Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-528/2023 15.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh nümayəndələri X2 və X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli, TXM00003C/19 saylı və 17 mart 2020-ci il tarixli, TXM-00010C/20 saylı “Texniki xidmətlərin göstərilməsi barədə” müqavilələrə əsasən 8.297,13 manat borc, 100 manat mediasiya xərci, 5 manat dövlət rüsumu olmaqla, cəmi 8.402,13 manat pulun Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə - "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış və digər texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh (VÖEN: **********) ilə İddiaçı MMC arasında 10 yanvar 2019-cu il tarixli, TXM-00003C/19 saylı və 17 mart 2020-ci il tarixli, TXM-00010C/20 saylı “Texniki xidmətlərin göstərilməsi barədə” müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin təyin etdiyi məsul şəxs tərəfindən və yaxud “Sifarişçi”nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində, “Sifarişçi”yə məxsus olan texnikalara texniki xidmət göstərməyi, “Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçı”ya vaxtında ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə əsasən Cavabdehnə iddiaçı Cəmiyyət tərəfindən ümumi dəyəri 8,297.13 manat təşkil edən xidmətlər göstərilmişdir. Bu Müqavilələrin 4.2-ci maddələrinə əsasən, tərəflər arasında hesablaşmalar, “İcraçı” tərəfindən görülmüş xidmətdən sonra “Sifariş”çi tərəfindən 5 bank günü müddətində 100% ödəniş təmin edilməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin heç bir hissəsini bu günə qədər ödəməmişdir. Beləliklə, Cavabdeh iddiaçıya 10 yanvar 2019-cu il tarixli, TXM-00003C/19 saylı müqavilə üzrə borcu 177 manat, 17 mart 2020-ci il tarixli, TXM-00010C/20 saylı müqavilə üzrə borcu 8.120,13 manat olmaqla, cəmi 8,297.13 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixli iddia ərizəsinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə “GRAND MOTORS" MMC arasında İdarənin balansında olan maşın mexanizmlərə texniki xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, TXM-00003C/19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında 2019cu ilin yanvar ayında “GRAND MOTORS" MMC tərəfindən 177 manat məbləğində texniki xidmət göstərilmişdir. Göstərdiyi xidmətlərin nəticəsinə görə "xxxx" MMC, Cavabdehnə elektron qaimə, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim etmişdir. Lakin Maliyyə Nazirliyi tərəfindən işlərin birbaşa müqavilə əsasında görülməsinə icazə verilmədiyi üçün həmin vəsait ödənilməmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər edilmiş, müraciətə cavab olaraq meliorasiya işlərinin özünə məxsus və mürəkkəb iş xüsusiyyətləri nəzərə alınaraq onun vahid sistemini təşkil edən tabeli qurumları tərəfindən öz gücü ilə yerinə yetirilən iş və xidmətlərin satınalma prosedurunun predmeti olmadığı üçün Səhmdar Cəmiyyətin Nizamnaməsinə uyğun birbaşa həyata keçirilməsinə razılıq verilmişdir. Həmçinin, Cavabdeh ilə “GRAND MOTORS" MMC arasında İidarənin balansında olan mexanizmlərin cari təmiri və onlara zəmanətli servis xidməti göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, TXM-000103C/20 saylı müqavilə bağlanmışdır. 2019-cu ildən göstərdiyi texniki xidmətə görə ödənilməmiş 177 manat borc nəzərə alınmaqla və 2020-ci ildə bağlanmış müqaviləyə əsasən yerinə yetirilmiş cari təmir və texniki servis xidmətinə görə “GRAND MOTORS" MMC tərəfindən elektron qaimə, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktını İdarəyə təqdim etdiyinə görə "GRAND MOTORS” MMC-nin hesabına 2020-ci ildə ümumilikdə 62.139,13 manat vəsait ödənilmişdir. 2020-ci və 2021-ci illərdə “GMS Group" MMC (keçmiş "xxxx" MMC) tərəfindən Cavabdehnə 8.297,13 manat məbləğində olan elektron qaimələr göndərilmiş, lakin görülmüş işlərə görə hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait ödənilməmiş və “GMS Group" MMC tərəfindən göndərilmiş elektron qaimələr etibarsız hesab edilərək geri göndərilmişdir. Cavabdeh ilə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" QSC arasında İdarənin balansında olan mexanizmlərin cari təmiri və onlara zəmanətli servis xidməti göstərilməsi üçün xx.xx.2021-ci il tarixdə 11 saylı müqavilə bağlanmışdır. 2021-ci ildə bağlanmış müqaviləyə əsasən yerinə yetirilmiş cari təmir və texniki servis xidmətinə görə "xxxx" QSC tərəfindən elektron qaimə, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı İdarəyə təqdim edildiyinə görə "xxxx" QSC-nin hesabına 73.063,88 manat vəsait ödənilmişdir. Odur ki, "xxxx" MMC tərəfindən Cavabdehnə qarşı 8.297,13 manat məbləğində pul tələbi əsassızdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər görülmüş işləri əks etdirmədiyi üçün və heç bir iki tərəfli təsdiqlənmiş sənədin olmadığını nəzərə alaraq iddia təmin edilməməlidir. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin etirazına dair xx.xx.2023-cü il tarixli mülahizədə qeyd olunmuşdur ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə öz öhdəliyini qəbul etməsi, bu müqavilə üzərindən baş tutacaq mübahisənin qarşısını aldığı üçün tərəflərindən məqbul hesab edilir. Lakin, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilədən yaranan öhdəlikləri ilə əlaqədar mövqeyini düzgün qəbul etmir və etiraz edirlər. Səbəbi bundan ibarətdir ki, tərəflərindən sözü gedən sənədlər cavabdehin elektron poçtuna rəsmiləşdirilməsi üçün göndərilmişdir, müvafiq təmir aktları isə hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Cavabdehin etirazı əsassızdır. Belə ki, cavabdehə “onlayn kargüzarlıq” X1 Sistemi (AVİS) vasitəsilə 749838 (GM11102 nömrəli təmir aktı ilə təsdiq edilmişdir), 842442 (GM14667 nömrəli təmir aktı ilə təsdiq edilmişdir), 391685 (GM14969 nömrəli təmir aktı ilə təsdiq edilmişdir), 393550 (GM15000 nömrəli təmir aktı ilə təsdiq edilmişdir) nömrəli elektron qaimələr göndərilmiş, cavabdeh isə bu elektron qaimələrə etiraz etməyərək öz razılığını ifadə etmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə görə vergi ödəyicisi malların təqdim edilməsi ilə bağlı elektron imza vasitəsi ilə portala daxil olur, elektron qaimə fakturanı hazırlayır, təsdiq edir və göndərir. Elektron qaimə malların təqdim edilməsini göstərən malın (işin, xidmətin) təqdim edilməsini təsdiq edən rəsmi uçot sənədidir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə portala daxil olur və qaimə fakturanı təsdiq edir. Əgər sifarişçi tərəfindən mallar qaytarılsa idi, o zaman sifarişçi qeyd olunan Qaydaların 2 nömrəli Əlavəsində əks etdirilmiş “Malların qaytarılması barədə” elektron qaimə faktura tərtib etməli və göndərməli idi. Bununla əlaqədar olaraq tərəflərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə elektron qaimə fakturanın malların təhvil-təslimi prosesini sübut edib-etməməsi ilə bağlı müraciət edilmişdir. Nazirlik öz cavab məktubunda elektron qaimə fakturada hər hansı düzəliş edilmədikdə və ya ləğv edilmədikdə bu halın malların faktiki olaraq təhvil-təslim edilməsi kimi qiymətləndirilməli olmasını göstərmişdir. Qeyd edilən halları nəzərə alaraq cavabdehin etirazını əsassız hesab edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-528/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə tərəflərindən görülmüş işlərə dair cavabdehə ümumilikdə 25 sayda elektron qaimə göndərilmişdir, həmin qaimələrə əsasən görülmüş işlərin ümumi məbləği 70.259,26 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 22 qaimə üzrə ümumilikdə 62.139,13 manat məbləğində ödəniş həyata keçirilmişdir, lakin ümumi məbləği 8.120,13 manat olan 3 qaimə üzrə ödəniş edilməmişdir. Cavabdehin görülən işlərin haqqını təşkil edən 8.120,13 manat ödənilməmiş borcunun olması elektron qaimələr, təmir aktları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Nümayəndə qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi idarədə baş mühasib vəzifəsində işləyir və görülən iş və xidmətlərə dair ödənişlərin həyata keçirilməsində bilavasitə iştirak edir. İddia ərizəsində göstərilən 10 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən yaranmış 177 manat məbləğində borcun həqiqətən yarandığını qəbul edir, lakin bildirir ki, həmin borc sonradan iddiaçıya ödənilmişdir. 17 mart 2020-ci il tarixli müqaviləyə əsasən guya tərəflərindən ödənilməmiş 8.120,13 manat məbləğində borcun olması ilə bağlı iddiaçının tələbini isə qəbul etmir. Belə ki, ərizədə qeyd olunan xidmətin göstərilməsi barədə iddiaçının tələbi həqiqətə uyğun deyildir, buna görə də həmin xidmətin göstərilməsinə görə tələb olunan borc da mövcud olmamışdır. Cavabdeh tərəfindən görülən işlər və xidmətlərə görə ödənişlər, elektron qaimə ilə yanaşı, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edildiyi təqdirdə tərəflərindən həyata keçirilir. Tələb olunan 8.120,13 manat məbləğində olan elektron qaimələr iddiaçı tərəfindən təmsil etdiyi idarəyə göndərilsə də, lakin görülmüş işlərə görə hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait tərəflərindən ödənilməmişdir. İddiaçı tələb etdiyi məbləğdə işin görülməsini təsdiq edən sənədləri təqdim edə bilmədiyinə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9, digər nümayəndənin izahatına oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi idarədə mexanizasiya şöbəsinin rəisi vəzifəsində işləyir və idarəyə məxsus olan texnikaların təmiri, yeni ehtiyat hissələri ilə təchiz edilməsinə dair işlər onun tərəfindən təhvil alınır və təmir aktları onun tərəfindən imzalanır. İddia tələbində göstərilən və 8.120,13 manat məbləğində olduğu iddia edilən işlərin iddiaçı tərəfindən görülməsi həqiqətə uyğun deyildir, belə işlər əslində həyata keçirilməmişdir. İddiaçı tərəfindən təqdim edilən və guya həmin işlərin görülməsini təsdiq edən təmir aktlarındakı imzalar ona məxsus olsa da, təmir aktlarının məzmunu iddiaçı tərəfindən sonradan yazılmışdır. Buna görə də, məhkəmədən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kommersiya hüquqi şəxslərinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı (əvvəlki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin Dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X3r. İş materiallarında olan “İnternet Vergi İdarəsi”ndən çıxarışdan görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin Dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X6r. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh Nizamnaməsinin: 1.2-ci bəndinə əsasən, İdarə Cəmiyyətin tabeliyində olmaqla, müstəqil struktur vahididir. İdarə üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş Cəmiyyətin və idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir; 1.3-cü bəndinə əsasən, İdarə hüquqi şəxs statusuna malik olmaqla, onun istehsalat-təsərrüfat fəaliyyəti büdcədən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir, maliyyə əməliyyatları Cəmiyyətin və idarənin verdiyi sifarişlər əsasında yerli xəzinədarlıq orqanları tərəfindən aparılır; 2.2.1-ci yarımbəndinə əsasən, İdarə öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etməlidir; 2.2.12-ci yarımbəndinə əsasən, İdarə mövcud qanunvericiliyə uyğun olaraq Cəmiyyət tərəfindən təsdiq edilmiş plana əsasən sudan pullu istifadəni təmin etməlidir; 2.3.5-ci yarımbəndinə əsasən, İdarə dövlət büdcəsi və suyun pullu satışı hesabına daxil olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini, malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericiliyə uyğun olaraq, katirovka (müsabiqələrin) keçirilməsini təşkil edir; 3.1-ci bəndinə əsasən, İdarənin gəlirləri dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, TXM-00003C/19 nömrəli və xx.xx.2020-ci il tarixli, TXM-00010C/20 nömrəli “texniki xidmət” müqavilələrinin eyni məzmunlu: 1.1-ci bəndlərinə əsasən, “Sifarişçi”nin və yaxud “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, “İcraçı”, “Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür; 2.1-ci bəndlərinə əsasən, “İcraçı”, “Sifarişçi”nin təyin etdiyi məsul şəxs tərəfindən və yaxud “Sifarişçi”nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə, o cümlədən zəng ilə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində, “Sifarişçi”yə məxsus olan texnikalara texniki xidmət göstərməyi, “Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçıya” vaxtlı vaxtında ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndlərinə əsasən, “İcraçı” texnikalara texniki xidmət göstərməyi, ehtiyac olduqda göndəlik olaraq həyata keçirir. Bu müqavilə üzrə yerinə yetirilən işlərin gedişində meydana çıxmış hər hansı əlavə işlər, detalların və ehtiyat hissələrin dəyişdirilməsi həyata keçirilir. O cümlədən də zərurət yarandıqda ehtiyyat hissələrinin və müxtəlif növ texniki yağların satışı “İcraçı” tərəfindən həyata keçirilir; 2.8-ci bəndlərinə əsasən, yerinə yetirilmiş işlər tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsasında qəbul edilir; 4.1-ci bəndlərinə əsasən, görülmüş xidmət haqqının dəyəri tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsas tutulub hesablanaraq, “Sifarişçi” tərəfindən ödənilməlidir. Zəmanət çərçivəsində görülmüş xidmətlər istisna olmaqla; 4.2-ci bəndlərinə əsasən, tərəflər arasında hesablaşmalar, “İcraçı” tərəfindən görülmüş xidmətdən sonra, “Sifarişçi” tərəfindən 5 bank günü müddətində 100% ödəniş təmin edilməlidir. Köçürmə yolu ilə həyata keçiriləcək ödənişlərə ƏDV xərcləri əlavə edilir. İş materiallarında olan, İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2019cu il tarixli, 749838 saylı elektron qaimədən görünür ki, Cavabdehnə məxsus texnikaya göstərilmiş servis xidməti haqqı 177 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 391685 saylı elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərə görə haqq 4.650,21 manat; xx.xx.2020-ci il tarixli 393550 saylı elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərə görə haqq 1.124,09 manat; xx.xx.2021-ci il tarixli, 842442 saylı elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərə görə haqq 2.345,84 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 2020-ci il ərzində texniki və servis xidmətinə görə "xxxx" MMC-yə ödənilmiş pul vəsaiti barədə məlumatdan görünür ki, İdarə tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində ƏDV ilə birlikdə ümumilikdə 62.142,13 manat (elektron qaimə üzrə 62.139,13 manat) ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin və Cavabdeh nümayəndələri tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, GM11102 nömrəli “Təmir aktı”nın, həmin akta əsasən görülən işlərin “Təhvil-təslim aktı”nın, yenə tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 075\19 nömrəli “Hesab faktura”nın və xx.xx.2019-cu il tarixli 749838 nömrəli elektron qaimənin surətlərindən görünür ki, həmin sənədlərə əsasən "xxxx" MMC tərəfindən Cavabdehnə məxsus olan B90 markalı, CHM02560 şassi qeydiyyat nömrəli, ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində elektronik nasazlığın aradan qaldırılması xidməti göstərilmişdir və göstərilən xidmətin dəyəri 27 manat ƏDV daxil 177 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin və Cavabdeh nümayəndələri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, GM15096 nömrəli “Təmir aktı”nın, həmin akta əsasən görülən işlərin xx.xx.2020-ci il tarixli, 830\20 nömrəli “Təhvil-təslim aktı”nın, yenə tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 830\20 nömrəli “Hesab faktura”nın və xx.xx.2020-ci il tarixli 329884 nömrəli elektron qaimənin surətlərindən görünür ki, həmin sənədlərə əsasən "xxxx" MMC tərəfindən Cavabdehnə məxsus olan İD16 markalı, ******* şassi qeydiyyat nömrəli, ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində mühərrikdə olan nasazlığın aradan qaldırılması, o cümlədən su pompasının dəyişdirilməsi xidməti göstərilmişdir və su pompasının dəyişdirilməsi xidmətinin dəyəri 27 manat ƏDV daxil 177 manat, ümumi görülən işlərin dəyəri ƏDV daxil 623,60 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş, "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi M.Ağayev tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış GM14969 nömrəli “Təmir aktı”nda qeyd olunmuşdur ki, NH B90 markalı, NEHH02560 şassi qeydiyyat nömrəli, ** PX *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində olan stupitsada nasazlıqla əlaqədar, texnikanın stupitsası yenisi ilə əvəz olundu, yağ əlavə olundu, test edildi, heç bir yağ sızıntısı aşkar edilmədi. Görülən işlərin və sərf edilmiş ehtiyat hissələrinin ümumi dəyəri 4650,20 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş, "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi M.Ağayev tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış GM15000 nömrəli “Təmir aktı”nda qeyd olunmuşdur ki, NH B90 markalı, NEHH02560 şassi qeydiyyat nömrəli nəqliyyat vasitəsinə aid ehtiyyat hissə müştəriyə təhvil verildi, stupitsa qapağı dişlilərlə birlikdə texnikaya montaj olundu. Görülən işlərin və sərf edilmiş ehtiyat hissələrinin ümumi dəyəri 1124,1 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi M.Ağayev tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış GM14667 nömrəli “Təmir aktı”nda qeyd olunmuşdur ki, HYUNDAİ 210 markalı, HZ616CZ0000767 şassi qeydiyyat nömrəli nəqliyyat vasitəsində görüləcək iş kimi araşatın dəyişdirilməsi tələb olunur, qalan ehtiyat hissələri müştəriyə təhvil verildi. Görülən işlərin və sərf edilmiş ehtiyat hissələrinin ümumi dəyəri 2345,83 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1356\20 nömrəli və 1357\20 nömrəli hesab fakturaların surətlərindən görünür ki, icraçı "xxxx" MMC tərəfindən Cavabdeh sifarişi ilə birinci faktura üzrə 4650,21 manat dəyərində, ikinci faktura üzrə 1124,09 manat dəyərində iş görülmüşdür. İş materilallarında olan “ƏDV sub-uçot hesabından çıxarış”ın surətindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə olan dövr ərzində ümumilikdə 62.139,13 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, TXM-00003C/19 nömrəli və xx.xx.2020-ci il tarixli, TXM- 00010C/20 nömrəli “texniki xidmət” müqavilələrinə əsasən yaranmış 8.297,13 manat məbləğində borcun 10 təqvim günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 100 manat vəsait ödəmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, hazırki iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, mübahisənin əsasında bir tərəfin digər tərəfin sifarişi ilə sonuncuya məxsus nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələri ilə təchizatına dair işin görülməsi haqqında tərəflər arasında baş tutan razılaşma dayanır. Bu razılaşma hər iki tərəf üçün mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin razılaşmadan yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Belə ki, cavabdehdən tələb olunan pul iddiaçının sahibkarlıq (kommersiya) fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar cavabdehə göstərdiyi xidmətin (gördüyü işin) qarşılığında yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas da odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları iş görülməsi müqaviləsindən irəli gələn sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır. İş üzrə iddiaçının kommersiya hüquqi şəxsi olması etibarı ilə fəaliyyətinin kommersiya xarakterli olması şübhəsizdir. Cavabdehin, səhmləri 100% dövlətə məxsus olan səhmdar cəmiyyət tərəfindən yaradılmasına, əsas fəaliyyət istiqamətinin mənfəət əldə etmək olmadığına baxmayaraq, mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində digər subyektlərlə mülki hüquqi əqdlər bağlamaq, ona ayrılan dövlət vəsaiti və ya öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər hesabına mal, iş və ya xidmət əldə etməsində səlahiyyətli olması və məhz bu istiqamətdə fəaliyyətini tənzimləmək üçün vergi ödəyicisi qismində müvafiq qeydiyyata alınması kimi hallar nəzərə alındıqda, hazırki mübahisədə mülki hüquq subyekti qismində iştirak etməsi mübahisəsizdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə cavabdehə məxsus olan nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsindən ibarət olan işin görülməsi, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Texniki xidmət müqaviləsi” adlandırdıqları xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrlə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında cavabdehə məxsus nəqliyyat vasitələrinin təmirini və yeni ehtiyat hissələri ilə təchizatını həyata keçirdiyini, lakin cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında 177 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında 8.120,13 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh adları çəkilən müqavilələr üzrə görülən işlərin dəyərinin tərəflərindən tam şəkildə ödənildiyini, iddiaçıya ödənilməmiş borclarının qalmadığını bildirir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələr “Texniki xidmət müqaviləsi” adlandırılsalar da, müqavilələrin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının cavabdehə məxsus olan nəqliyyat vasitələrini təmir və yeni ehtiyat hissələri ilə təmin etməsi, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakterinin müəyyən edilməsi zamanı nəzərə aldığı əsas məqamları ümumiləşdirərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təmir işləri ilə yanaşı ehtiyat hissələrinın də təhvil verilməsi iddiaçı tərəfindən görülən işin (təmirin) tərkib hissəsi kimi qəbul edilməlidir. Başqa ifadə ilə iddiaçı tərəfindən cavabdehə ehtiyat hissələrinin verilməsi tərəflər arasında buna dair ayrıca alqısatqı münasibətlərinin yaranması məqsədini daşımamışdır, işdə olan sənədlərdən görünür ki, həmin ehtiyat hissələri məhz aparılan təmir işləri üçün nəzərdə tutulmuş, həmin işlərə sərf edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən zaman əlavə olaraq alqı-satqı haqqında müddəalara istinad etməyə əsas yoxdur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağladıqları müqavilələrin etibarsızlığına dair, müqavilələrin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə yoxdur. İşin mübahisəli halları belədir ki, iddiaçı iddia edir ki, cavabdeh hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya tam ödəməmişdir və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 8.297,13 manat borcu qalmışdır. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə, elektron qaimələrə, təmir aktlarına, hesab fakturalara və hesabdan çıxarışa istinad edir. Cavabdeh iddia tələbini qəbul etməyərək birinci müqavilə üzrə yaranmış 177 manat məbləğində borcun tərəflərindən tam ödənildiyini, ikinci müqavilə üzrə də görülən işlərin haqqını tam şəkildə ödədiklərini, iddiaçının üç ədəd qaimə və təmir aktlarına əsasən tələb etdiyi 8.120,13 manat məbləğində borcun olmadığını, ümumiyyətlə həmin borcun yaranması üçün səbəb olan işlərin görülmədiyini bildirir. Cavabdeh etirazının əsası kimi 177 manat borca münasibətdə xx.xx.2020-ci il tarixli, 329884 nömrəli elektron qaiməyə və xx.xx.2020-ci il tarixli ********* və ********* nömrəli ödəniş tapşırıqlarına, 8.120,13 manat məbləğində borca münasibətdə görülmüş işlərə dair müvafiq sənədlərin təqdim edilməməsinə və iddiaçının tələbinin əsası kimi istinad etdiyi təmir aktlarında olan qeydlərin aktın imzalanmasından sonra yazılması iddiasına əsaslanır. Məhkəmə, iddia ərizəsində, etirazda və mülahizədə göstərilənlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbini işə aid olan mötəbər sübutlarla əsaslandıra bilmişdir, cavabdeh isə öz etirazında istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, ilk olaraq cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında xx.xx.2020-ci il tarixli, 329884 nömrəli elektron qaiməyə və xx.xx.2020-ci il tarixli ********* və ********* nömrəli ödəniş tapşırıqlarına əsasən 177 manat məbləğində pulun iddiaçıya ödənilməsi ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlilə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki:
1. xx.xx.2020-ci il tarixli, 329884 nömrəli elektron qaimədən görünür ki, həmin qaimənin göndərilməsinə əsas TXM-00010C\20 nömrəli, yəni xx.xx.2020-ci il tarixli müqavilədir. İddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyən hallardan biri isə tələb olunan 177 manat məbləğində borcun xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərə görə yarandığı barədədir. Cavabdeh 177 manat borcun vaxtında ödənilə bilinməməsini satınalma prosedurları ilə əsaslandırmağa, həmin borcun sonradan digər görülən işlə əlaqədar həyata keçirilən ödənişlə birgə, eyni qaimə və ödəniş tapşırıqlarına əsasən ödənildiyini sübut etməyə çalışsa da, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 177 manat məbləğində borca dair xx.xx.2020-ci il tarixli elektron qaimənin göndərilməsinə əsas kimi niyə xx.xx.2020-ci il tarixli müqavilənin qeyd olunmasına aydınlıq gətirə bilməmişdir;
2. xx.xx.2020-ci il tarixli, GM 15096 nömrəli “Təmir aktı”nın, xx.xx.2020-ci il tarixli, 830\20 nömrəli “Təhvil-təslim aktı”nın, xx.xx.2020-ci il tarixli, 830\20 nömrəli “Hesab faktura”nın və xx.xx.2020-ci il tarixli 329884 nömrəli elektron qaimənin surətlərindən görünür ki, həmin sənədlərə əsasən "xxxx" MMC tərəfindən Cavabdehnə məxsus olan ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində su pompasının sökülməsi və yeni pompanın quraşdırılması işləri görülmüşdür. Lakin xx.xx.2019-cu il tarixli, GM11102 nömrəli “Təmir aktı”nın, həmin akta əsasən görülən işlərin “Təhvil-təslim aktı”nın, xx.xx.2019-cu il tarixli, 075\19 nömrəli “Hesab faktura”nın və xx.xx.2019-cu il tarixli, 749838 nömrəli elektron qaimənin surətlərindən görünür ki, həmin sənədlərə əsasən "xxxx" MMC tərəfindən Cavabdehnə məxsus olan ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində elektronik nasazlığın aradan qaldırılması ilə bağlı servis xidməti göstərilmişdir. Hər iki qaimə üzrə görülən işlərin məbləği 177 manat olsa da, görülən işlər fərqli olmuşdur, fərqli nəqliyyat vasitələrində və fərqli tarixlərdə həyata keçirilmişdir. Beləlikllə müəyyən olunur ki, cavabdeh bir ödənişi iki fərqli işə aid etməkdə haqlı olmamışdır. Məhkəmə, yuxarıda sadalanan halları nəzərə alaraq qeyd edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında iddiaçıya 177 manat məbləğində borclu qalması və həmin borcu ödəməməsi tam sübut olunur. Belə ki, əvvəla cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında iddiaçıya 177 manat məbləğində borcunun olduğunu etiraf etmişdir, həmin borcun ödənilməsini isə sübut edə bilməmişdir. İddiaçı isə qeyd edilən əsaslarla və məbləğdə cavabdehin borclu olduğunu xx.xx.2019-cu il tarixli, GM11102 nömrəli “Təmir aktı”, həmin akta əsasən görülən işlərin “Təhvil-təslim aktı”, xx.xx.2019-cu il tarixli, 075\19 nömrəli “Hesab faktura” və xx.xx.2019-cu il tarixli, 749838 nömrəli elektron qaimə ilə sübut edə bilmişdir. Məhkəmə, iddia tələbinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış 8.120,13 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, iddiaçının bu tələbi işdə olan xx.xx.2020-ci il tarixli, 391685 nömrəli, xx.xx.2020-ci il tarixli, 393550 nömrəli və xx.xx.2021-ci il tarixli, 842442 nömrəli elektron qaimələrlə, həmçinin "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi X9 tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2020-ci il tarixli GM14969 nömrəli, xx.xx.2020ci il tarixli GM15000 nömrəli, xx.xx.2021-ci il tarixli GM14667 nömrəli təmir aktları ilə öz təsdiqini tapır. Belə ki, sadalanan sənədlərə əsasən təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə məxsus olan texnikalarda müvafiq təmir işləri həyata keçirilmişdir, o cümlədən yeni ehtiyat hissələri quraşdırılmışdır və görülən işlərin dəyəri barədə cavabdehə qaimələr göndərilmişdir. Təmir aktlarında aparılan qeydlərin məzmunundan aydın olur ki, həmin qeydlər görülməsi nəzərdə tutulan, planlaşdırılan işlər barədə deyil, artıq görülmüş, həyata keçirilmiş işlər və quraşdırılmış və ya təhvil verilmiş ehtiyat hissələri haqqındadır. Cavabdehə göndərilmiş elektron qaimələr isə cavabdeh tərəfindən elektron qaydada qəbul edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq qaytarılmamış və ya ləğv edilməmişdir. İddia tələbinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış 8.120,13 manat məbləğində borcun tutulması hissəsinə qarşı cavabdeh tərəfindən verilmiş etirazda və cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarda qeyd edilən dəlillərə məhkəmə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, cavabdeh tələb olunan məbləğdə işin iddiaçı tərəfindən ümumiyyətlə görülmədiyini iddia edir və bu iddiasını onunla əsaslandırmağa çalışır ki, iddiaçı “GMS Group" MMC (keçmiş "xxxx" MMC) tərəfindən Cavabdehnə 8.120,13 manat məbləğində olan elektron qaimələr göndərilsə də, lakin görülmüş işlərə görə hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait tərəflərindən ödənilməmişdir və “GMS Group" MMC tərəfindən göndərilmiş elektron qaimələr etibarsız hesab edilərək geri göndərilmişdir. Görülmüş işlərə dair hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı tərtib edildikdən sonra təqdim edilən elektron qaimə əsasında tərəflərindən ödəniş həyata keçirilir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər görülmüş işləri əks etdirmədiyi üçün və heç bir iki tərəfli təsdiqlənmiş sənədin olmadığını nəzərə alaraq iddia təmin edilməməlidir. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri əlavə olaraq bildirmişdirlər ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş təmir aktlarında olan görülən işlərə dair qeydlər, həmin təmir aktları cavabdehin nümayəndəsi tərəfindən imzalandığı zaman mövcud olmamışdır, sonradan iddiaçı tərəfindən təmir aktlarına əlavə edilmişdir. Məhkəmə, cavabdehin göstərilən dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla cavabdeh, iddiaçı “GMS Group" MMC tərəfindən göndərilmiş elektron qaimələrin etibarsız hesab edilərək geri göndərilməsini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında, özlərinin iddia etdiyi kimi görülməyən işlərə görə göndərilən elektron qaimələrə hansı səbəbdən tərəflərindən etiraz edilməməsinə dair suala isə cavab verə bilməmişdir. Digər tərəfdən, cavabdeh görülmüş işlərə dair heç bir iki tərəfli təsdiqlənmiş sənədin olmadığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş təmir aktlarına əsasən müəyyən olunmuşdur ki, həmin təmir aktları ilə iddiaçının iddia etdiyi məbləğdə işlərin görülməsi iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrin 2.8-ci və 4.1-ci bəndlərinə əsasən tərəflər razılaşmışlar ki, yerinə yetirilmiş işlər tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsasında qəbul edilir; görülmüş xidmət haqqının dəyəri tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsas tutulub hesablanaraq “Sifarişçi” tərəfindən ödənilməlidir. Göründüyü kimi, görülən işlərin qəbulu və ödənilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin qeyd olunan bəndlərində göstərilən sənədlərin olması kifayət edir. İş materiallarında isə iddia ərizəsində tələb olunan məbləğdə işlərin görülməsinə dair qaimələr və tərəflər arasında imzalanaraq möhürlə təsdiq edilmiş aktlar mövcuddur. Cavabdehin nümayəndələrinin təmir aktlarında olan görülən işlərə dair qeydlərin həmin təmir aktlarının cavabdehin nümayəndəsi tərəfindən imzalandığı zaman mövcud olmaması və sonradan təmir aktlarına əlavə edilməsi barədə izahatları heç bir sübutla öz təsdiqini tapmadığı kimi, ağlabatan mühakimə ilə də təkzib edilir. Belə ki, həmin qeydlərin olmadığı halda cavabdehin nümayəndəsinin boş aktı imzalaması və təmsil etdiyi hüquqi şəxsin möhürü ilə təsdiq etməsi ağlabatan və heç bir məntiqlə izah oluna bilən hal deyildir. Məhkəmə hesab edir ki, cavabdehlərin nümayəndələrinin bu məzmunda izahatları iddia tələbinin təkzib edilməsi ilə bağlı əsaslı və mötəbər dəlil gətirilə bilinməməsi ilə əlaqədardır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, cavabdeh tərəfindən mübahisələndirilən halın, yəni iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli GM14969 nömrəli, xx.xx.2020-ci il tarixli GM15000 nömrəli, xx.xx.2021-ci il tarixli GM14667 nömrəli təmir aktları və xx.xx.2020-ci il tarixli 391685 nömrəli, xx.xx.2020-ci il tarixli 393550 nömrəli və xx.xx.2021-ci il tarixli 842442 nömrəli elektron qaimələrə əsasən, cəmi 8.120,13 manat məbləğində işin görülməsinə dair iddiaçının tələbini əsaslı və mötəbər dəlillərlə sübuta yetirilmiş hesab edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normalarına əsasən yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, cavabdehin görülmüş işlərə görə iddiaçıya ödəniş etmək (haqq, muzd və s.) öhdəliyinin hüquqi əsası mülki qanunvericiliyin bir sıra normalarında nəzərdə tutulmuşdur. Lakin xüsusi normada olan tənzimləmənin üstünlüyü prinsipini əsas tutaraq məhkəmə, hazırki işdə cavabdehin ödəniş etmək öhdəliyini podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalara istinad etməklə əsaslandırılmasını məqbul və kifayət olduğunu hesab edir. Məhkəmə, həmçinin iddianın 100 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin iddia tələbi tam təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 5 manat dövlət rüsumu tam şəkilldə cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun qalıq hissəsi də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı ödədiyi 5 manat dövlət rüsumundan əlavə 97,97 manat (cəmi 102,97 manat) rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi tam təmin olunduğuna görə qeyd edilən dövlət rüsumunun qalığı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
qətetdi
İddia təmin edilsin. Cavabdehndən xx.xx.2019-cu il tarixli, TXM-00003C/19 nömrəli müqaviləyə əsasən 177 manat, xx.xx.2020-ci il tarixli, TXM-00010C/20 nömrəli müqaviləyə əsasən 8.120,13 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat mediasiya xərcinin və ödənilmiş 5 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8.402,13 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 97,97 manat məbləğində dövlət rüsumu qalığı cavabdehə aid edilsin və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov