Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-367/2023 03.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı – cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh 7.15 ha. örüş torpaq sahələri hevandarlığın inkişafı üçün icarəyə verilmiş və İcarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq örüş sahəsində torpağın təyinatını dəyişərək əkin işləri aparmışdır. O, İddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsinə dair imzalanmış İcarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İXM-nin 247.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşlar. İddiaçı 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzüvləri və kənd sakinləri tərəfindən 17 noyabr 2020-ci il tarixli akt tərtib olunmuşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə İdarəsinin iclasında müzakirə olunaraq cavabdehə 7.15 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə 23 oktyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması səbəbindən İddiaçınə küllü miqdarda ziyan dəymişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-367/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı - Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi İddiaçı Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarın, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Sonradan iddiaçı “İddia ərizəsinə dəqiqləşmə verilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair Qərarının və 02 iyul 2018-ci il tarixli İcarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli, 462579 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və hal-hazıradək ödənilməmiş 5120 (beş min yüz iyirmi) manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 (bir yüz) manat vəkilə ödənilmiş pul məbləğinin və 60 (altmış) manat mediasiya ödənişinin cavabdehdən alınaraq Beyləqan rayon İmamverdili Bələdiyyəsinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı - Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, hal-hazıradək ödənilməmiş 5.120 manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya ödənişinin cavabdehdən alınaraq İddiaçı hesabına köçürülməsi hissəsində icraata qəbul edilməsi, qalan hissədə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 931 saylı rəydən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 71500 kv.m (7.15 ha) torpaq sahəsi Beyləqan rayon İmamverdili bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı kateqoriyalı, kənd təsərrüfat təyinatlıdır. Uqodiyası örüş aiddir, bonitet balı 45, İİİ keyfiyyət qrupuna daxildir və icarə predmetidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən İddiaçı mülkiyyətində olan 7.15 ha torpaq sahəsi xx.xx.2033-cü il tarixədək, icarə haqqı illik 525 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan 7.15 ha torpaq sahəsi Cavabdeh xeyrinə yüklü edilərək icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən Beyləqan rayonu, İmamverdilər kənd sakini Cavabdeh barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” MN ******* saylı protokolun suətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ona icarəyə verilmiş örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri aparmışdır. Nəticədə, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 17 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 7.15 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və Bəhram Abdullayevin icarəsində olan 7.15 ha örüş otlaq sahəsində arpa və pambıq bitkisi əkilməsi müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 16 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 7.15 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və İmamverdilər kənd sakini Cavabdeh icarəsində olan 7.15 hektar örüş otlaq sahəsinin 2.30 hektar ərazisində arpa bitkisi əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2020-ci il tarixli, 45 saylı bildirişdən görünür ki, bələdiyyə cavabdehə məktub göndərərək İmişli Regional Ədliyyə idarəsinin tövsiyyəsi və bazar iqtisadiyyatının tələblərini nəzərə alaraq İmamverdili bələdiyyəsi 31 may 2020-ci il tarixli 06 saylı iclasının qərarı ilə torpaqların hər hektarının illik icarə qiymətinin minimum məbləğinin əkinə yararlı torpaq üçün 350 manat, qismən yararlı torpaq üçün 250 manat, örüş sahələri üçün 200 manat olduğu qərara alınmışdır. Bu barədə cavabdehin bələdiyyəyə gələrək yeni müqavilə şərtləri ilə razılaşması barədə rəsmi məlumat verilməsi cavabdehə təklif olunmuşdur. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 2019-2022-ci illər üzrə 5.210 manat məbləğində icarə haqqı üzrə borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” M.Ş.C/1/00278 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin sədri X4 tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli, sm2301-04 saylı qəbzin surətindən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına X4 tərəfindən Vəkil1 göstərdiyi hüquqi xidmətə görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı arasında 02 iyul 2018-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən İddiaçı mülkiyyətində olan 7.15 ha örüş torpaq sahəsi xx.xx.2033-cü il tarixədək, icarə haqqı məbləği illik 525 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. Məhkəmə, ilk öncə iddiaçının “hal-hazıradək ödənilməmiş 5.120 manat icarə haqqının ödənilməsi” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin icarə müqaviləsinə əsasən Cavabdeh illik icarə haqqı üzrə 525 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışında, o cümlədən iddiaçının nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarda cavabdehin 2019-cu il üzrə 620,50 manat, 2020-ci il üzrə 1.430 manat, 2021-ci il üzrə 1.430 manat, 2022- ci il üzrə 1.430 manat, 2023-cü il üzrə isə 1.430 manat olmaqla, ümumilikdə 5.210 manat borcunun olduğu qeyd olunsa da icarə məbləğinin artırılması ilə bağlı tərəflər arasında bağlanmış icarə müqaviləsinə hər hansı yazılı razılaşmanın və ya dəyişikliyin olduğu iş materiallarında olan sənədlərlə müəyyən olunmur. Halbuki, icarə müqaviləsi bağlanarkən icarə haqqı məbləği 525 manat müəyyən edilmişdir. Cavabdeh də öz növbəsində icarə müqaviləsi ləğv olunana (05 yanvar 2023-cü il tarixə) qədər ümumilikdə 1.220,50 manat ödəniş etmişdir. Qeyd olunan ödəniş iddiaçının təqdim etdiyi maliyyə arayışında da qeyd olunmuşdur. İddiaçının nümayəndələri məhkəmə iclasında verdiyi izahatlarla icarə haqqı məbləğinin artırılması ilə bağlı cavabdehə bildiriş göndərildiyini bildirsələr də həmin bildirişin göndərildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, eyni zamanda bildirir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi iddiaçının icarə müqaviləsinin ləğvi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə göndərdiyi bildirişə əsasən ləğv olunduğundan iddiaçının 2023-cü il üzrə icarə haqqını tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, ödənilməyən icarə haqqı dövrü 2019-2022-ci illər, illik icarə haqqı məbləği isə müqavilədə qeyd olunduğu kimi, yəni 525 manat müəyyən edilməlidir. Belə olduğu təqdirdə 2019-2022-ci illər üzrə ödənilməmiş icarə haqqı məbləği 2.100 manat (525 manat*4 il=2.100 manat) təşkil edir. Cavabdeh tərəfindən də 2019-2022-ci illər üzrə ümumilikdə 1.220,50 manat icarə haqqının ödənildiyi nəzərə alınaraq cavabdehin 2019-2022-ci illər üzrə icarə haqqı üzrə borcu 879,50 manat təşkil edir və həmin borc iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Məhkəmə, sadalanan xüsusatlara əsasən hesab edir ki, iddiaçının “hal-hazıradək ödənilməmiş 5.120 manat icarə haqqının ödənilməsi” tələbi qismən əsaslıdır. Buna görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə, iddiaçının “cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə tərəflər arasında 7.15 hektar örüş otlaq sahəsinin icarəyə verildiyi barədə müqavilənin bağlandığı müəyyən olunur. Cavabdeh örüş məqsədilə verilmiş torpaq sahəsindən əkin sahəsi kimi istifadə etməklə icarəsinə verilmiş torpaq sahəsində təyinatı üzrə və səmərəli istifadə etməmişdir. Bu hal həm cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla, həm də işdə olan müvafiq sənədlərlə də təsdiq olunur. Göründüyü kimi icarəyə verilmiş torpaq sahəsindən cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmədiyi işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə cavabdehin İddiaçı mülkiyyətində olan 7.15 ha torpaq sahəsindən çıxarılması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Həmin Məcəllənin 712.3-cü maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən torpaqların təyinatı üzrə istifadə edilməsi şərtlərinə əməl edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Qeyd olunan Qanunun 19-cu maddəsinə əsasən icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüququdur. Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi» Qaydalarının 4-cü bəndinə əsasən örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər. Həmin Qaydaların 22-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. Yuxarıda sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının “cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması” tələbi təmin edilməli və cavabdeh İddiaçı mülkiyyətində olan 7.15 ha torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə, iddiaçının “torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının tutulması” tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının həmin tələbi qeyri-müəyyəndir. Belə ki, tərəflərin hazırki iş üzrə qəbul ediləcək qətnamədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən apellyasiya və kassasiya qaydasında şikayət vermək hüquqlarının olduğunu nəzərə alsaq, o cümlədən hazırki iş üzrə qəbul ediləcək qətnamənin qüvvəyə mindiyi tarix müəyyən olunmadığından torpaq sahəsinin təhvil veriləcəyi tarixi və ödənilməmiş icarə haqqının nə qədər olacağını müəyyən etmək hal-hazırda mümkün deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının “torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının tutulması” tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 100 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 80 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat ödənildiyindən, 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 879,50 manat məbləğində icarə haqqı, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat olmaqla, ümumilikdə 1.019,50 (bir min on doqquz manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli və Cavabdeh İddiaçınə məxsus olan Beyləqan rayonunun İmamverdili kəndində yerləşən 7.15 ha torpaq sahəsindən çıxarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 879,50 manat məbləğində icarə haqqı, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat olmaqla, ümumilikdə 1.019,50 (bir min on doqquz manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh İddiaçınə məxsus olan Beyləqan rayonunun İmamverdili kəndində yerləşən 7.15 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-367/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-367/2023
03.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver