Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-423/2020 22.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş qalan 1.921,60 manat borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 288,24 manat faiz borcunun, həmçinin dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində pulun, ümumilikdə 2.240,84 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 tərəfindən sement satışı ilə məşgul olan “xxxx” zavodunun dileri olan İddiaçı MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürülmüş, dəyəri tam ödənilməmiş və hazırki tarixə 1.921,6 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəmək istəmir. Tərəflərindən sonuncu dəfə pretenziya məktubu ilə ona xx.xx.2019-cu il tarixdə müraciət edərək ən geci 3 gün ərzində borcunu ödəməsini, borclu olduğu pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə X6 məlumatlandırmışdırlar. Lakin bugünə kimi hər hansı bir məbləğ ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, İddiaçı nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh X7 tərəfindən məhkəməyə təqdim olunmuş etiraza əlavə edilmiş İddiaçı ilə X7 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 25 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X1 satılmasını, X7 isə malın dəyərinin tam həcmində və ya hissə-hissə sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 15 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh X7 tərəfindən məhkəməyə təqdim olunmuş etiraza əlavə edilmiş 2016-cı ilin sentyabr ayında tərtib edilmiş aktın surətində qeyd olunur ki, xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC-dən alınmış sementin dəyərini müqavilənin 4.2-ci maddəsinə əsasən 3-cü şəxs olan rayonun Gərmətük qəsəbə sakini X4 “xxxx” markalı sementin dəyəri hissə-hissə ödəndikdən sonra 1.121,6 manat qalan qalıq borc isə birdəfəlik olaraq MMC-nin satış üzrə direktoru, müqaviləni bağlayan şəxs Elçin Hüseynovun sifarişinə əsasən məndə olan 10 ədəd (10x20) 200 manat məbləğində su quyusu üçün güng və 921,6 manat məbləğində plastik qapı-pəncərə hazırlanaraq MMC-nin sürücüsü Mustafayev Mübarizə təhvil verilərək Elçin Həsənov üçün göndərilmiş və bununla da X3 MMC-yə olan borcu tam bağlanmışdır. Həmin tarixdən halhazıradək sözügedən MMC-dən heç bir sement alınmamışdır. Akt tərəflərin imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan cavabdeh X7 tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd olunur ki, X5 qarşı İddiaçı MMC-nin tərəfindən borcun tutulması barədə qaldırılan iddia tələbin heç bir hüquqi əsası yoxdur və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə ona qarşı qaldırılan əsassız borcun ödənilməsi barədə qaldırılan iddianın əsas səbəbkarı Fövqaladə Hallar Nazirliyin məsul işçisi Elçin Həsənovun törətdiyi dələduzluq və saxtakarlıq əməlləri olmuş və bu işlər üçün bir başa şərait yaradan cavabdeh bir hüquqi şəxs kimi İddiaçı MMC-nin direktoru Elvin Hacıyevdir. xx.xx.2016-cı ildə tanımadığı bir şəxs olan Elçin Həsənov qonşu kənddən olan Gərmətük qəsəbə sakini Fətullayev Seymurun vasitəçiliyi ilə onun iş yerinə gələrək sement satmaqla məşğul olduğunu,sement satan şirkətdə satış üzrə direktor vəzifəsində çalışdığını, regiona sement ancaq onun vasitəsi və göstərişi ilə göndərildiyini bildirdi. Həmin görüşdə Elçin Həsənov izah etdi ki, sement alandan sonra şifahi razılaşma qiyməti ilə “xxxx” sementin 400 markaya görə 1 paçkası 5.20 manatdan, 300 markalı sementin 1 paçkası 4.20 manatdan hesablanmaqla verilən sementin borcu hissə-hissə ancaq ona ödəniləcək, o, gəlməsə şəxsi sürücüsünə və ya vasitəçi olan Fətullayev Seymura verilməklə qarşılıqlı razılığa gəlmişdirlər.Bundan sonra Elçin Həsənov gəldiyi maşından yarım paçkaya qədər çap olunmuş halda kağız gətirmişdir. Həmin kağızlardan bir neçəsini götürmüş, kağızların aşağı hissəsinin bir tərəfində onun adını, familiyasını yazaraq imza etdirmişdir. Özüdə onun yanında digər tərəfdə qabaqcadan peçat vurulmuş kağızın üstündə öz adını, familiyasını yazaraqimza etmişdir.Elçin demişdir ki, bu müqavilədir elə-belə verir ki, ona dəyən dolaşan olmasın. Bir daha qeyd etmişdir ki, bütün bunların heç kimə dəxli yoxdur.Ancaq onların arasında olan sement alqı-satqı sövdələşməsidir. Bu işə region üzrə ancaq o baxır və satış pulların nəğdi qaydada yığılmasına o cavabdehdir. Bir müddətdən sonra xx.xx.2016-cı il tarixdə Elçin Həsənov ona zəng edərək sement göndərdiyini bildirdi. Helə həmin gün “xxxx” ASC-nin A********** №li yük-nəqliyyat qaimə sənədi ilə 13 ədəd altlıqla hər altlıqda 40 kisə 20,8 ton 400 markalı sement qəbul etmişdir. İkinci dəfə xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin A********** №li yük-nəqliyyat qaimə sənədi ilə 5 altlıqla hər altlıqda 40 kisə olmaqla 8 ton 400 markalı, həmin qaimə ilə 2 altlıqda hər altlıqda 40 paçka olmaqla 3,2 ton 300 markalı sement qəbul etmişdir. Elçin Həsənovun göndərdiyi sementin ödənişini şifahi razılaşma qiyməti ilə 400 marka üçün hər kisəyə 5,20 manat, 300 marka üçün isə 4,20 manatdan hesabladığını və yenə şifahi olaraq aşağıda qeyd olunan məbləğdə borcun olmasını göstərməklə aralarında razılıq əldə olunmuşdur. xx.xx.2016-cı il tarixdə 20,8 ton 520 kisə 400 markanın dəyəri 520x5,20 manat = 2.704 manat, xx.xx.2016-cı il tarixdə 8 ton 200 kisə 400 markanın dəyəri 200x5,20 = 1.040 manat,3,2 ton 80 kisə 300 markanın dəyəri isə 80x 4,20 manat=336 manat təşkil edir.X11, ona ödəniləcək cəmi 4.080 manat (2.704+1.040=336)məbləğində pulu qabaqcadan razılaşdıqları qaydada hissə-hissə heç bir sənədləşmə aparmadan nağd qaydada ona, sürücüsünə və ya onun vasitəçisi olan Fətullayev Seymura verməyi biİdirmişdir.Elçin Həsənova qaytaracağı 4.080 manat məbləğdə sement borcundan 2.958,4 manatını nağd qaydada müxtəlif vaxtlarda Elçin Həsənova telefon vasitəsi ilə sürücüsünə və vasitəçi Fətullayev Seymura vermişdir. Qalıq qalan 1121,6 manat isə 2016-cı ilin sentyabrında Elçin Həsənov sürücüsü və vasitəçisi Fətullayev Seymurun yanına gələrək həmin məbləğ müqabilində ondan 10 ədəd 200 manat dəyərində su quyusu güng və 921,6 manatlıq dəyərində plastik qapı-pencərə hazırlayıb göndərməyini istəmişdir. O da bir müddətdən sonra sifariş verdiyi 200 manatlıq güngü və verilmiş ölçülər əsasında 921,6 manatlıq plastik qapı-pəncərə hazırlayıb vasitəçi Fətullayev Seymurun iştirakı ilə göndərdiyi sürücüsünə verib onun üçün göndərmişdir. X10 2.958,4 manat pul nağd qaydada,1.121,6 manat dəyərində güng və plastik verməklə olan borcunu tam qaytarmışdır. X12 şifahi qaydada razılaşdıqları kimi heç bir məbləğdə borcu qalmamışdır və heç bir qaydada qarşılıqlı narazılıq və iddia yaranmamışdır. Bu alqı-satqı əməliyyatından 3 il keçəndən sonra tanımadığı və heç vaxt əlaqədə olmadığı İddiaçı MMC-nin direktoru kimi adı qeyd olunmuş bir şəxsin adından 2 dəfə ona hüquqi əsası olmayan məktublar daxil olmuş, məktubların birində 1.121,6 manat, ikincisində isə həmin məbləğə 800 manat əlavə edərək 1.921,6 manat borcun olması və əgər qaytarılmasa polis və məhkəməyə müraciət olunacağı bildirilmişdir. O da Elvin Hacıyevi tanımadığı üçün onunla heç əlaqəli bir iş görmədiyinə görə bu tələbini əsassız hesab etmişdir. Qeyd edir ki, oİddiaçı MMC-də direktor kimi Həsənov Elçini tanıyır, onunla müqavilə bağlamış, onun tapşırığı ilə sement almışdır və razılaşdırılmış qaydada sementin pulunu tam ödəyərək ona borclu qalmamışdır. Ona məktub göndərən Elvin Hacıyevi isə tanımır.Yazılan məktublara görə Elçin Həsənovu axtarsa da, onunla heç cürə əlaqə saxlaya bilməmişdir. Sonralar tanımadığı Elvin Hacıyev ondan Qaradağ RPŞ-nə borcun tutulması barədə şikayət etmişdir. Şikayət əsassız olduğu üçün istintaq zamanı rədd edilmişdir. Sonradan məlum oldu ki, Elçin Həsənov Fövqəladə Hallar Nazirliyində işləyir.Lakin dələduzluq və saxtakarlıq edərək,ona özünü İddiaçı MMC-nin direktoru kimi təqdim etmiş müəssisənin möhürü ilə təsdiq edilmiş rekvizitlər əsasında saxta alqı-satqı müqaviləsi bağlamışdır. Deməli bu saxtakarlığa şərait yaradan bilavasitə Elvin Hacıyevdir. Elvin Hacıyev müəssisənin rekvizitlərini və möhürü ilə təsdiq etdikləri təmiz alqı- satqı müqavilələrini qabaqcadan Elçin Həsənova özü vermiş və imza etməmişdir. Belə dələduzluq və saxtakarlığa şərait yaratmışdır. Bununla yanaşı həmin alqı-satqı əməliyyatından 3 il keçəndən sonra tələb edilən yalançı borcun olmasının heç bir hüquqi əsası yoxdur. Beləki, Elçin Həsənovdan sement alan zaman müəssisə tərəfindən onun adına sementin markası, çəkişi, qiyməti və ümumi dəyəri barədə qaimə-faktura sənədi yazılmamış və verilməmişdir.Eyni zamanda sement borclarını Elçin Həsənova verən zaman müəssisə adından ona pulun mədaxil edilməsi barədə heç bir qəbz də verilməmişdir. Hesab edir ki, 2016-cı ildə ilin axırında illik maliyyə hesabatı tərtib edən zaman müəssisəyə borclu olanlarla qarşılıqlı üzləşmə aktı yazılmalı,borcun məbləği qeyd edilməklə təsdiq edilməli idi.Müəssisəyə borclu olmağı barədə belə bir təsdiqedici qarşılıqlı üzləşmə aktı yoxdursa, deməli qaldırılan borc iddia tələbi əsassızdır,saxtadır və qanuna ziddir. İş materiallarında olan X3 Qaradağ Rayon Polis şöbəsinə verdiyi izahatının təsdiq edilmiş surətində qeyd olunur ki, o, 2016-cı ildə sement məhsulunun satışı ilə məşğul olub. Ona sementlər Seymur adlı şəxs tərəfindən verilmiş və o aldığı sementlərin pulunu hissəhissə Seymura ödəmişdir. İddiaçı MMC-nin 2016-cı il tarixli qaiməsində ona təqdim olunan sənəddə göstərilən məbləği ödəmişdir. Onun sementə görə 1.200 manat borcu qalmışdır. 2017-ci ilin əvvəllərində borclu qaldığı 1.200 manata görə Elçin adlı şəxs ona 1.200 manat dəyərində plastik qapı-pəncərə sifariş vermişdir. O da həmin sifariş verilmiş qapıpəncərəni sement gətirən yük maşını ilə Bakı şəhərinə Elçin üçün göndərmişdir. İş materiallarında olan, iddia ərizəsinə və X7 tərəfindən məhkəməyə ünvanlanan etiraza əlavə olunmuş yük-nəqliyyat qaimələrinin surətlərindən görünür ki, xx xxxx 2016-cı il tarixli, A********** saylı qaimə əsasında 20,80 ton sprint markalı sement kisələri və xx xxxx 2016-cı il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsi əsasında 3,20 ton Optimal markalı və 8 ton Spesial markalı sement kisələri müştəri X5 təhvil verilmişdir. X7 göndərilmiş malları qəbul edərək, yük-nəqliyyat qaimələrini imzalamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən X5 ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə X7 tərəfindən şirkətlərindən təhvil alınmış sement məhsuluna görə borcundan 2.070 manat ödəniş edilmiş, 1.921,6 manat məbləğində borcunun qaldığı bildirilmiş, qalıq borcunu qısa müddətdə, ən geci 3 gün ərzində ödəmədiyi təqdirdə borc tələbi üzrə aidiyyəti məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə X7 məlumatlandırılmışdır. İş materiallarında olan satış üzrə hesabatda İddiaçı MMC tərəfindən X5 xx xxxx 2016-cı il tarixdə dəyəri 2.678 manat olan 20,8 ton R Sprint markalı sement verildiyi, verilmiş malın dəyərindən 2.070 manat ödənildiyi, 608 manat borcun isə qaldığı, xx xxxx 2016-cı il tarixdə dəyəri 3.991,60 manat olan 3,2 ton R Optimal və 8 ton R Spesial markalı sement (cəmi 11,2 ton) verildiyi, verilmiş malın dəyəri olan 1.313,60 manatın ödənilmədiyi qeyd edilmişdir (cəmi qalıq borc 608 + 1.313,60 = 1.921,60 manat). İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (329.2), şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (329.3), alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC X1 satılmasını, X7 isə malın dəyərinin tam həcmində və ya hissə-hissə sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesabfakturanı aldıqdan sonra 15 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC yük-nəqliyyat qaimələri əsasında xx.xx.2016-cı il tarixində 20,8 ton və xx.xx.2016-cı il tarixdə 3,2 və 8 ton sement məhsulunu X5 təhvil vermişdir. Qeyd olunan hallar, işin mübahisəsiz hallarıdır. Belə ki, qeyd olunan hallar X7 tərəfindən məhkəməyə göndərilmiş etirazda və ona əlavə edilmiş sənədlərdə də etiraf edilir. Hazırki iş üzrə mübahisəli hal ondan ibarətdir ki, iddiaçı təhvil verilmiş ümumi dəyəri 3.991,6 manat olan sement məhsuluna görə, 2.070 manat pulun cavabdeh tərəfindən ödənildiyin, cavabdehin 1.921,6 manat borcunun qaldığını bildirir. Cavabdeh isə öz növbəsində təhvil aldığı sementə görə borcunun bir hissəsini nağd qaydada HəsənovElçin adlı şəxsin sürücüsünə və vasitəçi Fətullayev Seymur adlı şəxsə verdiyini, qalıq borcu müqabilində isə güng və plastik qapı-pəncərə hazırlayaraq, HəsənovElçin adlı şəxsə göndərilməsi yolu ilə ödənildiyini qeyd edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə X7 tərəfindən iddiada qeyd olunan malların (sementin) alınması müəyyən olunsa da, həmin mallara görə ödənilməli olan pul məbləğinin tam şəkildə İddiaçı MMC-yə ödənilməsini təsdiq edən hər-hansı sənəd və sübut iş materiallarında mövcud deyildir. İddiaçı cavabdehin ümumi borcundan 2.070 manat pulun ödənildiyini, 1.921,6 manat borcunun isə qaldığını bildirsə də, cavabdeh 1.921,6 manat qalıq borcun ödənildiyini sübut edə bilmir. Hazırki iddia tələbi üzrə sübutetmə vəzifəsinin bölgüsü baxımından malın dəyərinin tam həcmində ödənilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən 1.921,6 manat qalıq borcun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. İddianın öhdəliyinin icra edilməməsi (1.921,6 manat borcun ödənilməməsi) nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 il üçün həmin məbləğə hesablanmış 288,24 manat faiz borcunun tutulmasına münasibət bildirərək məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sement məhsulları xx xxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixlərdə verilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə, yəni sementin təhvil verilməsindən 3 ildən artıq müddət keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə 3 il üçün faizlərin hesablanıb ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 1.921,6 manat borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış288,24 manat (5 faiz hesabı ilə 3 il üçün) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AzərbaycanRespublikasınınMülki ProsessualMəcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xərci ödənilsə də, cavabdehdən 30,40 manat deyil, 31 manat xərcin tutulmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən dövlət rüsumuna və bank xərcinə görə 30,40 manat iddiaçının xeyrinə tutulmalı, iddia qalan 0,60 manat pulun tutulması hissəsində təmin edilməməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 1.921,60 manat məbləğində borc, öhdəliyinin icra edilməməsi nəticəsində 288,24 manat (5 faiz hesabı ilə 3 il üçün) məbləğində faiz, ödənilmiş dövlət rüsumuna və bank xərcinə görə 30,40 manat, cəmi 2.240,24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 1.921,60 manat məbləğində borc, öhdəliyinin icra edilməməsi nəticəsində 288,24 manat (5 faiz hesabı ilə 3 il üçün) məbləğində faiz, ödənilmiş dövlət rüsumuna və bank xərcinə görə 30,40 manat, cəmi 2.240,24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-423/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-423/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver