Məhkəmə qərarları › İş №e-2-2(121)-40/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-40/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-40/2023 07.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh Babayev Fikrət Qurban oğlunun iştirakı ilə İddiaçı cavabdeh Babayev Fikrət Qurban oğluna qarşı – əmlak tələbi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Babayev Fikrət Qurban oğluna qarşı – cavabdehdən 40 ton çəkidə sarı XB ip malının naturada alınıb ona verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ip alveri ilə məşqul olmuşlar. İlk əvvəllər İrandan 15 ton sarı ip, 5 ton ağ kapronlu, 6-7 ton rəngli iplər gətizdirməyə başlamışlar. Alverləri 4 ilə yaxın davam etmiş, hər kantenerdə 15 ton olmaqla ümumilikdə 450 ton sarı XB ip, 250 ton ağ kapronlu ip və 250 ton rəngli ip gəlmişdir. Həmin iplərin satışından əldə edilən qazancı cavabdeh Fikrət Babayevlə şərik olmuşdurlar. Alverə başlamağa onun pulu ilə maya salmışlar. Onu ip alverinə İranda qayını Taleh qoşduğundan Fikrətlə də razılaşmışdır ki, onlara gələn malın hər tonuna da 50 manat Taleh üçün ayıracaqdırlar. Sonra alverdən qalan qazancdan və onun qoyduğu mayadan ona pul borclu qalmış, bunla bağlı əlavə qoyduğu mayanın ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə Fikrətdən 33840 ABŞ dolları alınıb ona verilməsi qət edilmişdir. Bundan başqa, İrandan gətirdiyi ip mallarını naturada Fikrət maşınla topdan satdığından malları Fikrətə təhvil vermişdir. Həmin malları Fikrət Bakıda Sədərək bazarında və digər rayonlarda satmışdır. İrandan ümumilikdə onlara gələn malların 1,450 ton sarı XB ip, tonu 2100 ABŞ dolları olmaqla, 450 ton sarı ipin ümumi dəyəri 945,000 ABŞ dolları, 2,250 ton ağ kapronlu ipin tonu 4100 ABŞ dolları olmaqla 250 ton ipin maya dəyəri ******* ABŞ dolları, 250 ton rəngli ipin maya tonu 2100 ABŞ dolları olmaqla 250 ton ipin maya dəyəri 525000 ABŞ dolları pul etmişdir. Cəmi ******* ABŞ dolları maya dəyəri olmuşdur. Amma məhkəmə qətnaməsi ilə onun bu alverə qoyduğu maya kimi 33840 ABŞ dolları pul geri qaytarılmış, mal isə natura şəkilində Fikrət Babayevdə qalmış, ümumi bu malların satışından isə ******* ABŞ dollarından çox qazancı olması nəzərdə tutulmuşdur. İpin kilosu 1.70 maya dəyəri olan ipin bazar satışı 2.70 manat topdan qiymətə satılmışdır. Hesablanmış məbləğ daha da yüksək olmuş olur. Fikrətin onu aldatdığını və malı vermək istəmədiyini bildiyindən bir səfərində malı götürmədən ötrü Fikrətlə aralarında dava-dalaş düşməsin deyə bir gün əvvəl oğlu Elxan və Orxan, qayınları Taleh və Ceyhunla birlikdə Fikrətin evinə getmiş, həmin vaxt Fikrət demişdir ki, Ceyhun və Taleh sabah gəlməsin, oğlanlarınla sabah gəlib 40 ton sarı XB ipini aparar. Onun səhərisi gün o, oğlanları ilə birlikdə anbara getmişlər, orada malı götürmək istəyəndə Fikrətin anbardarı olan Babək bildirmişdir ki, malı götürmə namusu üzərinə söz verir ki, mal satılıb pulun verəçəklər, əgər satılmasa malı naturada geri qaytaracaqdır. Həmin vaxt 40 ton sarı XB ip anbarda satılmamış qalmışdır. Lakin sonra Babək də verdiyi sözünə əməl etməmiş, nə malın pulunu nə də ki, malı Fikrət ona verməkdən imtina etmişdir. Fikrət anbarda olan malı ona vermədiyindən daha aralarında söz-söhbətləri gərginləşməyə başladığından bir neçə vaxtdan sonra Fikrət ona aid olmayan xarab malları olan 1 ton 537 kq onluq jilka, 639 kq beşlik jilka, 9 meşok nabor jilka, 2 ton 124 kq qalın jilka, 500 kq meşok ipi, 1 ton 518 kq praplen ip, 1 ton 723 kq pambıq ip malı verdi. Fikrətin ona verdiyi malların dəyəri alış qiymətdən aşağı olsa da, həmin malları bazarda satış qiymətindən iki dəfə artıq olmaqla 23328 ABŞ dolları hesabladı. Eyni zamanda bu malları özü çəkərək meşokların üstünə kq yazdığından onları çəkməyib meşokun üzərində olan kq-larla hesablayaraq qəbul etmiş, sonra həmin malları çəkəndə malın çəkisi az çıxmağa başlamışdır. Bu malları Fikrət ona verəndə bildirdi ki, İranlıyla danışıb və X17 həmin bu malları guya ondan geri götürəcəkdir. Lakin bir neçə gündən sonra Kərbəlayi Qulam Azərbaycana gələndə malların ona aid olmadığını bildirib ondan yalnız malların arasından bir çeşid pambıq ipi olan malı geri götürmüşdür. Həmin bu pambıq ipində də, Fikrət çəkidə onu aldatmış, çəkidə çox yazıb ona vermiş, İranlı həmin malı çəkib aparanda isə çəkisi az çıxmışdır. İranlı həmin malları ondan geri götürmədiyindən həmin vaxtı İranlı Qulamın yanında qayını Ceyhunla Fikrətə zəng edib ora gəlməsini, İranlının malı götürmədiyini deyəndə Fikrət dedi ki, “ora gəlmir, istəyir götürsün istəyir götürməsin, bundan sonra nə İranlıya, nə də ki, ona pul verməyək”. İranlı malı ondan geri götürəndə orada qardaşı, qayını Ceyhun, Fikrətin şoferi Qara adlı şəxs olmuş, malın əskik gəlməsinə bu şəxslərdə şahid olmuşlar. Malı Bakıya da Fikrətin şoferi Qara aparmış, X21 getdikdən bir neçə vaxt sonra pul gecikdiyindən yenə Azərbaycana gəlmiş, Qulamla Masallı şəhərində yerləşən Seyidlər çayxanasında o, Fikrət, oğlu Elxan oturub həmin bu malları söhbət edəndə də, Fikrətin ona əskik çəkidə verdiyi malların İranlıya aid olmadığını və həmin malları Fikrətin geri götürməsini istəyəndə, Fikrət həmin malları ondan götürməkdən imtina etmişdir. Bundan başqa onun əvvəlki partiyada gələn maldan İranlıya 60000 ABŞ dolları məbləğində borcunun olduğunu və bu hissədə malı satıb ona verməyini danışmış, həmin ərəfələrdə Fikrətdə 40 ton çəkidə sarı XB ip malı qaldığını demiş, “Çayxana” da söhbətindən sonra X15 Qulamla özü tək işləmək istədiyi fikrini bildirdiyi vaxt İranlı Qulam ona Mahirsiz işləməyəçəyini və Fikrətə mal verməyəcəyini bildirmişdir. Həmin vaxt Fikrət cibindən 10000 ABŞ dolları çıxarıb İranlı Qulama borcdan vermişdir. Bir neçə gündən sonra Fikrət İrana gedərək Qulamla görüşüb demişdir ki, qalan malları və pulu Mahirə verməyəcək, get özün Mahirdən ala bilərsən. Qulam da Bakıya gələrək onun üstünə tanımadığı bir şəxsi gətirərək Fikrətdə qalan malının dəyərində pulu ona ödəməsi ilə bağlı öhdəlik qoymağa çalışmışlar. Qulam bildirmişdir ki, burda onu tanıyır, malı da ona vermiş, həmin malı Fikrətə vermisən, indi Fikrət deyir ki, nə pul, nədəki mal verməyəcək, buna görə ya malı ya da malın pulunu qaytarmalısan. Bu vaxt telefonla Fikrətə zəng edərək onla söhbət etmiş, ondan polisə şikayət edəcəyini bildirəndə Fikrət dedi ki, get hara istəyirsən şikayət elə, hər yerdə adamı var, nə malı, nə də ki, bir qəpikdə pul verməyəcəkdir. Sonra Fikrət onu söyüb təhqir etmişdir. Belə olan halda İranlı Qulamla gələn şəxs təkidlə Qulama qaytarılacaq malı və yaxud pulunu hədə ilə ondan tələb etmiş, başqa bir bədbəxt hadisə olmaması, uşaqlarının başına bir iş gəlməməsi üçün qardaşlarının, anasının, qayını Ceyhunun, qayını Talehin, dostu Vidadinin, qohumu Cavidin və uşaqlarının yanında bütün əmlaklarını dəyərindən çox ucuz qiymətə satıb Fikrətin borcunu İranlı Qulama əlbə-əl vermişdir. Bundan sonra Fikrətin başqa-başqa şəxsləri aldadaraq pullarını mənimsədiyi üzə çıxmış və həmin adamlar onun qohumları və tanışları olmuşdur. Onlarla birləşib Fikrətin barəsində rayon Prokurorluğuna gedib şikayət etmək istəyən vaxt, Fikrət bundan xəbər tutduğundan, onunla əlaqə yaradaraq şikayət etməməsi və onda olan sarı XB ip malını, maldan gələn qazancını da geri qaytaracağını söz vermişdir. Lakin Fikrət buna da, əməl etməmiş, həmin vaxtdan onun İrandan gətizdirdiyi 40 ton çəkidə sarı “XB ip” Fikrətdə qalmışdır. Fikrətə verdiyi malları əvvəlki gündən ondan almaq istəyən vaxt Babək ona mane olaraq namusu üzərinə and içərək həmin malların pulunu və yaxud Fikrətin qaytarmadığı təqdirdə özünün qaytaracağına söz verdiyindən Babək də həmin işə şərik olaraq ona atmışdır, bu səbəbdən Babək də ona borclu qalmışdır. Bu işlə bağlı Fikrətin səs yazıları və digər sübut növündə Fikrətin əl yazmaları onda var və onları məhkəməyə təqdim edir. Bundan əvvəl xx.xx.2022-ci ildə tələbi üzrə Masallı rayonunda Mediasiya prosesi baş tutmuş, lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən həmin tarixdə mediasiya arayışı verilmişdir. Odur ki, 40 ton çəkidə sarı “XB ip”in naturada cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Babayev Fikrət Qurban oğlu iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Babayev Fikrət Qurban oğlundan 33840 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı Hacıağa oğluna verilməsi, cavabdeh tərəfindən ödənilməli olan 33840 ABŞ dolları qətnamə icra olunduğu günə olan məzənnəsi ilə hesablanması, iddianın pulun ödənilməsinin gecikdirilməsinə görə 4974 ABŞ dolları və əldən çıxmış faydaya görə 10000 manat tələbi, həmçinin X4 münasibətdə təmin edilməməsi, ekspertiza xərcinin cavabdeh Babayev Fikrət Qurban oğluna aid edilməklə ondan 185,52 manat tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh Babayev Fikrət Qurban oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3418/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5, İddiaçı Hacıağa oğlu, X3, X6, X2 ilə X12 və Babayev Fikrət Qurban oğlu arasında borc münasibətləri yarandığından X12, X13 və Babayev Fikrət Qurban oğlunun barəsində cinayət işinin başlanması rədd edilməsi və qərarın surətləri şikayətçi tərəflərə göndərilməklə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqları onlara izah edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Masallı RPŞ-də toplanmış xx.xx.2020-ci il tarixli, HK-1/1739 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Masallı RPŞ-də toplanmış xx.xx.2020-ci il tarixli, HK-1/2010 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Babayev Fikrət Qurban oğlunun müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2022-ci il tarixli, HK- 1/619 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanladığı məktubdan görünür ki, araşdırma zamanı şikayət etdiyi X7 tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2021-ci il tarixədək heç bir idxal-ixrac əməliyyatı aparılmadığı müəyyən edilmişdir. İş materiallarında olan məktubdan görünür ki, İran Respublikasından Kərbəlayi Qulam Azərbaycanın Masallı şəhərindən olan Mahir və Fikrət ilə ... ci ildən ... cı ilə kimi topdan ip alveri etmişlər. Onun onlarla ümumi ticarətləri isə ... ilə kimi davam etmişdir. O, onlarla hər həftə ... ton olmaqla xebe (kanaf), kapron, jilka, press pambıq işləri göndərmişdir. Bütün gələn ... konteyner (... kon ... ton = ... ton) xebe ipinin hamsını bir kiloqrama qədər çəkdirib Fikrətə yollamışdır. Ona heç vaxtı əksik mal yollamamışdır. Bu mallarıda o, onlara İranın Ərdəbil şəhərindən olan "xxxx" Şirkətinin sahibi Kərbəlayi Salman və başqa-başqa adlara məxsus Karqo Şirkətləri ilə yollayırdı. Hətta Mahir ilə Fikrət malların seçimi üçün bir neçe dəfə İrana gəlib onun yanında olmuşlar. Aralarında razılıq olmuşdur ki, bu mallar Azərbaycanda ancaq təkcə Fikrətə yollanılacaqdır. O, bu malları Azərbaycanda təkcə Mahir və Fikrətə göndərdiyinə görə, onlarda hər ... həftədən bir vaxtı-vaxtında ona ... min dollar pul göndərirdilər. Onun onlara ümumi yolladığı mallar aşağıdakı kimidi: (... Xebe (kanaf) ipi ... kon ...). (... Rəngli jilka ipləri ... ton ...). (... Ağ kapron ipi ... ton ...). (... Pambıq ipi qarışıq ... ton ...). Ümumiyətlə onun Mahir və Fikrət ilə ... ci ildən ... cı ilə kimi ... milyon ... min dollar və sonra əlavə ... cı ildən ... ci ilə kimi isə ... milyon ... min dollar alverləri olmuşdur. Onun axrıncı dəfə yolladığı malların pulundan isə onların ona ... dollar borcu qalmışdır. Bu borcdan ... ci ilə kimi Mahir ona ... (min ... dollar) ödəmiş və ... borcları qalmışdır. Sonra da Mahirlə Fikrətin ona qalan borclarından ... ci ilə kimi az-az olmaqla Mahir ödənişlər etmişdir. Onun Fikrətdə olan mallarından isə, Fikrət və Mahir ona yalnız bir dəfə olmaqla ... kq yox, ... kq pambıq ipi geri qaytarmışlar. Bu günə kimidə onların ona ödənilməmiş borcları qalmışdır. Həmin məktubdan həmçinin görünür ki, qeyd edilən məktub Golam Mohammadi tərəfindən və "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən imalanaraq, möhürlə təsdiq edilmişdir. İşdə olan cavabdeh Babayev Fikrət Qurban oğlunun iddiaya etirazından görünür ki, iddia tamamila yalan və böhtandır. Bir neçə illərdir ki, İddiaçı ona və qardaşlarına bilə-bilə yalandan polis, prokurorluq va məhkəmə orqanlarına şikayətlər verir, onu narahat edir və ailəsinə çörək pulu qazanmağa imkan vermir. Ozü də bunu başına yığdığı bir qrup insanlarla edir. İddiaçı irandan nə mal gatirib, nə də ondan mal almamışdır. İddia ərizəsini alan kimi dərhal Gömrük Komitəsinə va Vergi orqanlarına teleqramlar vurmuşdur. Orqanlardan aldığı sənədləri məhkəməyə təqdim edir. Mahirin vəkili Nicat dedi ki, guya bu 950 ton xammalı hansısa Calilabad uşaqlarının adı ilə İddiaçı ölkəyə idxal etmişdir. Bu tamamilə yalandır. O, həmin adam kimdirsə qoy mahkəməyə dəvət olunsun və desin ki, bu xammalı İrandan o, gətirmiş və Mahirə vermişdir. Əgər gətiribsə, xammalı Gömurük sənədlərini məhkəməyə taqdim etsin. Sonra onun vəkili dedi ki, əl yazmalan var və s. İstəyir ki, birinci məhkəməni təkrar təşkil etsin. Həmin məhkəmədə də o, Mahirin vəkili idi. Bu ikinci iddia ərizəsini də, o bilərəkdən birinci məhkəmə ilə əlaqələndirmişdir. Bu iddia tamamilə yalandır. O, heç vaxt İddiaçı ilə alver etməmişdir. İnistutdan sonra indiyə qədər də, qardaşı İlqarım yanında işləyirlər. Mahir bazarda ayaqqabı satırdı. Sonra Mahirin bacanağı olan qardaşı Babayev İlqarın alverinə xainlik edərək balaca qardaşı Babayev İlyasla əlaqəyə girərək, İlyas bu işi bildiyinə görə onlara qarşı yəni, İlqar ilə Fikrətə qarşı onlar Mahir və İlyasla sağlam olmayan rəqabətə başladılar. Bir müddət sonra Azarbaycanda dolların kursu iki dəfə dəyişəndən sonra onlar alverdə uduzmuş, rəqabəti saxlamağa məcbur olmuşlar və ziyana düşmüşlər. Sonra onlar başladılar bir-birini ittiham etməyə, hər gün gəlib İlyasın həyətində dayanırdılar. X22 dedi ki, onun bacanağı idin gərək gedib oz alverini edərdin. Onların ata-baba sənəti olan alverə girməyəydin. O, ali savadlı iqtisadçı olduğundan anası ondan xahiş etdi ki, Mahirlə İlyasın alverini bir-birindən ayrılmasına köməklik etsin. Heç birinin qanuni dəftəri yox idi. Mahirə koməklik etmişdir ki, onun İlyasdan alverinin ayrılmasına və bir-birinə olan borclarını, öz xətti ilə onların hər ikisini qeyd etmişdir ki, İlyasdan qalıq malların alınıb Mahirə qaytarılmasına köməklik etmişdir. Həmin vaxlar dollara görə vəziyyət pis olduğuna görə İlyas özü alver etdikcə onun pulunu qaytarırdı. İlyası taləsdirdiyinə görə, bir dəfə onunla telefonda dalaşmış, İlyas onun pulunu yavaş-yavaş olsa da, tamamilə qaytarmışdır. 3 ildən sonra İddiaçı xəttinə görə düşdüyü ziyanın əvəzini çıxmaq üçün onu məhkəməyə vermişdir. İddiaçı İlyas haqqında Polisdə bir neçə şikayət ərizələri vardır. Əgər bu dedikləri yalandırsa onda Mahir onu İlqar və İlyası guya dələduzluq edib onun pulunu mənimsəmək haqqında Baş Prokurorluğa verdiyi şikayət buna sübutdur. Əgər onun şikayati ancaq onunla idisə, onda İlqar və İlyasdan nəyə görə şikayət etmişdir. Birinci iddia ərizəsində deyirdi ki, guya Fikrətin də adına mal vurmuşdur. O, özü və yaxud Mahirin adına ölkəyə mal idxal etməmişdir. Bunlar yalandır. Həmişə daxili bazardan Sədərək Ticarət obyektindən, yəni ikinci əldən mal almışdır. Bir başa xaricdən mal gətirməyə onların maddi imkanı olmamışdır. Bir daha onu qeyd etmək istəyir ki, XB-nin vətəni dunyada 80% Banqladeşdə, 20% Hindistanda yetişir. Onu oradan İrana, sonra Azərbaycana idxal etmək birbaşa Azərbaycana idxal etməkdən 1 manat baha başa gəlir. Ona görə də onu İrandan kim gətirsə rəqabətdə birbaşa gətirməklə sata bilməz. Demək ki, bu iddia tamamilə yalandır. Burda XB təbii məhsuldan hazırlanmış xammaldır, rütubətli yerlərdə tez çürüyür. Onlar heç vaxt onu Sədərək ticarət mərkəzindən bir tondan artıq almamışlar. Bir də iddia edir ki, xammalı aparıb bazarda satdılar. O bilmir ki, xammalı istehsal edib hazır ip halına salmadan bazarda satmaq olmaz. Bu 950 ton xammalı istehsal etməyə onların kustar iş yerində 50 ilə qədər vaxt lazımdır. Bu iddia tamamila yalandır. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət ilə isə qohumluq münasibətləri vardır. Təxminən özünə məxsus avtomobil vasitəsi ilə İddiaçı məxsus ipləri meşok şəklində cavabdeh Fikrət Babayevə məxsus Masallı rayonu, Digah kəndində yerləşən anbarına aparmışdır. Anbarda Fikrətin anabardarı Babək adlı şəxs malları çəkərək təhvil götürmüşdür. Hər bir meşokun çəkisinin təxminən 50 kq olması yadına gəlir. X29 Respublikasından Azərbaycan Respublikasının Biləsuvar rayonuna gəlmiş, oradan da Cəlilabad rayonuna aparılmış, o, həmin malları gedib Cəlilabad rayonundan götürmüşdür. Mal 40 ton olmuş, 1 maşın isə 5 ton yük götürə bilir. Buna görə də, 8 dəfə ipləri avtomobilinə yükləyərək, gətirmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət ilə isə qohumluq münasibətləri vardır. İddiaçı ilə bir neçə müddət şərikli alverləri olmuşdur. Belə ki, iddiaçı ilə şərikli İran İslam Respublikasından Kərbalayı Qulam adlı şəxsdən ip məhsullarını alıb satışını təşkil etmişlər. Lakin onun başqa işlə məşğul olması səbəbindən Mahirlə şəriklikdən imtina etmişdir. X11 iplərin alınmasında köməklik edəcəyini bildirmişdir. Mahir də Fikrətlə şərikli ip alveri ilə məşğul olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət isə bibisinin həyat yoldaşıdır. Hər ayda bir dəfə Mahirə məxsus ipləri Fikrətin anbarına aparıb boşaltmışdır. Ondan başqa Fikrətin fəhlələri orda olmuş, ona köməklik etmişlər. O, Fikrətin fəhləsi kimi anbarda işləmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına İddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən gödərilmişdir. Həmçinin həmin iplər Golam Mohammadiyə məxsus olmuşdur. Məhkəmə araşdırılması zamanı həmçinin XP iplərinin cavabdeh Fikrət Babayevə təhvil verilməsi də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmamışdır. Göründüyü kimi, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına başqa şəxs(lər) tərəfindən göndərilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının malın cavabdehdən naturada alınaraq ona verilməsini tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına İddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən göndərildiyindən, o cümlədən, həmin iplər iddiaçıya deyil, Golam Mohammadiyə məxsus olduğundan, iddiaçının mövcud iddianı qaldırmaq hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin mala (ipə) dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisəli mallar (iplər) iddiaçının mülkiyyətində deyildir (iddiaçıya məxsus deyildir). Azərbaycan Respublikasının qanunvericiliyi isə iddiaçının mülkiyyətində olmayan əmlaka (əşyaya) dair cavabdeh(lər)ə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Babayev Fikrət Qurban oğluna qarşı – 40 ton çəkidə sarı XB ip malının naturada cavabdehdən alınaraq iddiaçıya verilməsi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar