Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-474/2022 23.11.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsi üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF- 447 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlaklarin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Əsgərov X2 şəhəri, Qurtuluş küçəsi, 33 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, əmlakların boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsinə əsasən illik 8 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150 000 manat və xx.xx.2021-ci il tarixli, RBLLF-472saylı kredit müqaviləsinə əsasən illik 5 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 120 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı ASC-nin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3nın xx.xx.2020-ci il tarixli, RBLLF- 447 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 150 000 manat, faiz borcuna görə 5371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155 371,81 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3nın xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 120 000 manat, faiz borcuna görə 2700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122 700,54 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4na məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli, RBLLF-472saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4na məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı Sonrakı İpotekamüqaviləsi v ə mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı İpotekamüqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka və Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylıkredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 8 faiz dərəcəsi ilə 60 ay müddətinə bağçılığın inkişafı məqsədilə 150.000 (bir yüz əlli min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 07 aprel 2020ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 mart 2021ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 120.000 (bir yüz iyirmi min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 10 mart 2021ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 10 mart 2021ci il tarixli, RBLLF-472 saylı ipoteka müqaviləsinə əsasən, 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus, Bakı şəhəri, ünvan 4 ünvanında 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən 163.33 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 11 mart 2021ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-712 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 150.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 5.371,81 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 155.371,81 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-711 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 120.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 2.700,54 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 122.700,54 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair pretenziyalar göndərilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı və 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı müqavilələr əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsinə dar bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.066633 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan “Müraciətin qəbulu və dövlət rüsumun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ümumilikdə 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 27 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarından olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 168,07 manat məbləğində (qəbzin nömrəsi: 8********) dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 9/4220 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2020-ci il tarixli RBLLF-447 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 150.000 manat, faiz borcu üzrə 5373,96 manat, xx.xx.2021-ci il tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 119.999,50 manat, faiz borcu üzrə 2699,99 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2418/SQ saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında, istifadədə olan 0.06633 ha torpaq sahəsi üzərində 1.197.7 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (kommersiya obyektinin) 14 iyun 2022ci il tarixinə bazar dəyəri 450.000 manat, likvid dəyəri 380.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2431/SQ saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 5 ünvanında, mülkiyyətində olan 0.0913 ha torpaq sahəsi üzərində yerləşən, 163.3 kv.m. ümumi sahədən ibarət, 2 mərtəbəli fərdi yaşayış evinin 14 iyun 2022-ci il tarixinə vizual bazar dəyəri 170.000 manat, vizual likvid dəyəri 144.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 400 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələrinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh3 arasında sözügedən kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında, mülkiyyətində olan 0.0913 ha torpaq sahəsi üzərində yerləşən, 163.3 kv.m. ümumi sahədən ibarət, 2 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 9/4220 saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsində əsas borcu üzrə, 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsində əsas borc və faiz borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 9/4220 saylı rəyi ilə xx.xx.2020-ci il tarixli RBLLF-447 saylı kredit müqaviləsi üzrə faiz borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas, 5.371,81 manat faiz borcu və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas, 2.699,99 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tam, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, eyni zamanda borcun zaminlərdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının zaminlərə qarşı tələbi əsaslıdır. Tərəflər arasında bağlanılmış zaminlik müqavilələrindən də görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə həmin kredit və zaminlik müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh3 iddiaçıya 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələrinə əsasən borcu yaranmışdır. 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə Cavabdeh1, Cavabdeh2 zamin qismində borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən (zaminlərdən) tələb etməkdə haqlıdır. Buna görə də iddianın 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas, 5.371,81 manat faiz və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas, 2.699,99 manat faiz borcunun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələrinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh4 arasında 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsi və 11 mart 2021-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Həmçinin, xx.xx.2021-ci il tarixli, RBLLF- 472 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh5 arasında 10 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Məhkəmə borcun ipoteka predmetlərinə yönəldilərək, həmin əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu İddiaçı ASC-yə olan borc ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması və həmin əmlaklardan çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən qeyri-yaşayış binası və fərdi yaşayış evi ipoteka müqavilələri üzrə kreditlərin qaytarılması üçün ipotekaya qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Çünki, həm qeyri-yaşayış binası, həm də fərdi yaşayış evi ipotekaya qoyulmuşdur və borc ödənilmədiyi təqdirdə ipoteka qoyanlar ipoteka predmeti olan əmlaklardan çıxacağını və boşaldılmasını öhdələrinə götürmüşdür. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyanlar və onların ailə üzvləri yaxud digər şəxslər əmlaklara tutma yönəldikdən sonra və həmin əmlaklar satıldıqdan sonra əmlakları tərk etməlidirlər. Həmin əmlaklarda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlaklarda olur. Cavabdehlər əmlakları tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlaklardan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmetləri də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış binası və fərdi yaşayış evi əmlakların mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqdan sonra həmin əmlaklar üzərində istifadə hüquqlarının itirilmiş hesab olunması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə iddianın həmin hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsi bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda tətbiq oluna bilər. Hazırki işdə isə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Əslində mahiyyət etibarı ilə iddiaçının bu tələbi də cavabdehlərin ipoteka predmetləri olan əmlaklardan və qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Bunun üçün isə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı istifadə hüquqlarının itirilməsi tələbinin irəli sürülməsinə zərurət yoxdur. Məhkəmə iddia tələbinin “ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 168,07 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat və mediasiya xərci olaraq ödənilmiş 400 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh5, 500 manatı isə Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 (iki yüz yetmiş səkkiz min doqquz yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 (bir yüz qırx dörd min) manat məbləğində olmaqla açıq hərracda satılsın. Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borc ödənilsin. Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borc ödənilsin. Tutma ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın Cavabdeh4 və ya Cavabdeh5 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini istisna edir. Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh4 qaytarılsın. Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh5 qaytarılsın. ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Bakı şəhəri, ünvan 6 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh5, 500 manatı isə Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, "xxxx" ASC “Müştərək Xidməti Departamenti”, Bankın kodu: 805250, Müxbir hesab AZ03NABZ013501**********2944, SWİFT: İBAZAZ2X, Hesab № AZ20İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-474/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-474/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver