Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3661/2024 29.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən yaranmış 1.181,50 manat qalıq borcunun və 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC -yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh (bundan sonra “Alıcı”) arasında 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 və 2 saylı əlavələrində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə (1,2) əsasən Cavabdeh oğluna İddiaçı tərəfindən ümumi dəyəri 1.504,75 manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 saylı əlavələr ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxsin bugünki günə 1.181,50 manat qalıq borcu mövcuddur. Qeyd olunan şəxs ümumi olaraq 1.181,50 manat borcunu İddiaçınə geri qaytarmamışdır. Yekun olaraq qeyd edilir ki, 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam 1.181,50 manat dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisə tərəfindən cavabdeh şəxs Cavabdeh 25 fevral 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yuxarıda qeyd edilən 1.181,50 manat dəyərindəki borcunu ödəməsi üçün ona xx.xx.2024-cüil tarixində elektron pretenziya məktubları göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Beləliklə, cavabdeh yenə öz öhdəliyini icra etməmiş və ödənişləri həyata keçirməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun rəsmi qeydiyyat ünvanı üzrə bildiriş göndərilmiş, cavabdeh tərəfindən iddia tələbinə qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 saylı konsiqnasiya müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, satıcı alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satmağı, alıcı isə malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, alcının vəzifəsi malların satışını həyata keçirməkdir. Həmin müqavilənin 2.1.4-cü yarımbəndinə əsasən, Həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmin müqavilənin 2.1.10-cu yarımbəndinə əsasən, Alıcı malları Satıcı tərəfindən tövsiyə edilən qiymətlərdən aşağı satmamalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 nömrəli aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 929,35 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 02 nömrəli aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 575,40 manat məbləğində mallar təhvil verilmişdir. Təhvil-təslim aktı İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixli, 119/GM/24 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 nömrəli konsiqnasiya müqaviləsinə əsasən 1.181,5 manat əsas borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 10 iyul 2024cü il tarixli, 055/CEC24 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 25 fevral 2020-ci il tarixli, 061-SSF-GM/20 nömrəli konsiqnasiya müqaviləsi təşkil edir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının alqı-satqı və konsiqnasiya müqavilələri üzrə Cavabdeh malları təhvil verməsi, sonuncunun isə həmin mallara dair borcunun olması işin mübahisəsiz halını təşkil edir. Odur ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 1.181,50 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.181,5 manat əsas borc, 32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.213,5 (bir min iki yüz on üç manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-3661/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3661/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver