Məhkəmə qərarları › İş №e-2-2(121)-600/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-600/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-600/2023 13.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək həmin hissədən cavabdehin əmlakı ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində MH seriyalı ******* saylı çıxarışla onun adına qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinin 0,03 ha hissəsinin icarəsi ilə bağlı (Lukoil) Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar cavabdeh tərəfindən zəbt edilmiş hissənin müəyyən edilməklə həmin hissədən sahəsinin torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək həmin hissədən (Lukoil) Cavabdeh əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçıya məxsus ünvan 1 ərazisində 10 sot torpaq sahəsində yerləşən yanacaq doldurma məntəqəsi vardır. Həmin əmlak dövlət qeydiyyatına çıxarışla onun adına qeydə alınmışdır. İlkin iddiaçı cavabdeh təşkilatla sahibkarlıq məqsədilə 01 may 2022-ci il tarixdə adına qeydə alınmış 1000 kv.m torpaq sahəsinin 300 kv.m hissəsini icarə müqaviləsinə əsasən icarəyə vermişdir. Lakin cavabdeh təşkilat 300 kv.m hissədə müqavilə bağlanılmasına baxmayaraq təxminən 700 kv.m hissəni zəbt etmişdir. Onlara bununla bağlı şifahi xəbərdarlıq etsə də nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İlkin iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 152.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı Cavabdeh MMC-yə qarşı ilk iddiasının rədd edilməsini, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/2022 saylı İcarə müqaviləsi üzrə icarə haqqı olaraq Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla artıq ödənilmiş 1.921,2 manatın, icarə haqqından əlavə İddiaçı aldığı 580 manatın, Cavabdeh MMC tərəfindən transformatorun aktiv fəaliyyətə keçməsi üçün "xxxx" ASC-yə ödənilmiş 2.350 manatın, generatordan istifadə ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 480 manatın Cavabdeh MMC-yə ödənilməsi və ya həmin məbləğlərin ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməsinə yazılı razılıq verilməsi, habelə Müqavilə üzrə təhvil verilməmiş qalan 96 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə təhvil verilməsi, həmin sahə MMC-yə təhvil verilənədək, aylıq icarə haqqının 679,32 manat məbləğində müəyyən edilməsi, həmçinin müqavilə obyekti olan yanacaq-doldurma məntəqəsindən Cavabdeh MMC tərəfindən istifadə edilməsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1ində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı (İcarəyəverən) və Cavabdeh MMC (İcarəyə götürən) arasında 01 may 2022-ci il tarixli, 01/2022 saylı İcarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.4-cü bəndinə görə, müqavilənin obyekti DƏDRX-nin 6 saylı Beyləqan Ərazi Dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Füzuli rayonu, Bəhmənli kəndində yerləşən, ümumi sahəsi 1.000 kv.m qeyri-yaşayış sahəsinin 300 kv.m-lik hissəsi təşkil edir. İcarə müqaviləsinin 2.1-ci bəndinə görə, müqavilənin predmeti "xxxx" MMC-nin icarə obyektindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadə etməsi təşkil edir. İcarə müqaviləsinin 3.1- ci maddəsinə görə, müqavilənin qüvvədə olma müddəti 3 il, 5.1-ci maddəsinə əsasən aylıq icarə haqqı 1.000 manat müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, yanacaqdoldurma məntəqəsində yenidənqurma işlərinin aparılması, avadanlıqların alınaraq quraşdırılmasına zərurət olduğuna görə, icarə haqqının ödənilməsinə 2022-ci ilin sentyabr ayından başlanılacaqdır. İcarə müqaviləsinin 7.1.10-cu maddəsinə görə, icarəyəverənin vəzifələrindən biri də icarə obyekti üzrə icarəyə verənin mülkiyyət hüquqlarına və bu müqaviləyə əsasən icarəyə götürənin icarədən istifadə etmək hüququna zidd olan və ya onları məhdudlaşdıran hər hansı digər fiziki və hüquqi şəxslərin, yaxud dövlət orqanlarının iddialarının mövcud olmadığına təminat verməkdir. Beləliklə də, müqavilə şərtlərindən göründüyü kimi, İddiaçı, Füzuli rayonu, Bəhmənli kəndində yerləşən və ona mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsinin 300 kv.m-lik hissəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 3 il müddətinə hər ay 1.000 manat haqq ödəmək şərtilə Cavabdeh MMC-yə icarəyə verməli idi. Lakin İddiaçı üzərinə götürdüyü müqavilə öhdəliklərini lap əvvəldən lazımınca icra etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş plan-sxemdə göstərildiyi kimi, İddiaçı tərəfindən Cavabdeh MMCyə 300 kv.m qeyri-yaşayış sahəsi təhvil verilməli olduğu halda, yalnız sahələri ümumilikdə 206 kv.m ibarət tikililər təhvil vermişdir. Müqavilə bağlandığı vaxtdan bu günədək, icarə obyektinin təhvil verilməmiş qalan 94 kv.m. sahəsinin təhvil verilməsi barədə İddiaçı dəfələrlə müraciət olunmasına baxmayaraq, sonuncu müxtəlif bəhanələrlə müqavilənin həmin şərtini yerinə yetirməkdən yayınmışdır. İddiaçı bu hərəkətləri nəticəsində isə Cavabdeh MMC, planlaşdırdığı işləri tam həyata keçirə bilməmiş, fayda əldə edə bilməmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, müqavilə üzrə Cavabdeh MMC-yə bu günədək təhvil verilməmiş həmin 94 kv.m hissədən ibarət qeyri-yaşayış sahəsini də İddiaçı MMC-yə təhvil verməlidir. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 300 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə təhvil verməməsinə baxmayaraq, İddiaçı Cavabdeh MMCdən əvvəldən əldə ounmuş razılığa əsasən 2022-ci ilin sentyabr ayından başlamaqla hər ay 1.000 manat məbləğində icarə haqqını tələb etmiş, MMC-də həmin məbləği hər ay İddiaçı hesabına köçürmüşdür. xx.xx.2022-ci ildən başlamaqla Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına ümumilikdə 6.580 manat ödəniş olmuşdur. Göründüyü kimi, Elşən Məmmədov icarəyə 300 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini verməli olduğu halda, yalnız 206 kv.m sahəni təhvil vermiş, lakin icarə haqqını 300 kv.m sahəyə görə almışdır. Bu vəziyyətdə müəyyən edilir ki, Cavabdeh MMC 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay İddiaçı 320,2 manat (1.000 manat : 300 kv.m = 3,3 manat (qeyri-yaşayış sahəsinin 1 kv.m sahəsinə görə icarə haqqının məbləği; faktiki istifadə üçün təhvil verilmiş 206 kv.m x 3,3 manat = 679,8 manat; 1.000 manat - 679,8 manat = 320,2 manat) artıq vəsait ödəmiş, həmin vəsaiti İddiaçı qəbul etməklə, MMC-nin hesabına əsassız varlanmışdır. MMC tərəfindən İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla aylıq icarə haqqları tam ödənildiyini nəzərə alınsa, o halda müəyyən edilir ki, həmin dövrdə MMC-nin İddiaçı artıq ödənilən vəsaitin məbləği 1.921,2 manat təşkil edir. Göstərilənlərə əsasən, hesab edirik ki, təhvil verilməmiş 94 kv.m sahəyə görə hər ay, 6 ay ərzində artıq ödənilmiş 1.921,2 manatı İddiaçı Cavabdeh MMC-yə qaytarmalı və ya həmin məbləğ gələcək aylara görə ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməlidir. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə tərəflərin razılığına əsasən aylıq icarə haqqı 1.000 manat müəyyən edilmişdir. Lakin Cavabdeh MMC 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla İddiaçı ümumilikdə 6.580 manat ödəniş etmişdir ki, həmin məbləğin yalnız 6.000 manatı 6 aylıq icarə haqqıdır. Qalan 580 manat isə İddiaçı əsassız tələbi ilə ödənilmiş pul vəsaitidir. Göründüyü kimi, bu halda da İddiaçı MMC-nin hesabına əsassız varlanmışdır. İddiaçı pozduğu digər müqavilə şərti isə, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün icarəyə verilmiş obyektdən istifadəsinə yaradılan maneələrin törədilməsidir. Belə ki, İddiaçı müqavilədə nəzərdə tutulmuş 300 kv.m. ibarət qeyri-yaşayış sahəni tam ölçüdə verməməklə yanaşı, həmin obyektə giriş-çıxış yolundan istifadə üçün də Cavabdeh MMCdən əlavə pul tələb edir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə icarəyə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi – yanacaq-doldurma məntəqəsidir. Bu fakt İddiaçı adına verilmiş MH seriyalı ******* №-li çıxarışda öz əksini tapmışdır. Qarşılıqlı iddiaçının da məqsədi yanacaq-doldurma məntəqəsi işlətmək və gəlir əldə etmək olduğuna görə, məhz İddiaçıla xx.xx.2022-ci il tarixli icrarə müqaviləsini bağlamışdır. Yanacaq-doldurma məntəqəsi dedikdə isə digər qurğularla yanaşı, nəqliyyat vasitələrinin həmin yolla maneəsiz məntəqəyə girib, yanacaq doldurub, daha sonra isə məntəqədən çıxmaları üçün ayr-ayrı giriş-çıxış yolları olan obyekt başa düşülür. Lakin İddiaçı əsassız olaraq əlavə pul almaq üçün maneələr yaratmaqla, obyektin giriş-çıxış yolundan istifadə etməyə çətinliklər yaradır. Bu baxımdan hesab edilir ki, İddiaçı bu kimi maneələrin yaratması qanunsuzdur və aradan qaldırılmalıdır. Bundan başqa, icarəyə verilən yanacaq-doldurma məntəqəsinin fəaliyyət göstərilməsi üçün həmin ərazidə elektrik transformatoru quraşdırılmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlandığı vaxt da həmin transformator orada mövcud olmuşdur. 2022-ci ilin sentyabr ayında "xxxx" ASC-nin əməkdaşları əraziyə gələrək, transformatora baxış keçirmiş və transformatorun həmin vaxt texniki vəziyyətinin ətrafdakılar üçün təhlükəli olduğunu bildirərək, nöqsanların aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh MMC tərəfindən bu barədə İddiaçı bildirilmiş, lakin o, həmin nöqsanları aradan qaldırmamış, nöqsanların aradan qaldırılması üçün də Cavabdeh MMC-yə vəsait verməmişdir. Nəticədə xx.xx.2022ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları transformatoru şəbəkədən ayırmışlar. Yanacaqdoldurma məntəqəsinin işinin dayandırılmasının və daha çox itkiyə məruz qalmasının qarşısını almaq üçün Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək özünə məxsus olan Generator vasitəsilə (dizel yanacağı ilə təchiz olunmaqla) yanacaq doldurma məntəqəsinin iş rejimini əvvəlki səviyyədə saxlamağa nail olmuşdur. Lakin bu zaman Cavabdeh MMC, nəzərdə tutulmayan əlavə xərclərə məruz qalmışdır ki, bu xərclər aşağıdakı kimdir: hər gün üçün (60 lt (1 gün) x 0,80 qəp = 48 manat x10 gün = 480 manat. Hesab edirik ki, generatordan istifadə ilə bağlı Cavabdeh MMC-nin çəkidiyi xərcin əvəzi olaraq 480 manat İddiaçı tutulmalı və ya həmin məbləğ gələcək aylar üçün ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməlidir. Yanacaq-doldurma məntəqəsinə xidmət göstərən transformatorun təhlükəsiz qaydada istismara yararlı vəziyyətə gətirilməsi məqsədilə Cavabdeh MMC "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixdə xidmət göstərilməsi haqqında 11519/22 saylı müqavilə bağlamaq məcburiyyətində qalmışdır. Müqavilə əsasında "xxxx" ASC-nin gördüyü işlərin həcmi 2.349,38 manat qiymətləndirilmiş, bu barədə qiymtələndirmə razılaşdırma protokolu tərtib edilmiş, 2.349,38 manat Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə bank vasitəsilə "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə İddiaçı yazılı qaydada müraciət edərək, ödənilmiş həmin 2.350 manatın və həmin tarixə transformatorun işlədilməsi ilə bağlı çəkilmiş 384 manat xərcin MMC-yə ödənilməsi və ya həmin məbləğlərin gələcəkdə icarə haqları ilə əvəzləşdirilməsini xahiş etmişdir. Hesab edilir ki, müqavilə şərtinə görə, icarəyə verilmiş yanacaq-doldurma məntəqəsinin fəaliyyəti üçün həmin sahəyə xidmət göstərən qurğuların, o cümlədən də transformatorun işlək və təhlükəsiz vəziyyətdə olması vəzifəsi İddiaçı üzərinə düşdüyü üçün, Cavabdeh MMC-nin "xxxx" ASC-yə ödədiyi 2.349,38 manat da İddiaçı tərəfindən Cavabdeh MMC-yə qaytarılmalıdır. "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilsə də, o, pretenziyaya cavab verməmişdir. Qarşılıqlı iddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 1091-ci və 1092-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 217-ci maddələri ilə əsaslandırmışdır. İlk iddia üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, ünvan 1ində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyət hüququna dair çıxarışda qeyri-yaşayış sahəsinin ümumi sahəsi 27,78 kv.metr olsa da, icarəyə verilən zaman yanacaq doldurma məntəqəsi təyinatlı qeyri-yaşayış sahəsinin faktiki ölçüsü çox olmuşdur. Cavabdehlə aralarında bağlanmış 01 may 2022-ci il tarixli, 01/2022 saylı icarə müqaviləsində icarəyə verilən sahə 300 kv.metr göstərilmişdir, lakin ona məxsus olan qeyri-yaşayış sahəsi yerləşdiyi torpaq sahəsi ilə birlikdə faktiki olaraq tam şəkildə cavabdehin icarəsinə verilmişdir. İcarə müqaviləsi bağlanan zaman müqavilədə qeyd olunan 300 kv.metr sahənin icarə haqqı olaraq hər ay min manat razılaşdırılsa da, sonradan həmin məbləğin faktiki istifadə olunan sahənin ölçüsünə uyğun artırılacağı barədə tərəflər şifahi razılığa gəlmişlər. Lakin cavabdeh icarə müqaviləsi bağlandığı tarixdən deyil, 2022-ci ilin sentyabr ayından etibarən icarə haqqı olaraq hər ay 1000 manat ödəməyə başlamışdır, istifadə etdiyi qalan sahənin, yəni 700 kv.metr sahənin icarə haqqını isə ümumiyyətlə ödəməmişdir. Bu səbəbdən tərəflər arasında mübahisə yaranmışdır və o, cavabdeh tərəfindən artıq istifadə olunan təxminən 700 kv.metr sahədən cavabdehin əmlakı ilə birlikdə çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əgər cavabdeh yeni şərtlərlə icarə müqaviləsi bağlanmasına razılıq verərsə mübahisə həllini tapmış olar. Qarşılıqlı iddia ilə bağlı isə bildirir ki, qarşılıqlı iddia tamamilə əsassızdır. Belə ki, transformatorun təmiri və ya hər hansı bir şəkildə yenidən qurulması barədə tərəflər arasında heç bir razılaşma olmamışdır, icarə müqaviləsi bağlanan zaman transformator tam işlək vəziyyətdə olmuşdur. Qarşılıqlı iddiaçı öz fəaliyyəti ilə əlaqədar hər hansı bir xərc çəkmişdirsə, bu xərclərin ona heç bir aidiyyəti yoxdur. Qarşılıqlı iddia ərizəsində guya qarşı tərəfə icarəyə götürdüyü sahədən istifadəsinə maneə yaratması ilə bağlı göstərilənlər də həaoaətə uyğun deyildir. Belə ki, qarşılıqlı iddiaçı hal-hazırda da həmin sahədən maneəsiz istifadə edir və yanacaq doldurma məntəqəsi kimi öz fəaliyyətini davam etdirir. Nəzərdə tutulan sahədən az sahə icarəyə verməsi ilə əlaqədar tələbə münasibətdə qeyd edir ki, qarşı tərəflə hansı şərtlərlə razılığa gəldikləri, lakin məhz qarşı tərəfin təqsiri ilə razılaşmanın pozulduğunu artıq izahatında bildirmişdir. Əlavə olaraq bildirir ki, o icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam terinə yetirmişdir. Sonda İddiaçı iddia ərizəsinin təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mülkiyyət hüququna dair çıxarışda qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadə hüququ ilə nümayəndəsi olduğu şəxsə məxsus olduğunu düşünərək məhkəməyə ünvanladığı ərizəsində iddia tələblərinin qanunsuz olduğunu qeyd etmişdir, lakin sonradan həmin torpaq sahəsinin icarə hüququ ilə nümayəndəsi olduğu şəxsə verildiyi ona məlum olmuşdur, buna görə də hazırda iddia tələblərini tam şəkildə müdafiə edir. Həmçinin hesab edir ki, cavabdeh tərəfindən qanunsuz istifadə edilən sahənin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi zəruridir. Qarşılıqlı iddia isə tamamilə əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilənlərin heç bir faktiki və hüquqi əsası yoxdur. Qarşılıqlı iddiaçı öz tələbini əsaslandıra bilməmişdir, iddia ərizəsində qeyd edilənlər isə onlar tərəfindən tam sübut olunmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbu etmədiklərini, qarşılıqlı iddia ərizəsini müdafiə etdiklərini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ilkin iddiaçı tərəflər arasında olan razılaşmanın şərtlərinə əməl etməmişdir. Belə ki, icarə müqaviləsi bağlanan zaman ilkin iddiaçının istifadəsində təxminən 300 kv.metrə yaxın ölçüsü olan qeyri-yaşayış sahəsi olmuşdur və tərəflər həmin qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi ərazinin tam şəkildə icarəyə verilməsi barədə razılığa gəlmişlər. Hər kəsə məlum olan faktdır ki, yanacaq doldurma məntəqəsinin fəaliyyəti üçün həmin qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin hissəvi şəkildə istifadə edilməsi mümkün deyildir. Lakin ilkin iddiaçı qeyri-yaşayış sahəsinin 206 kv.m hissəsini onlara təhvil vermiş, qalan 94 kv.metr hissəsi isə bu günədək onlara təqdim olunmamışdır. Buna baxmayaraq ilkin iddiaçı icarə haqqını 300 kv.m sahəyə görə alır. İcarəyə götürülən obyektdə zəruri təmir işləri aparıldığına görə tərəflərin razılaşmasına əsasən icarə haqqı 2022-ci ilin sentyabr ayından etibarən ödənilməyə başlanmışdır. Beləliklə görünür ki, ilkin iddiaçının guya onlar tərəfindən icarə haqqını əsassız olaraq 2022-ci ilin sentyabr ayından etibarən ödədikləri barədə bildirdikləri həqiqətə uyğun deyildir. Əksinə ilkin iddiaçı onlara təhvil verilməmiş sahənin də haqqını onlardan alaraq əsassız varlanmışdır. Qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin səbəbi ilkin iddiaçının onlardan razılaşdırılmış məbləğdən artıq icarə haqqı tələb etməsidir. Bu isə onların razılaşmasına və bağladıqları icarə müqaviləsinin şərtlərinə uyğun tələb olmadığına görə hazırki mübahisəyə səbəb olmuşdur. Vəkil sonda iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hər iki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, həmin çıxarışla ünvan 1ində istifadədə olan 0,10 ha torpaq sahəsində 1 girişli, 27,78 kv.metr ümumi, 14,26 kv.metr əsas, 13,52 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 01\2022 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə bir tərəfdən İddiaçı digər tərəfdən isə Cavabdeh MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi Dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********2-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İcarəyə verənin mülkiyyəti sayılan **********-75004 obyekt kodu olan, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1000 kv.metr qeyri-yaşayış sahəsinin 300 kv.metr hissəsinin İcarəyə verən İddiaçı tərəfindən İcarəyə götürən Cavabdeh MMC-nin icarəsinə verilməsi barədə razılığa gəlirlər. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 (üç) il müddətinə qüvvədədir; 4.1-ci bəndinə əsasən, müqavilə qüvvəyə mindiyi gün icarə obyekti icarəyə verən tərəfindən icarəyə götürənə təhvil verilir; 5.1-ci bəndinə əsasən, aylıq icarə haqqının ümumi məbləği 1000 (bir min) manat müəyyən edilir; 7.1.1-ci, 7.1.5-ci, 7.1.9-cu və 7.1.10-cu bəndlərinə əsasən, müqavilənin 4.1-ci bəndində göstərilən müddətdə icarə obyektini icarəyə götürənə müqavilə şərtlərinə uyğun olaraq yararlı vəziyyətdə təhvil verməyi, müqavilə müddətinin sonunadək müqaviləyə xitam verilməsi, müqavilə şərtlərinin dəyişdirilməsi ilə əlaqədar və icarə haqqının artırılmasına dair hər hansı iddia və etiraz bildirməməyi, bu müqavilənin şərtlərinə müvafiq qaydada sahəni icarəyə vermək üçün həm istənilən digər şəxslərdən, həm də müvafiq dövlət orqanlarından zəruri olan bütün icazələrin, lisenziyaların və ya səlahiyyətlərin alınması, sahə üzrə icarəyə verənin mülkiyyət hüquqlarına və bu müqaviləyə əsasən icarəyə götürənin sahədən istifadə etmək hüququna zidd olan və ya onları məhdudlaşdıran hər hansı digər fiziki və hüquqi şəxslərin, yaxud dövlət orqanlarının iddialarının mövcud olmadığına təminat verməyi icarəyə verən öhdəsinə götürür; 7.2.2-ci və 7.2.4-cü bəndlərinə əsasən, icarəyə götürənin bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı istifadə məsrəflərini vaxtlı-vaxtında ödəmək, sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan şifahi və ya yazılı xəbərdar etmək vəzifələri vardır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovla (“İcarəyəverən”) İddiaçı (“İcarəçi”) arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 2126 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, İcarəyəverənin icarəyə verdiyi ünvan 1i ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 1000,0 kv.metr torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir; 1.3-cü bəndinə əsasən, torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil; 2.1-ci bəndinə əsasən, icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək, torpaq sahəsində bina və ya qurğuların tikilməsinə razılıq vermək, müvafiq razılıq olmadan tikilmiş bina və ya qurğuların sökülməsini icarəçidən tələb etmək, icarəyə verilmiş torpaq sahəsinin qorunması və mühafizəsi barədə icarəçidən məlumat almaq İcarəyəverənin hüquq və vəzifələrinə daxildir; 2.2-ci bəndinə əsasən, İcarəyəverənin yazılı razılığı ilə mövcud tikinti norma və qaydalara uyğun torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq, İcarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə vermək, icarəçi hüquqlarını girov qoymaq, icarəyə verilmiş torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək İcarəçinin vəzifələrini təşkil edir; 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir; 5.2-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddətdə İcarəyəverənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verildikdə, girov qoyulduqda, habelə həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparıldığı halda icarə müqaviləsi ləğv edilə bilər və torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçidən geri alına bilər; 6.1-ci bəndinə əsasən, icarəyə verilən torpaq sahəsindən aşağıdakı məhdudiyyətlərlə istifadə edilir: - torpaq sahəsində hər hansı tikililərin inşasına və təyinatının dəyişdirilməsinə İcarəyəverənin yazılı razılığı ilə yol verilir; - torpaq sahəsinin subicarəyə verilməsinə İcarəyəverənin yazılı razılığı ilə yol verilir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01\2022 nömrəli icarə müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən transformatorun aktiv fəaliyyətə keçməsi üçün "xxxx" ASC-yə ödənilən 2350 manat məbləğində pul vəsaitinin və generatordan istifadə ilə bağlı yaranmış 384 manat məbləğində əlavə xərclərin geri qaytarılması və ya həmin məbləğin gələcəkdə icarə haqqı ilə əvəzlənməsi İddiaçı tələb olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarının və hesabdan çıxarışın surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ümumilikdə cəmi 8600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilir ki, ünvan 1ində yerləşən İddiaçı məxsus 27.78 kv.metr sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi 0,10 ha torpaq sahəsinin hüquqi statusu – dövlət, məqsədli təyinatı – sahibkarlıq, torpaq sahəsi üzərində hüququn forması – istifadə, torpaq sahəsi üzərində istifadəçi İddiaçıdur və torpaq sahəsi üzərində hər hansı bir məhdudiyyət (yüklülük) yoxdur. Məhkəmə, ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinin müəyyən edilməsini və ona hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, tərəflərin hər ikisi tələblərinin faktiki əsası kimi aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə istinad edirlər. Buna görə də həmin müqaviləyə əsaslanaraq irəli sürülmüş hər iki iddia tələbinin düzgün hüquqi həlli üçün ilk olaraq istinad olunan müqavilənin (əqdin) etibarlı olub-olmaması müəyyən edilməlidir. Belə ki, hər iki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması halında həmin müqavilə üzrə hər hansı bir hüquqi nəticənin əmələ gəlməsindən (əqdin etibarsızlığın nəticələrinin tətbiqi ilə bağlı məsələlər istisna olunmaqla) və tərəflərin müqavilədən irəli gələn subyektiv hüquqlarının mövcudluğundan söz gedə bilməz. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin məzmunundan aydın olur ki, həmin müqavilənin predmeti ümumi sahəsi 1000 kv.metr qeyri-yaşayış sahəsinin 300 kv.metr hissəsinin icarəyə verilməsindən ibarətdir. Lakin işin müəyyən edilmiş faktiki hallarına əsasən məlum olur ki, mübahisəli ərazidə 1000 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmamış, işdə olan mülkiyyət hüququna dair çıxarışdan da göründüyü kimi, ilkin iddiaçının mülkiyyətində 1 girişli, 27,78 kv.metr ümumi, 14,26 kv.metr əsas, 13,52 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) olmuşdur. Tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara əsasən isə müəyyən edilmişdir ki, icarə müqaviləsi bağlanan zaman mübahisəli ərazidə təxminən 300 kv.metr sahəsi olan qeyri-yaşayış binası mövcud olmuşdur. Bundan başqa ilkin iddiaçı iddia ərizəsində adına qeydiyyata alınmış 1000 kv.metr torpaq sahəsinin 300 kv.metr hissəsini icarə müqaviləsinə əsasən cavabdehin (qarşılıqlı iddiaçının) icarəsinə verdiyini qeyd etmişdir. İş materiallarına əsasən isə müəyyən edilmişdir ki, ilkin iddiaçının mülkiyyətində olan 27,78 kv.metr sahəli qeyri-yaşayış binasının yerləşdiyi 0,10 ha torpaq sahəsi əvvəl istifadə hüququ ilə (qeyri yaşayış sahəsinin özəlləşdirildiyi tarixdən),xx.xx.2022-ci il tarixdən sonra isə icarə hüququ ilə (Əmlak Məsəlləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlandığı tarixdən) ilkin iddiaçının istifadəsində olmuşdur. Məhkəmə, hər iki ərizədə göstərilənlər, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlar və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları arasında olan uyğunsuzluqlara və ziddiyyətli məqamlara aydınlıq gətirilməsini zəruri hesab edir. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə, onun məzmununa və predmetinə əsasən hüquqi qiymət verərək qeyd edir ki, icarə (əmlak kirayəsi) müqaviləsinin predmeti, icarə obyekti həmin müqavilənin mühüm şərtini təşkil edir. İcarə müqaviləsi öz hüquqi təbiətinə görə əşyanın müvəqqəti istifadəyə verilməsini ehtiva etdiyinə görə, icarəyə veriləsi əşya (obyekt) mövcud deyildirsə icarə münasibətləri də yarana bilməz. Mübahisəli icarə müqaviləsinin məzmunundan görünür ki, icarə müqaviləsinin predmeti (obyekti) 1000 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin (binanın, tikilinin) bir hissəsidir. Reallıqda göstərilən ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmadığına görə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin mühüm şərtini təşkil edən predmet barədə razılığın da əldə edilməsi mümkün deyildir. Buna görə də məhkəmə ilk növbədə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi, onun məzmun və predmetinə nəzərən bağlanmamış sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, müqavilə bağlanmamış sayıldığına görə həmin əqdin etibarlılığından da söhbət gedə bilməz. Çünki, mövcud olmayan əşyanın icarəyə verilməsinə dair bağlanmış müqavilə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bu predmetlə, yəni 1000 kv.metr qeyri-yaşayış sahəsinin 300 kv.metr hissəsinin icarəyə verilməsi məzmunu ilə əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmadığına görə hazırki iş üzrə tərəflərin həmin əqddən irəli gələn tələb hüquqları da yaranmamışdır. Məhkəmə, yalnız icarə müqaviləsinin məzmununa hüquqi qiymət verməklə kifayətlənməyərək, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarını, iddia və qarşılıqlı iddia ərizələrində qeyd etdiklərini nəzərə alınaraq, müqavilə münasibətlərinə daxil olarkən tərəflərin əsil iradələrinin, hüquqi niyyətlərinin müəyyən edilməsini və həmin iradə ifadələrinin etibarlı hüquqi nəticə yarada bilməsi imkanının araşdırılmasını zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu istiqamətdə aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, tərəflərin əsil niyyətləri və iradə ifadələri mübahisəli ərazidə faktiki mövcud olan sahəsi təxminən 300 kv.metr təşkil edən qeyri yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,10 ha torpaq sahəsinin yanacaq doldurma məntəqəsi fəaliyyəti məqsədi ilə icarəyə verilməsinə yönəlmişdir. Belə ki, iddia ərizəsində ilkin iddiaçı, adına qeydə alınmış 1000 kv.m torpaq sahəsinin 300 kv.m hissəsini icarə müqaviləsinə əsasən sahibkarlıq məqsədi ilə cavabdehin icarəsinə verdiyini, məhkəmə iclasında verdiyi izahatında ona məxsus olan qeyri-yaşayış sahəsini yerləşdiyi torpaq sahəsi ilə birlikdə faktiki olaraq tam şəkildə cavabdehin icarəsinə verdiyini, qarşılıqlı iddiaçının nümayəndəsi isə izahatında icarə müqaviləsi bağlanan zaman ilkin iddiaçının istifadəsində təxminən 300 kv.metrə yaxın ölçüsü olan qeyri-yaşayış sahəsi olduğunu və tərəflərin həmin qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi ərazinin tam şəkildə icarəyə verilməsi barədə razılığa gəldiklərini bildirmişlər. Məhkəmə, iş üzrə tərəflərin həqiqi iradə ifadələrini əks etdirən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtləri onun iştirakçılarının müqavilə bağlanan zaman güddükləri əsil niyyətləri nəzərə alınaraq qiymətləndirilməlidir. Bu halda iki məsələnin, tərəflərin icarə obyekti kimi nəzərdə tutduqları sahəsi təxminən 300 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1000 kv.metr torpaq sahəsinin icarə münasibətlərinin predmeti kimi qəbul edilib-edilməməsinin hüquqi qiymətləndirilməsi aparılmalıdır. Məhkəmə, sahəsi təxminən 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hüquqi statusu ilə bağlı müəyyən edir ki, həmin qeyri-yaşayış sahəsi mülkiyyət hüququna dair çıxarışla ilkin iddiaçıya məxsus olan 27.78 kv.metr hissə çıxılmaqla özbaşına tikilidir. Belə ki, həmin ölçüdə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sənəd məhkəməyə təqdim olunmamışdır, eləcə də həmin tikilinin qanuni hesab edilməsini şərtləndirən hal aşkar edilməmişdir. Belə olan halda, həmin tikiliyə dair hər hansı bir formada sərəncam verilməsi qanunsuz hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi qanunvericilik özbaşına tikinti aparmış şəxsin tikintiyə dair sərəncam vermək, o cümlədən onu icarəyə vermək hüququnun olmadığını müəyyən etmişdir. Şərh olunanları və qeyd olunan qanun normalarını əsas tutaraq məhkəmə hesab edir ki, ilkin iddiaçının özbaşına inşa etdiyi qeyri-yaşayış sahəsini icarəyə vermək hüququ olmadığına görə, bu barədə bağlanmış əqd (icarə müqaviləsi) əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığına görə, hazırki işdə tərəflərin özbaşına tikilinin icarəyə verilməsinə dair müqavilədən irəli gələn hər hansı bir tələblə çıxış etmələri əsassızdır. Məhkəmə, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hazırki icarə müqaviləsinin predmeti olub-olmamasının hüquqi qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, ilkin iddiaçının mülkiyyətində olan 27,78 kv.metr sahəli qeyri-yaşayış binasının yerləşdiyi 0,10 ha torpaq sahəsi qeyri-yaşayış sahəsinin özəlləşdirildiyi tarixdən istifadə hüququ ilə, ilkin iddiaçı ilə Əmlak Məsəlləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı xx.xx.2022-ci il tarixdən sonra isə icarə hüququ ilə ilkin iddiaçının istifadəsində olmuşdur. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanan zaman torpaq sahəsi ilkin iddiaçının istifadəsində olmuşdur. Belə ki, MH seriyalı, ******* nömrəli çıxarışda sözügedən torpaq sahəsinin ilkin iddiaçının istifadəsində olduğu qeyd olunmuşdur, həmçinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda həmin torpaq sahəsi üzərində hüququn forması kimi istifadə, torpaq sahəsi üzərində istifadəçinin isə İddiaçı olduğu göstərilmişdir. Əlavə olaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddəsində nəzərdə tutulur ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin istifadəçisi kimi ilkin iddiaçı yalnız torpaq mülkiyyətçisinin yazılı razılığı ilə həmin torpaq sahəsinin digər şəxslərin istifadəsinə və ya icarəsinə verə bilərdi. Belə ki, Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən, bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Həmin Məcəllənin 243.1-ci maddəsində qeyd olunur ki, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Mülki Məcəllənin 242.2-ci maddəsinin tələblərinə görə isə, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu nəzərə alaraq qeyd edir ki, həmin torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsinə razılıq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.12-ci bəndinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Lakin, iş materiallarından belə bir razılığın verilməsi müəyyən olunmur. Buna görə də, məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən istifadədə olan dövlət mülkiyyətinə aid torpaq sahəsinin müvafiq razılıq olmadan icarəyə verilməsi qanunsuz olmuşdur və belə pozuntu ilə bağlanmış müqavilə heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, mübahisəli torpaq sahəsinin subicarəyə verilməsi ilə əlaqədar məsələyə də oxşar münasibət bildirərək əlavə olaraq qeyd edir ki, ilkin iddiaçının mübahisəli icarə müqaviləsinin bağlandığı tarixdən sonra torpaq sahəsi üzərində dövlət mülkiyyəti hüququnun həyata keçirilməsinə səlahiyyətli olan orqanla (Əmlak Məsələləri Dövlət Xidməti ilə) icarə müqaviləsi bağlaması, bundan əvvəl bağlanmış müqavilənin hüquqi müqəddəratını dəyişdirmir. Belə ki, əvvəla tərəflər arasında icarə müqaviləsi bağlanan zaman ilkin iddiaçının (icarəyə verənin) belə səlahiyyəti olmamışdır, sonradan isə səlahiyyətli orqanla bağlanmış icarə müqaviləsinin şərtlərinə, eləcə də torpaqların ikinci əldən (subicarə) icarəyə verilməsi qaydalarını tənzimləyən məcburedici normaların tələblərinə uyğun şəkildə yeni subicarə müqavilə bağlanmamışdır. Göstərilənləri əsas tutaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsi bu münasibətlər çərçivəsində də etibarsız əqddir. Belə ki, Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 712.1.1-ci maddəsini tələbinə görə, icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 5-ci bəndinə əsasən, mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun torpaqların icarəyə verilməsinin ümumi qaydalarını tənzimləyən 10-cu maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Sadalanan maddi hüquq normalarının tələblərindən aydın olur ki, yalnız mülkiyyətçi və ya mülkiyyətçi olan icarəyə verənin razılığı ilə torpaq sahəsi icarəçi tərəfindən ikinci əldən icarəyə verilə bilər. Əlavə olaraq, dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpağı icarəyə götürmək istəyənin ərizəsi, həmin torpaq sahəsi başqa şəxsin qanuni istifadəsində olduqda həmin şəxsin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul oluna bilər. Lakin hazırki işdən görünür ki, qarşılıqlı iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə götürmək üçün ərizə ilə aidiyyəti orqana müraciət etməmişdir, ilkin iddiaçı isə sözügedən torpağa dair mülkiyyətçinin səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan torpaq sahəsi üzərində qanunsuz sərəncam vermişdir. Nəzərə alınmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərində də, yalnız İcarəyəverənin yazılı razılığı ilə torpaq sahəsinin subicarəyə verilə bilməsi (2.2-ci bənd), torpaq sahəsinin subicarəyə verilməsinə İcarəyəverənin yazılı razılığı ilə yol verilməsi (6.1-ci bənd) nəzərdə tutulmuşdur və müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddətdə İcarəyəverənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verildiyi halda icarə müqaviləsinin ləğv edilə biləcəyi və torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçidən geri alına biləcəyi qeyd olunmuşdur. Beləliklə, yuxarıda şərh olunan halları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi həm məzmun etibarı ilə, həm də müqavilə bağlanarkən tərəflərin nəzərdə tutduqları əsil iradə ifadələrinə əsasən etibarsız əqddir. Buna görə də, həmin əqdə əsaslanaraq tərəflərin irəli sürdükləri tələblərin hüquqi əsası yoxdur. Məhkəmə hesab edir ki, tərəflərin tələblərinin əsası kimi istinad etdikləri müqavilə etibarsız hesab edildiyi üçün ondan heç bir hüquqi nəticə əmələ gəlmədiyinə görə, hər iki tərəfin istinad etdikləri müqavilə üzrə iddia olunan subyektiv hüquqları yaranmamışdır. Buna görə də, mübahisəli müqaviləyə istinadən irəli sürülən hər iki tələb subyektiv hüququn olmaması əsası təmin edilməməlidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, ilkin iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan sahəsi 27,78 kv.metr olan qeyri-yaşayış sahəsindən qarşılıqlı iddiaçının çıxarılmasına, qarşılıqlı iddiaçının isə müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar çəkdiyi zəruri və yaxşılaşdırma xərclərinin ilkin iddiaçıdan tələb edilməsinə dair tələb irəli sürmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı ünvan 1ində MH seriyalı ******* saylı çıxarışla adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsinin 0.03 ha hissəsinin icarəsi ilə bağlı cavabdeh (Lukoil) Cavabdeh MMC ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar cavabdeh tərəfindən zəbt edilmiş hissənin müəyyən edilməklə həmin hissədən cavabdeh (Lukoil) Cavabdeh MMC-nin əmlakı ilə birlikdə çıxarılmasına dair iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar