Məhkəmə qərarları › İş №e-2-2(121)-636/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-636/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-636/2025 10.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilməsinə görə yaranmış 13346.42 manat debitor borcun və 130 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X5 istismarı İdarəsinin xidməti ərazisi olan Kürdəmir rayonunun Beyi kəndində yerləşən Cavabdeh (VÖEN ********** ) məxsus qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********0014 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə AMX-4576/23 saylı, xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh qeyriyaşayış sahəsində təbii qazdan istifadəyə görə İddiaçınə 13346.42 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri tam ödənməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi verərək, “Azəriqaz" İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 9504 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilməsinə görə yaranmış 13346.42 manat (on üç min üç yüz qırx altı manat qırx iki qəpik) debitor borcun və 130 manat (yüz otuz manat) ödənilmiş rüsumun məcburi qaydada tutularaq “Azəriqaz" İstehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb edilən 13346.42 manat borcun 9504 manatı 23 aprel 2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış cərimə məbləğidir. Belə ki, 2024-cü ilin aprel ayının 16-da Ağsu RQll-nin əməkdaşları Cavabdeh məxsus olan istixananın qaz qurğularının uçotu aparılarkən müəyyən edilmişdir ki, cihazların saatlıq qaz sərfi sayğacın maksimal sərf ölçmə qabiliyyətindən artıqdır. Bu barədə 23 aprel 2024-cü İl tarixli ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən 9504 manat cərimə yazmışlar. “Azəriqaz" İB-nin X5 İstismar İdarəsinin nümayəndələri tərəfindən istixanaya yazılmış 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və həmin akta əsasən hesablanmış 9504 manat cərimə qanunsuzdur. Qaz sayğacının yoxlanılması barədə aktdan da görünür ki, sayğac normal işlək vəziyyətdə olmuş, hesablayıcı mexanizmi işlək vəziyyətdə, yapışqan plomb və daxili impuls xəttləri normal olmuş, sayğacdan kənar xətt aşkar edilməmiş, qazdan qanunsuz istifadə halları müəyyən olunmamışdır. Aparılmış yoxlamanın nəticəsinə əsasən minimal sərfiyyatda sayğacın hesabat aparmasının günahkarı istehlakçı deyildir və həmin nöqsan istehlakçı tərəfindən törədilən nöqsan deyildir. Cavabdeh məxsus olan istixana tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə sayğacın göstəricisinə əsasən vaxtlı-vaxtında ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci ii tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blomblann qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricihərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi.... həyata keçirir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən qaz paylayıcısı- alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Cavabdehin nümayəndələri xx.xx.2024-cü il tarixdə baxış keçirərkən və akt tərtib edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial rifahının artırılması daim dövlətin diqqət mərkəzində olub. İqtisadiyyatımızın formalaşdığı keçid dövründən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilmiş, müvafiq normativ hüquqi aktlar qəbul edilmiş, genişmiqyaslı islahatlar aparılmışdır. Məlumdur ki, 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementidir. Əsasnaməyə uyğun olaraq sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər yoxlamaları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu'müddəa yoxlamaların keçirilməsi ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək sahibkarların mənafelərinin qorunmasına dövlətin verdiyi əhəmiyyətin birmənalı təzahürüdür. Təcrübədə mövcud olan və müxtəlif adlar altında keçirilən yoxlamaların qeydiyyatından yayınma hallarının qarşısının alınması vacib amillərdən biridir. Bununla əlaqədar Əsasnamədə bütün yoxlama növləri (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) dəqiq sadalanmış və adından asılı olmayaraq onların hamısının reyestrdə qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi yoxlayıcı orqanların üzərinə qoyulmuşdur. Əsasnaməyə uyğun olaraq reyestr elektron formada aparılır və buraya yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir. Yoxlayıcı orqanlar növbəti il üzrə yoxlamaların keçirilməsi haqqında zəruri məlumatları, yəni yoxlanılan şəxsin adı, onun barəsində aparılan sonuncu yoxlama, yoxlamanın hüquqi əsası, predmeti, növü, müddəti, yoxlanılan dövr və s. məlumatları hər il 1 noyabr tarixinədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bütün hallarda yoxlamaların qeydiyyata alınması üçün bu barədə məlumatlar, ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim edilməli və ya onlayn rejimində göndərilməlidir. Yoxlama 1 iş günü müddətində qeydiyyata alınır, ona vahid və təkrarlanmayan yoxlama kodu verilir. Aidiyyəti orqanın vəzifəli şəxsi yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bu müddəa sahibkarın hüquqlarının əlavə təminatı olaraq olduqca mütərəqqi və vacibdir. Əvvəla, həmin çıxarışın yoxlayıcı orqan tərəfindən təqdim edilməsi məcburidir. Çünki bu hüquq deyil, vəzifə kimi müəyyən olunur və bununla da həmin orqanın üzərinə öz tədbirinin qanunauyğun olduğunu sübuta yetirmək öhdəliyi qoyulur. Həmçinin, qeyd olunanlar yoxlamanın qanuni əsaslarla aparılması, buna ciddi dövlət nəzarətinin həyata keçirilməsi baxımından sahibkarda əminlik yaradır. Bu, sahibkara yoxlamanın qanunvericiliyə uyğun təşkil edilməsini qiymətləndirməyə və bundan asılı olaraq onun öz hüquqlarından istifadə etməsinə imkan verir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Hazırkı iş üzrə yoxlayıcı orqan olan cavabdeh yoxlamanın keçirilməsi barədə hər hansı bir məlumat verməmiş və yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı təqdim etməmişdir. Reyestrə həmçinin, yoxlamanın nəticələri, o cümlədən qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyət tədbirləri haqqında məlumatlar daxil edilir. Aşkarlığın təmin olunması məqsədilə yoxlamalar barədə məlumatlar internet şəbəkəsində yerləşdirilir. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri yalnız özlərinə aid olan yoxlamalarla bağlı məlumat bazasına daxil edilən informasiyalardan istifadə edə bilərlər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş. günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 33.6-cı maddəsinə əsasən yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir: Göründüyü kimi cavabdeh tərəfindən keçirilmiş yoxlamanın nəticələri reyestrə daxil edilməmişdir. Bununla da qanunun və əsasnamənin tələbləri pozulmaqla yoxlama aparılmışdır. Həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlayıcı şəxs X2 göstərilsə də, xx.xx.2024-cü il tarixdə yoxlamanı İslamov Elsevər, Əliyev Rövşən və Namazov Eltun apararaq akt tərtib etmişlər. 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt isə İsmayılov Emin, Qəhrəmanov Vüqar və Babaşlı Ülvi tərtib etmişlər. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışdan görünür ki, yoxlama xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilməsi qeyd edilmiş, lakin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktda yoxlamanın xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində keçirildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa sayğacın istismara yaradığı barədə hər hansı bir araşdıma da aparılmamışdır. Yoxlama zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi aşkar edilməmiş, yoxlamanın nəticəsində isə sayğacda hər hansı qüsur aşkar edilməmiş, sadəcə olaraq 9504 manat məbləğində cərimə yazılmış, halbuki həmin cərimənin hansı qaydalara uyğun olaraq hesablanması ilə bağlı İddiaçı İB-yi heç bir sübut məhkəməyə təqdim etməmişdir. “Qazdan istifadə qaydalan”nda cavabdehin hüquq vəzifələri tam aydın şəkildə qeyd olunmasına baxmayaraq onlar bu qaydalara məhəl qoymadan, hüquq və vəzifələrin icra etmədən, heç bir obyektiv araşdırma aparmadan səlahiyyətlərindən istifadə edərək bizlərə heç bir əsası olmayan aktlar yazır, heç bir qaydalarla müəyyən olunmayan hesabatlar aparır, fikirlərindən keçən cərimələr hesablayırlar. Göstərilənlər nəzərə alınaraq İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 9504 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğuna görə qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AMX-4576/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın surətindən görünür ki, İddiaçı İB tərəfindən sahibkarlıq fəaliyyəti subyekti Cavabdeh barəsində xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində müvafiq yoxlamanın aparılması barədə məlumat reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Ağsu RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tairxdə istehlakçı Cavabdeh məxsus olan ünvan 2i ünvanında yerləşən parnikdə təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilərək aktlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edildiyi üçün hesablanmış 43200 m3 qazın məbləğinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nömrəli aktın surətindən görünür ki, Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin nümayəndələri TQQSX-nın rəisi Mehdiyev Taleh, mühəndis Abbasov Daşqın, nəzarətçi Məlikov İqbal, xx.xx.2024-cü il tarixində ünvan 2i ünvanında olan qeyri-yaşayış sahəsinin qaz təminatının qaynaqçı vasitəsilə dayandırılması barədə akt tərtib etmişlər. İş materiallarında olan Cavabdeh abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 13346,42 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan debitor borcun ödənilməsi barədə pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixə İddiaçınə olan ümumilikdə 13346,42 manat debitor borcunun 5 gün müddətində tam şəkildə ödənilməsi qeyd olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarına əsasən müəyyən edir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2023-cü il tarixli, AMX-4576/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin şərtlərinə görə iddiaçı (Paylayıcı) cavabdehi (İstehlakçını) keyfiyyətli qazla təmin edir, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İlk İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək qarşılıqlı iddiaçını təbii qazla fasiləsiz təmin etdiyini, lakin qarşılıqlı iddiaçının istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmədiyini və nəticədə qarşılıqlı iddiaçının qazdan istifadəyə görə ödənilməmiş 13346,42 manat borcunun qaldığını iddia edir. İlk iddiaçı tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, qaz sayğacının yoxlanılmasının nəticələrinə dair və tərəflərindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara, abonentin saldosunda olan məlumatlara, həmçinin borcun ödənilməsi ilə əlaqədar qarşılıqlı iddiaçıya qarşı məhkəməyə qədər pretenziya qaydasında çıxış etməsinə istinad edir. Qarşılıqlı iddiaçı ilk iddia tələbini qismən qəbul edərək, tələb edilən 13346.42 manat borcun 9504 manat hissəsinin 23 aprel 2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış cərimə məbləği olduğunu, həmin cərimənin əsassız olaraq hesablandığını, buna görə də ilk iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş aktın və həmin akta əsasən hesablanmış cərimənin qanunsuz olduğunu iddia edir. Beləliklə məhkəmə müəyyən edir ki, ilk iddia üzrə tələb iki əsasa görə yaranmışdır. Bunlardan biri istehlak olunmuş təbii qazın dəyərinin, diqəri isə yol verilmiş pozuntuya görə hesablanmış cərimə məbləğinin ödənilməməsi ilə əlaqədar yaranmış tələblərdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbinin uğurluluğu onun əsaslandığı hər iki halın ayrı-ayrı qiymətləndirilməsi yolu ilə müəyyən edilməlidir. Məhkəmə, ilk olaraq bu nəticəyə gəlir ki, ilk iddiaçının irəli sürdüyü istehlak olunmuş təbii qaza görə pul tələbinə dair subyektiv hüququnun mövcudluğu və həmin hüququn cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin şərtlərinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə aiddir. Lakin işdə olan cavabdehin abonent saldosunda olan məlumatlardan görünür ki, cavabdehin təbii qazdan istifadəyə görə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, təbii qazdan istifadəyə görə tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə qarşılıqlı iddiaçının üzərinə düşür. Qarşılıqlı iddiaçı ilk iddianı qismən etiraf edərək iddia tələbini istehlak olunmuş təbii qazın əvəzinin ödənilməsi hissəsində qəbul etdiyini bildirmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, abonentin saldosunda olan məlumatları və iş üzrə müəyyən edilmiş digər halları nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi qarşılıqlı iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyərinin şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır, ilk iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək istehlakçını qazla təmin etmiş, lakin qarşılqılı iddiaçı aldığı qazın dəyərini tam ödəməmişdir və nəticədə onun iddiaçıya 3842,42 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, ilk iddiaçının qarşılıqlı iddiaçı Cavabdeh qarşı 3842,42 manat məbləğində istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsinə dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə, ilk iddia tələbini yol verilmiş pozuntuya görə hesablanmış cərimə məbləğinin qarşılıqlı iddiaçıdan tutulması hissəsində qiymətləndirərkən nəzərə alır ki, qarşılıqlı iddianın da predmetini tətbiq edilmiş cərimənin əsassızlığı nəticəsində qarşılıqlı iddiaçının hüququnun pozulduğunu iddia edərək həmin hüququnun bərpa edilməsinə dair tələbi təşkil edir. Buna görə də, cərimənin tətbiq edilməsinin əsaslılığı araşdırılarkən ilk və qarşılıqlı iddia tələblərinin əsaslılğına da hüquqi qiymət verilmiş olacaqdır. Məhkəmə, xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın əsaslılığı ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə aşkar edilmədiyi halda, ilk iddiaçının özü tərəfindən quraşdırılmış və saz vəziyyətdə olan sayğacın qaz sərfini düzgün qeyd etməməsində qarşılıqlı iddiaçının hansı məsuliyyət daşımasını müəyyən etmək olmur. Qarşılıqlı iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın istifadə olunan qaz sərfini düzgün qeyd etməməsi əgər sayğacın texniki göstəricilərinə və ya sərfiyyatı ölçmə, qeydə alma gücünə görə baş verirsə bu halda qeydə alınmayan qaz sərfi ilə bağlı zərərin, həmin zərərin vurulmasında təqsiri müəyyən olunmayan istehlakçıdan tutulması qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. Həmin Qanunun 21.-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.7-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir; 3.1-ci, 3.1.5-ci və 3.1.10-cu bəndlərinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının qaz sərfini düzgün qeyd etməməsi göstərilsə də, həmin müdaxilənin məhz qarşılıqlı iddiaçı tərəfindən edildiyi barədə məhkəməyə sübut təqdim olunmamış, sayğacın qarşılıqlı iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi ilk iddiaçı tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, qarşılıqlı iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından, bu barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt əsaslı hesab edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci bəndinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində də göstərilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, sayğaca hər hansı bir şəkildə müdaxilə olduğu halda qaz paylayıcısı tərəfindən tərtib olunmuş müvafiq akt həmin müdaxilədə təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara təqdim olunduqdan və təqsir həmin orqanların araşdırması nəticəsində müəyyən edildikdən sonra, paylayıcı tərəfindən istehlakçıya qarşı vurulmuş zərərin ödənilməsinə dair tələb irəli sürülə bilər. Baxılan işdə isə ilk iddiaçı tərəfindən sayğaca müdaxilədə təqsirkar şəxs (şəxslərin) müəyyən edilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hərəkətlərin yerinə yetirilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının təqsiri müvafiq qaydada aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapmadığına görə, mübahisələndirilən akta əsasən qarşılıqlı iddiaçının üzərinə borc öhdəliyinin qoyulması tamamilə əsassızdır. Belələliklə məhkəmə, xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın qanunsuz olduğu və əsassız olaraq tərtib edildiyi nəticəsinə gəlir. Buna görə də, həmin akta əsasən hesablanmış 9504 manat məbləğində cərimə qarşılıqlı iddiaçıdan tutulmamalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, ilk iddia tələbi qarşılıqlı iddiaçıdan 9504 manat məbləğində cərimənin tutulması hissəsində təmin edilməməli, həmin cərimə məbləğinin tətbiq edilməsi barədə aktın ləğv edilməsi və cərimə borcunun silinməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia tam təmin olunduğuna görə ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3842,42 manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktı ləğv edilsin və həmin akt əsasında hesablanmış 9504 manat məbləğində cərimə silinsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar