Məhkəmə qərarları › İş №e-2-2(121)-410/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-410/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-410/2020 21.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızının, Cavabdeh X18 nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X21 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X21 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş qalan 3.780,8 manat borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 567,12 manat faiz borcunun, həmçinin dövlət rüsumu və bank xərci olaraq 31 manat, ümumilikdə 4.378,92 manat məbləğində pul vəsaitinin tutulmasıbarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh X11 satışı ilə məşğul olan “Holcim” zavodunun dileri olan İddiaçı MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürmüş, dəyəri tam ödəməmiş və hazırki tarixə 3.780,8 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəmək istəməmişdir. Sonuncu dəfə pretenziya məktubu ilə ona xx.xx.2019-cu il tarixdə müraciət edilərək ən geci 3 gün ərzində borclu olduğu pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə məlumat vermişdirlər. Lakin bugünə kimi hər hansı bir məbləğ ödənilməmişdir.Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X18 nümayəndəsi və vəkili X24 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, A********** saylı yüknəqliyyat qaiməsindən görünür ki, həmin qaimə əsasında xx xxxxxx 2016-cı il tarixdə 11,20 ton R Optimal markalı və 16 ton R Spesial markalı sement məhsulları Lənkəran rayonu, Usaküçə kəndində fəaliyyət göstərən Rasim Həbibova ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsindən görünür ki, həmin qaimə əsasında xx xxxxxxx 2016-cı il tarixdə 11,20 ton R Spesial markalı və 16 ton R Optimal markalı sement məhsulları Lənkəran rayonu, Usaküçə kəndində fəaliyyət göstərən Rasim Həbibova ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan X18 Qaradağ Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatının təsdiq edilmiş surətində qeyd olunur ki, onun Lənkəran rayonu, Osaküçə kəndində inşaat materialları satılan mağazası vardır. O, Seymur Fətullayevi təxminən 12 ilə yaxındır ki tanıyır və onunla münasibəti normal olmuşdur. 2016-cı ilin yay aylarında Seymur ona “Holcim” şirkətinə məxsus sement məhsulları vermişdir. O həmin sement məhsullarını satdıqca nağd şəkildə sementlərin pullarını vermişdir. O Seymurdan aldığı sementlərin sayını dəqiq bilmir. Seymura sementə görə verdiyi pulların qeydiyyatını heç bir yerdə aparmamışdır. X9 İddiaçı MMC tərəfindən tərtib olunmuş sənəddən görünür ki, 3.780,80, manat borcunuz olmuşdur. Bununla bağlı nə deyə bilərsiniz ?” sualına cavab olaraq bildirmişdir ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş sənədlə tanış oldu. Onun sementə görə heç bir borcu yoxdur. O aldığı sementlərin pullarını nağd qaydada ödəmişdir. Onun nə Seymura nə də ki, İddiaçı MMC-yə borcu yoxdur. İş materiallarında olan X18 Qaradağ Rayon Prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətində qeyd olunur ki, Osaküçə kəndində ona məxsus mağaza var, həmin mağazada tikinti materialları satılır və hazırda oğlu həmin mağazaya rəhbərlik edir. Təxminən 2016-2017-ci illərdə Seymur satmaq üçün sement gətirib onun mağazasına verirdi. O həmişə tikinti materiallarını nağd pulla almışdır, heç vaxt aldığı malların pulunu satandan sonra ödəməmişdir, həmişə nağd almışdır. Seymur sementləri verəndə özünü İddiaçı MMC-nin nümayəndəsi kimi təqdim etmişdir. X9 İddiaçı MMC tərəfindən Qaradağ Rayon Prokurorluğuna ünvanlanmış şikayət ərizəsində göstərilmişdir ki, sizin həmin şirkətə sement satışına dair 3.780 manat borcunuz var. Bu barədə nə deyə bilərsiniz ?” sualına cavab olaraq bildirmişdir ki, onun Seymur Fətullayevə, eləcə də İddiaçı MMC-yə hər-hansı məbləğdə borcu yoxdur. O sementləri həmişə nağd pula almışdır. Ona görə də onun borcu ola bilməzdi. İş materiallarında olan İddiaçı MMC tərəfindən X21 ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər X27 tərəfindən şirkətlərindən təhvil alınmış sement məhsuluna görə 3.780,8 manat məbləğində borcunun qaldığı bildirilmiş, qalıq borcunu qısa müddətdə, ən geci 3 gün ərzində ödəmədiyi təqdirdə borc tələbi üzrə aidiyyəti məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə X27 məlumatlandırılmışdır. İş materiallarında olan X27 tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunur ki, onun İddiaçı MMC-yə borcu yoxdur. Belə ki, onun adına ünvanladıqları məktubda qeyd olunan malların dəyərini 3.780,8 manat məbləğində pulu sementi boşaldan kimi dərhal şirkətin nümayəndəsi kimi özünü təqdim edən Fətullayev Seymur adlı şəxsə ödəmişdir. İş materiallarında olan X27 tərəfindən məhkəməyə ünvanlanan etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin ona qarşı olan iddiasını qəbul etmir. Çünki onun iddiaçı ilə hər hansı müqaviləsi yoxdur. O sementi Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayan X3 almışdır. Həmin faktı Seymur Fətullayev də təsdiq edir. Bu barədə ona öz xətti ilə yazdığı qəbz vermişdir. Necə ola bilər ki, İddiaçı MMC-də hər-hansı müqavilə olmadan ondan borc tələb etsin. Bundan əlavə 3 dəfə Qaradağ Rayon Polis İdarəsinin istintaq bölməsinin müstəntiqi onlara gəlmiş və ifadəsini almışdır. İstintaq zamanı X13 ilə üzləşdirmə olmuş, Seymur Fətullayev ifadəsində sementin pulunun ona verilməsini bir daha təsdiq etmişdir. İş materiallarında olan “Holcim (Azərbaycan” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015-2570 364363 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Holcim (Azərbaycan” ASC ilə İddiaçı MMC arasında sement satışına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ƏDV daxil olmaqla R Optimal markalı sementin 1 tonunun qiyməti 112,69 manat, R Sprint markalı sementin 1 tonunun qiyməti 135,70 manat, R Spesial markalı sementin 1 tonunun qiyməti 128,03 manat, Qaradağ Kompakt markalı sementin 1 tonunun qiyməti 141,60 manat müəyyən edilmişdir. İş materiallarında olan satış üzrə hesabatda İddiaçı MMC tərəfindən X21 xx xxxxxx 2016-cı il tarixdə dəyəri 3.121,60 manat olan 11,200 ton R Optimal markalı və 16 ton R Spesial markalı sement verildiyi, verilmiş malın dəyərindən 2.366,40 manat ödəniş edildiyi, 755,20 manat borcun isə qaldığı, xx xxxxxxx 2016-cı il tarixdə dəyəri 3.025,60 manat olan 16 ton R Optimal markalı və 11,200 ton R Spesial markalı sement verildiyi, verilmiş malın dəyərindən ödəniş edilmədiyi, 3.025,60 manat borcun qaldığı qeyd edilmişdir. İş materiallarında olan cavabdeh X18 nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunan etiraz və etiraza əlavədə qeyd olunur ki, iddianı qəbul etmirlər. İddia ərizəsi qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib edilmişdir. Həmin iddia başa düşülən deyildir. İddiada kimin nə vaxt, harada, kimdən hansı miqdarda, hansı qiymətə sement alıb-almaması göstərilməmişdir. İddiada yalnız bir cümlə ilə X4 satışı ilə məşğul olan “Holcim” zavodunun dileri olan İddiaçıMMC-dən dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil aldığı və dəyərinin tam ödənilmədiyi, hazırkı vaxta kimi onun həmin cəmiyyətə ümumilikdə dövlət rüsumu və faizlər hesablanılmaqla 4.378,92 manat borcu qaldığını və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu olduğu məbləği ödəmək istəmədiyi göstərilmişdir. Daha sonra isə guya tərəflər arasında hər hansı bir müqavilə olmuşdur deyə Mülki Məcəllənin müvafiq normalarına istinad edilmişdir. Tərəflər arasında ümumiyyətlə heç bir müqavilə olmamış və heç vaxt cavabdeh X27 həmin zavod, yaxud da dileri olan cəmiyyətdən heç bir sayda sement almamış və onara heç bir borcu da yoxdur. İddiaçı təşkilat təkcə cavabdeh X21 qarşı deyil, Lənkəran rayonunun və eləcə də digər rayonun vətəndaşlarına qarşı eyni məzmunlu pul tələbləri ilə əlaqədar məhkəmələrə müraciət etmişdir. Bütün iddialar da heç bir sübutla əsaslanmamışdır. Cavabdeh X7 rayonunda vergi ödəyicisi olaraq inşaat mallarının satışı ilə məşğul olan şəxsdir. O da digərləri kimi Lənkəran şəhərində inşaat materiallarının satışı ilə məşğul olan X5 vasitəçiliyi ilə özünü İddiaçıMMC-nin nümayəndəsi kimi təqdim edən Elçin Həsənov adlı şəxsdən sement alaraq aparıb özünün işlədiyi dükanda satmış və pullarını da sementi aldığı Elçin Həsənova, bəzən də o gəlmədikdə Seymur adlı şəxsə ödəmişdir. Seymur Fətullayev də öz növbəsində həmin sementi aldığı və özünü ona zavodun səlahiyyətli nümayəndəsi kimi tanıtdıran Elçin Həsənov adlı şəxsə əksər hallarda bank vasitəsi ilə, bəzən də Bakı şəhərinə gedən taksilərlə müxtəlif vaxtlarda göndərmişdir. Bu barədə rəsmi ödəmələri özündə əks etdirən qəbzlər məhkəməyə təqdim edilmişdir. Hazırkı iddiaya kimi İddiaçıMMC X8 qarşı da eyni məzmunlu iddia ilə müraciət etmiş və ondan 13.872,6 manat pul tələbinə dair mülki işə Şirvan İnzibati-İqtisadi Məhkəməsində xx xxxxxxxx 2019-cu il tarixdə baxılaraq 2-2 (086)-446/2019 nömrəli qətnamə qəbul edilərək iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən də görünür ki, özünü şirkətin və daş karxanalarının nümayəndəsi və Fövqəladə Hallar Nazirliyinin Xətai rayon şöbəsinin işçisi kimi Seymur Fətullayevə təqdim edən Elçin Həsənov adlı şəxs 2016-cı ildə Lənkəran şəhərinə gələrək ona sement satışı ilə məşğul olduğunu, ona və eləcə də tapacağı müştərilərə istənilən həcmdə sement sata biləcəyini, hətta ona aylıq 500 manat əmək haqqı da verəcəyini bildirmiş, daha sonra Seymur Fətəliyev həmin Elçin Həsənovu aparıb Lənkəran rayonu ərazisində sement satışı ilə məşğul olan vətəndaşlarla tanış etmiş, Elçin həmin sahibkarlara da gətirib sement paylayaraq özü və bəzən də Seymur vasitəsi ilə satılan sementlərin pullarını almışdır. Daha sonra Bakıdan gələ bilmədikdə Seymur Fətullayevə zəng edərək pulları vətəndaşlardan alıb onun verdiyi hesaba köçürməsini xahiş etmiş, Seymur da aldığı pulları dərhal Bakıya gedən taksi maşınları ilə Elçinə göndərmişdir. X19 verilən pullar barədə heç kimə deməməsini Seymur Fətullayevə dedikdən sonra Seymur ondan şübhələnmiş və bu səbəbdən də sahibkarlardan topladığı pulları artıq bank vasitəsi ilə həmin hesaba köçürmüşdür. Sözügedən iddia Seymur Fətullayevə qarşı qaldırıldıqdan sonra Seymur Fətullayevin və eləcə də İddiaçıMMC-nin şikayətlərinə əsasən Elçin Həsənov barəsində araşdırılma aparılaraq cinayət işi başlanılması rədd edilmişdir. Seymur Fətullayevin Baş Prokurorluğa, Daxli İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Korrupsiyaya qarşı Mübarizə idarəsinə ünvanladığı saysız-hesabsız şikayətləri olmaqla hazırda da Elçin Həsənov barəsində olan şikayətlər araşdırılmaqdadır. Maraqlıdır ki, Seymur Fətullayev barədə çıxarılmış qətnamədən də görünür ki, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında əvvəllər Elçin Həsənov adlı şəxsi tanımadıqlarını bildirsələr də, sonradan, yəni son məhkəmə iclasında cavabdeh X1 təqdim etdiyi saxta müqaviləni təqdim etdikdən sonra iddiaçının nümayəndəsi Elçin Həsənovun şirkətin qeyri rəsmi agenti olduğunu, təsisçi ilə birlikdə Fövqəladə Hallar nazirliyində işlədiyindən təsisçinin ondan satış yeri tapmaqda köməklik etməsini xahiş etdiyini bildirmişdir. Bütün bunlar artıq saxtakarlıqlardan, cinayət xarakterli işlərdən xəbər verir. İddiaçıMMC Elçin Həsənov barədə özü istintaq orqanlarına və eləcə də məhkəmələrə şikayət etdiyi halda, ondan heç bir məbləqdə pul ala bilməyəcəyini, kimlərinsə həmin şəxsi himayə etdiyini başa düşərək artıq heç bir günahı olmayan, aldıqları sementin pullarını sementi aldığı şəxsə, yəni Elçin Həsənova və eləcə də onun qeyri-rəsmi nümayəndəsi Seymur Fətullayevə verdikləri və Seymur Fətullayevin də həmin pulları Elçin Həsənova rəsmi olaraq bank vasitəsi ilə, eləcə də taksilərlə göndərməsinə baxmayaraq yenidən həmin şirkət tərəfindən vətəndaşlardan tələb edilir. Soruşulmalıdır ki, həmin vətəndaşlar görəsən həmin şirkəti tanıyırlarmı, yaxud həmin şirkətin rəhbərliyi, yaxud da hər hansı bir nümayəndəsi həmin vətəndaşla hər hansı bir müqavilə bağlamışdırmı, yaxud aparıb onlara sement satmışdırmı ki, hazırda onlardan sement pulu tələb edirlər. Hesab edir ki, İddiaçıMMC-nin həmin vətəndaşlara, eləcə də konkret olaraq hazırkı iş üzrə cavabdeh X21 qarşı iddia qaldırmağa heç bir subyektiv hüquqları yoxdur. Cavabdeh X21 qarşı qaldırılmış iddia materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli yol-nəqliyyat qaiməsindən görünür ki, həmin qaimədə göstərilən 3,20 ton sement xx xxxx 2016-cı il tarixdə Rasim Həbibova, 16 ton sement isə Rauf Quliyev adlı şəxsə göndərilmişdir. Ancaq qaimədə malı təhvil alan müştərinin yerində heç bir şəxsin, alıcının adı olmamaqla yalnız bir imza vardır ki, həmin imza da cavabdehə aid deyildir. Eyni ilə xx xxxxx 2016-cı il tarixli qaimədə göstərilmişdir ki, guya 20 ton çəkidə sement rasim Həbibova göndərilmişdir. Ancaq təhvil alan müştəri qrafasında heç bir şəxsin adı və soyadı qeyd edilməməklə imza da Rasim Həbibova məxsus deyildir. Maraqlıdır ki, həmin tarixli digər qaimədə göstərilmişdir ki, guya yenidən həmin gün Rasim Həbibova 8 ton bir, 12 ton da əlavə olmaqla 20 ton sement göndərilmişdir. Maraqlıdır ki, həmin qaimədə yenidən əlyazma ilə digər vətəndaşın,digər iş üzrə hüquqlarını müdafiə etdiyim Vasif Abdullayevin də adını qeyd edərək 8 ton sementin də ona verildiyi göstərilmişdir. Ancaq qaimədə sementi alan yalnız 1 müştərinin adı qeyd edilib. Görəsən eyni gündə nə məcbur imiş ki, aldığı sementi satmamış Rasim yenidən sement almışdır. Bundan başqa xx xxxxxxx 2016-cı il tarixli yüknəqliyyat qaiməsində əsasən guya xx xxxxxxx 2016-cı il tarixdə 27.20 ton çəkidə sementin “Holcim” zavodu tərəfindən Lənkəran rayonunda Rasim Həbibova təhvil verildiyi göstərilmişdir. Yenə də müştəri qrafasındakı imza cavabdehə məxsus olmamaqla başqası tərəfindən icra edilmişdir. Göstərilən hallar bir daha təsdiq edir ki, göstərdikləri xüsusatlar tamamilə həqiqətdir. İş üzrə cavabdeh iddiaçı tərəfdən heç vaxt sement almamış, yalnız Elçin Həsənov və Seymur Fətullayevlə münasibətdə olmuş və onlardan aldığı sementin puluna da tam olaraq ödəmişdir. Bunun üçün yalnız X32 şəxsiyyət vəsiqəsində olan və eləcə də digər sənədlərdəki imzalarına baxmaq kifayətdir. Həmin imzanın tamamilə fərqli olmasını müəyyən etmək üçün ekspert olmağa belə ehtiyac yoxdur. Bununla belə qeyd edilən xüsusatları araşdırmaq səbəbindən həmin imzanın cavabdehə məxsus olubolmamasını müəyyən etmək üçün hazırkı iş üzrə xətt ekspertizası təyin etməlidir. Bundan başqa hazırkı iş üzrə iddiaçı tərəfin təqdim etdiyi pretenziya məktubunun tarixi yoxdur. Ancaq həmin pretenziya məktubuna cavab olaraq cavabdeh Rasim Həbibov rəsmi cavab ünvanlayaraq bildirmişdir ki, həmin şirkətə heç bir borcu yoxdur. Özünü şirkətin nümayəndəsi kimi tanıdan Seymur Fətullayevə ondan aldığı sementin pulunu tam olaraq ödəmişdir. Seymur Fətullayev özü də bütün bunları təsdiq edir. Eyni ilə cavabdeh iddiaya qarşı məhkəməyə də rəsmi etiraz göndərərək qeyd edilən halları bir daha təsdiq etmişdir. Hər bir halda iddiaçı tərəf sübut etməlidir ki, hansısa bir tarixdə hansısa bir şəxsə iddia ərizəsində qeyd edilən çəkidə sementi nisyə olaraq vermişdir. Bunun üçün yol-nəqliyyat qaiməsi və ona həqiqətən də cavabdehin imza edib-etməməsini, eləcə də tərəflər arasında hansısa bir müqavilənin olub-olmamasını ilk olaraq iddiaçı tərəf sübut etməli və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməli idi. Hansı ki, qanunvericiliyin tələbinə görə sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. O da maraqlıdır ki, bir anlığa inanılsa ki, həqiqətən də hansısa bir vətəndaşa hansısa sement satılmış və pulu ödənilmirsə, soruşmaq lazımdır bunün üçün 3-4 il keçəndən sonra nə üçün şikayət edirlər, əvvəllər hansı səbəbdən heç olmasa bir dəfə də olsun xəbərdarlıq məktubu göndərməmişlər. Bütün bunlar bir daha təsdiq edir ki, iddiaçı təşkilat Elçin Həsənovun qanunsuz, cinayət xarakterli əməllərini onunla birlikdə törətdiyindən yayınmaq üçün vətəndaşlara qarşı hazırkı iddiaları qaldırmışlar. İddiaçı tərəfin sənədlərinə bir anlıq inanılsa belə, 2016- cı il tarixdə hər hansı bir şəxsin hansısa bir təşkilata pul borcu qalmış olsa belə, iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfin özünün təqdim etdiyi sənədlərdən, konkret olaraq iddia ərizəsində yazılanlardan görünür ki, guya cavabdeh X21 pretenziya məktubu iddia ərizəsində göstərildiyi kimi olmuşdursa belə xx xxxxxx 2019-cu il tarixdə göndərilərək ona borcu ödəmək üçün 3 gün vaxt verilmişdir. Ən dəhşətlisi odur ki, bütün işlərdə olduğu kimi iddiaçı tərəf yenidən öz saxtakarlığını özü sübut etmişdir. Belə ki, həmin guya xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubunun guya cavabdehə göndərilməsi barədə qəbzin üzərindəki poçtun möhüründən görünür ki, qəbzin tarixi xx xxxxxx 2019-cu il qeyd edilmişdir. Yəni xx xxxxxx 2019-cu il tarixdə yazılan məktub, yazılmamışdan 18 gün əvvəlki tarixdən göndərilib. Ümumiyyətlə belə bir pretenziya məktubunun 2019-cu ildə cavabdehə göndərilib-göndərilməməsi də məhkəmə tərəfindən araşdırılıb müəyyən edilməlidir. Həmin hal bir daha təsdiq edir ki, cavabdeh Rasim Həbibov həmin cəmiyyətdən nə vaxtsa sement almamış və onun ünvanına da heç bir xəbərdarlıq məktubları göndərilməmişdir. Hər bir halda pul tələbinə dair işlər üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə və eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdeh X18 nümayəndəsi və vəkili X24 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunan mülahizədə və iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etirazda qeyd olunur ki, cavabdeh X18 nümayəndəsi X24 tərəfindən verilmiş etiraz əsassızdır və aşağıda qeyd edilən hallar bu etirazda qeyd edilənlərin əksini sübut edir.İddia qanun verciliyin tələbinə uyğun olmayaraq tərtib edilməsi dəlilinə münasibətdə qeyd etmək lazımdır ki, iddia AR MPM-nin 149-151-ci maddələrinin tələblərinə uyğun şəkildə tərtib edilmiş və məhkəməyə yazılı şəkildə verilmiş, imza etməyə səlahiyyəti olan nümayəndə tərəfindən imzalanmış, ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddia tələbi, tələbinəsaslandırıldığı hal, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və sənədlər, (hətta cavabdeh pretenziyaya qarşı münasibət də bildirmişdir), ərizəyə əlavə edilən sənədlərin siyahısı, cavabdeh sayına görə iddia ərizəsinin surəti, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilmişdir və iddia məhkəmənin icraatına qəbul edilərək baxılması mümkün hesab edilmişdir. Tərəflər arasında hər hansı müqavilə olmaması, cavabdehin ümimiyyətlə “Holcim” zavodu və ya onun dileri olan cəmiyyətlərindən mal almaması, cavabdeh özünü İddiaçı MMC-nin nümayəndəsi kimi təqdim edən tanışı Fətullayev Seymurun vasitəçiliyi Həsənov Elçin adlı şəxsdən mal almış və pulunu da bəzi hallarda bank, bəzi hallarda müxtəlif şəxslər, Fətullayev Seymur vasitəsilə Həsənov Elçinə ödəmişdir və bu halı Fətullayevin təsdiq etməsi ilə bağlı bildirir ki, AR Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birininoferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eləcə də, etirazda cavabdehin nümayəndəsi özü etirazın 1-ci səhifəsinin 3-cü abzasında qeyd edir ki, cavabdeh X2 Seymur Mirələm oğlunun vasitəçiliyi ilə özünü onların cəmiyyətlərinin nümayəndəsi kimi təqdim etmiş Həsənov Elçindən sement almış, satmış və pulunu bəzən Elçin Həsənova bəzən Seymur Fətullayevə ödəmişdir. Məhkəməyə təqdim etdikləri yol nəqliyyat qaimələrindən və X15 verdikləri xx.xx.2016-cı il tarixli etibarnamədən də görünür ki, X27 həqiqətən də özü etiraf etdiyi kimi cəmiyyətlərindən Həsənov Elçin adlı etibarnamə üzrə nümayəndələri vasitəsilə mal almış, lakin həmin etibarnamədə Həsənov Elçinin pul alma səlahiyyəti qeyd edilməmiş, sahibkarıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi olan cavabdehin ümumiyyətlə cəmiyyətlərindən aldığı pulu ödəməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Malı cəmiyyətlərindən alması ilə bağlı sübutetmə yükü üzərlərinə düşsə də cavabdeh özü cəmiyyətlərndən mal alması faktını etiraf etməklə onları bu sübutetmə vəzifəsindən azad etmişdir. Lakin malların dəyərini ödəməsi ilə bağlı sübutetmə yükü cavadehin üzərinə düşsə də, cavabdeh yalnız sözlərlə kifayətlənmişdir ki, bu da iddialarının təmin edilməsi üçün əsasdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhz yuxarıda qeyd etdikləri səbəblərdən, yəni alqı-satqı müqaviləsi bağlanmış hesab edildiyindən və cavabdehin cəmiyyətlərindən mal alması barədə etiraz və pretenziya məktubunda qeydləri səbəbindən satdığı malların dəyərini tələb etmək kimi “X23 of Rosks” MMC-nin iddianı qaldırmağa subyektiv hüququnun olması artıq işin mübahisəsiz halıdır. Yol nəqliyyat qaiməsində imzanın X21 aid olmaması və iş üzrə məhkəmə xətşünaslıq ekspetizasının təyin edilməli olması barədə etirazında məsələ qaldıran cavabdehin nümayəndəsi nə cavabdehin dəfələrlə təyin edilmiş məhkəmə baxışlarında iştirakını təmin etmiş, son məhkəmə iclasında isə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini istəmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsinin etirazında pretenziya məktubunda tarix olmamasını, iddia ərizəsində preteniziyanın 24 avqust tarixdə göstərilməsinə baxmayaraq göndərilmə qəbzi xx xxxxxx 2019 tarixdə olması ilə bağlı fikirlərinə münasibət olaraq bildirirlər ki, iddia ərizəsində texniki səhv olaraq digər şablon iddia ərizəsi üzərində yazıldığı üçün xx xxxxxx 2019-cu il xx xxxxxx 2019-cu il kimi qeyd edilmişdir.AR Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasənfasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Nümayəndə vəkil Həsənov İbarət hans müddətdən hesablanmaqla 3 illik müddətin ötürülməsini ərizəsində əsaslandıra bilməmişdir. Borclunun öz borcunu etiraf edən ödənişi etdiyi sonuncu tarixdən iddia verildiyi tarixə 3 illik müddət keçməməsinə baxmayaraq cavabdehin nümayəndəsinin hansı müddəti əsas götürməsi məlum deyil. Məhkəməyə təqdim etdikləri X12 ödənişinə dair xx.xx.2017-ci il tarixli 342 saylı kassa mədaxil qəbzinin kötüyündən görünür ki, həmin qəbzin tərtib edildiyi tarixdə son məbləğ ödənilmiş, həmin müddətdən iddia ərizəsinin verildiyi tarixədək isə 3 illik müddət keçməmişdir.Qeyd edilənləri nəzərə alaraq, iddialarına etirazın əsassız olması səbəbindən idia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (329.2), şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3), alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC A********** saylı yük-nəqliyyat qaiməsi əsasında xx xxxxxx 2016-cı il tarixdə 11,20 ton R Optimal markalı və 16 ton R Spesial markalı, A********** saylı yük-nəqliyyat qaiməsi əsasında xx xxxxxxx 2016-cı il tarixdə 11,20 ton R Spesial markalı və 16 ton R Optimal markalı sement məhsulları Lənkəran rayonu, Usaküçə kəndində fəaliyyət göstərən Rasim Həbibova ünvanlanmış, məhsullar imzalanaraq təhvil alınmışdır (iddiaçı yalnız qeyd olunan yük-nəqliyyat qaimələrinə əsasən borcu tələb edir). X27 da Qaradağ Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2018-ci il tarixli izahatında onun sementə görə heç bir borcunun olmadığını, aldığı sementlərin pullarını nağd qaydada ödədiyini, ümumiyyətlə onun heç bir şəxs borcunun olmadığını, onun nə Seymura nə də ki, İddiaçı MMC-yə borcunun olmadığını qeyd etmişdir. X9 Qaradağ Rayon Prokurorluğun verdiyi xx.xx.2020-ci il tarixli izahatında onun sementə görə heç bir borcunun olmadığını, aldığı sementlərin pullarını nağd qaydada ödədiyini, ümumiyyətlə onun heç bir şəxs borcunun olmadığını, onun nə Seymura nə də ki, İddiaçı MMC-yə hər hansı məbləğdə pul borcunun olmadığını, sementləri həmişə nağd pulla aldığını, ona görə də borcunun olmadığını qeyd etmişdir. Bundan başqa, X27 tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli cavab məktubunda İddiaçı MMC tərəfindən ona təhvil verilmiş malların dəyərini 3.780,8 manat məbləğində pulu sementi boşaldan kimi dərhal şirkətin nümayəndəsi kimi özünü təqdim edən Fətullayev Seymur adlı şəxsə ödədiyini bildirmişdir. Beləliklə iş materiallarından olan sənədlərdən və işdə iştirak edən şəxslərin izahatlarından İddiaçı MMC tərəfindən X6 məhsulu verildiyi müəyyən olunur. İddiaçı qalıq əsas borc kimi 3.780,8 manat borcun tutulmasını xahiş edir, cavabdeh isə həmin pul məbləğinin məhz hazırki iş üzrə iddiaçıya ödənildiyini sübut edə bilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə X27 tərəfindən iddiada qeyd olunan malların (sementin) alınması müəyyən olunsa da, həmin mallara görə ödənilməli olan pul məbləğinin tam şəkildə İddiaçı MMC-yə ödənilməsini təsdiq edən hərhansı sənəd və sübut iş materiallarında mövcud deyildir. İddiaçı cavabdehin 3.780,8 manat borcunun qaldığını bildirsə də, cavabdeh 3.780,8 manat qalıq borcun məhz hazırki iş üzrə iddiaçıya ödənildiyini sübut edə bilmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh izahatında sement məhsulunun Seymur adlı şəxsdən aldığını bildirsə də, iş materiallarında olan yük-nəqliyyat qaimələrindən görünür ki, sement kisələri Seymur adlı şəxs tərəfindən deyil, İddiaçı MMC tərəfindən X21 təhvil verilmişdir. Lakin bununla belə, cavabdeh X18 nümayəndəsi və vəkili X24 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olsa da, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavadehə xx xxxxxx 2016-cı il tarixli, A********** saylı və xx xxxxxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaimələrinə əsasən ödənilməmiş qalan 3.780,8 manat borcu və ona hesablanmış 567,12 manat faiz borcunu tələb edir. Yəni iddiaçı cavabdehə sement məhsulunu sonuncu dəfə xx.xx.2016-cı il tarixdə təhvil vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 342 saylı kassa mədaxil orderində cavabdeh X27 tərəfindən 2.976 manat ödənildiyi qeyd olunmuşdur. İddiaçı məhz həmin kassa mədaxil orderinə əsasən, 3 illik iddia müddətinin ötürülmədiyini bildirir. Lakin məhkəmə həmin kassa mədaxil orderini mötəbər sübut kimi qəbul etmir. Belə ki, əvvəla xx.xx.2017-ci il tarixli, 342 saylı kassa mədaxil orderi birtərəfli qaydada, yəni yalnız iddiaçının rəhbəri və mühasibi tərəfindən imzalanaraq möhürlənməklə tərtib edilmiş, cavabdeh X18 nə adı, nə də ki imzası həmin sənəddə mövcud deyildir. Bundan başqa, kassa mədaxil orderi ciddi hesabat blankıda deyil, adi kağızda hazırlanmışdır. Yəni iddiaçı istənilən zaman, istənilən şəxslə bağlı və istənilən məbləği qeyd etməklə belə bir kassa mədaxil orderini hazırlaya bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 342 saylı kassa mədaxil orderi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya 2.976 manat pul ödənildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə olan halda isə, iddia ərizəsinin məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin cavabdeh X21 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar