Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-365/2023 03.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı – cavabdehdən ödənilməmiş icarə haqqının alınması və.s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh Tarıverdi oğluna 2.70 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 06 iyul 2017-ci il tarixli, 12 saylı Qərarın və həmin tarixli İcarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 06 iyul 2017-ci il tarixli, 12 saylı qərarı ilə Beyləqan rayonun İmamverdili kənd sakini Cavabdeh Tarıverdi oğluna 2.70 ha örüş torpaq sahələri hevandarlığın inkişafı üçün icarəyə verilmiş və İcarə müqaviləsi bağlanılmışdır.Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq örüş sahəsində torpağın təyinatını dəyişərək əkin işləri aparmışdır. O, İddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsinə dair imzalanmış İcarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İXM-nin 247.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşlar. İddiaçı 06 iyul 2017-ci il tarixli, 12 saylı qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzüvləri və kənd sakinləri tərəfindən 17 noyabr 2020-ci il tarixliakt tərtib olunmuşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə İdarəsinin iclasında müzakirə olunaraq Cavabdeh Tarıverdi oğluna 2.70 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 06 iyul 2017-ci il tarixli, 12 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə 23 oktyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-365/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı - Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 2.70 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 06 iyul 2017-ci il tarixli, 12 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi İddiaçı Cavabdeh 2.70 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 06 iyul 2017-ci il tarixli, 12 saylı qərarın, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Sonradan iddiaçı “İddia ərizəsinə dəqiqləşmə verilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tarıverdi oğlundan hal-hazıradək ödənilməmiş 1930 (bir min doqquz yüz otuz) manat icarə haqqının, 100 (bir yüz) manat vəkilə ödənilmiş pul məbləğinin və 60 (altmış) manat mediasiya ödənişinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddia ərizəsinə dəqiqləşmə verilməsinə dair” ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdeh iş üzrə mübahisə predmeti olan torpaq sahəsini könüllü olaraq iddiaçıya təhvil verdiyindən mübahisə məhkəmədən kənar qaydada həllini tapmış, lakin iddianın pul tələbi ilə bağlı hissəsi üzrə mübahisə həll olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 2.7 ha torpaq sahəsi xx.xx.2066-ci il tarixədək, icarə haqqı illik 170 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan 2.70 ha torpaq sahəsi Cavabdeh xeyrinə yüklü edilərək icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ödəməli olduğu icarə haqqı 2019-cu il üzrə 229,50 manat məbləğində, 2020- 2023-cü illər üzrə isə 540 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Cavabdeh 2020-ci və 2021-ci illərdə icarə haqqı üzrə 229,50 manat məbləğində ödənişlər etmiş, cəmi 1930,50 manat məbləğində qalıq borcu qeyd edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” M.Ş.C/1/00277 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 40 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli, sm2301-02 saylı qəbzin surətindən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına X4 tərəfindən Vəkil göstərdiyi hüquqi xidmətə görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı arasında 02 noyabr 2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1ində yerləşən İddiaçı mülkiyyətində olan 2.70 ha örüş torpaq sahəsi xx.xx.2066-cı il tarixədək, icarə haqqı məbləği illik 170 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. Məhkəmə, ilk öncə iddiaçının “hal-hazıradək ödənilməmiş 1.930,50 manat icarə haqqının ödənilməsi” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin icarə müqaviləsinə əsasən Cavabdeh illik icarə haqqı üzrə 170 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışında, o cümlədən iddiaçının nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarda cavabdehin 2019-cu il üzrə 229,50 manat, 2020-ci il üzrə 540 manat, 2021-ci il üzrə 540 manat, 2022-ci il üzrə 540 manat, 2023-cü il üzrə isə 540 manat olmaqla, ümumilikdə 1.930,50 manat borcunun olduğu qeyd olunsa da icarə məbləğinin artırılması ilə bağlı tərəflər arasında bağlanmış icarə müqaviləsinə hər hansı yazılı razılaşmanın və ya dəyişikliyin olduğu iş materiallarında olan sənədlərlə müəyyən olunmur. Halbuki, icarə müqaviləsi bağlanarkən icarə haqqı məbləği 170 manat müəyyən edilmişdir. Cavabdeh öz növbəsində icarə müqaviləsi ləğv olunana (05 yanvar 2023-cü il tarixə) qədər ümumilikdə 459 manat ödəniş etmişdir. Qeyd olunan ödənişlər iddiaçının təqdim etdiyi maliyyə arayışında da qeyd olunmuşdur. İddiaçının nümayəndələri məhkəmə iclasında verdiyi izahatlarla icarə haqqı məbləğinin artırılması ilə bağlı cavabdehə bildiriş göndərildiyini bildirsələr də həmin bildirişin göndərildiyini və çatdırılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, eyni zamanda bildirir ki, cavabeh Cavabdeh İddiaçı mülkiyyətində olan 2.70 ha torpaq sahəsindən artıq çıxdığından iddiaçının 2023-cü il üzrə icarə haqqını tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, ödənilməyən icarə haqqı dövrü 2019-2022-ci illər, illik icarə haqqı məbləği isə müqavilədə qeyd olunduğu kimi, yəni 170 manat müəyyən edilməlidir. Belə olduğu təqdirdə 2019-2022-ci illər üzrə ödənilməmiş icarə haqqı məbləği 680 (170 manat*4 il=680 manat) təşkil edir. Cavabdeh tərəfindən 2019-2022-ci illər üzrə ümumilikdə 459 manat icarə haqqının ödənildiyi nəzərə alınaraq cavabdehin 2019-2022-ci illər üzrə icarə haqqı üzrə borcu 221 manat təşkil edir. Bundan əlavə, cavabdeh tərəfindən icarə haqqının tam və ya qismən ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, 221 manat məbləğində icarə haqqı iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, iddiaçının “hal-hazıradək ödənilməmiş 1.930 manat icarə haqqının ödənilməsi” tələbi qismən əsaslıdır. Buna görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 100 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 80 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 40 manat ödənildiyindən, 40 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddia “60 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 221 manat məbləğində icarə haqqı, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 40 manat olmaqla, ümumilikdə 341 (üç yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-365/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-365/2023
03.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver