Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-38/2021 29.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndələri Nümayəndə və X26, Maraqlı şəxs Ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümayəndəsi X8, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının (İmişli Rayon Şöbəsinin) nümayəndəsi X13, Əmlak inzibatçısı təyin edilməsi üçün müraciət etmiş şəxs X9 iştirakları ilə, Ərizəçi müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsinə dair ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi MMC ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Ərizəçi MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən maraqlı şəxslər (kreditorlar) qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maraqlı şəxs1, Maraqlı şəxs4 ASC və Maraqlı şəxs5 ASC cəlb edilmişdir. Həmçinin məhkəmənin xx xxxx 2020-ci il tarixində keçirilən iclasında Maraqlı şəxs4 ASC-nin və Maraqlı şəxs5 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, xx xxxxxx 2020-ci il tarixində keçirilən iclasında isə Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsi (10 saylı regional ərazi filialı) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı X40 maraqlı şəxs qismində məhkəmənin icraatına cəlb olunmuşlar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC-nin təsisçisinin və direktorunun xx.xx.2020-ci il tarixli qərarları ilə ödəmə qabiliyyətinin olmaması səbəbindən Ərizəçi MMC-nin iflas prosesinə başlanması üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Belə ki, Ərizəçi MMC-nin əmlaklarının dəyəri kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli deyildir. Hazırki iş üzrə maraqlı şəxslərin Ərizəçi MMC-yə qarşı pul tələbinə dair iddiaları təmin edilmişdir. Həmçinin Ərizəçi MMC-nin xeyrinə də müxtəlif məhkəmə qərarları ilə pul məbləğləri tutulsa da, həmin qətnamələr icra edilməmişdir. Mühasibat balansından göründüyü kimi Ərizəçi MMC illərdir ki, kreditorlar qarşısında vaxtı keçmiş öhdəliklərini ödəyə bilməmiş və Ərizəçi MMC-nin kreditor banklara olan külli miqdarda pul borclarının ödənilməsi barədə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri vardır. Həmin qatnamələrin bir hissəsi artıq icraya yönəlsə də Ərizəçi MMC maliyyə imkanlarının olmaması səbəbindən həmin qətnamələri icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, Ərizəçi MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədi ilə aktivlərinin müəyyən edilməsi üçün X30 əmlak inzibatçısı təyin edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndələri Nümayəndə və X37 ərizənin məzmununa izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin nümayəndəsi X20 bildirmişdir ki, müəssisənin yenidən fəaliyyət göstərməyə başlayacağı təqdirdə, yaranmış borclar ödənilər və öhdəlikləri yerinə yetirilmiş olar. Bu istiqamətdə tədbirlər görülə və sağlamlaşdırma aparıla bilər. Sonda ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialının (İmişli Rayon şöbəsinin) nümayəndəsi X27 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən əmlak inzibatçısı təyin edilməsi üçün müraciət etmiş şəxs X21 ərizənin təmin olunmasını və Ərizəçi MMC-nin əmlak inzibatçısı təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, ərizəçi və maraqlı şəxslərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, Ərizəçi MMCnin ərizəsi qismən təmin edilməli, Ərizəçi MMC müflis elan edilməli, iflas prosesinə başlanılmalı, X21 isə əmlak inzibatçısı təyin edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan, nizamnamədən, ona edilmiş dəyişikliklərdən və digər təsis sənədlərindən görünür ki, müəssisə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D-2648 saylı şəhadətnamə ilə “xxxx” X57 Cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış, sonradan adı dəyişdirilərək, “xxxx” MMC, daha sonra isə Ərizəçi MMC olmuşdur. Hazırda Cəmiyyətin təsisçisi X3, direktoru (qanuni təmsilçisi) isə Nümayəndədır. İş materiallarında olan qərarlardan görünür ki, Ərizəçi MMC-nin təsisçisi X2 və direktoru Nümayəndə xx.xx.2020-ci il tarixli qərarları ilə Ərizəçi MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədi ilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi məqsədi ilə Şirvan Kommersiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1952-ci il tarixdə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, S.Babayeva küçəsi, ev 12 ünvanında qeydiyyatda olan, 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu “Kənd təsərrüfatının təşkili və iqtisadiyyatı” ixtisası üzrə bitirmiş X44 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilərək, Ərizəçi MMC-nin müflisləşməsi ilə bağlı əmlak inzibatçısı təyin edilməsi xahiş edilmiş, heç bir şəxsi maddi və s. marağının olmadığı bildirilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxx 2020-ci il tarixli,17/04-625 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il tarixində AZN, USD, EUR hesabları açılmış, xx.xx.2020-ci il tarixinə “xxxx” ASC-də olan hesablaşma hesablarında hər üç valyuta üzrə Ərizəçi MMC-nin qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 0905 saylı məktubundan görünür ki, Ərizəçi MMC-nin “xxxx” ASC-də AZN, USD, EUR hesabları mövcud deyildir. İş materiallarında olan “xxxx” ASC-nin Nəsimi filialının xx.xx.2020-ci il tarixli, 0768 saylı arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Ərizəçi MMC-nin “xxxx” ASC-nin Nəsimi filialında olan USD hesabında 9,61 ABŞ dolları, EUR hesabında 0,74 avro mövcuddur, AZN hesablarında isə qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxx 2020-ci il tarixli, İMİ-75 saylı arayışından və arayışa əlavə edilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, Ərizəçi MMC-nin “xxxx” ASC-də olan AZN hesabında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan “X32” ASC-nin və “xxxx” QSC-nin bank hesablarından çıxarışlardan görünür ki, Ərizəçi MMC-nin həmn banklarda olan AZN, USD, EUR hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 1050 saylı arayışından və bank hesablarından çıxarışlarından görünür ki, Ərizəçi MMC-nin “xxxx” ASC-də AZN hesabında 0,69 manat pul vəsaiti mövcuddur, USD və EUR hesablarında isə qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan LPO Maraqlı şəxs4 ASC-nin bank hesablarından çıxarışlardan görünür ki, Ərizəçi MMC-nin LPO Maraqlı şəxs4 ASC-də olan USD hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan Ləğv prosesində olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, **********343 saylı məktubundan və məktuba əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, Ərizəçi MMC-nin “xxxx” ASC-də olan AZN hesabında 2.013,66 manat, USD hesabında 0,4 ABŞ dolları mövcuddur. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi MMC-nin “xxxx” ASC-də AZN, USD, EUR hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan Ləğv prosesində olan Maraqlı şəxs5 ASC-nin xx.xx.2020-ci il tarixli hesabdan çıxarışlarından görünür ki, Ərizəçi MMC-nin Ləğv prosesində olan Maraqlı şəxs5 ASC-də olan AZN və USD hesablarında qalıq pul vəsaiti mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2020ci il tarixli, 01/03-548 saylı məktubunda qeyd olunur ki, xx xxx 2020-ci il tarixinə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Ərizəçi MMC-yə hesab açılmamışdır və onların qiymətli kağızlara sahibliyi barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********29 saylı məktubundan görünür ki, Ərizəçi MMCnin adına İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında yerləşən əmlak kompleksi kimi 2 müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlandı. Azərbaycan Respublikası ərazisində “xxxx” MMC-nin adına digər qeydiyyat keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X28 xx.xx.2020-ci il tarixli, **********84 saylı məktubundan görünür ki, “xxxx” MMC-nin adına **********65-12301 reyestr nömrə ilə əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumat aşkarlandı. Lakin sorğuda qeyd edilən **********54- 12301 reyestr nömrə ilə əmlak kompleksi kimi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə elektron bazada məlumat aşkarlansa da, həmin əmlak kompleksinin və sənədlərinin mövcudluğu barədə hər-hansı bir məlumat aşkarlanmadı. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X41 tərəfindən Ərizəçi MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********061 saylı məktubunda qeyd edilmişdir ki, idarənin elektron arxiv əsaslarında yalnız **********65- 12301 reyestr nömrəli daşınmaz əmlakın Ərizəçi MMC-nin mülkiyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, seriya MH, ******* saylı çıxarışdan görünür ki, İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında istifadəsində olan 8.5 ha. torpaq sahəsində yerləşən 21.675 m2 ümumi, 18.376,5 m2 əsas, 3.298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********65-12301 reyestr nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında 8.5 ha. torpaq sahəsində yerləşən 21.675 m2 ümumi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə “xxxx QSC X53 Təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X46 xx xxxx 2020-ci il tarixli, 57986-1220 saylı məktubundan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Ərizəçi MMC-nin mülkiyyətində olan cəmi 19 ədəd nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X46 Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasında qeydiyyatdan keçmişdir. İş materiallarında olan 8 saylı X29 **********534000 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi MMC-nin xx.xx.2020-ci il tarixə vergilər üzrə 3.598,48 manat, MDSS üzrə ümumilikdə 243.547,63 manat, işsizlikdən sosial sığorta haqqı üzrə 62,33 manat, əmlaka yönəldilən məbləğ üzrə 2.175,89 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 1.088 manat ödənilməmiş borc məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli aktlarda qeyd olunur ki, Ərizəçi MMC-nin yumurtalıq sexlərində cəmi 311.821 baş yumurtalıq toyuqlar boğularaq kütləvi surətdə tələf olmuşdur. Akt onu tərtib edən şəxslər tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan Maraqlı şəxs1 Salyan X47 İdarəsi ilə Ərizəçi MMC arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Ərizəçi MMC-nin xx xxxxxx 2019-cu il tarixə Maraqlı şəxs1nə olan borcu 96.004,22 manat təşkil etmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə cavabdeh Ərizəçi MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı - 970.968 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı - 494.268,60 manat, cəmi 1.465.236,60 manat məbləğində pul cavabdeh Ərizəçi MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 2(106)-09/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnaməsi cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(102)-258/2018 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh Ərizəçi MMC-nin kasasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(106)-09/2018 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2- 2(106)-30/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(086)-319/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə Ərizəçi MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 199 nömrəli satınalma müqaviləsinin icrası üçün qabaqcadan ödənilmiş məbləğlərin qalığı 575.760 manat məbləğində pulun Ərizəçi MMC-dən tutularaq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-2(102)-413/2019 saylı qərarından görünür ki, həmin qərarla iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, cavabdeh Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-30/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 2(106)-41/2020 saylı qərardadından görünür ki, həmin qərardadla iş üzrə məhkəməmühasibatlıq, kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 2(106)-79/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(086)-155/2018 saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli aktlar üzrə Ərizəçi MMC-dən 42.265 manat borcun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(086)-360/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Maraqlı şəxs5 ASC-nin iddiası qismən təmin olunaraq, cavabdeh Ərizəçi MMC-dən xx.xx.2015-ci il tarixli, CBHK-0014 nömrəli kredit xətti müqaviləsi üzrə 1.787.825,88 manat məbləğində əsas borc, 32.428,40 manat faiz borcu olmaqla ümumilikdə 1.820.254,28 manat, həmçinin 50.100 ABŞ dolları məbləğində əsas borc, 8.322,70 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 58.422,70 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Maraqlı şəxs5 ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 2(106)-21/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə, iddiaçı Maraqlı şəxs5 ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh Maraqlı şəxs4 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(086)-360/2018 saylı qətnaməsi Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dair hissədə ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçı Maraqlı şəxs5 ASC-nin Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2- 2(106)-21/2019 saylı qərardadından verdiyi kasasiya şikayəti edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(106)-21/2019 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmış, iddiaçı Maraqlı şəxs5 və cavabdeh Ərizəçi MMC-nin Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(106)-21/2019 saylı qətnaməsindən kasasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019cu il tarixli, 2-2(106)-21/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-338/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, həmin qərardada əsasən, iddiaçı “xxxx” QSC X53 təşkilatı ilə cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X42” Məhdud Məsuliyyətli Cəmiyyəti, Ərizəçi, Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatı, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və X31 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, bağlanmış barışıq sazişinə əsasən, 1) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 16797654,71 manat hissəsini bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, illik 3 %lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 2) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 1-ci bəndində göstərilən 16797654,71 manat əsas borca görə mövcud olan 1632151,61 manat məbləğində faiz borcunu bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 3) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 5747019,09 manat hissəsini bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, illik 5 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 4) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 3-cü bəndində göstərilən 5747019,09 manat əsas borca görə mövcud olan 1137717,87 manat məbləğində faiz borcunu bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 5) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 1221726,20 manat hissəsini bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, illik 10 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 6) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 5-ci bəndində göstərilən 1221726,20 manat əsas borca görə mövcud olan 300911,64 manat məbləğində faiz borcunu bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 7) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu barışıq sazişini təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 8) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” QSC X53 təşkilatına olan borc üzrə ödənişlər ardıcıl olaraq 3 ay müddətində bu sazişə 1, 2 və 3 saylı əlavələrdə göstərilən qaydada aparılmadığı təqdirdə “xxxx” QSC X53 təşkilatı ərizə ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit borcunun həmin günə olan ödənilməmiş hissəsinin “xxxx” QSC X53 təşkilatının xeyrinə tutulması, borc tələbinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, ipoteka predmeti olan Ərizəçi mülkiyyətindəki İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında istifadədə olan 8,5 hektar torpaq sahəsində yerləşən 21675 m2 ümumi, 18376,5 m2 əsas, 3298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə (Broyler Quşçuluq fabriki) və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Ərizəçi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 02 nömrəli girov müqaviləsinə əsasən girov predmeti olan Ərizəçinə məxsus İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında yerləşən həmin müqavilədə adları sadalanan daşınar əmlaklara, eyni zamanda “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ərizəçinə və Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatına məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan “xxxx” MMC-nin mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 12054,9 m2, torpaq sahəsi 1,23 hektar olan əmlak kompleksi kimi müəssisəyə, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan X16 mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 7,4004 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və onların üzərində olan tikililərə yönəldilməsi, həmin əmlaklar üzərində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ərizəçi və Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatının mülkiyyət hüquqlarına xitam verilməsi, “xxxx” QSC X53 təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X46, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “xxxx” QSC X53 təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması ilə bağlı icra vərəqəsinin verilməsini xahiş etmək hüququna malikdir. İddiaçı “xxxx” QSC X53 təşkilatının cavabdehlər “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X42” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ərizəçinə, Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatına, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və X22 qarşı kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi, əmlakların iddiaçının mülkiyyətinə keçməsi və əmlaklar üzərində hüquqların qeydiyyatı barədə iddia tələbinə dair iqtisadi iş üzrə icraata xitam verilmişdir. (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2- 2(086)-338/2018 saylı qərardadı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(086)-338/2018 saylı qərardadı ilə icraya yönəldilmişdir). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2- 2(106)-30/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə, Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Ərizəçi MMC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin olunaraq, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 75.341,59 ABŞ dolları faiz borcunun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 84.554,10 ABŞ dolları faiz borcunun Ərizəçi MMC-dən alınaraq Ləğv prosesində olan Maraqlı şəxs4 ASC-yə ödənilməsi, ödənişlər icra olunan gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin Qətnamədən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə Maraqlı şəxs4 ASC-nin iddiası qismən təmin edilmiş, Ərizəçi MMC-dən və “X42” MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2.510.000 ABŞ dolları əsas, 958.862 ABŞ dolları faiz , xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 536.452 ABŞ dolları əsas, 156.293 ABŞ dolları faiz borcunun tutulması qət edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(086)-2450/2017 saylı qərarının surətindən görünür ki, həmin qərarla Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon şöbəsinin iddiası qismən təmin olunaraq, cavabdeh Ərizəçi MMC-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dövr ərzində yaranmış 168.087,75 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun və 38.493,01 manat maliyyə sanksiyasının, cəmi 206.580,76 manat borcun cavabdehin əmlakının satılması yolu ilə DSMF-nin İmişli Rayon şöbəsinin xeyrinə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin olunmaməşdır (Qərar qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(106)-16/2018 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh Ərizəçi MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(086)-2450/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(102)-1034/2018 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh Ərizəçi MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(106)-16/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(049)-258/2012 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Ərizəçi MMC-nin iddiası təmin olunaraq, cavabdeh X10 13.040,53 manat pulun alınaraq Ərizəçi MMC-yə verilməsi qət edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Ordubad Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(80)- 15/2011 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Ərizəçi MMC-nin iddiası təmin olunaraq, cavabdeh X23 18.021 manat əsas borcun və ödənilmiş dövlət rüsumu 20 manat, cəmi 18.041 manat məbləğində pulun alınaraq Ərizəçi MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(075)- 206/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Ərizəçi MMC-nin iddiası təmin olunaraq, cavabdeh X11 11.234 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Ərizəçi MMC-yə verilməsi qət edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(012)- 590/2011 saylı qiyabi qətnaməsindən görünür ki, həmin qiyabi qətnamə ilə iddiaçı Ərizəçi MMC-nin iddiası təmin olunaraq, cavabdeh X12 10.990 manat məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı Ərizəçi MMC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(020)-537/2010 saylı qiyabi qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qiyabi qətnamə ilə iddiaçı Ərizəçi MMC-nin iddiası təmin olunaraq, X4 22.911 manat məbləğində pulun alınaraq Ərizəçi MMC-nin verilməsi qət edilmişdir. İş materiallarında olan X52 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2-(86)- 187/2010 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Ərizəçi MMC-nin iddiası qismən təmin olunaraq, elektrik enerjisinin kəsilməsi nəticəsində Ərizəçi MMC-yə vurulmuş maddi zərər 510.479,63 manat məbləğində müəyyən edilmiş, elektrik enerjisinin kəsilməsi nəticəsində iddiaçıya vurulmuş 510.479,63 manat məbləğində maddi zərərin Ərizəçi MMC-nin gələcəkdə istehlak edəcəyi elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi qət edilmiş, iddia 11.197,14 manat məbləğində maddi zərərin gələcəkdə istehlak ediləcək elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi tələbi hissəsində rədd edilmişdir (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2-1(106)-62/2010 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Ərizəçi MMC və cavabdeh “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “X43 Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə X52 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2-(86)-187/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2-1(102)-152/2011 saylı qərarından görünür ki, həmin qərarla cavabdehlər “X43 Təchizat” MMC, “X33 Şəbəkəsi” MMC və onların vəkili X17 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(009)- 1171/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi MMC-nin iddiası qismən təmin olunaraq, cavabdeh X5 cəmi 31.567,45 manat məbləğində pulun tutularaq Ərizəçi MMC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 2(103)-4321/2011 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X6 apelyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxx 2011-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır (Qətnamə qanuni qüvvəsini almışdır). İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 2(106)-30/2019 saylı məktubunda qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iqtisadi işə, Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2- 2(106)-30/2018 saylı qətnaməsi ləğv edilmiş və iqtisadi iş yeni apelyasiya baxışına qaytarılmışdır. Hazırda iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır (Məruzəçi hakim F.Soltanov). İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Maraqlı şəxs1 cavabdeh Ərizəçi MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iqtisadi işə, Şirvan inzibati-iqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri əsasında kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iqtisadi iş yenidən baxılmaq üçün Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Hazırda iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır (Məruzəçi hakim T.Kərimov). İddiaçı ləğv prosesində olan Maraqlı şəxs4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Ərizəçinə və “X42” MMC-yə qarşı kredit borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iqtisadi iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə baxılmış, Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan Maraqlı şəxs4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-faiz borcunun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 75.341,59 (yetmiş beş min üç yüz qırx bir tam, əlli doqquz) ABŞ dolları faiz borcunun, xx.xx.2015-ci il redit müqaviləsi üzrə 84.554,10 (səksən dörd min beş yüz əlli dörd tam on) ABŞ dolları borcunun Ərizəçi MMC-dən alınaraq ləğv prosesində olan Maraqlı şəxs4 ASCyə ödənilməsi, ödənişlərin icra olunan gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadidi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, iqtisadi iş icra üsulunun dəyişdirilməsi barədə mübahisəyə baxılması ilə əlaqədar xx xxx 2019-cu il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 8/929 saylı məktubunda qeyd olunur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi haqqında e-2- 2(121)-766/2020 nömrəli iş üzrə Müdafiə Nazirliyi maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dondurulmuş toyuq ətinin alınmasına dair 1 kq qiyməti 3,45 manat olmaqla, ümumi dəyəri 3.450.000 manat məbləğində olan xx.xx.2015-ci il tarixli, 199 nömrəli və toyuq yumurtasının alınmasına dair 1 ədədin qiyməti 0,14 manat olmaqla dəyəri 2.800.000 manat məbləğində olan xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqavilələri bağlanmışdır. Satınalma müqavilələrinin şərtlərinə əsasən cəmiyyət razılaşdırılmış daşınma qrafiklərinə uyğun vaxtlı-vaxtında Azərbaycan Ordusunun şəxsi heyətini 2016-cı il ərzində dondurulmuş toyuq əti və 20.000.000 ədəd toyuq yumurtası ilə təmin etməli idi. müqavilələrin şərtlərinin yerinə yetirilməsi üçün cəmiyyətin hesablaşma hesabına 199 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixdə 2.499.870,00 manat, xx.xx.2016-cı il tarixə 950.130,00 manat, cəmi 3.450.000 manat və 200 nömrəli müqavilə üzrə xx.xx.2016-cı il tarixdə 997.640,00 manat, xx.xx.2016-cı il tarixdə 1.802.360,00 manat, cəmi 2.800.000 manat məbləğində qabaqcadan ödənişlər həyata keçirilmişdir. Müqavilələr üzrə müəyyən edilmiş öhdəliklərin tam icrasının son müddəti xx xxxxxx 2016-cı il tarixi olmasına baxmayaraq, cəmiyyət 199 nömrəli müqavilə üzrə qabaqcadan həyata keçirilmiş ödənişdən yalnız 2.479.032,00 manat məbləğində 718.560 kq dondurulmuş toyuq əti, 200 nömrəli müqavilə üzrə qabaqcadan həyata keçirilmiş ödənişdən isə yalnız 2.305.731,40 manat məbləğində 16.469.510 ədəd toyuq yumurtası təhvil vermişdir. Qabaqcadan ödəniş məbləğini almış “xxxx” MMC Müdafiə Nazirliyinin məhsulları üçün qabaqcadan ödədiyi məbləğlərin qalıqlarının ümumilikdə 1.465.236,60 manat (xx.xx.2015-ci il tarixli 199 nömrəli satınalma müqaviləsi üzrə 970. 968,00 manat, xx.xx.2015-ci il tarixli, 200 nömrəli satınalma müqaviləsi üzrə 494.268,60 manat) müəyyyənləşdirilmiş müddətdə qaytarılmasını icra etməmişdir. Bundan sonra işin hüquqi həllinə nail olmaq məqsədilə iddiaçı Müdafiə Nazirliyi tərəfindən cavabdeh “xxxx” MMC-yə qarşı qalıq borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. “xxxx” MMC-nin Müdafiə Nazirliyinə halhazırda 1.465.236.60 manat qalıq borcunun olması bir-neçə məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və həmçinin sözügedən cəmiyyətin nümayəndəsinin də hal-hazırda baxılan iddia ərizəsində də bu barədə qeydləri ardır. İddiaçı Müdafiə Nazirliyi tərəfindən cavabdeh “xxxx” MMC-yə qarşı qalıq borcun qaytarılması tələbinə dair verilmiş iddia ərizəsi üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxxx 2017-ci il tarixli, 2-2(086)- 319/2017 saylı qətnamə çıxarmış, cavabdehin həmin qətnamədən verdiyi şikayət ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən sonuncu qətnamənin dəyişdirilmədən saxlanılması, cavabdehin şikayətinin təmin edilməməsi barədə xx xxxxxx 2018-ci il tarixli, 2-2(106)-09/2018 nömrəli qətnamə çıxarılmışdır. Bundan sonra cavabdehin kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 2(102)-258/18 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(106)-09/2018 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(106)- 30/2019 nömrəli iş üzrə çıxardığı qətnamə ilə iddia qismən təmin edilmişdir. Sonuncu qətnamədən tərəflərin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(102)-413/2019 nömrəli iş üzrə çıxardığı qərar ilə xx xxxxx 2019-cu il tarixli, 2-2(106)-30/2019 qətnamə ləğv olunaraq işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmış və halhazırda sonuncu məhkəmədə sözügedən iddiaya dair 2-2(106)-41/2020 nömrəli iş icraat davam etdirilir. Qeyd olunanlara əsasən, iddiaçı Ərizəçi MMC-nin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, e-2-2(121)-766/2020 saylı iş üzrə qətnamə çıxarılarkən Ərizəçi MMC-nin son icra müddəti xx xxxxxx 2016-cı il tarixə qədər olan satınalma müqavilələri üzrə Müdafiə Nazirliyinə 1.465.236,60 manat məbləğində qalıq borcunun olmasının nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 985 saylı məktubunda qeyd olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-30/2018 saylı, xx.xx.2018-ci il tarixli icra əsasən “xxxx” MMC-dən və “X42” MMC-dən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 2.510.000 ABŞ dolları əsas borcun, 75.341,59 ABŞ dolları faiz, xx.xx.2015-ci il tarixli, KXM “03” saylı kredit müqaviləsi üzrə 536.452 ABŞ dolları əsas borcun, 84.554,10 ABŞ dolları faiz borcun alınaraq ləğv prosesində olan Maraqlı şəxs4 ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2015-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 2.510.000 ABŞ dolları əsas borcun, 75.341,59 ABŞ dolları faiz borcuna tutmanın ipoteka ilə yükli edilmiş “X42” MMC-yə məxsus İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən, ümumi sahəsi 2.521,6 m2 olan əmlak kompleksi kimi müəssisəyə -1,18 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək həmin əmlak kimi müəssisənin açıq hərracda satılması, müəssisənin açıq hərracda ilkin satış qiyməti 1.200.000 manat edilməli və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və xx.xx.2015-ci il tarixli, KXM 03 saylı kredit xətti müqaviləsi üzrə 536.452 ABŞ dolları əsas borcun, 84.554,10 ABŞ dolları faiz borcunun xx.xx.2015-ci il tarixli, ipoteka predmetinə əsasən yüklü edilmiş “X42” MMCyə məxsus İmişli rayonunun Qaragüvəndikli kəndində yerləşən ümumi sahəsi 14.421,8 m2 olan əmlak kompleksi kimi müəssisəyə yönəldilərək həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılaraq, açıq hərracda ilkin satış qiyməti 7.200.000 manat müəyyən ediİməli, satışdan əldə olunan vəsait hesabına borc ödənilməli və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” MMC-dən və “X42” MMC-dən müştərək qaydada tutularaq Maraqlı şəxs4 ASC-yə ödənilməlidir. İpoteka əmlaklarının açıq hərrac vasitəsilə satılması üçün xx.xx.2018-ci il tarixdə hərraca sifariş verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən tərəflər arasında ipoteka predmetinin dəyişməsi ilə əlaqədar danışıqların başlanılmasına razılıq verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli müraciətimiz əsasında hərracın keçirilməsi dayandırılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qətnamənin icra üsulu dəyişdirilmişdir. İcra sənədi üzrə borc “Taleh” ATSC-nin mülkiyyətində olan 5.495.800 manat dəyərində qiymətləndirilmiş əmlak kompleksinə “Taleh” ATSC-nin mülkiyyətində olan əmlakların çıq hərrac vasitəsilə satılması üçün xx.xx.2019-cu il tarixdə sifariş verilmişdir. Hərracın nəticəsi barədə məlumat verilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(086)-338/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 16797654,71 manat hissəsini bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, illik 3 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 1-ci bəndində göstərilən 16797654,71 manat əsas borca görə mövcud olan 1632151,61 manat məbləğində faiz borcunu bu sazişə 1 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 5747019,09 manat hissəsini bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, illik 5 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 4. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 3-cü bəndində göstərilən 5747019,09 manat əsas borca görə mövcud olan 1137717,87 manat məbləğində faiz borcunu bu sazişə 2 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 5. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mövcud olan 23766400 manat əsas borcundan 1221726,20 manat hissəsini bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, illik 10 %-lə, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla 87 ay müddətinə və ilk 15 ay həmin əsas borcun ödənişinə möhlət verilməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 6. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sazişin 5-ci bəndində göstərilən 1221726,20 manat əsas borca görə mövcud olan 300911,64 manat məbləğində faiz borcunu bu sazişə 3 saylı əlavəyə uyğun olaraq, sonuncu ödəniş günü xx.xx.2025-ci il tarixi olmaqla, 15 ay həmin faiz borcunun ödənişinə möhlət verilməklə, 87 ay müddətinə, borcun məbləği ödəniş ediləcək aylar üzrə bərabər hissələrə bölünməklə “xxxx” QSC X53 təşkilatına ödənilməsini öhdəsinə götürür. 7. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu barışıq sazişini təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 8. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” QSC X53 təşkilatına olan borc üzrə ödənişlər ardıcıl olaraq 3 ay müddətində bu sazişə 1, 2 və 3 saylı əlavələrdə göstərilən qaydada aparılmadığı təqdirdə “xxxx” QSC X53 təşkilatı ərizə ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit borcunun həmin günə olan ödənilməmiş hissəsinin “xxxx” QSC X53 təşkilatının xeyrinə tutulması, borc tələbinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, ipoteka predmeti olan Ərizəçi mülkiyyətindəki İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında istifadədə olan 8,5 hektar torpaq sahəsində yerləşən 21675 m2 ümumi, 18376,5 m2 əsas, 3298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə (Broyler Quşçuluq fabriki) və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Ərizəçi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 02 nömrəli girov müqaviləsinə əsasən girov predmeti olan Ərizəçinə məxsus İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında yerləşən həmin müqavilədə adları sadalanan daşınar əmlaklara, eyni zamanda “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ərizəçinə və Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatına məxsus olan daşınmaz və daşınar əmlaklara, o cümlədən nəqliyyat vasitələri və texnikalara, “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan “xxxx” MMC-nin mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 12054,9 m2, torpaq sahəsi 1,23 hektar olan əmlak kompleksi kimi müəssisəyə, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu üzrə ipoteka predmeti olan X16 mülkiyyətindəki İmişli rayonu, Otuziki kəndində yerləşən ümumi sahəsi 7,4004 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və onların üzərində olan tikililərə yönəldilməsi, həmin əmlaklar üzərində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “X54 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Ərizəçi və Məhdud Məsuliyyətli “Cənub” Fermer Təsərrüfatının mülkiyyət hüquqlarına xitam verilməsi, “xxxx” QSC X53 təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X46, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “xxxx” QSC X53 təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması ilə bağlı icra vərəqəsinin verilməsini xahiş etmək hüququna malikdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün icraata daxil olmuş və borclulara həmin tarixdə bildiriş göndərilməsinə baxmayaraq icra sənədinin icrası könülü təmin edilməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində göstərilən əmlaklar qiymətləndirici-ekspert tərəfindən qiymətləndirilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə göstərilən əmlaklar üzərində “xxxx” QSC X53 təşkilatının adına mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və AR DİN-nin Baş Dövlət Yol Polisi idarəsinə tərəfimizdən müraciət edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2450/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, cavabdeh “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaranmış 168.087 manat, 75 qəpik məbləğində məcburi dövlət sosial sığorta borcunun və 38.493 manat, 01 qəpik məbləğində maliyyə sanksiyasının, cəmi 206.580 manat, 76 qəpik məbləğində borcun cavabdehin əmlakının satılması yolu ilə DSMF-nin İmişli rayon şöbəsinin xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixli qərarla başlanılmış icraata zamanı tələb borclu tərəfindən könüllü olaraq icra edilməmişdir. İcra tədbirləri nəticəsində borclu hüquqi şəxsin mülkiyyətində əmlak müəyyən edilməmişdir. Müvafiq bank hesabları müəyyən olunmuş və hesablar üzərinə qadağalar qoyulmuşdur. Hesablara pul vəsaiti daxil olmadığından icra sənədinin icrası təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-360/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Ərizəçindən xx.xx.2015-ci il tarixli, CBHK-0014 nömrəli kredit xətti müqaviləsi üzrə 1.787.825,88 manat məbləğində əsas borc, 32.428,40 manat faiz borcu olmaqla ümumilikdə 1.820.254,28 manat, həmçinin 50.100 ABŞ dolları məbləğində əsas borc, 8.322,70 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 58.422,7 ABŞ dolları məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu Maraqlı şəxs5 ASC xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü olaraq icra edilməmişdir. İcra sənədinin icrası istiqamətində icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Ərizəçi MMC-yə qarşı pul tələbinə dair Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(106)-30/2019 saylı qətnaməsi və iddiaçı Maraqlı şəxs1 İB-nin cavabdeh Ərizəçi MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2-2(106)-79/2018 saylı qətnaməsi icra edilməsi üçün icraata daxil olmamışdır. İş materiallarında olan sərbəst auditor X24 xx xxxx 2019-cu il tarixli hesabatında qeyd olunur ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. 2015-ci il ərzində Azərbaycan Respublikasında baş vermiş manatın devalvasiyasından sonra bu hal daha da kəskinləşmişdir. Cəmiyyət alınmış kreditlərin qaytarılması və bu barədə olan məhkəmə qərarlarını icra etmək iqtidarında deyildir. Əlavə dövriyyə vəsaitlərinin cəlb edilməsinə baxmayaraq cəmiyyətin fəaliyyətinin fasiləsizliyi pozulmuşdur. Faktiki olaraq, cəmiyyət iflas həddinə çatmışdır. Zəruri sanasiya tədbirləri əlavə investisiyanın cəlb edilməlidiyi halda cəmiyyətin iflas olma ehtimalı çox yüksəkdir. Əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin xx xxxxxx 2018-ci il, xx xxxxxx 2017-ci il, xx xxxxxx 2016-cı il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixlərə başa çatan illər üçün X7 Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir. İş materiallarında olan və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-766/2020 saylı Qərardadının icrası olaraq “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli müstəqil auditorun hesabatında qeyd olunur ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. Potensial müflisləşmə əlamətləri Ərizəçi MMC-nin 2014-2018-ci illər üzrə fəaliyyətində mövcud olmuşdur. Audit zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC kreditorlarının qanuni tələblərini ödəməyə qadir deyildir və vaxtı çatmış maliyyə öhdəliklərini aktivlərinin olmaması səbəbindən icra etmək iqtidarında deyildir. Ərizəçi MMC hazırda ödəmə qabiliyyəti olmayan hesab edilə bilər. Ərizəçində aparılmış audit ilə saxta müflisləşmənin əlamətləri olmadığı müəyyən edildi. Ərizəçi MMC-də qəsdən müflismənin əlamətləri aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən edilmiş çıxarışdan görünür ki, Ərizəçi MMC-nin müflis elan olunması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə elanlar dərc olunmuşdur. İş materiallarında olan Respublika qəzetinin xx xxxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli buraxılışından görünür ki, Ərizəçi MMC-nin müflis olunması barədə elanlar “Respublika” qəzetində dərc olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X21 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət olunaraq, Ərizəçi MMC-nin əmlak inzibatçısı təyin olunmasını xahiş olunmuşdur. Həmçinin ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 358-772-3221 saylı arayışından görünür ki, xx xxxxxxxx 1953-cü il tarixdə İmişli şəhərində anadan olmuş X9 məhkumluğu yoxdur. Ərizəyə əlavə olunmuş Б-İ 008737 saylı diplomun təsdiq olunmuş surətindən görünür ki, X21 1971-ci ildə “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, dövlət imtahan komissiyasının xx xxxxx 1976-cı il tarixli qərarı ilə ona “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası verilmişdir. Ərizəyə əlavə olunmuş X14 məxsus ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X21 müxtəlif illərdə İmişli rayonu, Kolinin adına kolxozda baş iqtisadçı, rayon X19 baş mühasib, İmişli Rayon İcra Hakimiyyətində referent, İmişli Rayon Statistika İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, iflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanlarda aşağıdakılar göstərilməlidir: a) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; b) ərizəçinin (borclunun ərizəçi olmadığı hallarda) adı (adı, atasının adı, soyadı) və ünvanı; c) məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı; ç) məhkəmə baxışının təyin edilmiş tarixi. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununun tətbiqi və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanında göstərilmişdir ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. İş materiallarında olan “Respublika” qəzetinin xx xxxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli buraxılışlarından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmin internet səhfəsində xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə dərc edilmiş elanlardan görünür ki, ərizəçi Ərizəçi “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin c) və ç) bəndlərinə uyğun olaraq öz təyinatı və işə Şirvan Kommersiya Məhkəməsində baxılması barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövrü mətbuat orqanında və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində elan verərək, bu barədə debitor və kreditorları məlumatlandırmışdır. Məhkəmə, iddianın əsaslılığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, müəssisənin müflisləşməsi dedikdə borclunun öhdəliklərinin onun əmlakının dəyərindən çox olması və ya balansın quruluşunun qeyri-qənaətbəxş olması səbəbindən büdcəyə və qeyri-büdcə fondlarına məcburi ödəmələri təmin etməməsi daxil olmaqla malların (iş və xidmətin) dəyərinin ödənilməsi üzrə kreditorların tələbini yerinə yetirə bilməməsi başa düşülür. Balansın strukturunun qeyri-qənaətbəxş olması borclunun əmlakının və öhdəliklərinin elə vəziyyəti ilə xarakterizə olunur ki, burada əmlakın likvidlik səviyyəsinin hədsiz aşağı olmasından kreditorların öhdəliklərinin vaxtında ödənillməsi təmin edilmir. Bu zaman əmlakın dəyəri borclunun borclarının ümumi məbləğinə bərabər ola bilər və ya ondan artıq ola bilər. Bundan əlavə isə müəssisənin ödəmə qabiliyyətinə malik olmaması, müəssisənin aktivlərindən və passivlərindən asılıdır. Yəni müəssisənin rüblük olaraq xalis gəlirinin az olması, eyni zamanda, daşınar və daşınmaz əmlakların, qiymətli kağızların və digər aktivlərin olmaması müəssisənin ödəmə qabiliyyətinin olmamasına səbəb olur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi MMC-yə qarşı çoxsaylı məhkəmə qətnamələrilə pul tələbinə dair iddialar (cəmi bütün qətnamələr üzrə 1.862.515,28 manat və 3.264.770,39 ABŞ dolları) təmin edilmiş və həmin qətnamələrin əksəriyyəti qanuni qüvvəsini almışdır (yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Maraqlı şəxs1 İB-nin iddiaları üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud deyildir). Həmçinin Ərizəçi MMC-nin xeyrinə (cəmi bütün qətnamələr üzrə 84.912,98 manat) pul məbləğlərinin tutulmasına dair məhkəmə qətnamələri də mövcuddur (X52 Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2-(86)-187/2010 saylı qətnaməsi ilə Ərizəçi MMC-nin xeyrinə pul tutulmamış, 510.479,63 manat məbləğində maddi zərərin Ərizəçi MMC-nin gələcəkdə istehlak edəcəyi elektrik enerjisinin dəyəri ilə əvəzləşdirilməsi qət edilmişdir). Bundan başqa, Ərizəçi MMC-nin mülkiyyətində olmuş yeganə daşınmaz əmlak - İmişli şəhəri, Kürdəmir-Biləsuvar şossesinin kənarında istifadəsində olan 8.5 ha. torpaq sahəsində yerləşən 21.675 m2 ümumi, 18.376,5 m2 əsas, 3.298,5 m2 köməkçi sahədən ibarət əmlak kompleksi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-338 saylı, xx.xx.2018-ci il tarixli qərardadının icrası ilə əlaqədar, “xxxx QSC X53 Təşkilatının mülkiyyətinə keçmişdir. İş materiallarında olan arayış və hesablardan çıxarışlardan görünür ki, Ərizəçi MMCnin “xxxx” ASC-də, “xxxx” ASC-də, “xxxx” ASC-də, “X32” ASC-də, “xxxx” QSC-də, LPO Maraqlı şəxs4 ASC-də, “xxxx” ASC-də və Maraqlı şəxs5 ASC-də olan hesablarında qalıq pul vəsaiti mövcud deyildir. Yalnız “xxxx” ASC- də olan hesablarında 9,61 ABŞ dolları və 0,74 avro, “xxxx” ASC-də olan hesabında 0,69 manat, “xxxx” ASC-də olan hesablarında 2.013,66 manat və 0,4 ABŞ dolları mövcuddur. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Ərizəçi MMC-yə hesab açılmamışdır və onların qiymətli kağızlara sahibliyi barədə məlumat yoxdur. Bundan başqa, Ərizəçi MMC-nin mülkiyyətində olan cəmi 19 ədəd nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X46 Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasında qeydiyyatdan keçmişdir. Ərizəçi xx.xx.2020-ci il tarixə vergilər üzrə 3.598,48 manat, MDSS üzrə ümumilikdə 243.547,63 manat, işsizlikdən sosial sığorta haqqı üzrə 62,33 manat, əmlaka yönəldilən məbləğ üzrə 2.175,89 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 1.088 manat ödənilməmiş borc məbləğləri mövcuddur. Həmçinin iş materiallarında olan auditor hesabatlarından görünür ki, cəmiyyətin likvid aktivlərinin məbləği faktiki olaraq onun ödənilməmiş kreditlərinin həcmini təmin etmir. Potensial müflisləşmə əlamətləri Ərizəçi MMC-nin 2014-2018-ci illər üzrə fəaliyyətində mövcud olmuşdur. Ərizəçi MMC kreditorlarının qanuni tələblərini ödəməyə qadir deyildir və vaxtı çatmış maliyyə öhdəliklərini aktivlərinin olmaması səbəbindən icra etmək iqtidarında deyildir. Ərizəçi MMC hazırda ödəmə qabiliyyəti olmayan hesab edilə bilər. Ərizəçində aparılmış audit ilə saxta müflisləşmənin və qəsdən müflismənin əlamətləri aşkar olunmadı. Cəmiyyət alınmış kreditlərin qaytarılması və bu barədə olan məhkəmə qərarlarını icra etmək iqtidarında deyildir. Əlavə dövriyyə vəsaitlərinin cəlb edilməsinə baxmayaraq cəmiyyətin fəaliyyətinin fasiləsizliyi pozulmuşdur. Faktiki olaraq, cəmiyyət iflas həddinə çatmışdır. Zəruri sanasiya tədbirləri əlavə investisiyanın cəlb edilməlidiyi halda cəmiyyətin iflas olma ehtimalı çox yüksəkdir. Məhkəmə yuxarda göstərilən sübutları məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, iş materiallarında olan sənədlərlə Ərizəçi MMC-nin ödəmə qabiliyyətinin olmamasını sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.4-cü maddəsinə əsasən hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununda "müflisləşmə" anlyaşı altında borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması başa düşülür. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən əsasən, bu Qanun bütün kommersiya təşkilatlarına (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Həmin Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən, iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göstərilən qanunun normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin borclarını ödəmə qabiliyyətinin olmaması onun özü tərəfindən təsdiq edilməklə yanaşı, iş materialları ilə tam sübuta yetirildiyindən, Ərizəçi MMC müflis elan olunmalıdır. Məhkəmə əmlak inzibatçısının təyin olunmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə qərar çıxarır. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər. Həmin Qanunun 19-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 4-cü bəndinə əsasən, əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsimüddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları, həmçinin bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borcluya aidiyyəti olan şəxslər əmlak inzibatçısı seçilə bilməzlər Ərizəçi MMC ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərkən, X30 əmlak inzibatçısı təyin edilməsini xahiş etmişdir. xx.xx.1952-ci il tarixdə İmişli şəhərində anadan olmuş, İmişli şəhəri, S.Babayeva küçəsi, ev 12 ünvanında qeydiyyatda olan, 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu “Kənd təsərrüfatının təşkili və iqtisadiyyatı” ixtisası üzrə bitirmiş X44 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilərək, Ərizəçi MMC-nin müflisləşməsi ilə bağlı əmlak inzibatçısı təyin edilməsi xahiş edilmiş, heç bir şəxsi maddi və s. marağının olmadığı bildirilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən X44 Ərizəçi MMC-nin əmlak inzibatçısı təyin olunmasını xahiş etmiş, əvvəllər “xxxx” MMC-də kəsim sexinin müdiri olduğunu, “xxxx” MMC-də 2003-cü ildə işə qəbul olduğunu və 2017-ci ildə əmək müqaviləsinə xitam verildiyini, 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatının təşkili və iqtisadiyyatı” ixtisasını bitirdiyini, cinayət məsuliyyətinə cəlb olunmadığını, “xxxx” MMC-nin müdiri, əvvəlki müdiri, mülkiyyətçisi, borcalanı və ya kreditor kateqoriyalarına daxil olmadığını, “xxxx” MMC-nin direktorlar şurasının, müşahidə şürasının, icra orqanının rəhbəri və ya üzvü olmadığını və ailə üzvlərinin və yaxın qohumlarının da həmin kateqoriyaya daxil olmadığını, “xxxx” MMC-nin nizamnamə kapitalındakı payının hər hansısa hissəsinə sahib olmadığını bildirmişdir. Həmçinin o, əmlak inzibatçısı kimi nə işlə məşğul olacağını bilmədiyini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən əmlak inzibatçısının hüquq və vəzifələri haqqında məlumatının olmadığını bildirmişdir. X1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət olunaraq, Ərizəçi MMC-nin əmlak inzibatçısı təyin olunmasını xahiş olunmuşdur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 358-772-3221 saylı arayışından görünür ki, xx xxxxxxxx 1953-cü il tarixdə İmişli şəhərində anadan olmuş X9 məhkumluğu yoxdur. Ərizəyə əlavə olunmuş Б-İ 008737 saylı diplomun təsdiq olunmuş surətindən görünür ki, X21 1971-ci ildə “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, dövlət imtahan komissiyasının xx xxxxx 1976-cı il tarixli qərarı ilə ona “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası verilmişdir. Ərizəyə əlavə olunmuş X14 məxsus ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X21 müxtəlif illərdə İmişli rayonu, Kolinin adına kolxozda baş iqtisadçı, rayon X19 baş mühasib, İmişli Rayon İcra Hakimiyyətində referent, İmişli Rayon Statistika İdarəsinin rəisi vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən X21 Ərizəçi MMC-nin əmlak inzibatçısı təyin olunmasını xahiş etmiş, əmlak inzibatçısı təyin olunan şəxsin gördüyü işlər barədə məlumatlı olduğunu, Ərizəçi MMC ilə heç bir bağlılığının olmadığını və Ərizəçi MMC-də heç bir vəzifədə işləmədiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak etmiş maraqlı şəxslərin nümayəndələri tərəfindən əmlak inzibatçısının təyin olunması ilə bağlı məhkəməyə hər hansı təklif verilməmişdir. X30 əvvəllər Ərizəçi MMC-də işlədiyini, həmçinin əmlak inzibatçısı kimi nə işlə məşğul olacağını bilmədiyini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən əmlak inzibatçısının hüquq və vəzifələri haqqında məlumatının olmadığını nəzərə alaraq, məhkəmə onun əmlak inzibatçısı təyin edilməsini məqsədəmüvafiq hesab etmir. X14 münasibətdə isə, onun Ərizəçi MMC-yə aidiyyəti olmayan şəxs olduğunu, məhkumluğunun olmamasını, ixtisasını, əvvəllər İmişli rayonu, baş iqtisadçı, baş mühasib, İmişli Rayon Statistika İdarəsinin rəisi vəzifələrində işlədiyini, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən əmlak inzibatçısının hüquq və vəzifələri haqqında məlumatlı olduğunu nəzərə alaraq, onun əmlak inzibatçısı təyin edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi MMC-nin ərizəsi qismən təmin edilməli, Ərizəçi MMC müflis elan edilməli, iflas prosesinə başlanılmalı, X21 əmlak inzibatçısı təyin edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrinin tələblərini rəhbər tutub, Məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi müflis elan edilsin və müəssisənin iflas prosesinə başlanılsın. xx xxxxxxxx 1953-cü il tarixdə İmişli rayonu, Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsi 5 ünvanında qeydiyyatda olan X21 Ərizəçi əmlak inzibatçısı təyin edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-38/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-38/2021
29.01.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver