Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3515/2025 28.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı cavabdeh X3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X1 8700,10 (səkkiz min yeddi yüz manat 10 qəpik) pul vəsaitinin, ödənilmiş 110.25 (bir yüz on manat iyirmi beş qəpik) manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkil ilə bağlanmış müqavilə üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pul vəsaitinin cavabdeh X1 tuturalaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X1 8700,10 manat borc və ödənilmiş dövlət rüsumuna görə 110.25 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) ilə cavabdeh X4 (bundan sonra – cavabdeh) arasında 10 iyun 2019-cu il tarixli, 2604 saylı “Xidmət müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh Azərbaycan Respublikasının ərazisində iddiaçının abunəçiləri tərəfindən mobil operatorlar, internet provayderlər, kommunal xidmətlər və digər xidmət operatorları üzrə ödənişlərin müqavilədə müəyyən edilmiş ödəniş məntəqələri tərəfindən yığılmasını və toplanmış vəsaitlərin iddiaçının hesabına ödənilməsini təmin etməli idi. İddiaçı isə buna müvafiq olaraq cavabdehə xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bildiririk ki, 2019-cu ilin iyun ayından 2024-cü ilin yanvar ayınadək olan dövr ərzində ödəniş məntəqələri tərəfindən ümumilikdə 514935,53 (beş yüz on dörd min doqquz yüz otuz beş manat 53 qəpik) pul vəsaiti toplanmış, həmin vəsaitin 506235,43 (beş yüz altı min iki yüz otuz beş manat 43 qəpik) manatı iddiaçının hesabına köçürülmüş, lakin qalan 8700,10 (səkkiz min yeddi yüz manat 10 qəpik) pul vəsaiti müqavilənin şərtlərinə zidd olaraq bu günə qədər ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, nəticə əldə edilməmiş, borc məbləği bu günə qədər ödənilməmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddianı azaldılmış həcmdə müdafiə edərək, cavabdeh tərəfindən ödəniş olunmadığını bildirdi. İddianın təmin olunmasını xahiş etdi.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
8. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan İddiaçı MMC MMC (Şirkət) X4 (agent, VÖEN:**********) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 2604 saylı xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində “Şirkət"-in abunəçiləri və ödəyiciləri tərəfindən "Şirkət"-in texniki imkanları çərçivəsində mobil operator müəssisələri şəbəkəsi, İnternet servis provayderlər (İSP), kommunal xidmətlər və digər xidmət operatorları üzrə edilən ödəmələrinin “Agent” tərəfindən Müqavilədə müəyyən edilən ödəmə Qəbulu Məntəqələri (ÖQM) ilə yığılması və yığılmış vəsaitlərin “Şirkət“-in bu Müqavilədə qeyd olunmuş hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin ( bundan sonra “Xidmət” adlandırılacaq) göstərilməsi və "Şirkət" tərəfindən bu Müqavilənin şərtlərinə uyğun Agentə xidmət haqqının ödənilməsi ilə Tərəflər arasında Müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. 3.1-ci bəndinə əsasən, "Agent" həftə ərzində hər gün yığılan bütün pul vəsaitlərini hər növbəti iş günü saat 18 00-dən gec olmayaraq "Şırkət"-in Müqavilədə qeyd olunan hesablaşma hesabına köçürülməsini təmin edir. Əgər bu günlər qeyri-iş günlərinə təsadüf edərlərsə, onda ödəmələr sonrakı ilk iş günü həyata keçirilməlidir 3.2-ci bəndinə əsasən, Müqavilənin 1.1 bəndinə uyğun olaraq "Agenf’-in yerinə yetirilmiş Xidmət müqabilində "Şirkət" tərəfindən “Agent"-ə ödəniləcək xidmət haqqı bu Müqavilənin 01 saylı Əlavəsi ilə müəyyən olunur. 3.3-cü bəndinə əsasən, Bu Müqavilə əsasında "Agent" tərəfindən yerinə yetirilmiş Xidmətin aylıq nəticələrim təsdiq etmək üçün Tərəflər Müqavilə ilə müəyyən edilmiş qaydada Üzləşmə aktı imzalayır. Bu Müqaviləyə əsasən Üzləşmə aktı 2 (iki) nüsxədə növbəti ayın 10-a kimi "Agent" tərəfindən tərtib olunur və "Şirkət"-ə təqdim edilir. Təqdim tarixindən sonrakı 10 (on) iş günü ərzində akt "Şirkət" tərəfindən təsdiq olunur və ya təsdiq olunmadığı təqdirdə əsaslandırılmış qaydada yazılı cavablandırılır. 3.4-cü bəndinə əsasən, “Şirkət" “Agent"-ə xidmət haqqını Azərbaycan Manatı ilə ödəyir.
11. İş materiallarında olan İddiaçı MMC tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC və digər tərəfdən agent adlandıracaq Cavabdeh arasında imzalanmış 2604 (xx.xx.2019) tarixli agent müqaviləsinə əsasən, agent tərəfindən 2019-cu ilin iyun ayından 2024-cü ilin yanvar ayınadək (dövr) aşağıda adları çəkilən servislər üzrə, 514935,53 manat yığım sistemə daxil etmişdir, 506235,43 manat "xxxx" MMC-yə ödənilmiş, 8700,10 manat borcu qalmışdır.
12. İş materiallarından görünür ki, İddiaçı cavabdeh X3 pretenziya məktubu göndərilmişdir.
13. İş materiallarında olan **********09 nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 110,25 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). -11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. -6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 4.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
17. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
18. Məhkəmə, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində xidmət müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, Azərbaycan Respublikası ərazisində “Şirkət"-in (iddiaçının) abunəçiləri və ödəyiciləri tərəfindən "Şirkət"-in texniki imkanları çərçivəsində mobil operator müəssisələri şəbəkəsi, İnternet servis provayderlər (İSP), kommunal xidmətlər və digər xidmət operatorları üzrə edilən ödəmələrinin “Agent” (cavabdeh) tərəfindən Müqavilədə müəyyən edilən ödəmə Qəbulu Məntəqələri (ÖQM) ilə yığılması və yığılmış vəsaitlərin “Şirkət“-in cavabdeh ilə aralarında bağlanmış Müqavilədə qeyd olunmuş hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin ( bundan sonra “Xidmət” adlandırılacaq) göstərilməsi və "Şirkət" tərəfindən bu Müqavilənin şərtlərinə uyğun Agentə xidmət haqqının ödənilməsi ilə tərəflər arasında Müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir.
19. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
20. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
21. İş materiallarından göründüyü kimi iddianın faktiki hüquqi əsasını cavabdeh X2 Azərbaycan Respublikasının ərazisində iddiaçının abunəçiləri tərəfindən mobil operatorlar, internet provayderlər, kommunal xidmətlər və digər xidmət operatorları üzrə ödənişlərin müqavilədə müəyyən edilmiş ödəniş məntəqələri tərəfindən yığılmasını və toplanmış vəsaitlərin iddiaçının hesabına ödənilməsini təmin etmək öhdəliyini yerin yetirməməsi təşkil edir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2019-cu ilin iyun ayından 2024cü ilin yanvar ayınadək olan dövr ərzində ödəniş məntəqələri tərəfindən ümumilikdə 514935,53 (beş yüz on dörd min doqquz yüz otuz beş manat 53 qəpik) pul vəsaiti toplanmış, həmin vəsaitin 506235,43 (beş yüz altı min iki yüz otuz beş manat 43 qəpik) manatı iddiaçının hesabına köçürülmüş, lakin qalan 8700,10 (səkkiz min yeddi yüz manat 10 qəpik) pul vəsaiti müqavilənin şərtlərinə zidd olaraq bu günə qədər ödənilməmişdir.
23. Məhkəmə qeyd olunan nəticəyə gələrkən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin iddia ərizəsinə qarşı etiraz və bu etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməməsini nəzərə alır.
24. Məhkəmə, həmçinin qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquq xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8700,10 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
27. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 110,25 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
Nəticə:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh 8700,10 (səkkiz min yeddi yüz manat, on qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 110,25 (bir yüz on manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir..
Hakim Rəmzi Nəbiyev