Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3825/2025 16.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5096,88 manat borc və ödənilmiş 71 manat rüsum olmaqla, cəmi 5167,88 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC (bundan sonra Kreditor) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor, cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış əlavə edilir), İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməletməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin Kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 5096,88 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə zamin-iddiaçı tərəfindən kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 5096,88 manat borcu yaranmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. X2 Sistemindən və iş materiallarında olan məlumatdan görünür ki, "xxxx" MMC adı İddiaçı adı ilə dəyişdirilmişdir və yeni ad xx.xx.2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır.
9. İş materiallarında olan "xxxx" ASC (Bank) ilə “Borcalan" adlandırılacaq fiziki şəxs Cavabdeh (VOEN: **********) arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, V077 saylı “X1 dair Kredit Xətti (Limiti) Müqaviləsi”nin: 1.1. və 2.1. bəndlərinə əsasən Bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə öhdəliyin yuxarı həddi 100 000 (bir yüz min), illik faizin yuxarı həddi 15% (on beş faiz), öhdəliyin icra müddəti ən çoxu 12 (on iki) ay, faizlərin ödənilməsi dövriliyi kredit xətti verilən ilin Noyabr ayının sonunadək, Əsas borcun ödənilməsi kredit xətti verilən ilin Dekabr ayının sonunadək, Möhlət müddəti ən çoxu 11 (on bir) ay, gecikdirilmə faizləri illik 15 (on beş) % + Mərkəzi Bankın uçot faiz dərəcəsi, faktiki X7 (FİFD) 15 (on beş) % olmaqla, kredit verməyi, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. 1.2. bəndinə əsasən, bu Müqavilənin məqsədi Tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərini təşkil etmək, gələcəkdə veriləcək kreditin əsas şərtlərini aydın müəyyən etməkdən ibarətdir. 1.3. bəndinə əsasən, X6 Bank tərəfindən kreditin verilməsindən yaranan münasibətləri tənzimləyir və Tərəflərin hüquq və vəzifələrini əks etdirir. 1.4. bəndinə əsasən, Kreditin təyinatı kənd təsərrüfatı məhsulu 1.2. 1.3. 1.4. olan pambıq istehsal xərclərimin maliyyələşdirilməsidir. 1.5. bəndinə əsasən, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 1.6. bəndinə əsasən, bu Müqavilə üzrə kredit xətti (limiti) hər il cari ilin əvvəlində Borcalanla "xxxx" MMC (bundan sonra "MKT") arasında bağlanmış Müqaviləyə əsasən MKT tərəfindən tərtib edilmiş kredit tələbi cədvəlinə uyğun olaraq müəyyən edilən, lakin hər bir halda 100 000 (bir yüz min) manatdan çox olmayan məbləğdə verilə bilər.
10. İş materiallarında olan "xxxx" ASC (Bank) ilə "xxxx" MMC (Zamin) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsi”nin -1.1. bəndinə əsasən, "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı Müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin (bundan sonra Borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) təqdim edir, Bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. -1.2. bəndinə əsasən, borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən Kredit xətti (limiti) müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi vəlvə ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. -1.3. bəndinə əsasən, zaminliklə təmin edilən öhdəlik Zaminin Banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun Fərdi sahibkarlarla (bundan sonra "Borcalan") bağlanmış və gələcəkdə bağlanacaq Kredit xətti (limiti) müqavilələrindən (bundan sonra "Kredit müqaviləsi") irəli gələn borc öhdəliyidir. -1.4. bəndinə əsasən, zaminliklə təmin edilən borc öhdəliyinin həcmi və müddəti hər bir Borcalanla Bank arasında imzalanan Kredit xətti (limiti) müqaviləsində göstərilir. Bir Borcalanın təmin edilmiş kredit öhdəliyinin həcmi 100 000 (bir yüz min) manatdan çox olmamalıdır. - 1.5. Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar.
11. İş materiallarında olan “MKT İstehsalat Kommersiya" MMC və "xxxx" ASC arasında bağlanmış №01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinə 1 №-li "22" fevral 2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən tərəflər razılaşır və təsdiq edirlər ki, 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinin 5.3-cü bəndinin müddəası bundan sonra aşağıdakı redaksiyada oxunsun: - Bank tərfindən kreditin verilməsindən imtina edildiyi halda Zaminin əlavə müraciəti əsasında imtina edilmiş Borcalana kredit verilə bilər. Zaminin həmin müraciəti mübahisəsiz qaydada Bank tərəfindən təsdiq olunacaq və müraciətdə adları göstərilən borclulara verilən kreditlərin əsas məbləğinin, ona hesablanan faizlərin kredit rəsmiləşdirilən ilin sonuna kimi bu Müqavilənin 2.2.4-cü və 2.3.2-ci bəndləri ilə nəzərdə tutulan hallar istisna olmaqla, tam ödənilməsinə görə Zamin Bank qarşısında zaminlik öhdəliyi daşıyacaq.
12. İş materiallarında olan “MKT İstehsalat Kommersiya" MMC və "xxxx" ASC arasında bağlanmış 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinə 2 №-li "01" Mart 2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən Tərəflər razılaşır və təsdiq edirlər ki, 01/23 saylı, xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsində aşağıdakı dəyişiklik edilir: - 1.4-cü bəndində "100 000 (bir yüz min)” sözləri “400 000 (dörd yüz min)” sözləri ilə əvəz edilir.
13. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına xx.xx.2024-xx.xx.2025-ci il dövrləri üzrə 8251,90 (səkkiz min iki yüz əlli bir manat, doxsan qəpik) manat pul köçürülmüşdür.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Borclu Cavabdeh "xxxx"ASC-yə olan kredit borcu haqqında Arayış”ın surətindən görünür ki, Cavabdeh (bundan sonra "Borclu" adlanacaq) "xxxx"ASC (Bundan sonra "Borcverən" və ya "Kreditor" adlanacaq) ilə bağladığı xx.xx.2024- cü il tarixli V077 №-li kredit xətti (limiti) müqaviləsi çərçivəsində ona "Borcverən" tərəfindən verilmiş Pambıqçı krediti üzrə gecikdirilmiş borcu aşağıdakı kimi təşkil etmişdir:
1. Kreditin verilmə tarixi- xx.xx.2024 - əsas borc- 98,51 AZN, faiz borcu- 2,03 AZN, сəmi 100,54 AZN.
2. Kreditin verilmə tarixi- xx.xx.2024 - əsas borc- 1605,9 AZN, faiz borcu-176,85 AZN, cəmi 1782,75 AZN.
3. Kreditin verilmə tarixi- xx.xx.2024 - əsas borc- 1071 AZN, faiz borcu-90,54 AZN, cəmi 1161,54 AZN.
4. Kreditin verilmə tarixi- xx.xx.2024 - əsas borc- 642 AZN, faiz borcu- 52,4 AZN, сəmi 694,4 AZN.
5. Kreditin verilmə tarixi- xx.xx.2024 - əsas borc- 1016 AZN, faiz borcu-74,04 AZN, cəmi 1090,04 AZN.
6. Kreditin verilmə tarixi- xx.xx.2024 - əsas borc- 261,59 AZN, faiz borcu-6,02 AZN, cəmi 267,61 AZN olmaqla, ümumi əsas borc-4695 AZN, faiz borcu-401,88 AZN, cəmi 5096,88 AZN. Bu arayışla "Kreditor" təsdiq etmişdir ki, "Kreditor" və hüquqi şəxs "xxxx" MMC (bundan sonra "Zamin" adlanacaq) ilə bağlanmış xx.xx.2023 tarixli, 01/23 saylı Zaminlik müqaviləsinə əsasən "Borclu"nun öhdəliklərinə görə "Kreditor" qarşısından cabahdehlik daşıyan "Zamin" tərəfindən "Borclu"nun bu arayışda qeyd olunan 5096,88 manat məbləğində gecikdirilmiş borcunu xx.xx.2025-ci il tarixdə tam şəkildə "Kreditor"a ödənilmişdir,
15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC yaranmış borcun pretenziya 5 gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
16. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 71 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
21. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə bağladıqları müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (“Borcalan") arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, V077 saylı “X1 dair Kredit Xətti (Limiti) Müqaviləsi”nə əsasən, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdələrinə götürmüşlər.
23. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC (Bank) ilə bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsi” ilə İddiaçı (əvvəlki adı:"xxxx" MMC), "xxxx" ASC (Bank) ilə Cavabdeh (“Borcalan" ) arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, V077 saylı üzrə cavabdehin (borcalanın) Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi, eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi vəlvə ya lazımınca icra etmədiyi təqdirdə Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürmüşdür.
24. İş materiallarından görünür ki, "xxxx" ASC (Bank) ilə iş üzrə cavabdeh (“Borcalan") arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, V077 saylı “X1 dair Kredit Xətti (Limiti) Müqaviləsi” çərçivəsində Bank tərəfindən pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş üzrə cavabdehin hesabına xx.xx.2024-xx.xx.2025-ci il dövrləri üzrə 8251,90 (səkkiz min iki yüz əlli bir manat, doxsan qəpik) manat pul köçürülmüşdür. Lakin cavabdehin (borcalanın) kredit üzrə öhdəliyi yerinə yetirməməsi nəticəsində bank qarşısında 5096,88 manat məbləğində öhdəliyi yaranmış və həmin məbləğ zamin qismində iş üzrə iddiaçı tərəfindən banka ödənilmişdir. Hazırda iddiaçı banka ödədiyi həmin 5096,88 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
25. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən hesab edir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən və hazırki iş üzrə iddiaçı, cavabdehin bank qarşısında öhdəliyini icra edərək 5096,88 manat məbləğində borcu ödədiyindən, cavabdehdən həmin məbləğin öz xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır.
26. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə AFB Bank ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, iddiaçı cavabdehin kreditlə təmin olunması məqsədilə bank qarşısında zaminlik öhdəliyini öz üzərinə götürmüşdür. Sonradan bağlanmış kredit müqaviləsi əsasında bank cavabdehə pul vəsaiti ayırmış və bu vəsait cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş qaydada ödənişləri həyata keçirməmiş, bununla da bank qarşısında borc yaranmışdır. Zaminlik müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, əsas borclu öz öhdəliyini yerinə yetirmədikdə, zamin həmin öhdəliyin icrasına cavabdehlik daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin məzmunu da iddiaçının bu öhdəliyi öz üzərinə könüllü şəkildə götürdüyünü təsdiq edir. Cavabdehin kredit üzrə öhdəliyi yerinə yetirməməsi nəticəsində bank qarşısında 5096,88 manat məbləğində ödəmə tələbi yaranmışdır. Bu borc kreditin tam və vaxtında ödənilməməsinin nəticəsi kimi formalaşmışdır və zaminlik müqaviləsi üzrə məsuliyyət həmin məbləğə şamil olunur. Bu səbəbdən bankın tələbi əsaslı hesab edilir və zamin statusunda olan iddiaçı həmin borcun ödənilməsi üzrə məsuliyyət daşıyır. Borcun məbləği sənədlərlə təsdiqlənmiş, iddiaçının öhdəlik götürdüyü zaminlik çərçivəsində müəyyən olunmuşdur.
27. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 5096,88 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
Məhkəmə xərcləri:
28. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia təmin edildiyindən iş üzrə ödənilmiş 71 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
Nəticə:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh 5096,88 (beş min doxsan altı manat, səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 71 (yetmiş bir) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev