Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-4063/2024 26.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 02 mart 2021- ci il tarixli tikinti xidmətlərinin göstərilməsnə dair bağlanmış müqavilənin ləğv edilməsi və müqaviləyə əsasən ondan alınmış 43.000 (qırx üç min) manat əsas məbləğin və illik 10 faiz bank faizi hesabı ilə 2 il müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 8.600 (səkkiz min altı yüz) manat faiz borcunun, ümumilikdə 51.600 (əlli bir min altı yüz) manat pulun və 245 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə verərək cavabdeh X2 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-199/2024 nömrəli qərardadı ilə cavabdeh X2 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-199/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X1 02 mart 2021- ci il tarixli tikinti xidmətlərinin göstərilməsnə dair bağlanmış müqavilənin ləğv edilməsi və müqaviləyə əsasən ondan alınmış 43.000 (qırx üç min) manat əsas məbləğin və illik 10.0 faiz bank faizi hesabı ilə 2 il müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 8.600 (səkkiz min altı yüz) manat faiz borcunun, ümumilikdə 51.600 (əlli bir min altı yüz) manat pulun və 245 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə cavabdeh X2 əsl Cavabdeh2 MMC ilə əvəz olunmasını məhkəmədən xahiş etmişlər. Ona görə də onların ərizəsi təmin edilmiş, cavabdeh X5 əsl Cavabdeh2 MMC ilə əvəz edilmişdir. Məhkəmə araşdırmaları zamanı mülki iş üzrə İddiaçı fiziki şəxs kimi, Cavabdeh2 MMC-nin isə hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və hazırkı iddialarının onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə, cavabdeh X5 xx.xx.2014-cü il tarixdə, Cavabdeh2 MMC isə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində rəsmi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə əvvəla qeyd edir ki, iş üzrə tərəflərin (həm əvəz edilən cavabdeh, həm də əsl cavabdeh daxil olmaqla) subyekt tərkibi, mübahisənin predmeti və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri, hazırki mübahisənin kommersiya xarakterdə olmasını və buna görə də məhkəmə aidiyyəti üzrə mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını şərtləndirir. Məhkəmə işin ərazi aidiyyəti ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə və 35.2-ci maddəsinin birinci cümləsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış hüquqi şəxs haqqında məlumatdan görünür ki, iş üzrə əsl cavabdeh qismində seçilmiş Cavabdeh2 (VÖEN **********) hüquqi ünvanı ünvan 1ə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də, hazırki predmet üzrə Cavabdeh2na qarşı verilən iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işdən göründüyü kimi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-199/2024 nömrəli qərardadı ilə cavabdeh X2 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Yəni, məhkəmənin qərardadı ilə işə başqa cavabdeh cəlb edilməmişdir (MPM-nin 51.3-cü maddəsi), iş üzrə seçilmiş cavabdeh Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, bu halda əvəz edilmiş cavabdeh tərəf (proses iştirakçısı) olmaqdan çıxmış hesab edilir və iddia tələbinə baxılması əsl cavabdehə qarşı davam edir. Buna görə də, əvəz edilmiş və bu əsasla tərəf olmaqdan çıxmış cavabdeh X2 Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi üzrə qeydiyyatda olmasının heç bir əhəmiyyəti qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə müəyyən olunur ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.3cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait tərəflər arasında bölüşdürülməli, 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə əlavə olaraq izah edir ki, ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edilərkən kommersiya mübahisələrinə dair işlərin məhkəmə icraatının mümkünlüyünə dair Mülki Prosessual Məcəllənin 10-1, 149 və 150-ci maddələrinin tələblərinə əməl edilməsi zəruridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 119, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 245 manat dövlət rüsumu (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti tərəflər arasında bölüşdürülərək 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-4063/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-4063/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver