiq sənədlər əsasında “token”i “İcraçı”ya (iddiaçıya) təhvil verməli və “İcraçı”nın bank hesabına 30 AZN ödəniş etdikdən sonra ləğv prosesi həyata keçirilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh üzərinə istifadəsində olan və iddiaçıya məxsus “Token”in (nəzarət mexanizm qurğusunun) İddiaçı MMC-yə təhvil verilməsi və onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün müqavilədə nəzərdə tutulmuş 30 manat (otuz manat) məbləğində xidmət haqqı ödənilməklə onlayn kassa cihazının qeydiyyatdan çıxarılması öhdəliyi qoyulması”na aid hissədə də əsaslıdır.
28. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 214,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
29. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 214,35 (iki yüz on död manat, otuz beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh üzərinə istifadəsində olan və iddiaçıya məxsus “Token”in (nəzarət mexanizm qurğusunun) İddiaçı MMC-yə təhvil verilməsi və İddiaçı MMC-nin bank hesabına 30 (otuz) məbləğində xidmət haqqı ödənilməklə onlayn kassa cihazının qeydiyyatdan çıxarılması öhdəliyi qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev